Türkiyənin
işğalçı Ermənistanla sərhədləri açmağa mənəvi haqqı yoxdur
Bu günlərdə Türkiyədən Ermənistana
qapı açılmasının siyasət dəllalları tərəfindən
yenidən ortaya atılması Qarabağ münaqişəsinin 22 ildən bəri
uzadılmasının, onun həll edilməməsinin
səbəbini bir daha
aydın göstərir. Dünyanın imperialist
dairələri Qafqazda öz
maraqlarını qorumaq üçün
bu nadir geosiyasi məkanı qanlı müharibə
meydanına çevirmiş, sözdə
sülhə çağırsalar da, əməldə
daxili münaqişələri
qızışdırırlar. Günahsız insanların
qanı ¸axıdılsa da,
təki onların qazancı təmin olunsun.
Qafqazın bu vəziyyətə salınmasında Ermənistan imperialist dairələrə qədərincə xidmət eləmiş və bunun əvəzində havadarlarının hərbi-diplomatik köməyi ilə Azərbaycan torpaqlarının beşdə birini işğal etmişdir. 1988-1994-cü ilin qanlı hadisələri və 1994-cü ildən bəri işğalçı Ermənistanın danışıqlar prosesində min bir oyundan çıxmasına göz yumulması onu göstərir ki, Azərbaycanın haqq işi Ermənistanın işğalçılıq siyasətinə qurban verilir.
20 ildən sonra açıq-aydın görünən həqiqət odur ki, Ermənistan Dağlıq Qarabağı və onun ətrafındakı bütün rayonları işğal edib və oradan çıxmaq fikri yoxdur. Lakin bu işğalçılıq siyasəti onun özünü ağır vəziyyətə salıb. Davam edən müharibə şəraitində güclü Azərbaycan problemlərini sürətlə həll edərək daha qüvvətli, qüdrətli olur. Ermənistan isə gündən-günə geri qalır. Yaratdığı hərbi-siyasi durumun ağırlığı altında çökür. Əlbəttə, havadarları bunu istəmirlər və Ermənistanı xilas etmək üçün yollar axtarırlar. Bu işğalçı ölkənin Qərbə yolları Türkiyədən keçir. Yardımları çoxaltmaq üçün Qərb ölkələri, nəyin bahasına olursa olsun, bu yolu açdırıb ona nəfəs vermək istəyirlər.
Azərbaycanın işğal olunmuş torpaqlarının geri qaytarılması üçün Birləşmiş Millətlər Təşkilatının 4 qətnaməsinin yerinə yetirilməsinə məhəl qoymayan Qərbin söz sahibi olan dövlətləri, nədənsə, Türkiyənin haqlı olaraq, işğalçı, terrorçu bir dövlətə qapı bağlaması ilə heç cür razılaşmırlar. Ermənistan Türkiyəyə qarşı ərazi və soyqırım iddiası ilə çıxış edir. Müharibə aparan bu işğalçı dövlət hər an arxasında duran dairələrin köməyi ilə Türkiyəyə də hücum edə bilər.
Belə olan halda Türkiyə
neyləməli idi? Əgər Ermənistan
Azərbaycan torpaqlarından
çıxmayıbsa, Türkiyəyə
qarşı əsassız
iddialarından əl çəkməyibsə işğalçıya
niyə qapı açmalıdır? Bu aydın həqiqəti görmək istəməyənlər
Azərbaycana və Türkiyəyə qarşı,
əslində, düşmən
mövqe sərgiləyirlər.
Axı, Türkiyə on illərdən
bəri sivil, dünyəvi dövlət
kimi Qərbə, dünya birliyinə üz tutub, demokratik dəyərlər
yolundadır. Azərbaycan da
ulu öndər Heydər Əliyevin müəyyən etdiyi xəttə uyğun olaraq Qərblə fəal əməkdaşlıq
edir.
Erəmənistan Qərbin dəstəklədiyi
regional layihələrdən kənarda qaldığı,
Qərbin hədəfə
aldığı işğalçılığa,
terrorizmə, separatçılığa,
narkotizmə, digər
çirkin əməllərə
sıx bağlı olduğundan niyə cəzalandırılmır? İraqın, Əfqanıstanın
altını-üstünə çevirən, İrana hədə-qorxu gələn
Qərb koalisiyası niyə 20 ildir öz torpağında qaçqına-köçkünə çevrilmiş 1 milyon azərbaycanlının adi
insanlıq haqqını
qaytarmağa çalışmır?
Ermənistan - Azərbaycan danışıqlarında
işğalçının hər cür nazına dözərək
gündə bir variant
təklif edirlər.
Axı, bu, nə variantlardır?
İşğalçılığın
bircə adı var: özgə torpağını zorla ələ keçirmək.
Bu məsələdə varinat
da birdir: bu torpaqlərı qeyd-şərtsiz azad etmək. Əks halda bunu etmək ərazi itirmiş xalqın təbii, qanuni haqqıdır. Çox təəssüf
ki, danışıqlara
vasitəçilik edən
Minsk qrupu dövlətləri,
xüsusən, həmsədrlər
bunu Ermənistana çatdırmaq əvəzinə,
Azərbaycanı münaqişəni
hərbi yolla həll etməkdən çəkindirirlər. Budur, sülh
prosesini himayə edənlərin həqiqi mövqeyi.
Azərbaycan illərdən bəridir
ki, min bir əziyyətə dözüb
BMT qərarlarının həyata
keçirilməsini gözləyir,
ermənilərin hər
oyununa dözür.
Nəticə isə yoxdur.
Vaxtaşırı ortaya atılan
Türkiyə - Ermənistan
sərhədlərinin açılması
tələbi isə dünya ermənipərəstlərinin
əl çəkmək
istəmədikləri bir
oyundur.
Ötən il Türkiyə
müəyyən şərtlər
daxilində sərhədi
açmağa razılığını
bildirsə də Ermənistan özü bu danışıqları
pozdu. Gözləmək olardı ki,
ermənilər və
dostları bir daha bu məsələyə
qayıtmazlar. Lakin onlar
yeni bir adla, başqa bir bəhanə ilə Türkiyəni yenidən təhdid edirlər. Ermənistan bircə müqabil
addım atmadığı
halda Türkiyədən
nə adla ona qapı açmağı
tələb edirlər?
Yayılan xəbərlərdən məlum
olur ki, Türkiyədə bu hiyləyə aldanıb, sərhədi müvəqqəti
olaraq açmağa razı olan adamlar tapılıb.
Amma beləsi çox az
ola bilər və onlar türk
xalqının illərdən
bəri bu təzyiqlərə davam gətirən iradəsini qıra bilməzlər. Ermənistanda NATO təlimləri üçün texnika keçirmək üçün
başqa yollar da var. Ermənistana gizli yolla hərbi
texnika və sursat keçirəndə
heç Türkiyədən
yol istəmirlər.
Məsələ belədir ki,
"müvəqqəti" adı ilə Türkiyə Ermənistana
qapı açsın,
sonra onu sərhədi bağlamağa
qoymasınlar. Türkiyənin müəyyən siyasi dairələri buna inana bilər, qardaş Türkiyənin və Azərbaycanın ulu öndər Heydər Əliyevin sözləri ilə desək, bir olan milləti isə düşmənin gizli niyyətini yaxşı anlayır.
Sonda Azərbaycanın Qərbə
yönəlik siyasətini
qəbul etmiş,
"Əsrin müqaviləsi"
kimi nəhəng bir layihənin həyata keçirilməsində
neftçi geoloq kimi xidmətləri olan bir alim
kimi illərdən bəri ürəyimdə
yığılıb qalmış
bir sözü Qərb siyasətçilərinə
ünvanlamaq istəyirəm:
Sizə öz zəngin sərvətləri
ilə maraq doğuran, dinc Azərbaycanla səmərəli
əməkdaşlıq sərfəlidir,
yoxsa Qərbin regiondakı layihələrindən
qaçan, demokratiyanın
əzəli şərti
olan əmin-amanlığa
zidd gedən, işğalçı Ermənistanı
dəstəkləmək? Təəssüf ki, ikili standartlar
bu sualın cavabını bizim üçün çətinləşdirir.
Türkiyədəki
ayıq-sayıq qardaş-bacılarımıza
isə deyirəm: Möhkəm dayanın, dostlar! Azərbaycanın haqq işini
bu vaxtadək dəstəkləmiş Türkiyə
bizim güvənc yerimizdir. Azərbaycan özü də
Türkiyəni bütün
məsələlərdə dəstəkləmişdir. Ermənistan türkü dünyada ən böyük düşməni elan edib. Bununla da o, Azərbaycanı
və Türkiyəni
düşmən cəbhəsində
görür. Cəbhədə düşmənə aman verirlər.
Mənim Ermənistanın işğalçılıq siyasətini,
onların zaman-zaman türk soyuna yaşatdığı faciələri
ifşa edən saysız-hesabsız karikaturalarım
sizlərə də məlumdur. Bu "sərhəd təxribatlarını"
da rənglərin və cizgilərin dili ilə daha
görüntülü etməyə
çalışmışam.
Biz azərbaycanlılar
inanırıq ki, indiyədək olduğu kimi, bu dəfə
də Azərbaycan və Türkiyə ortaq mövqeyi, birgə iradəsi ilə düşmənlərin
istəyini gözlərində
qoyacaq. Prezidentlər İlham Əliyevlə
Abdullah Gülün bu
günlərdə olmuş
yüksək səviyyəli
görüşü də
bizi buna inandırır.
Kərim KƏRİMOV,
AMEA-nın müxbir üzvü
Xalq qəzeti.- 2010.- 26 avqust.- S. 4.