Ana dili - bizi birləşdirən ən böyük dəyər

 

    "Ana dilimiz müstəqil Azərbaycanın, Azərbaycan xalqının ən böyük milli sərvətidir"

 

    Heydər ƏLİYEV,

    Ümummilli lider

 

 

    Dövlət dilinin qorunması və işləkliyinin təmin edilməsi ölkəmizdə müstəqil dövlət quruculuğunun prioritet istiqamətlərindəndir. Ümummilli liderimiz Heydər Əliyev hələ Sovet İttifaqı dövründə mərkəzin ciddi müqavimətinə baxmayaraq, respublikamızda Azərbaycan dilinin dövlət dili statusunun 1978-ci il Konstitusiyasında əks olunmasına nail ola bilmişdi. Azərbaycan dilinin Müstəqil Azərbaycan Respublikasının ulu öndərin rəhbərliyi ilə hazırlanaraq 1995-ci ilin 12 noyabrında qəbul edilmiş Konstitusiyasının 21-ci maddəsində təsbit edilmiş Dövlət Dili statusu isə artıq deklorativ yox, əməli xarakter daşıyır.

 

    Konstitusiyanın qəbulundan keçən on beş il ərzində bu məsələnin ayrı-ayrı konkret cəhətlərinə dönə-dönə qayıdılması, ana dilimizin statusunun təminatı və tətbiqinin təkmilləşdirilməsi ilə bağlı müxtəlif qanun, fərman və sərəncamlar verilməsi dövlətimizin bu məsələyə nə qədər böyük önəm verdiyini sübut edir:

    "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 18 iyul 2001-ci il tarixli fərmanı;

    "Azərbaycan əlifbası və Azərbaycan dili gününün qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 9 avqust 2001-ci il tarixli fərmanı;

    "Azərbaycan Respublikasında dövlət dili haqqında" Qanun (30 sentyabr 2002-ci il);

    "Azərbaycan Respublikasında dövlət dili haqqında" Qanunun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2 yanvar 2003-cü il tarixli fərmanı.

    Bütün bu sənədlər müstəqil Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər Əliyev tərəfindən imzalanmışdır.

    Prezident İlham Əliyev dövlət siyasətinin bütün sahələrində olduğu kimi, dil siyasətində də ulu öndərin strateji xəttini inamuğurla davam etdirir.

    12 yanvar 2004-cü ildə "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında" Prezident sərəncamı imzalanmış, 5 avqust 2004-cu ildə isə bu sərəncamın tətbiqini reallaşdırmaq məqsədilə "Azərbaycan dilində orfoqrafiya qaydalarının təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabineti xüsusi qərar qəbul etmişdir.

    Latın qrafikalı yeni Azərbaycan əlifbasının həyata keçirilməsinin xalqımızın ümumi mədəni inkişafına və ölkəmizin dünya birliyinə mədəni inteqrasiyasına yardımçı olmasını praktikada təmin etmək məqsədilə Prezident İlham Əliyev sonrakı iki ildə dünya ədəbiyyatı klassikasının Azərbaycan dilində nəşri ilə bağlı daha iki sərəncam imzalamışdır.

    Xalqın böyük əksəriyyəti tərəfindən tam razılıqla qarşılanan bu sənədlər dövlət dilimizin rəsmi statusunun həyatımızın bütün sahələrində qeyd-şərtsiz təmin olunmasını, tədrisinin və öyrənilməsinin yaxşılaşdırılmasını, işləkliyinin genişləndirilməsini və saflığının qorunmasını nəzərdə tutur. Bu sənədlər dövlət dilinə məhz dövlətçilik atributu kimi yanaşmanın, ən yüksək səviyyədə diqqət və qayğının bariz nümunəsidir.

    "Azərbaycan Respublikasında dövlət dili haqqında" Qanunun bəzi müddəalarını yada salaq:

    - Dövlət dilini bilmək hər bir Azərbaycan Respublikası vətəndaşının borcudur;

    - Azərbaycan Respublikası dövlət dilinin işlənilməsini, qorunmasını və inkişafını təmin edir;

    - Dövlət dilinin saflığının qorunması, dilçilik elminin nəzəriyyəsi və praktikasının inkişafı üçün müvafiq şəraitin yaradılması və tədbirlərin həyata keçirilməsi dövlətin əsas vəzifələrindəndir;

    - Bütün televiziyaradio kanallarının aparıcıları dövlət dilini mükəmməl bilməlidirlər və onların səlis danışıq qabiliyyəti olmalıdır;

    - Azərbaycan Respublikasının ərazisindəki bütün kütləvi informasiya vasitələri (mətbuat, televiziya, radios.), kitab nəşri və digər nəşriyyat işi ilə məşğul olan qurumlar Azərbaycan dilinin normalarına riayət olunmasını təmin etməlidirlər;

    - Azərbaycan Respublikası ərazisində bütün xidmət sahələrində, reklamelanlarda dövlət dili işlənilir;

    - Azərbaycan Respublikası ərazisində istehsal edilən, habelə ixrac edilən malların üzərindəki etiketlər və digər yazılar müvafiq xarici dillərlə yanaşı, dövlət dilində də olmalıdır;

    - Bu qanunu pozan hüquqi, fiziki və vəzifəli şəxslər Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.

    Artıq səkkiz ildir ki, ölkəmiz "Dövlət dili haqqında" Qanunun qüvvədə olduğu bir şəraitdə yaşayır. Gündəlik həyatımızda qanunun qeyd olunan maddələrinin hər birinin tez-tez pozulması halları ilə üzləşirik. Ancaq sonuncu maddənin tətbiqini, yəni dövlət dilinin işlədilməsi qaydalarının pozulmasına görə kiminsə məsuliyyət daşıdığını, hansı qaydada isə cəzalandırıldığını indiyəcən görən olmayıb. Bizə elə gəlir ki, bu qanuna əməl edilməsinin qəti şəkildə tələb olunması vaxtı çoxdan çatmışdır. Məsələn, analoji qanunu Avropada ilk dəfə tətbiq etmiş Fransada fransız dilinin pozulmasına görə böyük məbləğdə cərimə nəzərdə tutulur. Və bu qanun işləyir! Bizdə də ictimaiyyəti dil haqqında qanuna əməl edilməsinin zəruriliyi yönündə hazırlamaq, dil pozuntularının şüurlarda qanun pozuntusu kimi dərk olunmasına, qiymətləndirilməsinə nail olmaq lazımdır. Bu münasibət ölkəmizdə hüquqi dövlət quruculuğunun təbii faktoruna çevrilməlidir. Bəzən belə bir sual meydana çıxır: ümumiyyətlə, dilimizi qorumaq, onun saflığı uğrunda "mübarizə aparmaq" lazımdırmı?

    İnsanların bir qisminin düşüncəsinə görə, belə bir mübarizəyə zəruri ehtiyac yoxdur. Onların fikrincə, dilimizin başı üzərində heç bir real təhlükə duyulmur. Nəinki daxil olduğu türk dilləri ailəsində, eləcə də mədəni dünyanın inkişaf etmiş dilləri sırasında öz üslubifunksional imkanlarına görə heç bir dildən geri qalmayan, on milyonlarla insanın ünsiyyət vasitəsi kimi işlənən, geniş şəbəkəli informasiya vasitələri, radioteleviziya kanalları, nəşriyyatları, elmi-tədqiqat müəssisələri, zəngin klassikmüasir ədəbiyyatı, minlərlə orta, onlarla ali məktəbi əhatə edən təhsil sistemi, nəhayət, suveren bir dövlət tərəfindən təmin edilən dövlət dili statusu olan Azərbaycan dilini nədən, ya kimdənsə qorumağa, onun taleyi üçün narahatlıq keçirməyə nə hacət? Bu cür düşünənlərin, əlbəttə, öz məntiqi var, ancaq, təəssüf ki, real vəziyyət onların düşündüyü qədər sadə və birmənalı deyil.

    "Dilimizi qorumaq lazımdır" deyənlər adətən onun lüğət tərkibinin əcnəbi dillərdən keçən yad sözlərlə zibillənməsindən narahatlıq ifadə edirbunun qarşısını almağa çağırırlar.

    Yadda saxlamaq lazımdır ki, lüğət tərkibi dilin ən çevik, dəyişməyə ən çox meyilli olan təbəqəsidir. Eyni zamanda leksikadakı pozuntuları aradan qaldırmaq da daha asandır. Cəmiyyət qərara gəlsə ki, filan sözü işlətməyək, işlətmirlər və bununla da problem həll olunur. Buna görə də lüğət tərkibindəki dəyişmələrə, bəzən hətta ifrat və gərəksiz dəyişmələrə görə dilimizin taleyi haqqında bədbin nəticələr çıxarmağa tələsmək lazım deyil. Dilin özəlliyini və özünəməxsusluğunu lüğət tərkibindən daha çox qrammatik sistem müəyyən edir. Bu baxımdan isə dilimiz "Kitabi-Dədə Qorqud"dan üzü bəri min ildən çoxdur ki, öz sabitliyini qoruyub saxlayır.

    Məsələyə bu cəhətdən yanaşdıqda, doğrudan da, son illərdə xüsusən kütləvi informasiya vasitələrində çoxlu sayda təəssüf və etiraz doğuran faktlarla üzləşirik. Və bu halda dilimizin təmizliyini qorumaq ideyası həqiqətən aktual problemə çevrilir. Xüsusən ona görə ki, bu cür pozuntular təkcə leksik təbəqə ilə məhdudlaşmayaraq, getdikcə daha intensiv şəkildə dilin qrammatikasına - morfolojisintaktik laylarına da müdaxilə etməyə başlayır. Bu isə, həqiqətən, ciddi narahatlıq doğuran bir hadisədir və bu mənada dildə "açıq qapı" siyasəti yeritmək qətiyyən yolverilməzdir.

    Qrammatik xarakterli dil pozuntularına isə yazılı mətbuatdan daha çox elektron KİV-lərin dilində rast gəlinir. Görünür, nitqlərinin əyani mətninin göz önündə olmaması, "efirə üfürülməsi" radio-televiziya aparıcılarını məsuliyyətdən tamamilə "azad edir". Onların nitqini yazıya alıb üslubqrammatika baxımından təhlil etmək istəsəniz, dəhşətli mənzrə ilə üzləşərsiniz. Radio-televiziya kanallarındakı bu acınacaqlı "dil azadlığına" bir əncam çəkilməsə, dilimizin qorunması üçün görülən və nəzərdə tutulan bütün tədbirlər hədər gedəcək, çünki kütləvi şüura təsir baxımından televiziya bütün digər KİV-lərdən qat-qat artıq imkanlara malikdir.

    Elə buradaca təəssüf hissi ilə qeyd etmək yerinə düşər ki, telekanallarımızın heç birində Azərbaycan dili (eləcə də ədəbiyyatı) haqqında ciddi və səviyyəli bir veriliş yoxdur. Qəzetlər də bu barədə nadir hallarda yazırlar.

    Dilçilər və dil biliciləri şifahi nitqdə "parazit sözlər" adlanan hallara qarşı həmişə mübarizə aparmışlar. Əfsus ki, müasir dilimizdə bu tipli söz və ifadələr azalmaqdansa daha da artır. Əvvəllər bu qəbildən olan "deməli", "necə djeyərlər" kimi ifadələr çox işlənirdisə, son illər "belə deyək də...", "keçid almaq" kimi parazit ifadələr dilimizdə (daha doğrusu, dilimizdə danışan bəzi fərdlərin nitqində) həqiqətən də parazitsayağı, bir epidemiya kimi yayılmaqdadır. Bu sıraya gənclər jarqonundan ümumi ünsiyyət dilinə soxulan "super", "bomba" kimi təyinləri də aid etmək olar.

    Müstəqillik illərində dilimizin dövlət dili statusunun təmin edilməsi üçün əvvəldə qeyd etdiyimiz rəsmi sənədlərdən başqa bir sıra mühüm əməli tədbirlər də həyata keçirilib. Bu baxımdan ali məktəblərə qəbul zamanı Azərbaycan dili üzrə imtahanın bütün qruplar üçün mütləq olmasını, rus bölməsi üzrə orta məktəblərin buraxılış, ali məktəblərin qəbul imtahanlarında Azərbaycan dili üzrə sualların zəruri xarakter daşımasını, telekanallarda veriliş və filmlərin dövlət dilində yayınlanmasını xüsusi vurğulamaq lazımdır. Görülən işlərin praktik nəticələri də göz önündədir. Ölkəmizdə toplu halında yaşayan digər xalqların (milli azlıqların) ünsiyyət vasitəsi kimi Azərbaycan dilindən istifadə etməsi halları nəzərəçarpacaq dərəcədə artmışdır. Əvvəllər Azərbaycan dilində danışmayan (danışa bilməyən) çoxlu sayda ictimai xadimlər, siyasətçilər, ziyalılar, sənətçilər, məmurlar, sıravi vətəndaşlar indi bu dildə danışırlar (ən azı buna cəhd edirlər). Ancaq bunlarla kifayətlənmək olmaz. Görüləsi işlər hələ çoxdur. Dövlət dilinin işlədilməsinə biganə münasibətə bütün sahələrdə son qoyulmalıdır. Bu dili işlətməyin şərəfliliyini, nüfuz və hörmət gətirdiyini insanların beyninə yeritmək, davranış normasına çevirmək lazımdır.

    Ana dili bizim mənəvi Vətənimizdir, dövlət dilinin hüdudlarının qorunması dövlət sərhədinin qorunması qədər vacib məsələdir və ümummilli vəzifə kimi dərk olunmalıd ır.

    Ana dili bizi həqiqətən birləşdirən ən böyük mənəvi dəyərdir. Ana dilimizi anamızın namusu, ana Vətənimizin şərəfi kimi qorumalıyıq.

 

 

    İlham ABBASOV

 

   Xalq qəzeti.-2010.- 4 avqust.- S. 5.