Humanizm və mərhəmət
ünvanı
Azərbaycanlı
milli düşüncəsində xeyirxahlıq, nəciblik, mərhəmət,
yaxşı əməl və mənəvi saflıq kimi
kateqoriyalar xalqımızın əsrlərlə formalaşan
adət-ənənələrindən, mənəvi dəyər
və düşüncə sistemindən qırmızı xətlə
keçir. Tarix boyu sərt və çətin
sınaqlarla üzləşdiyi, istibdad altında
yaşamağa məhkum olduğu vaxtlarda da xalqımız məhz
ali mənəvi-əxlaqi keyfiyyətlərini saxlamaq əzmi
göstərməklə özünəməxsusluğunu,
milli kimliyini qorumuşdur. Yıxılanı ayağa
qaldırmaq, kimsəsizə əl tutmaq, ehtiyacı olana
yardım etmək, bir sözlə, nəcib və xeyirxah
işlər görmək həm də xalqımızın
tapındığı İslami dəyərlərdən irəli
gəlir.
Xeyirxahlıq və mərhəmət bəşər övladını daxilən saflaşdıran, başqalarının gözündə ucaldan, insanlığın ali zirvəsinə yüksəldən fenomen dəyərlərdən sayılır. Kamil və yetkin insanın dünyanın xilası barədə düşüncələri məhz bu kimi ülvi, saf dəyərlərin üzərində köklənir. Başqalarına təmənnasız yaxşılıq etməkdən mənəvi rahatlıq tapan insanlar isə, sözün əsl mənasında, seçilmiş nəcib insanlardır. Hər bir cəmiyyətdə ədalət, insanpərvərlik, mənəvi saflıq kimi ülvi dəyərlər məhz belə kamil şəxsiyyətlərin saf düşüncə və pak əməllərində gerçəyə çevrilir.
Yalnız
yüksək mənəviyyatlı insanlar öz əməlləri
ilə təkcə müasirlərinin deyil, həm də gələcək
nəsillərin qarşısında cavabdehlik
daşıdıqlarını dərk edirlər. Konkret həyat amalına malik belə mənəviyyat
sahibləri şərəfli və mənalı ömür
yolu ilə başqalarına örnək olur,
dövrünün problemlərinə əsil ziyalı
yanğısı, vətəndaş təəssübkeşliyi
ilə yanaşır, fürsət düşdükcə
xalqının nicatına, xoşbəxt və təminatlı
gələcəyinə xidmət edən xeyirxah əməllərin
müəllifinə çevrilirlər. YUNESKO və
İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin
deputatı Mehriban xanım Əliyevanın rəhbərliyi
altında Heydər Əliyev Fondu da yarandığı vaxtdan
etibarən Azərbaycan xalqı qarşısında müstəsna
xidmət və xeyirxah əməllərin
daşıyıcısı olmaqla belə bir ucalığa
yüksəlmiş, insanların səmimi rəğbətini
qazanmışdır.
Mənəviyyatın zirvəsində
Heydər Əliyev Fondu ictimai statusla fəaliyyət göstərməsinə baxmayaraq, dövlət başçısı İlham Əliyevin həyata keçirdiyi çoxşaxəli siyasətə öz töhfəsini verir, xalqın milli mədəniyyətinin, milli-mənəvi dəyərlər sisteminin yad təsirlərdən qorunmasında, cəmiyyətdə saflıq, nəciblik, xeyirhaxlıq kimi dəyərlərin təbliğində müstəsna rol oynayır. Fəaliyyət göstərdiyi son 6 ildə ulu öndərin mərhəmət, nəciblik və yüksək humanizmə əsaslanan ali ideyalarının ictimai şüurda möhkəmlənməsinə çalışan, millətin gələcəyi naminə bir sıra strateji əhəmiyyətli layihələri inamla həyata keçirən Heydər Əliyev Fondu cəmiyyətdə yüz minlərlə insanın ümid və pənah yerinə çevrilmişdir. Fond ümummilli liderin xeyirhax və nəcib əməllərini yaşatmaq üçün ictımai həyatın ən müxtəlif sahələrində fundamental layihələr həyata keçirir, hər bir vətəndaşın zəruri istək və arzularının gerçəkləşməsinə, problemlərinin operativ həllinə maddi-mənəvi dəstək verir.
Fondun
prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri,
Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü
ilə həyata keçirilən çoxşaxəli layihələri
birləşdirən ümumi ortaq xətt məhz milli
genefondun qorunması, saf dəyərlərin ictimai
şüurda möhkəmlənməsidir. Qarşıya
qoyduğu bu kimi xeyirxah məqsədlərlə Heydər Əliyev
Fondu nəinki respublika hüdudlarında, eləcə də
beynəlxalq miqyasda böyük nüfuz və etimad qazana
bilmişdir. Məhz bu fəaliyyətin nəticəsi
olaraq Fondun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım
Əliyeva yalnız bu ilin ötən dövründə iki
mötəbər mükafata- Fransa dövlətinin "Şərəf
Legıonu" ordeninə və YUNESKO-nun "Qızıl
Motsart" medalına layiq görülmüşdür.
Xeyriyyəçilik missiyası
Müasir dövrdə iqtisadi inkişaf səviyyəsindən asılı olmayaraq, hər bir dövlətdə sosial müdafiəyə, köməyə, xeyirhaxlığa ehtiyacı olan köməksiz təbəqə olur. Bazar iqtisadiyyatının sərt reallıqlarına baxmayaraq, əksər dövlətlər bu həssas sosial təbəqənin ehtiyaclarına, problemlərinə biganə yanaşmır, onları imkan daxılində öz himayəsinə götütür. Azərbaycan dövlətinin bu istiqamətdəki fəaliyyəti isə xüsusilə diqqəti çəkir - respublikamızın dövlət büdcəsində sosialyönümlü xərclər, eləcə də insan inkişafına xidmət edən, iqtisadi səmərə məqsədi güdməyən əsaslı dövlət kapital qoyuluşları xüsusi çəkiyə malikdir. Dövlət başçısı İlham Əliyev ölkədə yoxsulluğun yaxın illərdə aradan qaldırılmasını, insanları qayğılandıran bütün sosial problemlərin həllini hökumət qarşısında mühüm vəzifələrdən biri kimi müəyyənləşdirmişdir.
Bununla belə, mövcud problemlərin həllini bilavasitə hökumətin üzərinə qoymaq, qeyri-hökumət təşkilatlarını, vətəndaş cəmiyyəti institutlarını bu işdən tamamilə kənarlaşdırmaq da düzgün yanaşma olmayıb sovet dövrünün yanlış düşüncə tərzindən irəli gəlir. Bu mənada Heydər Əliyev Fondunun dövlətin fəaliyyətinə hərtərəfli dəstəyə əsaslanan nəcib, xeyirxah fəaliyyəti digər qurumlar üçün də nümunə, örnək sayıla bilər. Fondun fəaliyyəti Azərbaycan üçün müəyyən mənada yeni olan xeyriyyəçilik institutunun inkişafına, cəmiyyətdə filontropiya meyilli təbəqənin formalaşmasına xidmət edir.
Azərbaycan cəmiyyətində praqmatikləşmə, eləcə də konyunktur maraqlara əsaslanan mənfəətçilik meyillərinin müəyyən dərəcədə artması cəmiyyətdə nəcib və saf dəyərlərə gölgə salmaqla bərabər, bəzən xeyriyyəçilik institutunun inkışafına da mane olur. Şübhəsiz, cəmiyyətdə iqtisadi cəhətdən zəngin insanların, iş adamlarının sayının çoxalması son dərəcə sevindiricidir. Fəqət, məhz bu cür insanların cəmiyyət qarşısında sosial öhdəliklərini unutmasına, yalnız varlanmaq amalı ilə bütün nəcib təşəbbüslərdən kənarda qalmasına heç bir halda haqq qazandırmaq olmaz. Azərbaycanın birinci xanımı bu həssas məqama özünəməxsus yanaşma tərzi ilə xüsusi diqqət ayırır və cəmiyyətdə xeyriyyəçiliyin gerçək rolunun aydın dərkinə ehtiyac olduğunu bildirir. Onun qənaətincə, müasir anlamda xeyriyyəçilik daha geniş məna daşıyaraq cəmiyyətin rifahı naminə təmənnasız və könüllü fəaliyyəti əhatə edir.
"...Xeyriyyəçilik - insanların hər hansı direktivlər və göstərişlər əsasında deyil, öz qəlbinin və vicdanının səsi ilə öz vəsaitlərini, qüvvələrini, vaxtını və enerjisini sərf edərək gördüyü xeyirxah işlərdir. Mənə belə gəlir ki, xeyriyyəçilik fəlsəfəsinin əsası, ilk növbədə insanların yaxşılıq etməyə çalışması, başqasının dərdinə şərik olmaq, onun halına yanmaq, ehtiyacı olanlara kömək əli uzatmaq istəyi kimi insani keyfiyyətlərin və qabiliyyətlərin fundamental xarakterinin qəbul edilməsidir. Mənəviyyatın ali qanunlarına görə, xeyriyyəçilik fəaliyyətinin əsas motivi şəxsən özün üçün hər hansı dividendlər və ya səmərə gözləmək deyil, məhz insanlara sevgi və təmənnasız olaraq xeyirxah işlər görmək arzusundan ibarət olmalıdır" - deyə Heydər Əliyev Fondunun prezidenti bildirir.
Müasir cəmiyyətdə
xeyriyyəçilik maddi nemətlərin və resursların
indiki anda dəstəklənməyə ən çox
ehtiyacı olan müəyyən fərdlərin, sosial
qrupların və sahələrin xeyrinə yenidən
bölüşdürülməsinin nadir mexanizmidir. Bu mexanizmin nadirliyi ondadır ki, siyasi məqsədəuyğunluq
və iqtisadi səmərə mülahizələrinə əsaslanan
dövlət və bazar mexanizmlərindən fərqli olaraq,
nemətlərin xeyriyyəçilik formasında yenidən
bölüşdürülməsi bilavasitə mənəvi-əxlaqi
motivlərlə, ilk növbədə, ümumbəşəri
dəyərlərlə tənzimlənir. Belə olan halda
xeyriyyəçilik əxlaqi baxımdan bütün cəmiyyət
tərəfindən bəyənilir, müxtəlif sosial,
siyasi və iqtisadi qruplar tərəfindən mənəvi dəstək
obyektinə çevrilir. Heydər Əliyev
Fondunun prezıdenti məhz bu reallıqları önə
çəkərək vurğulayır ki, müasir Azərbaycan
sosial dövlət olduğu üçün onun siyasəti vətəndaşların
layiqli həyatını və sərbəst
inkişafını təmin edən şərait yaradılmasına
yönəlmişdir. Həmçinin o,
qeyd edir ki, xeyriyyəçilik cəmiyyətdə mənəvi-psıxoloji
mühitin yaxşılaşmasına şərait yaradır,
insanlar arasında münasibətləri humanistləşdirir,
onların daha xeyirxah, səmimi və həssas olmasına
müsbət təsir göstərir: "Axı, çətin
məqamda başqalarından dəstək almış insan
özü də, imkan daxılində başqalarına kömək
göstərməyə daha çox meyl edəcəkdir. Beləliklə, cəmiyyətimizdə "xeyirxah
işlər dairəsi", qarşılıqlı kömək
və dəstək sistemi yaranır ki, bu da son nəticədə
insanların qarşılıqlı münasibətlərinə,
onların ovqatına və sosial əhval-ruhiyyəsinə
müsbət təsir göstərir".
Elm və təhsilin himayədarı
Hər bir xalqın gələcəyi sayılan gənclərin intellektual inkişafını təmin etmədən onların milli-mənəvi dəyərlərə bağlı şəxsiyyət kimi yetişməsinə nail olmaq qeyri-mümkündür. Bəşəriyyətin xilasına yönəlmiş ideyalar məhz elm və təhsilin yüksək inkişaf etdiyi ölkələrdə özünə möhkəm dayaqlar tapa bilər. İqtisadi tərəqqi, demokratikləşmə və insan hüquqlarının etibarlı təminatı baxımından özünün yüksək inkişaf mərhələsinə çatmış dövlətlərin bu nailiyyətləri məhz elmə, təhsilə yüksək diqqət və qayğı nəticəsində əldə etdiyi danılmaz gerçəklikdir. Heydər Əliyev Fondunun ötən 6 ildə həyata keçirdiyi layihələrin sırasında elm və təhsilin, müasir informasiya texnologıyalarının mühüm yer tutması da məhz bu reallığa söykənir.
Fondun bu istiqamətdə gördüyü işlər sırasında respublıkamızın müxtəlif bölgələrində reallaşdırılan "Yeniləşən Azərbaycana yeni məktəb" proqramı müstəsna əhəmiyyət daşımışdır. Proqram təhsilin səviyyəsinə birbaşa təsir edən problemlərin həllinə - tədris prosesinin günün tələbləri səviyyəsində qurulmasına imkan verən müasir məktəb binalarının inşasına istıqamətlənmişdir. Bu sahədə real vəziyyəti qiymətləndirmək üçün Fondun prezıdenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə, ilk növbədə, ölkədəki məktəb binalarının vəziyyəti öyrənilmiş, aparılan monitorinqlər göstərmişdir ki, bir çox məktəblərdəki şəraitin yarıtmaz vəziyyətdə olması təhsılin keyfiyyətinə mənfi təsir edən mühüm amildir.
İctimai dəstəyi vacib hesab edən Heydər Əliyev Fondu cəmiyyətin ən müxtəlif təbəqələrinin diqqətini bu məsələyə yönəltmək məqsədilə 2005-ci ilin iyununda müvafiq qurumların, habelə beynəlxalq təşkilatların iştirakı ilə "dəyirmi masa" təşkil etmiş, proqramın həyata keçirilməsi məqsədi üçün 100, 200 və 240 şagird yerlik məktəb layihələri hazırlanmışdır. Layıhənin həyata keçirilməsi ilə bağlı Fondun prezidentinin cəmiyyətə ünvanladığı əməkdaşlıq çağırışı geniş əks-səda doğurmuş, az sonra Azərbaycanın müxtəlif bölgələrində - hətta ucqar dağ kəndlərində belə, məktəb tikintisi geniş vüsət almışdır.
Əslində, "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsinin ən üstün cəhətlərindən biri onun paytaxtla yanaşı, regionlarda da icra edilməsi olmuşdur. İnanılmaz görünsə də, layihənin icrası nəticəsində yalnız ilk 4 ayda ölkədə 132 yeni məktəb tikilərək istismara verilmişdir. Proqram çərçivəsində tikilən və infrastrukturu yerli tələbata və imkana uyğunlaşdırılan bu məktəblər müasir avadanlıq, istilik sistemi, zəngin kitabxana, əyani vəsait və kompyuter avadanlığı ilə təchiz olunmuşdur.
2006-cı ildə Heydər Əliyev Fondu "Yeniləşən Azərbaycana yeni məktəb" proqramının ikinci mərhələsinə başlamış, Bakıətrafı qəsəbələrdə yeni məktəblər inşa olunmuşdur. Bununla da, Fond ictimaiyyətin diqqətini bir daha müasir dünyada hər bir ölkənin inkişafının, onun dünya birliyinə inteqrasiyasının əsasında yalnız mükəmməl təhsilin dayandığına yönəltmişdir. 2008-2009-cu tədris ilində Fondun təşəbbüsü ilə ölkədə inşa və əsaslı təmir olunan yeni məktəb binalarının sayı ümumilikdə 283-ə çatdırılmışdır. Bu, yeni şəraitdə, müasir tələblər səviyyəsində təhsil almaq imkanı qazanan 75 mindən artıq şagirdin həyatında ciddi dəyişiklik, yenilik deməkdir.
Heydər Əliyev Fondunun başlıca fəaliyyət istiqamətlərindən biri də ölkənin təhsil problemlərinin həllində nüfuzlu beynəlxalq təşkılatlardan sayılan YUNESKO-nun geniş imkanlarından səmərəli şəkildə faydalanmaqdır. Bu təşkilatın diqqətinin ölkəmizin təhsil problemlərinin həllinə cəlb olunması, təşkilatla əməkdaşlıq şəraıtində keçirilən birgə tədbirlər yaxın gələcəkdə mövcud əlaqələrin daha da intensivləşməsinə yaxşı imkanlar açmışdır. Azərbaycanla YUNESKO arasında bir neçə istiqamətdə əməkdaşlıq münasibətləri qurulmuşdur - bu əlaqələr əsasən,"Təhsil hamı üçün" proqramını, "Assosiativ məktəblər", texniki-peşə sahəsində əməkdaşlıq, inkluziv təhsil layihəsi, ali məktəblərdə YUNESKO kafedralarının yaradılması və digər sahələri əhatə edir. Təhsilin məzmunca yeniləşdirilməsi, məktəblərdə informasiya texnologiyalarının geniş tətbiqi və digər bu kimi planlar da ikitərəfli əməkdaşlığa daxil olan əsas məsələlərdəndir. İndiyə qədər YUNESKO ekspertləri dəfələrlə Azərbaycanda olaraq məcburi köçkün və qaçqın ailələrində yaşayan uşaqların təhsil problemləri ilə bağlı müxtəlif layıhələr işləyib hazırlamışlar.
Binəqədi rayon seçicilərini Milli Məclisdə təmsil edən şəxs kimi deyə bilərəm ki, Heydər Əliyev Fondunun paytaxtın və onun qəsəbələrinin inkişafına qayğı tədbirləri təkcə Xəzər rayonu ilə məhdudlaşmır. Fondun prezidenti Mehriban xanım Əliyeva respublikanın hər bir bölgəsinə, eyni zamanda, paytaxt rayonlarına xüsusi diqqət və qayğı ilə yanaşır, sosial infrastrukturun yeniləşdirilməsi ilə bağlı həyata keçirilən dövlət siyasətinə töhfəsini verir. Bunun nəticəsi olaraq, son illərdə Azərbaycanın ən müxtəlif guşələrində müşahidə olunan abadlıq, tərəqqi və yüksəliş Bakının Binəqədi rayonunda da qabarıq görünür.
Xüsusi vurğulamaq lazımdır ki, Binəqədi rayonunun sosial-iqtisadi inkişafı prosesində Heydər Əliyev Fondunun da müstəsna xidmətləri var. Fondun Prezıdenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə rayonda onlarla məktəb binası inşa edilmiş və ya əsaslı təmir edilmişdir. "Təhsilə dəstək layihəsi" çərçivəsində isə Fond 2008-2009-cu dərs ilində Binəqədi rayonunun məktəblərini çanta və dərs ləvazimatları ilə təmin etmişdir.
Binəqədi
rayonunun yüzlərlə sakini məhz Azərbaycanın
birinci xanımının köməyi sayəsində problemlərinin
həllinə nail olmuşdur. Məhz buna görə də Binəqədi
rayon sakinləri Heydər Əliyev Fonduna pənah aparır,
onun fəaliyyətini daim rəğbətlə
qarşılayırlar.
Sağlam ruh, sağlam sabah naminə
Heydər Əliyev Fondunun fəaliyyətinin əhəmiyyətli bir hissəsini də səhiyyə sahəsində həyata keçırilən layihələr təşkil edir. Tibb ocaqlarının, uşaq müalicə-profılaktika müəssisələrinin yenidən qurulmasında, müasir avadanlıqla təchızatında iştırak, xarici ölkələrdən mütəxəssislərin yerli klinıkalara dəvət olunmasına, treninqlərin keçirilməsinə, həkimlərin mübadiləsınə dəstək, dünyanın bir sıra aparıcı tibb müəssısələri, səhiyyə şirkətləri ilə əməkdaşlıq əlaqələrinin inkişafı bu yöndə həyata keçırilən fəaliyyətin ayrı-ayrı şaxələridir.
Şübhəsiz, son illər həyata keçirilən uğurlu islahatlar milli səhiyyə sisteminin sürətli inkişafına təkan verir, insanların sağlamlıq imkanlarını genişləndirir. Bütün bunlarla yanaşı, əhalinin sağlamlığının təmin olunması xüsusi həssaslığı ilə seçilən elə bir sosial amildir ki, bu sahədə mövcud problemlərin tam aradan qaldırılması üçün bəzən dövlət tərəfindən görülən tədbirlər yetərli olmur. Cəmiyyətin ən müxtəlif təbəqələrinə mənsub insanların şəfa tapmaq üçün əlahiddə köməyə ehtiyacı yaranır. 2004-cü ildən bəri Heydər Əliyev Fondu belə bir durumla üzləşmiş insanların üz tutduqları son pənah ünvanıdır. Hər gün Fonda ünvanlanan yüzlərlə məktubun bir çoxu insanların sağlamlıqla bağlı problemlərindən bəhs edir. Fond hər müraciətə müsbət cavab vermək imkanında olmasa da, vətəndaşların sağlamlıqla bağlı problemlərinə diqqətlə yanaşmağa çalışır. Şəhid, məcburi köçkün ailələrinə, aztəminatlı ailələrin problemlərinə həssaslıqla yanaşır, ilk növbədə, bu kateqorıyadan olan insanlara köməyi zəruri hesab edir.
Fondun həyata keçirdiyi səhiyyə layihələri 2004-2010-cu illərdə səhhətindəki problemlər üzündən əziyyət çəkən minlərlə insanı yenıdən sağlam həyata qaytarmış, onlara həyat eşqi vermişdir. İxtisas etibarilə bu sahənin incəliklərinə dərindən bələd olan Fondun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva Azər\baycan səhiyyəsində mövcud olan problemləri daha yaxşı görməklə, ictımaiyyəti həmin problemlərin həlli istiqamətində səfərbər etməyə, tibbi yardıma böyük ehtiyacı olan aztəminatlı vətəndaşlara yüksək diqqətlə, həssaslıqla yanaşmağa çalışır.
Qurumun səhiyyə sahəsində ən çox əks-səda doğuran layihələrindən biri "Diabetli uşaqlara ən yüksək qayğı" layihəsi olmuşdur. Layihə Fondun dəstəyi əsasında Azərbaycan Diabet Cəmiyyəti və Danimarkanın "Novo Nordisk" şirkəti ilə birgə əməkdaşlıq nəticəsində həyata keçirilmişdir. Layihə çərçivəsində Azərbaycanda diabet xəstəliyinə düçar olmuş 14 yaşınadək uşaqlar 2004-2006-cı illər ərzində müntəzəm olaraq lazımi miqdarda insulin preparatları və şpris-qələmlərlə təmin edilmişlər.
"Talassemiyasız həyat naminə" layihəsi isə talassemiya xəstəliyinin geniş yayıldığı ölkələrdən hesab olunan Azərbaycanda böyük rəğbətlə qarşılanmışdır. Proqramın daha səmərəli şəkildə həyata keçirilməsi üçün Məsləhət Şurası yaradılmış, bu xəstəlikdən əziyyət çəkən uşaqların təhlükəsiz və keyfiyyətli qanla təmin olunması üçün donor xidmətinin inkişafı, əhalinin maarifləndirilməsi, prenatal diaqnostika üsulu ilə xəstəliyin proqnozlaşdırılması məsələlərinə xüsusi diqqət yetirilmişdir. Lahiyə çərçivəsində inşasına başlanmış Talassemiya Diaqnostika Mərkəzinin 2009-cu il mayın 10-da - ulu önlərin doğum günündə istifadəyə verilməsi Fondun ölkə səhiyyəsinə böyük töhfəsidir.
2009-cu ildə Bakı şəhərində Psixo-nevroloji Uşaq Mərkəzinin inşa edilməsi isə uşaqların müayinə və müalicəsi üçün geniş imkanlar açır. Bundan başqa, son illərdə Fondun xəttilə Xəzər rayonunun Türkan və Zirə qəsəbələrində poliklinika, təcili yardım stansiyası, Şüvəlan qəsəbəsində xəstəxana, İsmayıllı rayonunun İvanovka kəndində poliklinika yenidən qurulmuş və avadanlıqla təchiz olunmuşdur. Almaniyanın "Fresenius Medical Care" şirkətinin Heydər Əliyev Fonduna hədiyyə etdıyi 10 ədəd hemodializ aparatı və "Storz" şirkətınin hədiyyəsi olan endoskopik avadanlıq tibb müəssisələrinə verilmişdir. Eləcə də Fransanın "Servye" şirkəti tərəfindən Fonda verilmiş "Diabeton MR" preparatları diabetdən əziyyət çəkən insanlara paylanmışdır.
Ürək xəstəliklərindən
əziyyət çəkən körpələrin bir qisminə
xarici ölkələrdə cərrahiyyə əməliyyatı
aparılmasına kömək göstərən Heydər Əliyev
Fondu milli genefondumuzun qorunmasında da öz sözünü
deyir. Azərbaycanın birinci xanımının
başlıca məqsədlərindən biri də məhz xəstə,
kimsəsiz uşaqlara qayğı örnəyini
başqalarına təlqin etməkdir.
Milli mədəniyyətə
böyük töhfə
Hər bir xalqı dünya miqyasında tanıdan və məşhurlaşdıran həm də onun əsrlərin süzgəcindən keçib gələn, cilalanan mədəniyyəti, milli mənəvi irsidir. Bu mənada, Heydər Əliyev Fondunun ötən 6 ildə milli mədəniyyət incilərinin qorunması, eləcə də musiqi təhsili və gələcək nəslin maarifləndirilməsi prosesini diqqət mərkəzində saxlaması Azərbaycanın zəngin mədəni potensialının qorunması işinə əvəzsiz töhfədir. Həm də bu fəaliyyət təkcə son 6 ili əhatə etmir: Azərbaycanın birinci xanımının hələ 1995-ci ildə təsis etdiyi "Azərbaycan-İrs" jurnalının səhifələrində milli müsiqinin, mədəniyyətin, tarixi-mədəni irsin qorunub saxlanılması və gələcək nəsillərə ötürülməsi ilə bağlı çoxsaylı sanballı məqalələr işıq üzü görmüşdür. Azərbaycan mədəniyyəti və incəsənəti ilə bağlı ən aktual problemlərin, böyük məzmun yükünə malik materialların dərc edildiyi bu jurnal ölkə həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması və təbliği işinə böyük dəstək olmuşdur. Heydər Əliyev Fondunun fəaliyyətə başlaması isə bu işlərin daha qlobal miqyasda, həm də sistemli və ardıcıl şəkildə həyata keçirilməsinə imkan yaratmışdır.
Azərbaycanın görkəmli alimlərinin, yazıçı və bəstəkarlarının yubileylərinin keçirilməsi, "Kitabi-Dədə Qorqud" dastanının 1300 illiyinin beynəlxalq miqyasda qeyd olunması, YUNESKO-nun "Dünya irs siyahısı"na İçərişəhərin Şirvanşahlar Saray Kompleksinin, Qobustan Qoruq Muzeyinin və Atəşgahın da daxil edilməsi, tarixi mədəniyyət abidələrinin bərpası "Azərbaycan Mədəniyyətinin Dostları" Xeyriyyə Fondunun fəaliyyətinin təqdirəlayiq məqamları kimi vurğulanmalıdır. Bu xətti fəaliyyətində əsas tutaraq uğurla davam etdirən Heydər Əliyev Fondu xalqın milli varlığını özündə yaşadan maddi-mənəvi və intellektual irsə böyük diqqət və həssaslıqla yanaşır, milli mədəniyyətimizin dünya arenasına çıxmasında və təbliğində fəal iştirak etməyə çalışır. Fondun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva 2004-cü ilin sentyabrında YUNESKO-nun xoşməramlı səfiri kimi ilk çıxışında Azərbaycanı Üzeyir Hacıbəyov, Qara Qarayev, Səttar Bəhlulzadə, Mstislav Rostropoviç kimi dünya şöhrətli mədəniyyət xadimlərinin vətəni kimi tərənnüm etmiş, bu cür şəxsiyyətlərin yetişməsi üçün şərait yarada bilmiş Azərbaycan xalqının həqiqətən də, böyük xalq olduğunu dünya ictimaiyyətinə çatdırmışdır.
Fondun prezidenti Mehriban xanım Əliyevanın birbaşa himayəsi ilə son illər Azərbaycanda muğam sənətinin qorunması, inkişafı və təbliği sahəsində də böyük işlər görülür. Azərbaycan muğamının YUNESKO-nun bəşəriyyətin qeyri-maddi irsinin şah əsərləri siyahısına daxil olunması bilavasitə bu fəaliyyətin nəticəsidir. Fondun milli mədəniyyətin təbliği sahəsində həyata keçirdiyi ən uğurlu layihələrdən biri "Qarabağ xanəndələri" albomunun hazırlanması olmuşdur. Yeri gəlmişkən, 2009-cu ilin mart ayında Mehriban xanım Əliyevanın təşəbbüsü ilə keçirilən Beynəlxalq muğam festivalı Azərbaycan mədəniyyətinin, musiqisinin bütün dünyada tanıdılması və təbliği istiqamətində mühüm tədbirlərdən biri kimi yadda qalmışdır. Tədbirdə YUNESKO-nun baş direktoru Koişiro Matsuura, habelə, dünyanın 17 ölkəsindən çoxsaylı qonaqlar iştirak etmişlər.
Fond ulularımızdan yadigar qalmış mədəniyyət incilərinin qorunması, bu sərvətin heç bir itkiyə məruz qalmadan gələcək nəsillərə əmanət edilməsi üçün dəqiq, məqsədyönlü, konkret fəaliyyət planına malikdir. Bu baxımdan l"Qafqaz xalq ənənələri evi"nin yaradılması ilə bağlı YUNESKO qarşısında irəli sürülmüş təşəbbüs də həmin planın tərkib hissəsi kimi nəzərdən keçirilə bilər. Belə bir qurumun təşkili Qafqaz xalqlarına məxsus mədəni irsin qorunması, təbliği baxımından böyük faydalar vəd edir. Bu təşəbbüs həm də böyük siyasi əhəmiyyətə malikdir. "Qafqaz xalq ənənələri evi"nin yaradılması Avropa Birliyinin təşəbbüsü ilə Qafqaz regionunda həyata keçirilən "Yeni qonşuluq siyasəti"nin icrasına müəyyən töfhə verməklə bərabər, həm də zaman-zaman Azərbaycanın mədəniyyət incilərini oğurlayıb öz adlarına çıxan ermənilərin bu hərəkətlərinin qarşısını almaq kimi ali məqsədə hesablanmışdır.
2009-cu ildə
aşıq sənətinin, habelə Novruz bayramının
YUNESKO-nun qeyri-maddi irs siyahısına daxil edilməsi də
Fondun bu sahədəki əzmkar fəaliyyətinin nəticəsidir.
Eyni zamanda, 2009 və 2010-cu ilin yay aylarında Qəbələ
rayonunda təşkil olunan beynəlxalq musiqi festivalları da,
ümumən, Azərbaycan mədəniyyətinin dünyada təbliği
baxımından mühüm əhəmiyyət kəsb edir.
Bir müddət əvvəl reallaşmış ikinci belə
festival beynəlxalq miqyasda hələ də
aktuallığını itirmir, ölkəmizin yüksək
mədəni sivilizasıyasının bariz göstəricisi
kimi dəyərləndirilir.
Azərbaycanı dünyaya
tanıdan Fond
Heydər Əliyev Fondunun beynəlxalq əhəmiyyətli quruma çevrilməsi istiqamətində işlər son illər daha da genişlənmişdir. Fondun müxtəlif ölkələrdə filiallarının açılması bir tərəfdən təşkilatın qlobal miqyasda artan nüfuzunun ifadəsidirsə, dıgər tərəfdən Azərbaycanı daha yaxından təbliğ etmək, ölkə həqiqətlərini dünya arenasına çıxarmaq, habelə diaspor hərəkatının genişlənməsinə yardımçı olmaq niyyətinin təzahürüdür. Son illərdə Rusiyada, Rumıniyada, Türkiyədə, Böyük Britanıyada filiallarını açan Fond fəaliyyətini beynəlxalq müstəvidə genişləndirmək imkanı qazanmışdır. Fondun Moskva filialının fəaliyyəti bu baxımdan daha qabarıq hiss olunur. Azərbaycanın müasir gəncliyinin ən layiqli, vətənpərvər təmsilçisi kımi bu missiyanı üzərinə götürmüş Leyla Əliyeva Fondun Moskva filialına yüksək səviyyədə rəhbərlik edir.
Son illərdə Leyla Əliyeva Azərbaycanın milli-mənəvi dəyərlərinin, mədəniyyətınin, incəsənətinin, ədəbiyyatının təbliği, diaspor hərəkatının genişləndirilməsi istiqamətində bütün lazımi tədbirləri həyata keçirir. Rusiya ilə Azərbaycan arasında mədəni dialoqun genişləndirilməsi istiqamətində atılan addımlar da bu baxımdan təqdirəlayiqdir. Qısa müddətlə Leyla xanım Rusiyanın mədəni ictimaiyyəti ilə müxtəlif səviyyəli görüşlər keçirmiş, Azərbaycanın zəngin mədəniyyətinin təbliği istiqamətində addımlar atmışdır.
2007-ci ilin dekabrında Leyla Əliyevanın baş redaktorluğu ilə nəşrə başlayan "Bakı" jurnalı da Azərbaycanın və onun paytaxtının təbliği baxımından xüsusi əhəmiyyətə malikdir. Rusiya oxucuları bu nəşr vasitəsilə respublikamız barədə daha dolğun məlumatları əldə edə bilirlər.
Heydər Əliyev Fondunun Moskva nümayəndəliyinin rəhbəri Leyla Əliyeva Rusiyadakı azərbaycanlı gənclərlə görüşdə ölkənin diaspor təşkilatlarının genişləndirilməsi vacibliyini də xüsusi diqqətə çatdırmışdır. Rusiyada Azərbaycan gəncləri hərəkatının lideri Leyla Əliyeva azərbaycanlı gəncləri Rusiyanın ictimai-siyasi həyatında daha fəal iştirak etməyə, Rusiya cəmiyyətinə daha sıx inteqrasiyaya və bununla bərabər, Azərbaycanın milli mədəniyyətinə qayğıkeşliklə yanaşmağa, onu qoruyub saxlamağa və yaymağa çağırmışdır. O bildirmişdir ki, indi Fondun əsas vəzifələrindən biri regionlarda Azərbaycan dilində bazar günü məktəblərinin açılmasıdır. Fond bu cür məktəblərin açılmasını təşviq edir və onların tədris ədəbiyyatı, kompyuterlərlə təchiz olunmasına kömək edir. Fond indiyə qədər İvanovo, Tula, Tver və Surqut şəhərlərindəki bazar günü məktəblərinə kömək etmişdir.
İslam Konfransı Təşkilatının gənclər forumu ilə "Xocalıya ədalət" Beynəlxalq kampaniyasına start verilməsi də Fondun Moskva filialının fəaliyyəti ilə bağlıdır. Bu kampaniya İKT Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə baş kordınatoru Leyla Əliyevanın 2008-ci il mayın 8-də irəli sürdüyü təşəbbüs əsasında həyata kecırilir. Tunisdə İSESKO-nun Baş Assambleyasının 10-cu sessiyasında imzalanmış protokol "Xocalıya ədalət" Beynəlxalq Məlumat Təşviqat kampaniyasına dəstək verilməsi və kampaniya çərçivəsində dünya miqyasında təhsil, elm və mədəniyyət sahələrində birgə tədbirlərin həyata keçirilməsini nəzərdə tutur.
Göründüyü kimi, Fondun son 6 ildə həyata keçirdiyi bütün layihələr milli xüsusiyyətlər, yerli tələb və ehtiyaclarla çulğalaşaraq olduqca maraqlı və rəngarəng forma almışdır. Fond hansısa ayrıca götürülmüş sahənin inkışafı naminə fəaliyyət göstərmir - xeyriyyəçilikdən tutmuş, ölkənin səhiyyə və təhsil sisteminin, mədəniyyət və incəsənətinin inkişafı, insan hüquqlarının qorunması, Azərbaycanın beynəlxalq aləmdəki imicınin formalaşmasına qədər müxtəlif sferalarda məhsuldar fəallıq nümayiş etdirir. İnanırıq ki, Heydər Əliyev Fondu Azərbaycanın milli mənəvi dəyərlərinin qorunması, ölkə həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, elmi-intellektual potensialın gücləndirilməsi istiqamətində fəaliyyətini bundan sonra da uğurla davam etdırəcək, ictimai mənafelərə xidmət edən islahatları əzmlə gerçəkləşdirəcəkdir.
Rafael
CƏBRAYILOV,
Milli
Məclisin deputatı
Xalq qəzeti.- 2010.- 26 avqust.- S. 3.