Lənkəran: könül fərəhlənir gözəlliyindən
İndilər "cənub mirvarisi"
Lənkəranın qollarını geniş
açaraq qonaqlara gəl-gəl
deyən vaxtıdır. Şəhərin təbəssüm dolu baxışları-mavi Xəzərin
qırçın ləpələri,
güllü-çiçəkli parklar, xiyabanlar, bir-birindən gözəl istirahət
guşələri göz-könül
oxşayır. Turist marşrutları ilə
Lənkərana gələn hər kəs şəhərin təmizliyindən,
abadlığından sanki ilham
alır, seçimində yanılmadığını yəqinləşdirir.
Subtropik zonada yerləşən Lənkəranın
əsrlərin şahidi olan tarixi abidələri, limonu,
narıngisi, cevizi, balığı, meşələrində
bitən azat, nil, dəmirağac və sair kimi
"yaşıl fəvvarələri", əsrarəngiz
Xanbulançay dəryaçası, müalicəvi İstisu
irmaqları bu yerlərin misilsiz sərvəti sayılır.
Peşəmlə əlaqədar Lənkərana
tez-tez ezamiyyətə gəldiyim üçün bu bənzərsiz
diyarın inkişaf dinamikasının canlı şahidiyəm.
Hazırkı Lənkəranın on-on beş il əvvəlki
görkəmindən əsər-əlamət qalmayıb.
Müasir əyalət mərkəzinin sosial infrastrukturu, yeni
tikililəri onun təbii gözəlliklərini tamamlayır.
Bölgənin mədəni mərkəzi sayılan Lənkəranda
sakinlər dövlət universiteti, kolleclər, regional
televiziya, dövlət dram teatrı, beynəlxalq standartlara
cavab verən mərkəzi stadion və mötəbər
turnirlərdə yarışan ustalardan ibarət "Xəzər-Lənkəran"
futbol klubunun olması ilə fəxr edirlər. Burada
"göydələn"lərin tikilməsi, "Lənkəran"
markası ilə çeşidli qida məhsullarının
buraxılıb ixrac edilməsi əsl tərəqqi elementləri
kimi fərəh doğurur.
Bir neçə gün öncə
cari ilin birinci yarısının yekunlarına həsr olunan
yığıncaqda da qeyd olunduğu kimi, Lənkəranda
sosial-iqtisadi inkişaf sürətlə davam edir. Müqayisəli
rəqəmlərin artan dinamikası nikbinlik yaradır. Hər
kəs doğma yurdun gündən-günə çiçəklənməsinə
sevinir, rayonun inkişafına öz töhfələrini verməyə
çalışır. Elə bu təəssübkeşliyin,
yurdsevərliyin nəticəsidir ki, abadlıq-quruculuq tədbirləri
daim genişlənir.
Lənkəranda əhalinin məşğulluğu
əsasən təmin edildiyindən bekar gəzib
darıxan adamlara rast
gəlməzsən. Statistik məlumata
görə, son yeddi
ildə burada 26 minədək yeni iş yeri
açılıb. Bu il rayonda
684 yeni iş yeri yaradılıb ki, bunun da
508-i daimi xarakterlidir. Hazırda Lənkəranın
müəssisə və
təşkilatlarında 313 boş iş yeri var. Halbuki beş-on il
əvvəl minlərlə
adam işsiz qalmışdı. Adi günlərdə
bu şəhərdə
hər kəs yetərincə işgüzar
təsir bağışlayır.
Şənbə və bazar günləri isə lənkəranlılar istirahətlərini
mənalı keçirməkdə
çətinlik çəkmirlər.
Onlar çoxsaylı qonaqlarının
qulluğunda durur, dənizə, dağlara, meşələrə dincəlməyə
gedir, doğma yerlərin əsrarəngiz
mənzərələrindən zövq alırlar.
Misal gətirəcəyim
rəqəmlər Lənkəranda
adamların həyat şəraitinin ilbəil yaxşılaşdığından soraq verir: bu
ilin altı ayında əhaliyə yüz milyon manatlığa qədər
ticarət, 18 milyon manatlıq pullu xidmət göstərilib.
Ötən ilin həmin dövrü ilə müqayisədə
ticarət xidməti 2,4 faiz, pullu
xidmətlər 7,2 faiz
artıb. Əhalinin gəlirləri 6,5 faiz, xərcləri 6,1 faiz çoxalıb. Altı ayda 15 milyon manatlığadək əmək
pensiyaları və müavinətlər ödənilib.
Lənkəranda sosial sahə
də sürətlə
inkişaf edir. May ayında Qarabağ
əlilləri və şəhid ailələri
üçün inşa
olunmuş 36 mənzilli
bina istifadəyə verilib. İki nəfər Böyük
Vətən müharibəsi
əlilinə minik avtomobili bağışlanıb.
Rayonun səhiyyə sistemində
güclü infrastruktur
mövcuddur. Müasir Müalicə-Diaqnostika
Mərkəzi, Uşaq
Sağlamlıq Mərkəzi,
rayon xəstəxanasının nəzdində Perinatal Mərkəz bu infrastrukturu daha da genişləndirib.
Lənkəranın girəcəyindəki xalq sənətkarlığı
şəhərciyi uzaqdan
diqqət çəkir.
Novruz bayramında burada keçirilən el şənliklərini
yaxşı xatırlayıram.
Qədim
el sənəti nümunələrinin
sərgisi, folklor örnəkləri, bədii
özfəaliyyətçilərin çıxışları, yerli
mətbəxin özəlliyini
göstərən ləvəngi,
plov, kabab, yuxa bişirilib qonaqlara paylanması bu yerlərin etnoqrafik əlvanlığını
gözəl əks etdirir, iştirakçılara
əsrarəngiz təsir
bağışlayır. Ənənə halını almış
bu kimi tədbirlər
vasitəsilə cənub
bölgəsinin, bütövlükdə
Azərbaycanın milli-mənəvi
dəyərlərini təbliğ
etmək, doğrudan da, zəruridir və gözəl effekt verir. Lənkəranda bir neçə
ildir ki, Turizm-İnformasiya Mərkəzi
fəaliyyət göstərir.
Yerli və beynəlxalq turizm şirkətləri ilə əlaqələr genişlənir. Bu yönümdə kiçik
və orta sahibkarlığın inkişafına
hər cür şərait yaradılıb.
Şəhərin küçələrində doqquz marşrut üzrə məişət
tullantısı daşınması
təşkil edilib.
Ayrı-ayrı ərazilərə 550-dən çox zibil konteyneri və qutusu qoyulub. Bütün bunlar həm şəhərin təmizliyi,
həm də Lənkərana gələn
qonaqların təəssüratının
korlanmaması baxımından
önəmlidir.
Hazırda Lənkəran rayonu
ərazisində qonaqlara
xidmət göstərməkdən
ötrü onadək iri obyekt işləyir.
"Qafqaz-Sahil", "Qala",
"Qızıltac", "Dalğa", "Xəzər"
otelləri, "Bəşəru",
"Palıdlı sahil"
istirahət mərkəzləri,
Hirkan xidmət kompleksi qonaqların və turistlərin qəbulunda mühüm rola malikdir. Rayonda 87 tarix və mədəniyyət
abidəsi qeydə alınıb və dövlət mühafizəsinə
götürülüb.
Bu ilin ən
əlamətdar hadisəsi
Azərbaycan Prezidenti İlham Əliyevin iyunun 25-də Lənkərana
səfər etməsi
olub. Dövlət başçısı yeni konserv zavodunu
işə salıb, hazır məhsulu saxlama kamerasının, çay fabrikinin, "Paldad" dondurma müəssisəsinin və
Liman şəhərində
Regional Boks Mərkəzinin
açılışlarında iştirak edib. Lənkəranlı ziyalılarla görüşüb.
Görüş zamanı Prezident
İlham Əliyev Lənkəranın sosial-iqtisadi
inkişafını xüsusi
qeyd edib və bu tərəqqiyə
gələcəkdə də
təkan veriləcəyini
bildirib.
Lənkəranda gözəl parklar,
tarixi və müasir memarlıq üslubunda tikilmiş binalar, yaraşıqlı
mədəniyyət ocaqları
çoxdur. Şəhərin mərkəzi xüsusilə
cəlbedicidir. Nümunəvi görkəmi olan xidmət və ticarət obyektləri burada səliqə ilə yan-yana düzülüb.
Qonaqların şəhər haqqında
təsəvvürünü formalaşdıran əsas
yerlərdən biri də bazardır. Bu baxımdan Lənkəran
bazarı istisna deyil. Həmin bazarda hər cür yerli nemət, kənd təsərrüfatı məhsulu,
ət və ət məhsulları, quş, balıq, bal, hətta pal-paltar da satılır.
Nə istəsən, tapmaq olar, özü də münasib qiymətə. Şirin
dilli satıcıların
təklif edilən
Mən bu yazımda
Lənkəranın könül
açan gözəlliklərindən
və genişmiqyaslı
quruculuq işlərindən
də həvəslə
söhbət açdım,
sonda bir çatışmazlığı da yüngülcə döyəclədim. Oxucular
əmin ola
bilərlər ki, hamısı sevgidəndir.
Əli
NƏCƏFXANLI
Xalq qəzeti.- 2010.-
3 avqust.- S. 6.