Ümummilli lider Heydər Əliyevin aqrar siyasəti
Xalqımızın ümummilli lideri Heydər Əliyev nəinki böyük dövlət xadimi, dünya miqyaslı siyasətçi, həm də böyük nəzəriyyəçi idi. Bu dahi şəxsiyyət qeyri-adi zəkası sayəsində ictimai həyatın bütün
sahələrinə nüfuz
etməyi bacarırdı.
Bunu onun aqrar bölmənin
inkişafı və tərəqqisi nəzəriyyəsindən
də görmək olar. Bu nəzəriyyə
Heydər Əliyevin əsərlərində, sərəncam
və nitqlərində,
habelə müəllifi
və rəhbəri olduğu sosial-iqtisadi inkişaf proqramlarında və çıxışlarında
öz əksini tapıb.
Ümummilli lider nəinki sovet dövrünün, həmçinin, sosial təsərrüfat sistemindən
bazar iqtisadiyyatına keçid dövrünün
və bazar iqtisadi sisteminin aqrar nəzəriyyəsi və aqrar siyasətinin
müəllifidir. Ulu öndərin aqrar
nəzəriyyəsi və
aqrar siyasətində
torpaq, ona xas olan münasibətlər,
bütövlükdə aqrar
baxışları, ərzaq
proqramı, əhalinin
ərzaqla təminatı
istiqamətləri öz
əksini tapmışdır.
Bu nəzəriyyə və siyasət, eyni zamanda, ölkəmizin
bazar iqtisadiyyatına keçid və bazar şəraitində aqrar məsələlərin
həllini də şərtləndirir. Bundan başqa,
onun aqrar nəzəriyyəsi və
aqrar siyasətində
aqrar iqtisadiyyatın kompleks inkişafı məsələləri də
dərindən və
tam əks edilmişdir.
Bunu da nəzərə almaq lazımdır ki, ulu öndərin
aqrar nəzəriyyəsi
və aqrar siyasətinin təşəkkülü
və formalaşması
hələ keçmiş
SSRİ-nin mövcud olduğu bir şəraitində - çox
çətin bir zəmində başlanmışdır. Heydər Əliyev
hakimiyyəti dövründə
bu nəzəriyyənin
və siyasətin tam işlənib hazırlanmasını
diqqət mərkəzində
saxlamışdır. Bütövlükdə, ümummilli liderin
aqrar nəzəriyyəsi
və aqrar siyasəti ölkəmizdə
əhalinin ərzaqla təminatı, ərzaq idxalının tamamilə
aradan qaldırılması
və digər mühüm məsələləri
nəzərdə tutur.
Eyni zamanda, ümummilli liderin aqrar siyasətində
kənd təsərrüfatının,
bütünlükdə aqrar-sənaye
kompleksinin qarşısında
duran sosial-iqtisadi məsələlərin həlli
ilə yanaşı, onların həyata keçirilməsi istiqamətləri,
imkanları, yolları
və mənbələri
də təsnifləşdirilmiş,
onların konkret vəzifələri müəyyən
edilmişdir. Bu mənada
ümummilli lider Heydər Əliyevin aqrar siyasəti öz elmi-nəzəri, metodoloji imkanı, səviyyəsi və dərinliyinə görə
müstəqil nəzəriyyə
olması, əsasları
və sübutları
ilə fərqlənir.
Ümummilli lider özünün aqrar siyasətinə əsaslanan
istiqamətləri həyata
keçirərkən belə
bir tələbi qarşıya qoymuşdur:
Kənddə yaşayan
hər kəs ixtisas və peşəsindən asılı
olmayaraq torpaq payı almalıdır. Azərbaycan müstəqillik əldə
etdikdən sonra bu tələb ulu öndərin səyi ilə reallaşdırılmışdır. Aqrar islahatı nəticəsində
hər kəs və hamı torpaq payı almış, fiziki və hüquqi şəxs kimi kəndli-fermer təsərrüfatı
yarada bilmişdir.
Bu ümummilli lider Heydər Əliyevin aqrar siyasətinin real olaraq həyata keçirilməsi
kimi qiymətləndirilməlidir.
Aqrar bölmədə bazar iqtisadiyyatı prinsiplərinə
əsaslanaraq, bazarın
məna və mahiyyətinə uyğun olaraq əməyin təşkili və idarəedilməsi formalarının
təşəkkülü öz mahiyyəti etibarilə ümummilli liderin aqrar siyasətinin
tələblərinin reallaşdırılmasının
praktiki sübutudur. Belə ki,
hazırda əkinçilik
və heyvandarlıq sahələrdə müxtəlif
təsərrüfatçılıq formaları qərarlaşmışdır.
Bundan başqa, ümummilli liderin aqrar nəzəriyyəsi
və aqrar siyasətində ölkə
əhalisinin ərzağa
və emal sənayesinin xammala olan ehtiyac və
tələbi başlıca
vəzifə kimi əsaslandırılmışdır. Buna uyğun həmin məsələnin normal icra
edilməsi üçün
bu kompleksin möhkəmləndirilməsi, daha
da inkişaf etdirilməsi, habelə tənzimlənməsi dövlət
və onun digər direktiv orqanları qarşısına
mühüm vəzifə
kimi qoyulmuşdur.
Aqrar-Sənaye Komleksinin maddi-texniki
bazasının möhkəmləndirilməsi,
maşın-mexanizm, enerji-yanacaq
məhsullarının qiymətləri
ilə kənd təsərrüfatı məhsullarının
satış qiymətləri
arasındakı uyğunsuzluğu
aradan qaldırmaq da başlıca məsələdir. Eyni zamanda,
kənddə sahibkarlığa
dəstək verilməsi,
onun möhkəmləndirilməsi
və lazımi səviyyədə fayda verməsi üçün
əsaslı tədbirlərin
görülüb həyata
keçirilməsi vahid
aqrar nəzəriyyə
və aqrar siyasətin əsas tələblərindən biri
kimi irəli sürülmüş və
reallaşdırılması müəyyənləşdirilmişdir.
Ölkəmizdə kənd təsərrüfatı
məhsullarının bəzi
növlərinin istehsalının
stimullaşdırılmasının daha da gücləndirilməsi
və aqrar bölmənin özünün
də deversifikasiyası-şaxəliliyi
məsələsi də
ulu öndərin aqrar siyasətinin ən zəruri tələblərindən birini
təşkil edir.
Bundan başqa, kənd təsərrüfatında sahibkarların
kreditləşdirilməsi, onlara aşağı faizlə kredit verilməsi istehsalın maddi bazasının möhkəmləndirilməsinə, əkinçilik və heyvandarlıq məhsullarının
sabit, davamlı və dayanıqlı artımına həlledici
təsir göstərir,
sahibkarların məhsul
istehsalının dinamik
inkişafına inamını
daha da gücləndirir. Onu qeyd edək ki, bu
tətbiq olunan siyasətin başlıca tələblərindən biridir.
Qeyd etmək lazımdır ki, əkinçilik və heyvandarlıq məhsulları istehsalçılarının
sığortalanması, kənd
təsərrüfatı məhsullarının
idxalı üzrə gömrük rüsumlarının
təkmilləşdirilməsi məsələləri də
ümummilli liderin aqrar siyasətində öz əksini əsaslı şəkildə
tapmışdır.
Ümummilli lider Heydər Əliyevin hakimiyyətinin
hələ birinci dövründə aqrar siyasətin reallaşdırılması
üçün mühüm
əhəmiyyət kəsb
edən qanun, əsasnamə, təlimat,
digər normativ-hüquqi
sənədlər toplusu
işlənib hazırlanmış
və həyata keçirilmişdir.
Ümummilli liderin aqrar siyasəti
həmişə uğurlu
olmuşdur. Belə ki, hələ sovet dövründə Azərbaycan Respublikası
keçmiş ittifaqın
11 dəfə keçici
qırmızı bayrağını
almış, regionlarda
250-dən çox məhsulun
emalı, saxlanması
müəssisələri yaradılmış,
ölkəmizin müstəqilliyi
dövründə də
bu, dinamik səciyyə daşımışdır.
Hazırda ümummilli lider Heydər Əliyevin aqrar siyasəti Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin rəhbərliyi
ilə inamla, ardıcıl və uğurla həyata keçirilir. Kənd təsərrüfatı məhsulları istehsalı
ildən-ilə çoxalır,
aqrar bölmənin dinamik inkişafı təmin olunur, regionların sosial-iqtisadi inkişafı məsələlərinə
dair dövlət proqramları qəbul edilərək yerinə yetirilir. Bunun sayəsində ölkə
əhalisinin ərzaq buğdası, ət, kartof, meyvə- tərəvəz və bir sıra digər
ərzaq məhsullarına
olan tələbatı
tamamilə daxili istehsalımız hesabına
ödənilir.
Ümummilli lider Heydər Əliyevin aqrar siyasəti Azərbaycanın
ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında inamla reallaşdırılır, aqrar
məhsulların istehsalı
dinamik surətdə artır. Belə ki,
2009-cu ildə Muxtar Respublikada 185,2 milyon manatlıq əkinçilik və heyvandarlıq məhsulları
yaradılmışdır ki,
bunu da muxtar
respublika üçün
uğurlu göstərici
hesab etmək olar.
Asif ŞİRƏLİYEV
Xalq qəzeti.- 2010.- 15 avqust.- S. 3.