Qəbələ Cənubi Qafqazın mədəniyyət mərkəzlərindən birinə çevrilir

 

    Bu şəhərdə keçirilən beynəlxalq tədbirləri dünya ekspertləri yüksək qiymətləndirirlər

 

 

    Qəbələ torpağına qədəm qoyan hər bir insan tarixin nəfəsini, əsrlərin ruhunu duyub hiss edir... Qəbələnin füsunkar təbiətinin özü, elə bil ki, təkrarsız bir musiqi əsəri yaradır və bizləri bu əsəri dinləməyə dəvət edir.

 

    Mehriban ƏLİYEVA,

    Heydər Əliyev Fondunun prezidenti,

   YUNESKO-nun İSESKO-nun xoşməramlı səfiri,

   Milli Məclisin deputatı

 

    Qəbələ, 30 iyul, 2010-cu il

 

    Qəbələ beynəlxalq mədəni görüşlər üçün ən münasib yerdir. Biz Qafqaz Albaniyasının qədim paytaxtının yanındayıq. Vaxtilə bura Asiyanın, ərəb dünyasının, Avropanın kəsişdiyi məkanlarda dinamik ticarət, təhsil və mədəniyyət mərkəzi, çiçəklənən region olmuşdur.

 

 

    İrina BOKOVA ,

    YUNESKO-nun baş direktoru

 

    Qəbələ şəhəri, 30 iyul, 2010-cu il

 

 

    Görünür, insanlar kimi şəhərlərin bəxti, taleyi olur. İyirmi beş əsr şəhər kimi mövcud olmuş bəxtin gülmədiyi dövrdə darmadağın edilmiş Qəbələ şəhəri təxminən 500 ildən sonra yenidən çiçəklənir, dünyada tanınan mədəniyyət mərkəzlərindən birinə çevrilir. İxtisasca etnoqraf olan bir soydaşımız dedi ki, Azərbaycan tarixinə mədəniyyətinə ehtiramla yanaşan istənilən azərbaycanlı Qəbələnin bu möhtəşəm qayıdışına görə Heydər Əliyev siyasi dühasına, xüsusən, o müdrik insanın siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevə minnətdarlıq edir. Çünki müasir Azərbaycanın hərtərəfli inkişafının təməlini ulu öndər Heydər Əliyev qoymuşdursa, Qəbələnin tarixdə ikinci dəfə parlamasını məhz Prezident İlham Əliyev təmin etmişdir.

 

    Rusiyanın Qafqaza gəlişindən sonra təxminən 150 il Cənubi Qafqazın əsas mədəni mərkəzi Tbilisi olmuşdur. 1969-cu ilin yayından - ulu öndər Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlməsindən sonra isə Bakı sürətlə inkişaf etmiş, nəinki Cənubi Qafqazda, eləcə SSRİ məkanında əsas mədəni mərkəzlərdən birinə çevrilmişdir. Ulu öndərin həmin ənənəsini - böyük keçmiş zəngin tarixi olan şəhərə müasir şöhrət qazandırmaq ənənəsini Prezident İlham Əliyev Qəbələnin timsalında yaşadır. Bu rayonun sosial-iqtisadi inkişafı, ümumiyyətlə, Qafqazın əsas turizm mərkəzlərindən birinə çevrilməsi, çoxsaylı mehmanxanaların, istirahət mərkəzlərinin, sağlamlıq ocaqlarının tikilməsi, yeni yolların körpülərin salınması, hər il üç-dörd ən müasir sənaye istehsal müəssisəsinin istifadəyə verilməsi zamanın reallıqlarıdır.

    İki ay əvvəl kütləvi informasiya vasitələri yazırdılar ki, "Qəbələ" Futbol Klubu üçün tikilməkdə olan stadionun Cənubi Qafqazda analoqu yoxdur. Bir il əvvəl isə dünyanın aparıcı kütləvi informasiya vasitələri yazırdılar ki, təxminən 110 yaşı olan "Beltmann" markalı pianolar Niderlandda, Almaniyada ya Avropanın başqa bir şəhərində deyil, məhz Qəbələdə istehsal edilir. Bu iki Avropa ölkəsinin adını çəkməyimiz təsadüfi deyil. Çünki məşhur adamı musiqi sənətkarı İohann Beltmanın 1901-ci ildə Niderland Krallığında əsasını qoyduğu "Beltmann" piano fabriki 82 ildən sonra nəvəsi Hans Lefernik tərəfindən məhz Almaniyaya köçürülmüş, bu musiqi alətləri 19 il Almaniyada istehsal edilmişdir. 2002-ci ildən sonra 6 il istehsal edilməyən "Beltmann"ın yeni ünvanı məhz Qəbələ olmuşdur. Təməli 2008-ci ildə qoyulan "Gilan" piano fabriki "Beltmann"a yeni ömür vermişdir. Pianonun Qəbələdə hazırlanmış ilk nümunələri 2009-cu ilin sentyabrında ictimaiyyətə təqdim olunmuşdur.

    Ötən ilin yayı Qəbələ tarixinə başqa bir əlamətdar hadisə ilə yazılmışdır. Belə ki, 2009-cu ilin yayında bu qədim diyarda Heydər Əliyev Fondunun təşəbbüsü ilə Beynəlxalq Musiqi Festivalı keçirilmişdi. Dünyanın aparıcı ölkələrini təmsil edən məşhur musiqiçilərin iştirak etdiyi həmin festivalın sonunda qeyd edilmişdi ki, bu mədəni tədbir ənənəvi olacaqdır. Budur, artıq ənənə yaşayır davam etdirilir.

    İyulun 30-dan başlanıb avqustun 5-dək davam edəcək İkinci Beynəlxalq Musiqi Festivalını səbirsizliklə gözləyən musiqi ictimaiyyətimizin nümayəndələri tədbirin açılış mərasimini heç zaman unuda bilməyəcəklər. Çünki bu açılış mərasimində Azərbaycan Respublikası Prezidenti İlham Əliyev, YUNESKO-nun baş direktoru İrina Bokova, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva, dövlət hökumət nümayəndələri, ölkəmizin dünyanın tanınmış sənət adamları, eləcə postsovet məkanının çoxsaylı mətbuat təmsilçiləri iştirak edirdilər.

    Festivalın açılışında çıxış edən Mehriban xanım Əliyeva Qəbələni təkcə Azərbaycanın deyil, bütövlükdə dünyanın ən gözəl guşələrindən biri adlandırmışdır. Heydər Əliyev Fondunun prezidentinin fikrincə, bu qəbildən olan tədbirlərin məhz Qəbələdə keçirilməsinin özünün bir təbii əsası vardır: "Qəbələ torpaqlarına qədəm qoyan hər bir insan tarixin nəfəsini, əsrlərin ruhunu duyub hiss edir. Zaman keçdikcə dövlətlər, sivilizasiyalar, xalqlar millətlər yaranır yox olurdu. Dəyişməyən, əbədi olan bu dağların möhtəşəmliyi, çay bulaqların aramsız axarı əsrlərin şahidi olan ağacların səmaya doğru ucalmasıdır. Qəbələnin füsunkar təbiətinin özü elə bil ki, təkrarsız bir musiqi əsəri yaradır bizləri bu əsəri dinləməyə dəvət edir".

    Qeyd edək ki, Heydər Əliyev Fondu son illər Beynəlxalq Muğam Festivalı, Mstislav Rostropoviç Musiqi Festivalı, Üzeyir bəy Hacıbəyli, Dmitri Şostakoviç, Bülbül kimi dahi sənət adamlarının yubileylərinə həsr olunmuş silsilə festivallar təşkil etmişdir. Qəbələ Beynəlxalq Musiqi Festivalı da Azərbaycan dünya musiqisinin, mədəni dəyərlərin qorunub saxlanması üçün atılmış növbəti uğurlu addımdır.

    Festivalın açılışında çıxış edən YUNESKO-nun baş direktoru İrina Bokova Qəbələ festivalının böyük əhəmiyyət kəsb etdiyini özünəməxsus şəkildə ifadə etmişdir: "Xalqların mədəniyyətlərin bu görüşünün əsas nəticəsi Azərbaycanın ustaddan şagirdə, nəsildən-nəslə keçən zəngin musiqi ənənələridir. YUNESKO belə hesab edir ki, bu ənənələrin bir qismi ümumdünya irsinin inciləridir, onların qorunub saxlanması populyarlaşdırılması üçün bütün tədbirlər görülməlidir".

    Əvvəldə qeyd etdiyimiz kimi, dövlət başçısı İlham Əliyev vaxtaşırı Qəbələyə səfərlər edir bu rayonda yeni tikilib istifadəyə verilmiş müxtəlif obyektlərin açılışında iştirak edir. İkinci Beynəlxalq Musiqi Festivalı ərəfəsində Prezident İlham Əliyev Qəbələdə bir sıra obyektlərin açılışında iştirak etmişdir. Yeni istifadəyə verilən "Qafqaz " mehmanxanası Qəbələnin turizm obyektlərinin sırasına növbəti bir müəssisənin əlavə edilməsi, "Gilan" konserv zavodunda yaradılan yeni istehsal sahələri rayonun iqtisadi inkişafına ciddi töhfə idi. Bu gün Qəbələ hərtərəfli inkişaf edir.

    Bu inkişaf Heydər Əliyev idarəçilik siyasətinin, Prezident İlham Əliyevin bölgələrin inkişafına göstərdiyi qayğı diqqətin nəticəsidir.

 

 

    İttifaq MİRZƏBƏYLİ

 

    Xalq qəzeti.- 2010.- 3 avqust.- S. 1.