Balakən anbaan dəyişir

 

    Bu sözləri sərlövhəyə çıxardığımız təsadüfi deyil. Bu barədə çox yazmışıq, çox demişik. Gələn qonaqlar onun hüsnünə heyran qalıblar. Dəfələrlə demişik. Bu müqəddəs məkanın gözəlliyini, onun insanlarının mehribanlığını, qonaqpərvərliyini sözlə ifadə etmək mümkün deyil. Odur ki, hamıya bir tövsiyəmiz olub: Gəlin, baxın, özünüz şahid olun.

 

    Təsadüfi deyildir ki, yarımilliyin yekunlarına həsr olunmuş yığıncağı açan rayon icra hakimiyyətinin başçısı Asif Məmmədov da bu barədə həvəslə söhbət açdı, görülmüş işlərdən danışdı. Dövlət proqramlarının regionların inkişafında xüsusi rolu olduğunu bildirdi. Əlavə etdi ki, bu əsas sənədin bir rayonun inkişafında xüsusi rolu olub.

    Haqlı sözlərdir. Təkcə onu bildirmək lazımdır ki, qəbul olunan birinci dövlət proqramının icrası ilə əlaqədar ölkə rəhbərinin Balakənə iki səfəri olub. Birinci səfərində xəstəxana kompleksinin təməlini qoyan ölkə Prezidenti ikinci səfəri zamanı artıq Dövlət Proqramının icrası ilə əlaqədar nəzərdə tutulan bütün tədbirlər üzrə yerinə yetirilən işlərlə maraqlanıb, tapşırıqlarını veribyeni tikilən obyektlərin açılışını edib. İctimaiyyət nümayəndələri ilə görüşən Prezident çıxışında Balakəni yeni inkişaf dövrünün başlanğıcı kimi səciyyələndirib və Azərbaycanın ən inkişaf etmiş rayonlarından biri olduğunu xüsusi vurğulayıb.

    Keçən ayın əvvəllərində artıq rayona üçüncü səfərini edən ölkə başçısı 2009-2013-cü illərdə regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının ikinci ilində rayonda görülən işlərlə maraqlandı. Eyni zamanda, Su Elektrik Stansiyasının təməlqoyma mərasimində və yeni tikilən sosial obyektlərin açılışında iştirak etdi.

    Prezident İlham Əliyev Balakənə səfəri zamanı əvvəlcə ulu öndər Heydər Əliyevin rayon mərkəzində ucaldılan abidəsini ziyarət edərək gül dəstəsi qoydu.

    Sonra ölkə başçısı ulu öndərin adını daşıyan parkdakı beşmərtbəli, dörd ulduzlu mehmanxana binasının açılışını bildirən lenti kəsdi və yaradılan şəraitlə tanış oldu. Müasir üslubda tikilən mehmanxanada 9 lüks və 54 sadə nömrə, 80 nəfərlik konfrans zalı, 80 nəfərlik yay və qış restoranları vardır. Prezident İlham Əliyev yaradılan şəraiti yüksək qiymətləndirərək bildirdi ki, mehmanxananın əsas özəlliyi onun turizm üçün son dərəcə əlverişli bölgədə yerləşməsidir. Bu cür obyektlər Balakənin, ümumilikdə bölgənin turizm imkanlarının inkişafına müsbət təsir göstərəcəkdir.

    Sonra "Balakən-1" kiçik Su Elektrik Stansiyasının təməlini qoydu. Elektrik stansiyasında ildə 10 milyon kilovat/saat enerji istehsal ediləcəkdir. Bu, rayonun elektrik enerjisinə olan tələbatının 25 faizinin təşkili deməkdir. Stansiyanın tikintisinin 2011-ci ilin ikinci yarısında başa çatdırılması nəzərdə tutulur. Elə buradaca ölkə Prezidenti rayonda daha 10 belə stansiyanın tikintisinin nəzərdə tutulduğunu bildirdi.

    Daha sonra o, Balakən Olimpiya-İdman Kompleksinin açılışında iştirak etdi. Yazım, qoy oxucular da bilsin. Kompleksin ümumi ərazisi 5 hektar, tikinti sahəsi 8900 kvadratmetrdir. Buraya futbol stadionu, basketbol, voleybol, mini futboltennis meydançaları, üzgüçülük hovuzu, əl oyunları, habelə stolüstü oyunlartrenajor zalları, kotteclər daxildir. Komplekslə tanışlıqdan sonra dövlətimizin başçısı yaradılan şəraiti yüksək qiymətləndirdi, tapşırıq və tövsiyələrini verdi.

    Ölkə başçısı müasir standartlar səviyyəsində tikilən yeni gömrük-sərhəd buraxılış məntəqəsinin açılışını da etdi. Bu məntəqədən gündə təxminən 190 avtomobil və 500-600 nəfər buraxılacaq. Ərazidə müvəqqəti saxlanc yerianbarlar, yeməkxana, inzibati bina inşa edilib. Burada ixracidxal gömrük nəzarəti və sərnişin xətləri var. Məntəqə bütün zəruri avadanlıqla tam təmin edilib.

    Yuxarıda qeyd etdiyimiz kimi möhtərəm Prezident təməlini qoyduğutikintisi başa çatan 235 çarpayılıq xəstəxana kompleksinin də açılışını etdi. Bu kompleks 3 korpusdan və yardımçı binadan ibarətdir. Xəstəxana özündə stasionar şöbələri, rayon təcili tibbi yardım stansiyasını və poliklinikanı birləşdirir. Yeni tibb ocağında 99 həkim, 202 orta və 153 kiçik tibb işçisinin işlə təmin olunması nəzərdə tutulub. Prezident İlham Əliyev bina ilə tanışlıqdan sonra tibb işçiləri ilə görüş keçirdi. Yaradılan şəraiti yüksək qiymətləndirən ölkə başçısı bildirdi ki, son illər ərzində Azərbaycanın bölgələrində tikilən xəstəxanalardan ən müasiri və ən böyüyü məhz Balakəndədir. Həmçinin Dövlət Proqramının uğurla icra olunmasından razı olan ölkə Prezidenti qeyd etdi ki, "Son illər ərzində rayonda aparılan işlər nəticəsində Balakənin siması dəyişib, şəhər gözəlləşib, müasirləşib. Balakən dünya səviyyəli inkişaf etmiş şəhərlərin sırasına daxil edilib". Görürsünüzmü, ölkə başçısı Balakənə hansı qiyməti verib. Bu hələ harasıdır, rayonda şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün tikilən 36 mənzilli yaşayış evi, demək olar ki, hazırdır. Atatürk prospektinə 630 metr bardür düzülüb, 450 kvadratmetr genişləndirilmiş hissə asfaltlanıb, hasarlar rənglənib. Rayon baytarlıq idarəsinin inzibati binasında son tamamlama, həyətində isə abadlıq işləri aparılır. Acılıqbinə kəndində 180 şagird yerlik məktəb tikilir, gələn ay qapılarını şagirdlərin üzünə açacaq.

    Hesabat dövründə Heydər Əliyev prospektində inşa edilən "Gənclər evi", Balakənə xüsusi yaraşıq verən 12 mərtəbəli 60 mənzilli yaşayış evi istismara hazır vəziyyətdədir. Deyəsən, az vaxt ərzində belə möhtəşəm layihələrin reallaşması sizi təəccübləndirdi? Heç təəccüblənməyin. Hələ bu harasıdır? Balakəndə təkcə bu ilin yarısında görülmüş işləri saymaqla qurtaran deyil. Bu barədə hesabat məruzəsində kifayət qədər faktlar sadalanıb. Hələ mən rayon əhalisinin təbii qazla təminatın yaxşılaşdırılması sahəsində görülmüş işlərdən, şəhərin şimal hissəsinə, Gərəkli kəndinə qaz xətti çəkilməsindən rayonun Katex kəndinə qaz xəttinin çəkilişinə başlanmasından danışmıram . Amma bir faktı deməyə bilmərəm. Artıq 40 min metr məsafəyə müxtəlif diametrli qaz xətti çəkilib.

    Hesabat dövründə əhalinin elektrik enerjisi ilə təminatında da problemlər yaranmayıb. 3 ədəd transformator quraşdırılıb. 4 transformator əsaslı, 2 transformator isə cari təmir olunub.

    Yığıncaqda rayonda təhsil, səhiyyə mədəniyyət sahəsində əldə olunan uğurlardan, aqrar sahədə əldə olunan nailiyyətlərdən danışıldı.

    Hesabat yığıncağında çıxış edən digər natiqlər də ayrı-ayrı sahələrdə balakənlilərin fərəhli işlərini sadaladılar, bütün bunların qazanılmasında ölkə başçısı cənab İlham Əliyevin xüsusi qayğısını minnətdarlıqla qeyd etdilər. Onu da qeyd etdilər ki, hər bir balakənli bu gün ulu öndər Heydər Əliyevin siyasi kursunu ləyaqətlə, uğurla davam etdirən Azərbaycan Prezidenti cənab İlham Əliyevi həmişə dəstəkləyəcəklər.

    Ürəkdən gələn sözlərdir. Mən isə bu yazını cənab İlham Əliyevin Balakəndə dediyi sözlərlə bitirmək istəyirəm. "Mən ümid edirəm ki, bundan sonra da Balakəndə bütün işlər yüksək səviyyədə görüləcək, əhaliyə bütün sahələrdə yüksək xidmət göstəriləcəkdir".

 

 

    İlqar HƏSƏNOV,

    "Xalq qəzeti"nin bölgə müxbiri

 

    Xalq qəzeti.- 2010.- 5 avqust.- S. 4.