Yeni nəşrlər

 

    "Müasir təhsilin konseptual problemləri"

 

    Müstəqil respublikamızda həyata keçirilən təhsil islahatının elə bir mərhələsidir ki, bu prosesdə elmi-pedaqoji metodiki təminata zəruri ehtiyac duyulur. Təhsilin müxtəlif mərhələlərində qarşıya çıxan problem xarakterli məsələlərin real həllinə istiqamətlənmiş pedaqogika-psixologiya elminin nailiyyətlərinə istinad etmək lazım gəlir.

 

    Bu zərurətin əsl mahiyyətini yaxından duyan Rusiya Dövlət Təhsil Akademiyasının həqiqi üzvü, respublikanın əməkdar müəllimi, texniki elmlər doktoru, Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutunun direktoru, professor Abdulla Mehrabov təhsil islahatının başlandığı illərdən tədqiqat işlərinin aspektini pedaqoji prosesin müasir problemlərinə istiqamətləndirmişdir. Ötən on ildə 100-dən çox elmi məqalənin, bir neçə kitab monoqrafiyanın müəllifi kimi tanınan professor A.Mehrabov fakt hadisələrə, situasiyalara yanaşma, yeni təfəkkür tərzi ilə elmi-pedaqoji ictimaiyyətin rəğbətini qazanmışdır. Hələ bir neçə il bundan əvvəl işıq üzü görmüş "Azərbaycan təhsilinin müasir problemləri" (2007) adlı iri həcmli monoqrafiyası ilə pedaqoji aləmdə bir sıra məsələlərə aydınlıq gətirmişdir.

    Professor A.Mehrabovun bu günlərdə "Mütərcim" nəşriyyatı tərəfindən nəşr olunan "Müasir təhsilin konseptual problemləri" monoqrafiyası isə bir növ əvvəlki əsərin davamı olmaqla fundamentallığı ilə diqqəti cəlb edir. Ümummilli liderimiz Heydər Əliyevin cənab Prezident İlham Əliyevin respublikamızda həyata keçirilən təhsil islahatı, habelə təhsilin fəlsəfi-sosial mahiyyəti ilə bağlı fikirlərini daima diqqət mərkəzində saxlayan müəllif bu dəfə öz ənənəsinə sadiq qalır. Ümummilli liderimiz Heydər Əliyevin aşağıdakı sözlərini monoqrafiyada epiqraf kimi nəzərə çatdırır:

    "İqtisadiyyatda, mədəniyyətdə, elmdə, həyatın bütün sahələrində əldə olunmuş nailiyyətlərin başında duran, onun əsasını təşkil edən, kökü olan məktəbdir, təhsildir, müəllimdir".

    Möhtərəm Prezidentimiz İlham Əliyevin artıq oforizmə çevrilmiş sözləri əsərin ilk səhifəsində nəzərə çatdırır, milli təhsil sistemimizin ən müasir tələblər səviyyəsində qurucuları qarşısında çox mühüm, möhtəşəm vəzifələr qoyulduğunu diqqət mərkəzinə gətirir:

    "Biz maddi dəyərlərimizi, iqtisadi potensialımızı insan kapitalına çevirməliyik. Çünki insanın savadı, biliyi onun gələcək həyatını müəyyən edir. Ölkənin hərtərəfli inkişafına xidmət edir beləliklə ölkənin intellektual potensialı da möhkəmlənir".

    Professor A.Mehrabovun təhsil sistemimizin qarşısında qoyulan bu möhtəşəm vəzifələrin həllinə istiqamətlənən "Müasir təhsilin konseptual problemləri" əsəri altı bölmədən ibarətdir. Həmin bölmələrdə mahiyyəti açıqlanan problem məsələlərin hər biri yeni, müasir tələblər müstəvisində işıqlandırılmışdır.

    "Müasir təhsilin məzmununun pedaqoji-psixoloji məsələləri" (1 bölmə), "Keyfiyyət təminatında idarəetmənin rolu" monitorinq qiymətləndirmə" (III bölmə), "Təhsildə innovasiyalar informatlaşdırma" (IV bölmə), "Peşə-ixtisas təhsilinin problemləri (V bölmə) "Tədris-təlim prosesində fənlərarası əlaqələrin təşkili məsələləri (VI bölmə) üzrə" irəli sürülən fikir müddəalar, ayrı-ayrı problemlərə yanaşma tərzləri aktuallığı ilə diqqəti cəlb edir. Bu da maraqlıdır ki, ayrı-ayrı bölmələrdə qoyulan nəzəri-metodik həlli verilən məsələlərin hər biri mühüm əhəmiyyətə malikdir.

    "XXI əsrdə təhsilin inkişafının əsas istiqamətləri", "Təhsildə konseptual kompetensiyaların formalaşdırılmasının mahiyyəti məzmunu", "Yeni kurikulumlarda müəyyənləşdirilmiş təlim nəticələri onların xarakterik xüsusiyyətləri" (1 bölmə) "Təhsilin texnolojiləşdirilməsi zamanın tələbidir", "İnformasiyalı cəmiyyətdə kompetensiyaların reallaşdırılmasına dair texnologiyaların pedaqoji-psixoloji məsələləri", "Qloballaşma şəraitində əxlaqi mənəvi dəyərlərin formalaşdırılmasının texnoloji məsələləri (II bölmə) "Təhsildə keyfiyyətin idarəolunma modelləri onların əsas xüsusiyyətləri", "İdarəetmənin keyfiyyət təminatında pedaqoji monitorinq qiymətləndirmənin rolu" "Tədris-təlim prosesinin keyfiyyəti onun idarəolunma məsələləri (III bölmə) "Tədris prosesinin keyfiyyətli qurulmasında innovasiyaların rolu", "Əlavə təhsil sisteminin modernləşdirilməsində innovasiyaların rolu" (IV bölmə), "Ali, peşə-ixtisas təhsili sistemində islahatların əsas istiqamətləri", "Ali, pedaqoji kadr hazırlığında keyfiyyətin idarə olunması: yeni yanaşmalar", "Peşə-ixtisas təhsili sistemində marketinq fəaliyyəti onun imkanları" (VI bölmə) ilə bağlı izahlar, şərhlər öz orijinallığı, yenilik ruhu ilə diqqəti cəlb edir. Nümunə göstərdiyimiz həmin məsələlər Azərbaycan elmi-pedaqoji ədəbiyyatında ilk dəfə olaraq öz əksini tapır. Bunlar təhsil islahatının, təhsil quruculuğunun indiki mərhələsində daima diqqəti çəkən problem xarakterli məsələlərdir.

    Monoqrafiyanın ön söz əvəzi hissəsində müəllif yazır: "...Azərbaycan təhsil sistemində uğurla həyata keçirilən islahatın elmi-nəzəri, pedaqoji-psixoloji praktik əsaslarının işlənilməsi alınmış nəticələrin təhsil müəssisələrində tətbiqi zamanın tələbidir. Təqdim olunmuş əsərdə müasir Azərbaycan təhsilinin fundamental konseptual məsələləri ciddi tədqiqata cəlb olunmuş alınmış yekun nəticələr ümumiləşdirilmişdir".

    Bütün bu görülən işlər belə bir fikir söyləməyə əsas verir ki, milli təhsil sistemimizin inkişafı problemlərinin perspektiv məsələlərini daima diqqət mərkəzində saxlayan görkəmli alim didaktik mahiyyət mühüm əhəmiyyət kəsb edən əsərləri ilə müxtəlif kateqoriyadan olan təhsil işçilərinə lazımi istiqamət verir. İnanırıq ki, akademik A.O.Mehrabovun "Təhsilin konseptual problemləri" əsəri respublikamızda təhsil quruculuğu işlərinin ən müasir tələblər səviyyəsində həyata keçirilməsinə əhəmiyyətli təsir göstərəcəkdir.

 

 

    Vidadi XƏLİLOV,

    pedaqoji elmlər doktoru,

    professor

 

    Xalq qəzeti.- 2010.- 12 avqust.- S. 6.