"Petkim" Azərbaycan və Türkiyəni iqtisadi cəhətdən daha da yaxınlaşdıracaq

 

Bu gün Azərbaycan investisiya cəlb edən ölkədən investisiya yatıran ölkəyə çevrilməkdədir. ARDNŞ beynəlxalq enerji bazarlarına yaxınlaşmaq məqsədi ilə bu istiqamətdə böyük işlər görür. Məlum olduğu kimi, qonşu Türkiyədə gerçəkləşdirilən sərmayə proqramına əsasən, ARDNŞ "SOCAR-Turcas" alyansı tərkibində qardaş ölkənin ən iri neft-kimya müəssisəsi olan "Petkim" şirkətinin idarəçiliyini həyata keçirir.

Şirkətin idarəçiliyinə veriləndən ötən müddət ərzində "Petkim" Türkiyə bazarında mövqeyini daha da gücləndirmişdir. Əsas etibarı ilə etilen, polietilen, polivinilxlorid, akrilonitril s. kimi kimya məhsullarının istehsalı ilə məşğul olan "Petkim"in xammalla fasiləsiz etibarlı təchizatı məqsədilə "SOCAR-TURCAS" Birgə Müəssisəsi neft-kimya kompleksinin Türkiyədə, İzmir vilayətinin Əliağa bölgəsində yerləşən istehsalat ərazisində yeni Ege Neft Emalı Zavodunun tikintisi planlaşdırılır.

Bu günlərdə Ankarada keçirilmiş təntənəli mərasimdə İzmir bölgəsində yeni neft emalı zavodunun tikilməsinə dair Türkiyə Enerji Bazarını Tənzimləmə Qurumunun (Enerji Piyasası Düzenleme Kurumu - EPDK) müvafiq lisenziyası "SOCAR-TURCAS" Birgə Müəssisəsinə təqdim edilmişdir.

Qeyd edək ki, belə bir zavodun inşa olunması "Petkim"in məhsuldarlığını artırmaqla yanaşı, ARDNŞ-nin istehsal etdiyi neft məhsullarının Türkiyə bazarına daha sürətlə daxil olmasına imkan yaradacaqdır.

ARDNŞ-nin "SOCAR-Turcas" alyansı tərkibində Türkiyənin böyük neft-kimya müəssisəsi olan "Petkim"in inkişafı istiqamətində gördüyü işlər bu gün təkcə Azərbaycan KİV- deyil, eləcə qardaş Türkiyə mətbuatında diqqətlə izlənilir. Bu baxımdan "SOCAR-TURCAS" Birgə Müəssisəsinə lisenziyanın verilməsi mərasimini Türkiyə mediası önəmli bir hadisə kimi qiymətləndirmişdir. Qardaş ölkənin "Milliyət", "Yeni asır", "Dünya", "Referans", "Bugün", "Star", "Ege telegraf" "Zaman", "Yeni gün", "Radikal" kimi nüfuzlu qəzetlərinin bu hadisəni şərh edən yazılarında Türkiyə bazarının 40 faizinə malik olan neft emalı neft-kimya kompleksi olan "Petkim"in getdikcə Avropanın ən məhsuldar rəqabətədavamlı müəssisələrdən birinə çevrilməsi yüksək dəyərləndirilmiş, Azərbaycan ilə birgə həyata keçirilən layihənin son dərəcə önəmli olması vurğulanmışdır.

İnşa ediləcək yeni Ege Neft Emalı Zavodunun türk sənayesinin inkişafında mühüm rol oynayacağından ətraflı bəhs edən qəzetlər "SOCAR-TURCAS" Birgə Müəssisəsinin icraçı direktoru "Petkim" İdarə Heyətinin üzvü Kənan Yavuza istinadən qeyd edirlər ki, türk sənayesi idxalatında böyük əhəmiyyətə malik layihə əsasında müasir texnologiyalara uyğun qurulacaq zavod ildə 10 milyon ton neft emal etmək gücünə malik olacaq: "İstehsalat müəssisəsinin tikintisi dövründə burada 7-10 min, fəaliyyətə başlayandan 2015-ci ilə qədər isə 1000 (min) nəfər çalışacaq". Qəzetlərin haqlı olaraq qeyd etdiyi kimi, Əliağa bölgəsində 1375 hektar ərazidə inşa edilməsi planlaşdırılan, 49 illiyinə lisenziyası alınmış neft emalı zavodunda 2018-2023-cü illər ərzində 10 min nəfərin çalışması "Petkim"in gələcəkdə sosial baxımdan öz fəaliyyət dairəsini daha da genişləndirməsindən, eləcə bölgədə işsizlik probleminin aradan qaldırılmasından xəbər verir. Yeni müəssisənin gücü sutkada 214 min barel təşkil edəcək.

Kimyəvi məhsulların istehsalı üçün nafta mazut hidrokrekinq prosesindən sonra "Petkim" kompleksinə göndəriləcək. Türkiyə mətbuatı, həmçinin, bu enerji layihəsinin iki ölkə arasında əlaqələrin daha da möhkəmlənməsinə xidmət etdiyini xüsusi olaraq qeyd etmiş, Azərbaycan Türkiyə əlaqələrindən, Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı roldan bəhs etmiş, iki dost qardaş ölkənin strateji müttəfiq olduğu sahələri ətraflı təhlil etmişdir. "Petkim"in nəzdində emal zavodunun inşası bu kompleksin xammal kimi istifadə etdiyi neft emalı məhsulları ilə təminatında ciddi irəliləyişə təkan verəcək.

Türkiyə mətbuatında yer alan məqalələrdə qeyd olunduğu kimi, bu layihə tezliklə Azərbaycan Türkiyənin iqtisadi cəhətdən daha da qüdrətlənməsinə öz töhfəsini verəcək. Yaxın vaxtlarda Türkiyənin İzmir Vilayətinin Əliağa qəsəbəsində yeni neftayırma zavodunun inşası işlərinə 5 milyard ABŞ dolları həcmində sərmayə yatırılacaq. "Petkim" şirkətinin İdarə Heyətinin sədri Kənan Yavuz bu layihəni, Türkiyədə son illərdə reallaşdırılan ən böyük investisiya layihəsi adlandırıb.

Türkiyənin enerji təbii ehtiyatlar naziri Taner Yıldız isə "Petkim"i Türkiyənin sənayeləşmə tarixinin 5 mühüm layihəsindən biri kimi göstərir: "Bu gün Türkiyə sahillərində Türkiyə Enerji Bazarını Tənzimləmə Qurumunun (Enerji Piyasası Düzenleme Kurumu - EPDK) müvafiq lisenziyasını almaq istəyən 46 layihə mövcuddur. Amma lisenziyanın zavod tikintisinə verilməsi daha çox əhəmiyyət kəsb edir. Bu, Türkiyənin enerji, neft neft-kimya sektoru uçun mühüm əhəmiyyət daşıyır". Bildirilir ki, hazırda Türkiyə zəruri kimya məhsullarının 70-75 faizini idxal edir. "SOCAR-Turcas"ın "Petkim"in inkişafına yatıracağı sərmayə ölkəyə kimya məhsulları idxalını 30 faizədək azaltmağa imkan verəcək. Türkiyənin nüfuzlu qəzetləri onu da qeyd edir ki, "SOCAR-TURCAS" Birgə Müəssisəsinin idarəçiliyində fəaliyyət göstərən "Petkim"in neft emalı zavodunun inşası üzrə aparılan fəaliyyət bundan sonra da işlərin planauyğun şəkildə eyni müvəffəqiyyətlə həyata keçiriləcəyinə dəlalət edir. Digər tərəfdən, "SOCAR-TURCAS" birgə müəssisəsi tərəfindən hazırlanan layihələr tezliklə, Azərbaycan Türkiyənin iqtisadi cəhətdən daha da yaxınlaşmasına öz töhfəsini verəcəkdir

 

 

V.BAYRAMOV

 

Xalq qəzeti.- 2010.- 14 avqust.- S. 5.