Kür
qırağı seyrangaha çevrilir
Salyandan Neftçalaya
dönən yolun üstündəki kəndlərdən
biri Aşağı Qaramanlıdır. Şair Müzəffər Məzahim bu kənddə yaşayır və işləyir.
Görüşlərimizin birində o mənə
"Görüşünə gəlmişəm" adlı
kitabını bağışlayıb. Müzəffərin
el ruhundan qaynaqlanan, vətən torpağının ətri
duyulan şeirləri ilə
tanışlıqdan sonra hər dəfə
Neftçalaya gedəndə istər-istəməz
Aşağı Qaramanlıya dönüb
icra nümayəndəsinin müavini vəzifəsində
çalışan şairlə görüşürəm.
Moskvada, M. Qorki adına Dünya Ədəbiyyatı
İnstitutunu bitirib. Az yazır, amma, necə deyərlər,
saz yazır. Şeirləri də özünə
oxşayır: təbii, sadə, ürəyəyatımlı.
O, doğma yurdun torpağına "xalqın odlu ürəyi"deyir.
Xəyalı"dağda-düzdə əsən külək
kimi" dolaşır. Ömrünü "səfər
çantası"tək çiynində daşıyır.
Gözəllikləri gözünə-könlünə
köçürür, milli-mənəvi dəyərlərimizə
"işıq" tutur:
Fikir yolçusuyam, söz zəvvarıyam,
Kövrəklik könlümün
kökündə imiş...
-deyən Müzəffər
Gözəlovun (Məzahimin) dövlət işində necə
bir məmur olduğunu deyə bilmərəm, amma
abırlı bir insan olduğuna elə onun öz misraları
ilə şahidlik edə bilərəm:
Bu dünyada qoru təmiz
adını,
Nə böhtan de, nə yalan de, nə haqq dan.
Ölənəcən ürəyini döndərmə
Nə düzlükdən, nə paklıqdan, nə haqdan.
Şairlə ötən görüşümüzdən
sonra bölgədə
Kür çayı aşıb-daşmış, ətraf
əraziləri dəlisov
sularına qərq eləmişdi. Vəziyyətlə
Aramızdan su keçməzdi,
Dərya keçdi,
ümman keçdi...
Deyəcəksiniz ki, həsrət
şeiri hara, Kürün şıltaqlığı
hara? Əslində,
birbaşa əlaqəsi
olmasa da, gözəl deyilmiş sözü hər cür mənalandırmaq olar.Demək istədiyim odur ki, Neftçalada
təkcə əkinçilər,
balıqçılar, neftçilər
deyil, Müzəffər
Məzahim kimi istedadlı qələm sahibləri, isti ürək yiyələri
də var. Yurdumuzun guşələrini gözlərdə
ucaldan da elə bu rəngarənglikdir.Neftçala
sürətlə inkişaf
edən rayonlardandır.
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev Neftçalaya səfəri zamanı rayonda görülən işəri yüksək qiymətləndirib: "Buradakı
müasir binalar, işıqlı küçələr,
yeni bağlar və xiyabanlar rayonda abadlıq və quruculuq işlərinin geniş vüsət aldığını
göstərir. Bu, şübhəsiz ki, ümumi iqtisadi inkişafın nəticəsidir
və məni də son dərəcə
sevindirir".
Əsas özəllik ondan
ibarətdir ki, bu rayonda kimsə
uğurlardan arxayınlaşmır.
Ən yüksək səviyyədə
söylənən təriflər
belə neftçalalıların
zəfər yürüşündə
"nəfəs dərimi"
üçün bəhanə
olmur. Böyükdən-kiçiyə hər kəs
bugünkü nailiyyəti
sabahkı qələbənin
təməli sayır.
Buna görədir ki, cari ilin
birinci yarısı da Neftçala üçün uğurlu
olub. Yeddi yeni müəssisə yaradılıb, 117 fiziki şəxs fəaliyyətə
başlayıb, 298 daimi
iş yeri açılıb. Kənd təsərrüfatında
mövsümi işlərə
720 nəfər cəlb
edilib. Rayon üzrə
ümumi məhsul istehsalı 17 faiz artıb, qeyri-dövlət
sektorunun payı 94,6 faizə çatıb.
Adambaşına düşən pul
gəlirləri çoxalaraq
197 manat olub.Ötən
həftə altıaylığın
yekunlarına həsr edilən yığıncaqda
bütün bunlar barəsində ətraflı
danışıldı. Rayon icra hakimiyyətinin
başçısı Taleh
Qaraşovun hesabat məruzəsində misal gətirilən müqayisəli
rəqəmlər əksər
sahələrdə irəliləyişdən,
inkişafdan soraq verirdi. Məruzəçi
bildirdi ki, hesabat dövründə əsas makroiqtisadi göstərici olan ümumi məhsul istehsalının həcmi
63,2 milyon manat olub. Bunun
yarıdan çoxu
(53,5 faiz) kənd təsərrüfatına
aiddir.
Göstərilən dövrdə diri
çəkidə iki
min tonadək ət,
on min tonadək süd,
iki milyon ədədədək yumurta,
190 ton yun istehsal edilib. İlin məhsulu üçün
taxıl əkini sahələri artırılıb
və yüz min tondan artıq taxıl toplanıb. Meliorativ tədbirlər həyata
keçirilıb-171 kilometr suvarma kanalı, 68 kilometr kollektor-dren sistemi lildən təmizlənib, hidrotexniki
qurğular, aqreqatlar təmir edilib. İribuynuzlu
mal-qaranın sayı
40461 başa, qoyun və keçilərin sayı isə 119894 başa çatdırılıb.
Hazırda "Aqrolizinq" ASC-nin Neftçala "Aqroservis" filialında texnikanın sayı
83-dür. Fermerlərin gübrələrlə təminatı xeyli yaxşılaşıb.
Abadlıq işləri daim
diqqətdə olub.
Yarım
ildə milyon manatlığa qədər
tikinti, təmir, yol çəkilişi və kommunal xidməti həyata keçirilib. Bu tədbirlərin keyfiyyətinə,
xüsusi memarlıq üslubunun saxlanmasına önəm verilib. Bütün maliyyə mənbələri
hesabına 254 min manatlıq
əsas fondlar istifadəyə verilib,
rayon iqtisadiyyatının inkişafına
üç milyon manatlıq investisiya yönəldilib. Əsas kapitala
investisiya qoyuluşunda
dövlət sektorunun
payı ötən ilin müvafiq dövrünə nisbətən
95 faiz olub. Əhalinin şəxsi vəsaiti ilə ümumi sahəsi 2162 kvadratmetr olan, 240 min manat məbləğində
fərdi yaşayış
evləri tikilərək
istifadəyə verilib.
39 saylı Yol
İstismar İdarəsi
yarım milyon manatlığadək yol-təmir
işi görüb.
Həm şəhərin küçələrində,
həm də Bankə, Xıllı və Həsənabad qəsəbələrində yollar
abadlaşdırılıb. Rayon mərkəzində binaların dam örtükləri
təzələnib, fasadlar
rənglənib, kanalizasiya
xətləri dəyişdirilib.
Heydər Əliyev parkında
yüksək zövqlə
əsaslı təmir
aparılıb, ulu öndərin adını
daşıyan prospektdə
seyrangahın tikintisi davam edib. Təhsil, səhiyyə və mədəniyyət ocaqlarında
əsaslı və cari təmir işləri həyata keçirilib. "Ekologiya ili" ilə əlaqədar hesabat dövründə
rayon ərazisində 24300 ağac
əkilib, yaşıllaqlara
müntəzəm qulluq
edilib.Təhsil, səhiyyə
və mədəniyyət
sahələrində də
müəyyən işlər
görülüb, uğurlar
qazanılıb. İcra hakimiyyəti
tərəfindən bir
sıra maraqlı ictimai-siyasi və mədəni-kütləvi tədbirlər
keçirilib.
Hesabat dövründə Neftçalada vətəndaş
müraciətlərinə həmişəki kimi həssaslıqla yanaşılıb.
Rayon icra hakimiyyəti
başçısının 18 inzibati ərazi vahidinin mərkəzində,
yaşayış məntəqələrində
əhali ilə yaddaqalan görüşləri
və səyyar qəbulları təşkil
olunub. Bu tədbirlərdə minlərlə
sakin iştirak edib, qaldırılan məsələlərin həlli
üçün müvafiq
işlər görülüb.
İcra hakimiyyətinə və yuxarı instansiyalara olan 324 vətəndaş müraciəti üzrə
də tədbirlər
həyata keçirilib.
İcra hakimiyyəti başçısının
aparatında isə
191 vətəndaş qəbul
edilib. Sakinlər hər zaman
olduğu kimi, buraya ümid qapısı kimi baxır, onları narahat edən məsələlərlə bağlı
müraciət edir və zənnlərində
yanılmırlar. Bu torpağın
şair oğlu Müzəffər Məzahim
demişkən, inamın,
əqidənin gücü
qalib gəlir:
İçimdəki vüqar
adlı gücü duy,
Bu, inamın, əqidənin gücüdür.
Birləşəndə ağıl ilə güc udur,
Dözəsiyəm bu
sınaqdan keçincə...
Əli
NƏCƏFXANLI
Xalq qəzeti.- 2010.- 5
avqust.- S. 4.