İqtisadiyyatın dinamik inkişafı əhalinin gəlirlərinin artımını təmin edir

 

Azərbaycanda qlobal enerjikommunikasiya layihələrinin həyata keçirilməsi, ölkədə bazar iqtisadiyyatı prinsiplərinin tam bərqərar olması, xarici investisiyaların qeyri-neft sektoruna, xüsusən də regionların inkişafına yönəldilməsi, əlverişli sahibkarlıq və biznes mühitinin formalaşdırılması 2003-2010-cu illərdə dövlət başçısı İlham Əliyevin yeritdiyi iqtisadi siyasətin prioritet istiqamətləri kimi diqqəti cəlb edir.

Respublika Prezidentinin imzaladığı "Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında" və regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının təsdiq edilməsi haqqında fərmanları ölkə iqtisadiyyatında yeni inkişaf mərhələsinin əsasını qoymuşdur. Dövlət proqramlarının uğurla icrası qeyri-neft sektorunun inkişafının sürətləndirilməsinə, sahibkarlığa dövlət dəstəyinin artırılmasına, əhalinin maddi rifahının, sosial-məişət şəraitinin əhəmiyyətli dərəcədə yaxşılaşdırılmasına, işləməyən müəssisələrin fəaliyyətinin bərpasına və yeni yerlərinin açılmasına geniş imkanlar açmışdır. Bu fikri cari ilin yanvar-iyul aylarında ölkənin sosial-iqtisadi inkişafının göstəriciləri də təsdiqləyir.

Dövlət Statistika Komitəsinin məlumatına görə, ilin əvvəlindən ötən yeddi ay ərzində 2009-cu ilin müvafiq dövrü ilə müqayisədə ümumi daxili məhsul istehsalı 3,5 faiz, yaxud müqayisəli qiymətlərlə 649,6 milyon manat artaraq 23,2 milyard manata çatmışdır. ÜDM-in 66,7 faizi məhsul istehsalı sahələrində, o cümlədən 55,5 faizi sənayedə, 6,9 faizi inşaat kompleksində, 4,3 faizi kənd təsərrüfatında yaradılmışdır. Xidmət sahələrinin əlavə dəyərdə xüsusi çəkisi 27,1 faiz, o cümlədən nəqliyyatda 6,6 faiz, ticarət və iaşədə 8,1 faiz, rabitədə 1,8 faiz, sosialqeyri-formal xidmətlərdə 10,6 faiz təşkil etmişdir. ÜDM-in 6,2 faizi məhsula və idxala xalis vergilərin payına düşmüşdür. Keçən ilin yanvar-iyul aylarına nisbətən adambaşına ümumi daxili məhsul istehsalı 2,3 faiz artaraq 2599,7 manat (3235,5 ABŞ dolları) olmuşdur.

Ümumi daxili məhsulun tərkibində ən böyük xüsusi çəkiyə malik olan sənaye sahələrində fiziki şəxslərin fəaliyyəti də nəzərə alınmaqla keçən ilin yanvar-iyul ayları ilə müqayisədə 3,2 faiz çoxya 16,2 milyard manatlıq sənaye məhsulu istehsal olunmuşdur. Məhsulun 76,8 faizi mədənçıxarma bölməsində, 17,9 faizi emal bölməsində, 4,7 faizi elektrik enerjisi, qaz, buxar və kondisiyalaşdırılmış hava ilə təchizat bölməsində, 0,6 faizi su təchizatı, çirkli suların və tullantıların təmizlənməsi bölməsində istehsal olunmuşdur. 2009-cu ilin yeddi ayı ilə müqayisədə məhsul istehsalı mədənçıxarma bölməsində 1,8 faiz, emal bölməsində 9,8 faiz, elektrik enerjisi, qaz, buxar və kondisiyalaşdırılmış hava ilə təchizat bölməsində 4,6 faiz, su təchizatı, çirkli suların və tullantıların təmizlənməsi bölməsində 2,4 faiz artmışdır.

Mədənçıxarma bölməsinin məhsullarından neft hasilatı 1,8 faiz artaraq 29,7 milyon ton, əmtəəlik qaz hasilatı isə 0,7 faiz azalaraq 10 milyard kubmetr təşkil etmişdir.

İlin yeddi ayında 10,5 milyard kv.saat elektrik enerjisi istehsal olunmuşdur.

Sənayenin neft sektorunda məhsul istehsalı 2,3 faiz, qeyri-neft sektorunda 9,7 faiz artmışdır.

İlin əvvəlindən inşaat kompleksində 4,6 milyard manat məbləğində vəsaitdən istifadə edilmişdir.Bu vəsaitin 66,8 faiziya 3 milyard manatı bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuşdur. 2009-cu ilin yanvar-iyul aylarına nisbətən inşaat işlərinə sərf olunmuş investisiyanın həcmi 11,2 faiz, bilavasitə tikinti-quraşdırma işlərinə yönəldilmiş vəsaitin miqdarı isə 5,4 faiz artmışdır. Əsas kapitala yönəldilmiş vəsaitin 78,6 faiziniya 3,6 milyard manatını daxili vəsaitlər təşkil etmiş və 5,7 faiz artmışdır.

Kompleksdə aparılmış inşaat işləri nəticəsində bir sıra istehsalsosial obyektlər istifadəyə verilmişdir. Yeddi ay ərzində ümumi sahəsi 821,7 min kvadratmetr yaşayış evləri, 410 şagird yerlik ümumtəhsil məktəbləri, növbədə 140 nəfərə xidmət göstərə bilən ambulatoriya-poliklinika müəssisəsi, 155 çarpayılıq xəstəxana, 250 yerlik məktəbəqədər uşaq müəssisəsi, 140 yerlik klub, Bakı şəhərində "Dalğa Plaza" , "Park Bulvar" ticarət, istirahət və sərgi mərkəzləri, Naxçıvanda avtomobil zavodu, Gəncə şəhərində "Ramada Plaza" və Balakən rayonunda "Qubek" mehmanxanaları, Qəbələdə "Gilan" piano fabriki, "Qafqaz Resort" mehmanxanası, "Fitnes" sağlamlıq mərkəzi, "Qafqaz Riverside" hoteli, avtovağzal binası, meyvə-tərəvəz soyuducu anbarı, Abşeron rayonunda duz zavodu, Biləsuvarda konserv zavodu, Regional AnaUşaq Mərkəzi, Cəlilabad rayonunda müalicə-diaqnostika mərkəzi, şahmat məktəbi, Göytəpə su anbarı, şərab emalı sexi, Salyanda soyuducu anbar kompleksi, Lənkəranda konserv zavodu, çay fabriki, regional boks mərkəzi, dondurma fabriki, Zaqatala rayonunda südtütün emalı zavodları, Göyçay, Balakən və Ağdaşda olimpiya idman kompleksləri, digər istehsalqeyri-istehsal təyinatlı obyektlər istismara verilmişdir.

Cari ildə inşasının davam etdirilməsi məqsədəuyğun sayılan obyektlərdə işlərin aparılması üçün dövlət büdcəsində nəzərdə tutulmuş 3549 milyon manat vəsaitin 1450,8 milyon manatından istifadə edilmişdir.

İlkin məlumatlara əsasən altı ay ərzində ölkəyə 3,4 milyard ABŞ dolları məbləğində xarici investisiya daxil olmuşdur. İnvestisiyanın 1,5 milyard dolları (43,5 faizi) birbaşa investisiya qoyuluşları, 1,9 milyard dolları isə kreditlər və digər investisiyalar şəklində daxil olmuşdur. Birbaşa investisiyaların 1288 milyard dolları, yaxud 37,7 faizi neft sektoruna, 198,3 milyard dolları isə qeyri-neft sektoruna yönəldilmişdir.

Nəqliyyat müəssisələri və avtomobil nəqliyyatı sahəsində fəaliyyət göstərən fiziki şəxslər tərəfindən yanvar-iyul aylarında 109,5 milyon ton, yaxud keçən ilin müvafiq dövrünə nisbətən 3,1 faiz çox yük, 764,9 milyon nəfər və ya 3,4 faiz çox sərnişin daşınmışdır. Yüklərin 11,6 faizi dəmir yolu, 49,6 faizi avtomobil, 5,8 faizi dəniz nəqliyyatı, 33 faizi boru kəmərləri ilə, sərnişinlərin 85,6 faizi avtomobil, 13,9 faizi metropolitenlə daşınmışdır.

Rabitə müəssisələri əhaliyə, müəssisə və təşkilatlara faktiki qiymətlərlə 619,4 milyon manat dəyərində və ya ötən ildə olduğundan 31,3 faiz çox rabitə xidməti göstərmişlər. Xidmətlərin 74,1 faizi bilavasitə əhali ilə bağlı olmuş və əldə edilmiş gəlirin 79,1 faizi qeyri-dövlət sektorunun payına düşmüşdür.

İqtisadiyyatın sürətlə inkişafı ölkə əhalisinin gəlirlərinin də mütənasib olaraq artımını təmin edir. 2010-cu ilin yanvar-iyul aylarında keçən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin gəlirləri 9,3 faiz artaraq 13,6 milyard manata, hər bir nəfərə düşən gəlirlər isə 8 faiz artaraq 1527,4 manata çatmışdır. Gəlirlərin 70,2 faizi son istehlaka, 9,5 faizi vergilərin, sosial sığorta və könüllü üzvlük haqlarının ödənilməsinə, 18,7 faizi isə əmanətlərin və kapitalın artırılmasına sərf edilmişdir.

Yanvar-iyun ayları ərzində sənayedə çalışanların orta aylıq əmək haqqı 453,2 manat, tikinti kompleksində işləyənlərin isə 496,7 manat olmuş və ötən illə müqayisədə müvafiq olaraq 6 faiz və 11,8 faiz artmışdır.

Əhalinin gəlirlərinin artması onların ticarət şəbəkəsindən daha çox istehlak mallarının almasına və xidmətlərdən daha geniş istifadə etməsinə şərait yaratmışdır. Nəticədə, ötən ilin müvafiq dövrünə nisbətən pərakəndə əmtəə dövriyyəsi 8,4 faiz artaraq 7,3 milyard manata, pullu xidmətlərin həcmi isə 10,3 faiz çoxalaraq 2426,4 milyon manata çatmışdır. Realizə olunmuş əmtəələrin 65,5 faizini ərzaq məhsulları, 34,5 faizini isə qeyri-ərzaq malları təşkil etmiş və onların satışı müvafiq olaraq 7,5 faiz və 11,3 faiz artmışdır.

2010-cu ilin yanvar-iyun aylarında 130 ölkə ilə aparılmış xarici ticarət dövriyyəsinin həcmi 13,1 milyard dollar təşkil etmiş, 85,3 faiziya 11,2 milyard dolları uzaq xarici dövlətlərlə, 1,9 milyard dolları isə MDB üzvü ölkələri ilə aparılmışdır.

Altı ay ərzində ölkəmizdən xarici ölkələrə 10,2 milyard dollar dəyərində müxtəlif məhsullar göndərilmiş, onun 9,2 milyard dolları uzaq xarici dövlətlərə, 1 milyard dolları MDB-yə daxil olan ölkələrə ixrac olunmuşdur.

Ölkəmizə idxal olunmuş məhsulların dəyəri 2901,7 milyon dollar təşkil etmişdir. Uzaq xarici ölkələrdən gətirilmiş malların həcmi 1976 milyon dollar, MDB üzvü dövlətlərindən isə 925,7 milyon dollar olmuşdur.

Xarici ticarət əlaqələrinin 41,2 faizi Avropa İttifaqı ölkələrinin, 14,7 faizi MDB-yə daxil olan ölkələrin, 44,1 faizi digər dövlətlərin payına düşmüşdür. Əmtəə dövriyyəsinin 56,4 faizi Avropa, 34,7 faizi Asiya, 7,4 faizi Amerika, 1,4 faizi Afrika qitələrinin ölkələri ilə aparılmışdır.

Altı ay ərzində 7343,7 milyon dollarlıq, o cümlədən uzaq xarici ölkələrlə 7265,1 milyon dollar məbləğində, MDB üzvü dövlətləri ilə isə 78,5 milyon dollar məbləğində müsbət saldo yaranmışdır.

İdxalın 77 faizi, ixracın 94,7 faizi sərbəst dönərli valyuta ilə həyata keçirilmişdir. İyul ayında iyun ayı ilə müqayisədə istehlak mallarının qiymətləri və xidmət tarifləri 0,2 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 0,7 faiz ucuzlaşmış, xidmət tarifləri 0,9 faiz bahalaşmış, qeyri-ərzaq mallarının qiymətləri isə iyun ayının səviyyəsində qalmışdır. Eyni zamanda, qiymət və tariflər yeddi ay ərzində keçən ilin müvafiq dövrü ilə müqayisədə 4,9 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 4,9 faiz, qeyri-ərzaq mallarının qiymətləri 1,8 faiz, xidmət tarifləri 7,1 faiz bahalaşmışdır.

Maliyyə Nazirliyinin məlumatlarına əsasən yanvar-iyun aylarında dövlət büdcəsinə 4922,7 milyon manat həcmində, yaxud 2009-cu ilin müvafiq dövründəkindən 1,3 faiz çox vəsait daxil olmuşdur. Büdcə gəlirlərinin 915,4 milyon manatını və ya 18,6 faizini əlavə dəyər vergisi, 728,5 milyon manatını (14,8 faizini) mənfəətdən vergilər, 273,7 milyon manatını (5,5 faizini) əhalidən tutulan gəlir vergiləri, 185,5 milyon manatını (3,8 faizini) aksiz vergisi, 64,8 milyon manatını, yaxud 1,3 faizini mədən vergisi təşkil etmişdir.

Bu vaxt ərzində büdcədən 4276,7 milyon manatya 2009-cu ilin müvafiq dövrünə nisbətən 3,6 faiz az vəsait xərclənmiş, 646 milyon manat məbləğində və ya ümumi daxili məhsulun 3,3 faizi qədər profisit yaranmışdır. Büdcə xərclərinin 38,2 faiziya 1633,4 milyon manatı iqtisadiyyatın inkişafına, 14,3 faizi, yaxud 610,8 milyon manatı sosial müdafiə və sosial təminata, 12 faiziya 513,2 milyon manatı təhsilə yönəldilmişdir. Büdcə xərclərinin 33,5 faiziya 1432,5 milyon manatı əmək haqqı, pensiya və müavinətlərin ödənilməsinə sərf edilmişdir.

Əhalinin banklardakı əmanətlərinin məbləği keçən ilin müvafiq dövrünə nisbətən 32,4 faiz artaraq iyul ayının 1-nə 2562,9 milyon manata çatmışdır. Xarici valyuta ilə vəsait qoyuluşu 17,2 faiz artaraq 1450,4 milyon manat, milli valyuta ilə qoyulmuş əmanətlərin məbləği isə 59,5 faiz azalaraq 1112,5 milyon manat olmuşdur.

 

 

Vaqif BAYRAMOV

 

Xalq qəzeti.- 2010.- 20 avqust.- S. 1.