"Elektron Azərbaycan"
Dövlət Proqramı uğurla icra olunur
Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyev "Azərbaycan Respublikasında
rabitə və informasiya texnologiyalarının
inkişafı üzrə
2010-2012-ci illər üçün
Dövlət Proqramı"nın
(Elektron Azərbaycan)"
təsdiq edilməsi haqqında 11 avqust 2010-cu il tarixli
sərəncam imzalamışdır.
Sərəncama əsasən, Dövlət
Proqramında nəzərdə
tutulmuş tədbirlərin
icrasının əlaqələndirilməsi
Azərbaycan Respublikasının
Rabitə və İnformasiya Texnologiyaları
Nazirliyinə həvalə
edilmişdir. Dövlət Proqramının həyata
keçirilməsi dövlət
büdcəsinin vəsaitləri,
habelə qanunvericiliklə
qadağan olunmayan digər mənbələrin
hesabına maliyyələşdiriləcəkdir.
Rabitə və İnformasiya Texnologiyaları
Nazirliyinin mətbuat xidmətindən aldığımız
məlumata görə,
Dövlət Proqramının
məqsədi ümummilli
lider Heydər Əliyevin 2003-cü ildə
imzaladığı "Azərbaycan
Respublikasının inkişafı
naminə informasiya-kommunikasiya
texnologiyaları üzrə
Milli Strategiyanın
(2003-2012-ci illər)" hazırkı
mərhələsindən irəli
gələn vəzifələrin
icrasını təmin
etməkdir. Bu baxımdan yeni Proqram Strategiyanın ilkin dövründə reallaşdırılmış "Elektron Azərbaycan" Dövlət Proqramının
icrası nəticəsində
əldə olunan nailiyyətlərin davam etdirilməsi üçün
ardıcıl və sistemli fəaliyyətin həyata keçirilməsini
nəzərdə tutur.
Bu məqsədlərə
nail olmaq üçün
Dövlət Proqramına
uyğun olaraq, telekommunikasiya və poçt infrastrukturunun yeni texnologiyalar əsasında müasirləşdirilməsi,
respublikanın bütün
ərazisi üzrə
əhalinin və təşkilatların İKT xidmətlərinə
çıxışının təmin olunması, radio-televiziya, o cümlədən
rəqəmli televiziya
yayımının genişləndirilməsi,
internetin milli seqmentinin infrastrukturunun inkişaf etdirilməsi, ölkənin tranzit informasiya dəhlizi imkanlarının genişləndirilməsi,
dövlət orqanlarının
informasiya sistemləri
və resurslarının
inkişaf etdirilməsi,
e-hökumət həllərinin,
o cümlədən e-imza
və e-sənəd dövriyyəsinin geniş
tətbiqi ilə
"bir pəncərə"
prinsipi əsasında
e-xidmətlərin təşkili
istiqamətində fəaliyyət
həyata keçiriləcəkdir.
Yeni Dövlət Proqramı sahələrarası xarakter
daşıyır və
bu səbəbdən geniş sahələri əhatə edən ölkə əhəmiyyətli
İKT layihələrini özündə
cəmləşdirir.
Dövlət Proqramının
icrası istiqamətində
görülən işlərin
əlaqələndirilməsi və ayrı-ayrı fəaliyyət istiqamətləri
üzrə iş planlarının hazırlanması
məqsədilə Rabitə
və İnformasiya Texnologiyaları Nazirliyində
aidiyyəti qurumların
səlahiyyətli nümayəndələrindən
ibarət idarələrarası
Əlaqələndirmə Şurasının
yaradılması nəzərdə
tutulur.
V.ƏLİYEV
Xalq qəzeti.- 2010.- 13 avqust.- S. 5.