Azərbaycan gəncliyi müstəqil dövlətimizin gələcəyi və qarantıdır

 

Bütün Azərbaycan gənclərinin qarşısında bir vəzifə - öz xalqına, dövlətinə, ölkəsinə sədaqətlə xidmət etmək, həyatda fəal olmaq və Azərbaycanın dövlət müstəqilliyini qoruyub saxlamaq vəzifəsi durur.

 

Heydər ƏLİYEV,

Ümummilli lider

 

1993-cü ilin iyun ayında yenidən siyasi hakimiyyətə qayıdan böyük tarixi şəxsiyyət Heydər Əliyev müstəqillik yolunda ilk kövrək addımlarını atan Azərbaycanı böhrandan xilas etmək üçün mühüm əhəmiyyətli tədbirlər həyata keçirdi. Təxirəsalınmaz tədbirlər sırasında gənc nəslə diqqət və qayğı zəruri yer tuturdu. Ulu öndər çox yaxşı bilirdi ki, Azərbaycanın müstəqillik qazanmasında gənclərin rolu böyükdür. İstiqlaliyyət, azadlıq, suverenlik uğrunda canından keçən oğul və qızlarımızın böyük əksəriyyəti gənclərdir.

Gəncliyi böyük qüvvə hesab edən ulu öndər Azərbaycanın gələcəyini gənclərdə görürdü. Hələ 1969-1982-ci illərdə Azərbaycana rəhbərlik edərkən dahi şəxsiyyət gənclərə həmişə xüsusi diqqət və qayğı göstərmiş, onların fiziki və mənəvi cəhətdən sağlam, savadlı olmaları üçün hər cür şərait yaratmışdır. Ulu öndər gəncliyi müstəqilliyimizin qarantı hesab edərək deyirdi: "Mənim üçün ən əziz nemət Azərbaycanın uşaqlarıdır, Azərbaycanın gəncləridir. Çünki Azərbaycan Prezidenti kimi mən bu gün haqqında yox, Azərbaycanın böyük gələcəyi haqqında düşünürəm. Azərbaycanın gələcəyi də Azərbaycanın gənclərindən və uşaqlarından asılıdır".

Açığını deyək ki, 1988-1992-ci illərdə Azərbaycan gəncliyində tənəzzül, böhran yaşanır, başıpozuqluq açıq şəkildə özünü büruzə verirdi. Bu dövrdə gəncliyi düzgün istiqamətləndirən lider olmadığından fərarilik edənlərin sayı da gündən-günə çoxalırdı. 1969-1982-ci illər Azərbaycan gənclərinin qızıl dövrü hesab edilirdisə, 1988-1992-ci illər gəncliyin tənəzzül dövrü kimi yaddaşlara həkk olundu. Hər şeydən əvvəl unutmamalıyıq ki, Milli Ordunun böyük bir hissəsini gənclər təşkil edir. Hərbi xidmətdə olan əsgər və zabitlərimizin əksəriyyəti gənclərdir. Ona görə də sərhədlərimizin qorunması, Vətənin müdafiəsi gənclərdən asılıdır.

Azərbaycan müstəqillik qazandığı ilk illərdə gənclərdə gələcəyə inam yaratmaq, müstəqilliyimizin qorunub saxlanılmasının, möhkəmləndirilməsinin onlardan asılı olduğunu aşılamaq lazım idi. Bu qeyri-qənaətbəxş idi. Hərbi hissələrdə anarxiya, özbaşınalıq hökm sürürdü. Hərbçilər arasında nizam-intizam çox zəif olduğundan, orduda vahid komandanlıq olmadığından gənclərin qüvvəsindən yetərincə istifadə olunmurdu.

Hər şey ümummilli liderin yenidən hakimiyyətə gəlişindən sonra başlandı. Gəncliyin sürətli inkişafı, təşkilatlanması və tərəqqisi də məhz həmin dövrə təsadüf edir. Ulu öndər bu istiqamətdə dərhal əhəmiyyətli tədbirlər həyata keçirməyə başladı, bir sıra fərman və sərəncamlar imzaladı. Ordu sıralarını özbaşına tərk edən gənclərə, onların valideynlərinə müraciət etdi. Könüllü olaraq öz hərbi hissələrinə gedib hərbi xidmətlərini davam etdirən gənclərin bağışlanacağını bildirdi. Bu tarixi müraciətdən sonra gənclərdə, onların valideynlərində gələcəyə böyük inam yarandı. Bununla da fərariliyə birdəfəlik son qoyuldu və qüdrətli Milli Ordunun formalaşdırılması istiqamətində qətiyyətli addımlar atıldı.

1994-cü il iyulun 26-da Prezident Heydər Əliyevin fərmanı ilə Gənclər və İdman Nazirliyi yaradıldı. Bu, dövlət gənclər siyasətinin uğurla həyata keçirilməsi istiqamətində çox vacib və zəruri bir tədbir idi. Ulu öndər deyirdi ki, Azərbaycan Respublikasının bayrağı digər bir ölkədə yalnız iki halda qaldırıla bilər. Bir dövlət başçısı hansısa bir ölkəyə rəsmi səfər etdikdə, bir də idmançılarımız digər bir ölkənin ərazisində keçirilən beynəlxalq idman yarışlarında qələbə qazandıqda. Bu baxımdan Gənclər və İdman Nazirliyinin yaradılması böyük əhəmiyyət kəsb edirdi. Müdrik şəxsiyyət gənc idmançılarımızın nailiyyətlərinin həm də siyasi xarakter daşıdığını qeyd edirbunu dövlətçiliyimizin nailiyyətləri kimi dəyərləndirirdi.

"Gənclər siyasəti haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul edildikdən sonra gəncliyin sabaha olan inamı daha da möhkəmləndi. Artıq gəncliyin yüksəliş yolu müəyyənləşdirilmiş, tərəqqisi üçün hüquqi baza yaradılmışdı. Qanunda həmçinin "gənclər" anlayışının hansı yaş həddinə şamil olunması da müəyyənləşdirildi. Bununla da respublika əhalisinin təxminən 70 faizə yaxınını uşaq və yeniyetmələrlə birlikdə gənclərin təşkil etdiyi məlum oldu. Buna görə də ölkəmizdə gəncliyin inkişafı daim dövlətin diqqət mərkəzində saxlanılır.

1996-cı il fevralın 2-də Bakıda Azərbaycan gənclərinin birinci forumunun keçirilməsi bu sahəyə dövlət qayğısının davamlı olduğunu təsdiqləyən tutarlı fakt oldu.Ulu öndər 1997-ci ildə sərəncam imzalayaraq bu mühüm əhəmiyyətli tədbirin keçirildiyi günü - fevralın 2-ni Azərbaycan Gənclər Günü elan etdi. O vaxtdan başlayaraq hər il fevralın 2-i Azərbaycan Gənclər Günü kimi böyük təntənə ilə qeyd edilir.

Azərbaycanlı gənclərə inam, etibar getdikcə daha vüsət alırdı. Dövlət idarəçiliyində gənclərə böyük etimad göstərilir, onlara mühüm sahələr etibar olunurdu. Gənclərimizin təhsil almaları, beynəlxalq əhəmiyyətli tədbirlərdə iştirak etmələri üçün hər cür şərait yaradılırdı. Dünyanın sürətlə inkişaf etdiyi bir dövrdə bizə də müasir düşüncə tərzinə, hərtərəfli dünyagörüşünə malik, ölkəmizin qarşılaşdığı problemləri dünya ictimaiyyətinə olduğu kimi çatdırmağı bacaran gənclər lazım idi. Dövr, zaman bunu daha çox tələb edirdi.

Ulu öndərin və bu müdrik şəxsiyyətin siyasi kursunu layiqincə davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyevin gənclərə göstərdiyi yüksək qayğının nəticəsində artıq Azərbaycanda geniş dünyagörüşünə malik, müasir düşüncəli, beynəlxalq aləmdə ölkəmizi təmsil edə bilən gənclər ordusu yetişib. Yeri gəlmişkən qeyd edək ki, dövlət başçımız 1997-ci ildən Milli Olimpiya Komitəsinin sədri kimi idmançılarla bir yerdə, gənclərin arasında olmuşdur. Bu, gənc idmançılara böyük mənəvi dayaq idi. Təsadüfi deyildir ki, gənclərimiz möhtərəm Prezidentimizi özlərinin lideri hesab edirlər.

Son illər Azərbaycanın sürətli inkişaf yoluna qədəm qoyması, regionda lider dövlətə çevrilməsi və dünyada nüfuz qazanması gənclərimizin məsuliyyətini daha da artırıb. Dövlət başçımızın uzaqgörənliyi, məntiqli daxilixarici siyasəti, regionların sosial iqtisadi inkişafı Dövlət Proqram gəncləri narahat edən əsas məsələlərdən birinin - işsizliyin aradan qaldırılmasında böyük rol oynamışdır. Əvvəllər axtarmaq üçün Rusiyanın müxtəlif vilayətlərinə, şəhərlərinə üz tutan gənclərimiz indi öz ölkəmizdə beynəlxalq standartlara uyğun yaradılmış müəssisələrdə işləyir, yüksək əmək haqqı alırlar. İndi ölkəmizdə elə yüksək səviyyəli yerləri yaradılıb ki, xarici ölkə vətəndaşları da işləmək üçün Azərbaycana üz tuturlar. Son 7 ildə ölkəmizdə 900 minə yaxın yeni yerinin açılması da bunu təsdiqləyir.

Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan, hazırda möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla həyata keçirilən gənclər siyasətinin əsas istiqaməti ölkədə elmə, təhsilə diqqətin artırılmasına yönəldilib. Prezident İlham Əliyevin fərmanı ilə 2007-ci ilin "Gənclər ili" elan olunması gənclərə olan inamın nəticəsidir.

Hazırda gənclərimizin beynəlxalq tədbirlərdə yüksək fəallıq göstərmələri, Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə olduğu kimi çatdırmaları yüksək qiymətləndirilir. Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri, İslam Konfransı Təşkilatının Əməkdaşlıq və Dialoq Uğrunda Gənclər Forumunun mədəniyyətlərarası və sivilizasiyalararası dialoq üzrə baş əlaqələndiricisi Leyla xanım Əliyevanın böyük fəallığı Azərbaycan gəncliyinin beynəlxalq aləmdə yüksək nüfuz sahibi olmasının bariz nümunəsidir. Ermənistan terror təşkilatlarının ölkəmizə qarşı törətdikləri vandalizm aktları, dünyada analoqu olmayan Xocalı faciəsi, torpaqlarımızın 20 faizinin erməni işğalında olması barədə dünya ictimaiyyətinə müfəssəl məlumat verilməsində Leyla xanım Əliyevanın rəhbərlik etdiyi təşkilatın böyük rolu olmuşdur. Bütün bunlar bir daha təsdiqləyir ki, Azərbaycan gəncliyi artıq beynəlxalq aləmdə böyük nüfuz sahibidir.

Hər il Beynəlxalq Gənclər Günü ölkəmizdə təntənə ilə qeyd olunur. Çünki gənclik ölkənin gələcəyinin təminatçısıdır.

Gənclik böyük qüvvədir. Ümid edirik ki, ölkəmizin Avropayadünya birliyinə sürətli inteqrasiyasında gənclər öz bilik və bacarığını əsirgəməyəcək, dünya birliyində müstəqil dövlətimizin mövqelərinin daha da möhkəmləndirilməsində yüksək fəallıq göstərəcəklər.

 

 

Əliqismət BƏDƏLOV

 

Xalq qəzeti.- 2010.- 15 avqust.-  S. 4.