Məcburi Köçkünlərin
Sosial İnkişaf Fondu fəaliyyətini genişləndirir
Son illər məcburi köçkünlərin sosial
həyat şəraitinin
yaxşılaşdırılması istiqamətində bir sıra uğurlu layihələr reallaşdırılır.
Ölkə Prezidenti İlham Əliyevin məcburi köçkünlərin
həyat şəraitinin
yaxşılaşdırılması məqsədilə imzaladığı
sərəncamlar və
qəbul olunmuş dövlət proqramları bu sahədə əhəmiyyətli
rol oynayır. Həmin sərəncamların
və dövlət proqramlarının həyata
keçirilməsində Məcburi
Köçkünlərin Sosial
İnkişaf Fondunun mühüm rolu olmuşdur. MKSİF-nin son illər reallaşdırdığı layihələr
barədə məlumat
almaq üçün
fondun direktor müavini Fəzail Səmədova müraciət
edik.
O bildirdi ki, Dünya Bankının
"MKSİF-in iqtisadi
inkişafına yardım
layihəsi üçün
əlavə maliyyələşdirmə"
üzrə 75 mikrolayihənin
icrası başa çatmış, 21 mikrolayihənin
icraçına başlanmışdır.
38 mikrolayihə dəqiq
qiymətləndirilmiş və
layihə-tender sənədləri
hazırlanmış, 38 mikrolayihə
dəqiq qiymətləndirmə
mərhələsindədir. Bundan başqa, 21 mikrolayihə MKSİF-in İcraiyyə Komitəsi tərəfindən qeydiyyata
alınmışdır. Ümumilikdə,
bu mikrolayihələrin
icra olunması nəticəsində 99600 insan
faydalanacaqdır ki, bunun da 80 faizə
qədərini məcburi
köçkünlər təşkil
edir.
- Dövlət
Neft Fondunun maliyyələşdirdiyi proqramlar
barədə nə deyərdiniz?
- MKSİF tərəfindən fin tipli evlərdən
ibarət düşərgələrdə
və uzunmüddətli
yaşayış üçün
yararsız olan digər obyektlərdə müvəqqəti olaraq yerləşdirilmiş məcburi
köçkünlər üçün
yeni qəsəbələrin
və məhəllələrin
salınması ilə bağlı müvafiq işlər davam etdirilir. Hazırda Azərbaycan Respublikası
Prezidentinin 2007-ci il 31
oktyabr tarixli sərəncamının 1.1 və
1.2 bəndinin icrası
ilə əlaqədar
Yevlax rayonu ərazisində 612 məcburi
köçkün ailəsi
üçün çoxmərtəbəli
binalardan ibarət məhəllənin inşası
intensiv şəkildə
davam etdirilir, kompleksin 2010-cu ilin sonunadək istismara verilməsi planlaşdırılır.
Qəbələ rayonunun
Zarağan kəndində
40 məcburi köçkün
ailəsi üçün
40 mənzilli bina tikilir.
Eyni zamanda, Mingəçevir
şəhərində 502 ailəlik
yeni yaşayış
məhəlləsinin, Şəki
rayonu ərazisində
423 yaşayış evindən
ibarət yeni yaşayış qəsəbəsinin
layihə-smeta sənədlərinin
hazırlanması davam
etdirilir. Ağcabədi (Taxta körpü)
rayonu ərazisində
552 yaşayış evindən
ibarət yeni yaşayış qəsəbəsi
və Ağcəbədi
rayonu ərazisində
556 yaşayış evindən
ibarət məhəllənin
layihə-smeta sənədlərinin
hazırlanması başa
çatmaq üzrədir
və avqust ayının sonunda sənədlərin Dövlət Baş Ekspertiza İdarəsinə
təqdim edilməsi planlaşdırılır.
Ağdam rayonu ərazisində 689 məcburi
köçkün ailəsi
üçün salınan
yeni qəsəbədə
tikinti-quraşdırma işləri
artıq başa çatmış, tamamlama
işləri intensiv olaraq davam etdirilir.
Kompleksin yaxın vaxtlarda istismara verilməsi planlaşdırılır.
Azərbaycan Respublikası Müdafiə
Nazirliyinin hərbi hissələrinə məxsus
binalarda müvəqqəti
məskunlaşmış 1410 məcburi köçkün
ailəsi üçün
yeni mikrorayonun layihələndirilməsi məqsədi
ilə Bakı şəhəri Qaradağ
rayonunun ərazisindəki
Qış yatağında
(Müşfiqabad qəsəbəsi
yaxınlığında) 22 hektar torpaq sahəsi
ayrılmış və
Bakı Şəhər
İcra Hakimiyyəti tərəfindən "İnşaat
pasport"u hazırlanmışdır.
- Layihələrin
bir hissəsi Azərbaycan Respublikasının
dövlət büdcəsindən
maliyyələşdirilir. Bu
sahədə vəziyyət
necədir?
- Məcburi köçkünlərin
yaşayış şəraitinin
və rifahının
yaxşılaşdırılması məqsədilə müəyyən
tədbirlər dövlət
büdcəsindən maliyyələşdirilir.
Hazırda dövlət büdcəsindən
maliyyələşdirilməsi 2009-cu ildə başlanmış
bir sıra obyektlərin tikintisi davam etdirilir, o cümlədən Füzuli rayonunun Horadiz şəhəri ərazisində Olimpiya İdman Kompleksinin tikintisi üzrə tamamlama işləri başa çatmış,
mebel və avadanlıqlarla təchizata
başlanmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 aprel 2009-cu il tarixli sərəncamı
ilə Naftalan şəhərində Naftalan
Sanatoriya-Kurort Birliyinə
məxsus sanatoriyalarda
müvəqqəti məskunlaşmış
688 məcburi köçkün
ailəsinin köçürülməsi
üçün Goranboy
şəhərinin ərazisində
164 məcburi köçkün
ailəsi üçün
3 beşmərtəbəli
yaşayış binasının
tikinti-quraşdırma işləri
başa çatmış,
hazırda tamamlama işləri davam etdirilir. Beyləqan rayonu ərazisində Xocavənd Rayon İcra Hakimiyyətinin inzibati binasının tikintisi üçün torpaq sahəsi ayrılmış, texniki şərtlər alınmış,
layihə-smeta sənədlərinin
hazırlanması üçün
müvafiq müqavilə
bağlanmışdır.
- Yaponiya Sosial İnkişaf Fondunun qrant vəsaiti hesabına maliyyələşdirilən "Azərbaycan: məcburi köçkün gənclərin
dəstəklənməsi layihəsi"
haqqında fikrinizi bilmək istərdik.
- Məcburi köçkünlər
üçün tikilmiş
yeni qəsəbələrdə
gənc məcburi köçkünlərə yardım
etmək məqsədilə
Yaponiya Sosial İnkişaf Fondu
(YSİF) 1 945 800 ABŞ dolları məbləğində qrant
vəsaiti ayırmışdır:
"Azərbaycan: məcburi
köçkün gənclərin
dəstəklənməsi layihəsi"
üzrə 17 oktyabr
2007-ci il tarixdə imzalanmış qrant sazişi Azərbaycan Respublikasının Nazirlər
Kabinetinin 29 dekabr
2007-ci il tarixli sərəncamı ilə
təsdiq edilmişdir.
YSİF tərəfindən qrant fondunun idarə edilməsi Beynəlxalq İnkişaf
Assosiasiyasına (Dünya
Bankı) həvalə
edilmişdir.
Bu layihə Azərbaycan Hökuməti və Beynəlxalq İnkişaf
Assosiasiyası arasında
bağlanmış kredit
sazişi üzrə həyata keçirilən
"məcburi köçkünlərin
iqtisadi inkişafına
yardım layihəsi"nə dəstək verən layihə kimi tərtib edilmişdir və Dünya Bankı tərəfindən Məcburi Köçkünlərin
Sosial İnkişaf Fondu (MKSİF) layihə üzrə icraedici orqan kimi
seçilmişdir.Layihənin məqsədləri yeni məcburi köçkün
qəsəbələrində və şəhər yerlərindəki kollektiv mərkəzlərdə yaşayan
məcburi köçkün
gənclərinin sosial
inteqrasiyasını
genişləndirmək və
iqtisadi imkanlarını
gücləndirməkdir.
2010-cu ilin 1 avqust tarixinə
layihə çərçivəsində
34 gənc icma mikrolayihəsi həyata keçirilmişdir və
120 nəfər gənc
məcburi köçkün
peşə təlimlərini
başa çatdırmışdır.
M.MÜKƏRRƏMOĞLU
Xalq qəzeti.- 2010.- 20 avqust.- S. 4.