Prezident İlham ƏLİYEV: Azərbaycanda neft-qaz sahəsində beynəlxalq əməkdaşlıq nümunə kimi öyrənilə bilər

 

    Neftqaz hasilatının artması nəticəsində Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyası təmin edilmişdir. İndi qətiyyətlə demək olar ki, ölkəmiz inamla dünya enerji bazarına daxil olmuş, burada özünü etibarlı tərəfdaş kimi göstərmişdir.

 

    Dövlət Neft Şirkəti son illər ərzində neft-qaz sənayesinin müasirləşdirilməsi, infrastruktur imkanlarının genişləndirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirmişdir. Hazırda şirkət Xəzərin Azərbaycan sektorunda çətin mənimsənilən strukturlarda müstəqil çalışmaq üçün müvafiq istehsal güclərinə, inkişaf etmiş xidmət sektoruna, böyük elmitexniki potensiala malikdir. Şirkətdə həm quru, həm də dənizdəki neftqaz yataqlarının kəşfiyyatı, işlənməsi və abadlaşdırılması ilə bağlı bütün məsələləri həll etmək qabiliyyətinə malik yüksək ixtisaslı mühəndis, texnik və fəhlə kadrları çalışır. Şübhəsiz ki, şirkətin müasirləşməsi və yeniləşməsi istiqamətində həyata keçirilən işlərin əsas məqsədi və son hədəfi xalqımızın həyat şəraitini yüksəltmək, dövlətimizin iqtisadi qüdrətini möhkəmdəndirməkdən ibarətdir.

    Həyata keçirilən ardıcıl tədbirlərin nəticəsində istehsal göstəriciləri də yaxşılaşmışdır. Ölkə Prezidenti İlham Əliyev bununla bağlı Nazirlər Kabinetinin 2010-cu ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında demişdir: "Neft-qaz sektorunda bütün işlər plan üzrə gedir. Nəzərdə tutulmuş hasilat səviyyəsi təmin ediləcəkdir. Altı ayda 25 milyon ton neft, 13 milyard kubmetr qaz hasil edilibdir. Bilirsiniz ki, bu hasilatın böyük əksəriyyəti ixrac edilir, Azərbaycana valyuta axını gəlməyə davam edir. Hesab edirəm ki, bu sahədə hasilatla bağlı işlər lazımi səviyyədə qurulub. Biz əlbəttə ki, hər bir sahədə olduğu kimi, bu sahədəki siyasətimizə vaxtaşırı düzəlişlər edirik. Mən hesab edirəm ki, hazırkı hasilatın səviyyəsi bizi qane edir. Ancaq gələcəkdə əlbəttə ki, müxtəlif amilləri nəzərə alaraq, biz hesilatı artıra da bilərik, azalda da bilərik. Elə etməliyik ki, biz öz təbii ehtiyatlarımızdan maksimum səmərə ilə istifadə edək..."

    Yeri gəlmişkən, burada bir məqama da toxunmaq istərdik. Ötən 16 il ərzində Azərbaycan neftçilərinin xarici tərəfdaşlarla birgə səmərəli fəaliyyəti ölkəmizə böyük uğurlar gətirmişdir. Ölkə rəhbərliyinin böyük diqqət və qayğısı, Azərbaycanın yeni neft strategiyası çərçivəsində reallaşdırılan iri miqyaslı işlərlə şəxsən maraqlanması birgə fəaliyyətin genişləndirilməsinə, nəzərdə tutulmuş layihələrin vaxtında icra olunmasına təkan vermişdir. Azərbaycan neftçilərinin zəngin təcrübəsi, neft sənayesinin geniş imkanları da öz növbəsində ARDNŞ-lə tərəfdaşlıqda işləyən xarici neft şirkətlərinin ölkəmizə inamını xeyli artırmışdır. Bununla əlaqədar Prezident İlham Əliyev sözügedən iclasda demişdir: "Azərbaycanda neft-qaz sahəsində beynəlxalq əməkdaşlıq nəticəsində əldə edilmiş gəlirlərin ədalətli bölünməsi və şəffaf şəkildə saxlanılması artıq dünya miqyasında bir nümunə kimi göstərilir. Bu sahədə biz maksimum dərəcədə istədiyimizə nail ola bildik. Dünyada mövcud olan ən yüksək standartlar Azərbaycanda tətbiq olunur".

    Son illər yeni quyuların qazılmasına diqqət daha da artırılmışdır. Bu günlərdə "Cəfərli" yatağındakı 39 nömrəli quyu qazmadan sonra istismara verilmişdir. Kompleks Qazma İşləri Trestinin "Qobustan" Qazma İşləri İdarəsi tərəfindən qazılmış quyu 3990 metrdən sutkada 11 ton neft hasilatı ilə Muradxanlı İriləşdirilmiş Neft Mədənlərinin İstismar Fonduna daxil edilmişdir.

    ARDNŞ-nin Kompleks Qazma İşləri Trestinin "Bayıl Limanı" Dəniz Kəşfiyyat Qazma İşləri İdarəsi də "Günəşli" yatağında qazma işlərini uğurla davam etdirir. 6-cı Dərin Dəniz Özülündən Qirməki Altı Lay Dəstəsinə qazılan layihə dərinliyi 3850 metr olan 70 nömrəli quyuda qazma gedişi artıq 3090 metrdədir. 10-cu Dərin Dəniz Özülündən Qirməki Altı Lay Dəstəsinə qazılan layihə dərinliyi 3830 olan 50 nömrəli quyu isə 2802 metr dərinliyə çatdırılmışdır. Yataqdakı 19-cu Dərin Dəniz Özülündə Qala Lay Dəstəsinə qazılan layihə dərinliyi 3850 metr olan 69 nömrəli digər quyuda isə qazma işləri 3000 metrdə aparılır. Geoloqların hesablamalarına görə, istismara verildikdən sonra maili istiqamətləndirilmiş bu quyuların hər birinin gündəlik hasilatı 40 ton neft, 250 min kubmetr qaz təşkil edəcəkdir. Qeyd edək ki, "28 May" adına Neft və Qazçıxarma İdarəsinin sifarişi ilə qazılan quyular bu il ərzində təhvil veriləcək.

    Ümumiyyətlə, qazma işlərinin həcmi getdikcə artır. Belə ki, 2010-cu ilin iyul ayı ərzində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (müştərək müəssisələr və əməliyyat şirkətləri istisna olmaqla) 11886 metr qazma işi həyata keçirmişdir. Bu sahədə görülmüş işlərin 9946 metri istismara, 1940 metri kəşfiyyata aid olmuşdur. Həyata keçirilmiş kəşfiyyat qazmasının 379 metri isə struktur axtarış qazması vasitəsilə reallaşdırılmışdır. Bir sözlə, 2010-cu ilin yanvar-iyul aylarında ARDNŞ üzrə (müştərək müəssisələr və əməliyyat şirkətləri istisna olmaqla) 83260 metr qazma işi görülmüşdür ki, bunun da 79406 metri istismara, 3854 metri kəşfiyyata (o cümlədən, 841 metr struktur axtarış qazması) aid olmuşdur.

    Dövlət Neft Şirkətində hasilatla yanaşı, ekoloji məsələlər də diqqət mərkəzində saxlanılır. Bununla bağlı diqqəti bir fakta yönəltmək istərdik. Belə ki, "Ekoloji park"da damcı üsulu ilə suvarılma tətbiq edilir. Yaşıllaşdırma işləri həyata keçirilən zaman mühüm məsələlərdən biri bitkilərin suya olan tələbatının düzgün ödənilməsidir. Hər bitkinin suya tələbatı onun növündən, becərilmə şəraitindən asılı olaraq müəyyən edilir. ARDNŞ-nin Ekologiya İdarəsi tərəfindən yaradılmış "Ekoloji Park"da damcı üsulu ilə suvarılmaya start verilmişdiryeni əkilmiş ağacların bu üsulla suvarılması müvəffəqiyyətlə həyata keçirilməkdədir. Mütəxəssislərin fikrincə, müasir yaşıllaşdırma işlərində tətbiq edilən suvarma üsulları içərisində Abşeron şəraiti üçün ən effektiv olanı və iqtisadi cəhətdən ən sərfəli sayılanı məhz damcı üsuludur. Bu yolla suvarma zamanı istifadə olunan su bitkinin kökünə daxil olaraq suya olan tələbatını ödəyir, beləliklə də bitkilər ifrat suvarmadan qorunur. Qeyd edək ki, bu üsul istənilən relyef şəraitində tətbiq oluna bilir və bitkilərin məhsuldarlığının yüksəlməsinə səbəb olur. Damcı üsulunda sistemə daxil olan su filtrdən keçərək mexaniki qarışıqlardan və yosunlardan təmizlənməli, kolloidlərin qatılığı sudan az olmalıdır. Əks halda yüksək qatılıqlar damcılayıcı qurğuların tutulmasına və hətta sıradan çıxmasına səbəb ola bilər. Bunu nəzərə alan mütəxəssislər "Ekoloji Park"da suyun çirkli olduğu hallarda onu durultduqdan sonra istifadə edirlər.

    Dövlət Neft Şirkətinin fəaliyyətində bir yenilikmaraq doğurur. Atmosfer havasının avtonəqliyyat vasitələrindən atılan zərərli qazlarla çirklənməsinin qarşısını almaq məqsədi ilə ARDNŞ "Avro" standartlara keçir. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 28 sentyabr 2006-cı il tarixli sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər Planı"nda ARDNŞ-ə aid tapşırıqlarda atmosferə atılan zərərli qazların "Avro" standartlarına uyğunlaşdırılması üçün ekoloji ölçmə məntəqələrinin yaradılması qeyd olunmuşdur. Bu məqsədlə 2009-cu ildə Bakı şəhərinin Səbail, Sabunçu və Suraxanı rayonlarında yerləşən "Bibiheybətneft", "Balaxanıneft", "Qum adası" NQÇİ-lərin ərazilərində ARDNŞ-nin Ekologiya İdarəsi tərəfindən 3 Ekoloji Ölçmə Məntəqəsi tikilmişmüasir tipli yeni avadanlıqlarla təmin olunmuşdur.

    ARDNŞ-nin müəssisə və təşkilatları ilə ikitərəfli razılaşma müqavilələri bağlandıqdan sonra Ekologiya İdarəsinin Ekoloji Ölçmə Mərkəzinin əməkdaşları bağlanmış müqavilələrin şərtlərinə əsasən, həmin idarələrin balansında olan nəqliyyat vasitələrini ekoloji müayinədən keçirirlər.

    Ekoloji Ölçmə Mərkəzinin fəaliyyət dairəsini genişləndirmək məqsədi ilə Mərkəz Azərbaycan Respublikası Standartlaşdırma, MetrologiyaPatent üzrə Dövlət Komitəsi tərəfindən AZS Milli sertifikatlaşdırma sistemində müstəqillik akkreditasiyasından keçirilmişakkreditasiya şəhadətnaməsi alınmışdır. Sistemin tələblərinə uyğun olaraq, ekoloji ölçmə məntəqələri qaz analizator cihazları ilə təmin edilmişdir.

    Məlum olduğu kimi, "Ekologiya ili" çərçivəsində Nazirlər Kabineti 2010-cu ilin 1 iyul tarixindən etibarən Azərbaycan Respublikası ərazisində istismar olunan bütün nəqliyyat vasitələrinin "Avro-2" standartlarının tələblərinə uyğun istismar edilməsi haqda qərar vermişdir. Bu məqsədlə, 2010-cu il iyul ayından etibarən ARDNŞ-nin balansında olan nəqliyyat vasitələrinin də "Avro-2" standartlarının tələblərınə uyğun istismar olunmasına başlanmışdır.

    Avtonəqliyyat vasitələrindən atmosferə atılan zərərli qazlar üzrə "Avro" standartları Birləşmiş Millətlər Təşkilatının Avropa İqtisadi Komissiyası tərəfindən qəbul olunmuşdur. Avro-1, Avro-2, Avro-3, Avro-4, Avro-5 standartları avtonəqliyyat vasitələrinin mühərriklərindən atmosferə atılan işlənmiş qazların tərkibində olan zərərli maddələrin maksimal həddini göstərir. Həmin qazlar sırasında "dəm qazı" adlanan karbon oksidi (CO), karbohidrogenazot oksidin qarışığı olan qazlar (CH+NOx) xüsusi nəzarətdə saxlanılır.

 

 

   Vaqif BAYRAMOV

 

   Xalq qəzeti.- 2010.- 12 avqust.- S. 1.