Cinayətkarlıqla mübarizə hamımızın işidir

 

    İnsanın qiyməti ona həvalə olunan işin öhdəsindən gələ bilmək bacarığı ilə ölçülür. Cəmiyyət tərəfindən polis orqanlarına verilən qiymət də cinayətkarlıqla mübarizənin vəziyyətindən asılı olur. Cinayətkarlıqla mübarizədə bircə an belə geri çəkilməklə xaotik hallarla üz-üzə dayanmalı olacağıq. Nə yaxşı ki, bu mübarizə əzmlə, heç nədən çəkinmədən və peşəkarcasına həyata keçirilir.

 

    Mübarizənin ağırlığı və məsuliyyəti daha çox polis orqanlarının üzərinə düşür. Bu işdə polisin gücü yetərincədir. Amma narahatlıq doğuran hal ondan ibarətdir ki, vətəndaş kimi təhlükəsiz bir cəmiyyətdə yaşamaq istəsək də, bunun necə təmin edilməsinə varmırıq, vəzifələrimizi bilmirik. Məhz belə konstitusion vəzifələrimizdən biri cəmiyyətə ziyan vuran hallara qarşı çıxmaqdır. Niyə bu işdə fəallıq yoxdur? Niyə polis orqanları belə şəxslərlə tək mübarizə aparmalıdır, heç kəs bu işdə yardımçı olmur?

    Cinayətkarlıq istənilən sağlam cəmiyyətə xas olan, insanın doğulması və ölümü kimi təbii bir hadisədir. Mahiyyətinə görə cəmiyyətə ziyan vurduğu üçün "güc birlikdə" olmalıdır.

    Aparılan daxilixarici siyasət ölkənin inkişaf yolu ilə irəliləməsi, xalqın rifah halının yaxşılaşması üçün imkanlar yaradır. Azərbaycanın ərazi bütövlüyünün bərpasına ümidlər günbəgün artır. Ölkə daxilində ictimai siyasi sabitliyin qorunub saxlanılması və möhkəmləndirilməsi, vətəndaşların sosial sarsıntılardan əzab çəkməməsi həm də DİN-nin gərgin və çətin xidmətinin uğurudur. İctimai asayişin qorunması sahəsindəki uğurlar xalq tərəfindən razılıqla qarşılanır. Bunun əldə edilməsində hüquq mühafizə orqanlarının apardığı səmərəli işin rolu böyükdür. Çox yaxşı haldır ki, inzibati orqanların bir yumruq kimi işləməsi reallığa çevrilmişdir. Bu, cinayətkarlığa qarşı mübarizənin səmərəsini xeyli yüksəltmiş, mütəşəkkil cinayətkar qrupların zərərsizləşdirilməsinə və dinamikada belə faktların azalmasına səbəb olmuşdur.

    Cinayətkarlığa qarşı mübarizədə, ictimai asayişin qorunmasında ümumi işin ən ağır hissəsi isə DİN-inonun sturukturlarının-bütövlükdə polisin üzərinə düşür. Yaranan sabitlik dövlətin cinayətkarlıqla mübarizə siyasətinin məntiqli davamı və nəticəsidir. Bu mənada hər seyi dövlətdən yox, özümüzdən də soruşmağı bacarmalıyıq. Tənqid obyektiv olmalı, asayişin keşikçilərinə bəslədiyimiz normal insani hisslərlə, yeri gəldikdə qayğı və yardımla müşayiət olunmalıdır.

    Dövlət başçısı İlham Əliyev daxili işlər orqanlarının işçilərinə möhkəm inandığını, onların əməyini yüksək qiymətləndirdiyini dəfələrlə qeyd etmişdir. Əldə edilən nailiyyətlər, əlbəttə, asan başa gəlməmişdir, bu polisin yüksək intizamından və peşəkarlığından xəbər verən fəaliyyətinə əsaslanır. Bu fəaliyyətin təşkilatçısı da düzgün qiymətləndirilməli, onun gərgin və məsuliyyətli zəhməti obyektivlik naminə təqdir olunmalıdır.

    Daxili işlər nazirliyi böyük inkişaf yolu keçmişdir. Daxili işlər orqanlarında hərbi intizamın canlı nümunəsidir ki, zabitlərdə və sıravi heyətdə işə görə məsuliyyət artmış, cinayətkarlığa qarşı mübarizənin səmərəsi yüksəlmişdir. Bu dəyişikliklərdə DİN rəhbərliyinin yorulmaq bilməyən zəhməti xüsusi rol oynayır. Ən adi xüsusiyyətlər belə bu dəyişikliklərin müsbət təsirindən xəbər verir.

    Cinayətkarlıq və azadlıqda gəzən cinayətkarlar da cəmiyyət üçün təhlükə mənbəyidir. Söndürülməmiş yanğının yenidən alovlanması nə dərəcədə mümkündürsə, zərərsizləşdirilməmiş, təhlükəli əməllərin subyektləri də daxili sabitlik üçün o dərəcədə təhlükəlidir. Belə zərərli ünsürlərə qarşı aparılan mübarizə sərtliyi ilə həmişə yadda qalıb. Statistik rəqəmlərə müraciət etsək əyani şəkildə onun şahidi olarıq. İl ərzində 22 min cinayət qeydə alınır və onların 92- 94 faizi, bəzən bir az da çoxunun açılması təmin edilir. İl ərzində 12 - 12 mindən bir az çox şəxs cinayət məsuliyyətinə cəlb olunur. Axtarışda olan şəxslərin əksəriyyəti, təxminən 2 minə yaxını həyata keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində yaxalanırlar. Onların təxminən 500 nəfəri ağır və ya xüsusi ilə ağır cinayətləri törədən şəxslər olur. Bu istiqamətdə mübarizə xarakteri daşıdığından axtarışı elan edilmiş, itkin düşmüş şəxslərin 80 faizinin yeri gərgin əməyin bəhrəsi nəticəsində müəyyən edilir. Məsuliyyətə cəlb edilənlərin 1500 nəfərdən çoxu isə əvvəllər məhkum olunmuşların payına düşür. Bu çox böyük bir rəqəmdir. 1500 nəfər cinayət törətməkdə təcrübəsi olan şəxsin təkrar məsuliyyətə cəlb olunması da polisin sezə bilmədiyimiz fəaliyyətinin uğurlarındandır. İl ərzində görülən işin nəticəsini dörd rübə olan nisbətdə hesablasaq polisin böyük və çətin bir işin öhdəsindən gəldiyinin şahidi olarıq.

    Peşəkarlığın təlqin edilməsi yeni, gənc kadrların ərsəyə gəlməsinə daha əlverişli şərait yaradır. Şəxsi heyətlə aparılan mənəvi psixoloji mühiti hər bir şəxsin şərəf və ləyaqətinə hörmətlə yanaşılmasına, qarşılıqlı anlaşmaya, xidməti fəaliyyətin həyata keçirilməsi zamanı yarana biləcək ekstremal situasiyalarda səbr nümayiş etdirilməsinə təsir etmiş olur. Zəruri hallarda vətəndaşlarla təmasda olma hallarının konfidensiallığı da qorunur. Polis artıq əvvəlki-20 il öncə olan polis deyil. Müasir polis öz fəaliyyətini vətəndaşlara yüksək hörmət əsasında, onların hüquq və azadlıqlarını hər cürə qəsdlərdən qorumağa əsaslanan konstruktiv inkişaf üzrə qurur. Artıq onun fəaliyyətinə ictimai, beynəlxalq və ombudsman nəzarəti var. Vətəndaşlar arasında bərabərliyi pozan, ona sədd çəkən irqi, dini və digər ayrı-seçkilik hallarını qəbul etmir. Təsadüfi deyil ki, minlərlə əmək miqrantının və sığınacaq axtaran əcnəbi vətəndaşların hüquqları ölkə Konstitusiyası daxilində mühafizə olunur. Bütün millətlərə millietnik mənşəyindən asılı olmayaraq, polis tərəfindən hörmətlə yanaşılır.

    Mən, ölkə polisinin fəaliyyətini mədh etməkdən uzağam. Əlbəttə, onların xidmətində sezilə bilən, hətta cəmiyyətin görə bilmədiyi çatışmazlıqlar da var və həmin nöqsanlar DİN rəhbərliyinin tapşırığı ilə təhqiqata məruz qalır. Əgər polis adına ləkə gətirən və yaxud fəaliyyəti ilə bir araya sığmayan əməlin olduğu təsdiqlənərsə, həmin əməkdaşlar ciddi tənbeh olunurlar. Təəssüf doğuran hal ondan ibarətdir ki, bəzən cəmiyyət və ya vəzifəli şəxs bir nəfərin, sıravi polis nəfərinin və yaxud zabitin hərəkətinə görə DİO-ya, onun rəhbərliyinə, çoxminli heyətə qiymət verir. Daxili işlər orqanlarının da elitası, generaltiteti, təşkilatçıları və düşünən beyni var. Qeyd etdiyim tərzdə yanaşma isə cəmiyyətdə çaşqınlıq yaratdığından bu, arzuolunan deyil. Polis öz fəaliyyətini qurarkən ölkənin referendumla qəbul edilmiş əsas qanununa, qüvvədə olan normativ aktlara, beynəlxalq normalara, vətəndaşlardan daxil olan məlumatlara üstünlük verməklə hamıya dayaq olur. Amma biz yeri gələndə onlara dəstək verə bilmirik.

    "Polisə Dəstək" ictimai birliyin sədri kimi regionlarda cinayətkarlığı doğuran səbəb və şərait, onun aradan qaldırılması ilə bağlı seminarlar keçirərkən çox şeyin şahidi oldum. Müasir polis əməkdaşları vətəndaşların təhlükəsizliyinin təmin edilməsi, sağlamlıqların qorunması istiqamətində üzərinə düşən səlahiyyətin məsuliyyətini, yükünü çox gözəl anlayır və bu vəzifələrin öhdəsindən gəlməyi özünün ilk növbədə vətəndaşlıq borcu, sonra isə xidmətinə sədaqət kimi qəbul edir. Daxil olmuş cinayət xarakterli məlumatların qəbul edilməsinə və onun baxılmasına çevik reaksiya verilir. Çünki hər bir polis əməkdaşına çox yaxşı məlumdur ki, belə məlumatların araşdırılmasına səhlənkar və ya səthi yanaşılsa çox ciddi intizam tənbehinə məruz qalacaqlar. Artıq vətəndaşlar da anlayırlar ki, DİN-nin 102 saylı telefonuna qaynar xətt kimi daxil olmuş bütün müraciətlər DİN-nin rəhbərliyinin xüsusi nəzarətində olur və nəticəsi həmin şəxslərə məruzə edildikdən sonra prosessual qaydalara uyğun həll edilir.

    "Polisə Dəstək" İctimai Birliyi ictimaiyyətlə polis arasında əlaqələrin sağlam ruhda qurulması, cəmiyyətdə polisin ağır işində ona yardım göstərməyin vətəndaşlıq borcu olduğunu təbliğ etmək məqsədilə bir sıra tədbirlər keçirmişdir. Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə 26 iyul 2010-cu ildə Zaqatala, Balakən polis şöbələrində də şəhər icra hakimiyyəti nümayəndələrinin, KİV-inDİN-in insan alverinə qarşı mübarizə idarəsi əməkdaşlarının iştirakı ilə keçirilmiş "İnsan alverinə qarşı mübarizədə maarifləndirmə tədbirlərinin rolu" mövzusunda seminar xüsusi maraqla qarşılanmışdır.

    "Polisə Dəstək" İctimai Birliyi QHT kimi insan alverinin profilaktikasını qüvvədə olan dövlət qanunvericiliyi çərçivəsində, xüsusi tədbirlər sistemi əsasında təşkil etməyə, insan alverinə şərait yaradan sosial problemlərin həllinə yönəldilmiş proqramların hazırlanmasına, həyata keçirilməsinə, qadın və uşaqların sosial müdafiəsinin ictimai nəzarətdə saxlanmasına, insan alverinin qurbanları arasında maarifləndirmə və təbliğat işinin təşkilinə, gözlənilən təhlükələr, nəzərdə tutulan cinayət hüquqi və digər tədbirlər barədə onların hüquqi maarifləndirilməsinə üstünlük verir.

    Tədbirin həyata keçirilməsində məqsəd insan alveri ilə mübarizədə ictimaiyyətlə əlaqənin gücləndirilməsi və bu cinayətin qarşısını almaq məqsədi ilə ictimai asayişin təmin edilməsi, profilaktik və maarifləndirmə tədbirlərinin həyata keçirilməsindən ibarətdir. Eyni zamanda, insan alveri üzrə mütəşəkkil cinayətkarlığın qarşısını almaq, onu doğuran səbəbləri aşkar edib aradan qaldırmaq məqsədilə DİN-in insan alveri ilə mübarizə idarəsinin əməkdaşlarına bir istiqamətdə yardımçı olmaq (dəstək vermək), insan alveri qurbanlarının sosial reabilitasiyası üzrə təkliflər hazırlamaq və müvafiq orqanlara təqdim etmək, habelə insan alverinin profilaktikasına və qarşısının alınmasına istiqamətlənmiş seminarlar keçirmək, kitabçaların nəşrini təşkil etmək, ondan faydalanmaq, "İnsan alverinə qarşı mübarizə haqqında" 28 iyun 2005-ci il tarixli AR Qanunun tələblərinə riayət etmək də bu məqsədlərə aiddir.

    Analoji tədbirlər Masallı və Yardımlı rayonlarının müvafiq orqanlarının iştirakı ilə Cəlilabad rayonunda, həmçinin, Lənkəran şəhərində Lənkəran Dövlət Universitetinin müəllim və tələbə kollektivi ilə də keçirilmişböyük maraqla qarşılanmışdır. Bu tədbirlərdə əsas müzakirə mövzusu heç şübhəsiz "İnsan alveri ilə mübarizədə ictimaiyyətin rolu və əhalinin polisə dəstəyi" olmuşdur. Təbii ki, müzakirələr zamanı iştirakçılar tərəfindən bir çox maraqlı suallar verilmişdir və səlahiyyətli nümayəndələr onlara ətraflı cavab vermişlər.

    Keçirdiyimiz tədbirlərdən aydın görünür ki, mübarizənin daha səmərəli olması üçün insan probleminin aktuallığına diqqət etmək lazımdır. Bəşəriyyət malik olduğu bütün maddi və mənəvi sərvətləri üçün, insana, onun əməyinə həmişə möhtacdır. Cəmiyyətdə insanın ən böyük təyinatı, özünü tapmaq və hərəkətlərinə cavab verməklə, neqativ niyyətlərinin həyata keçirilməsinə sipər çəkməkdən və onu vicdanı ilə mühakimə etməkdən ibarətdir. İnsan müxtəlif rəsmlərin seyr edilməsi üçün sərgiyə qoyulmuş modeldir. Hərə onun bir cəhətinə baxır, lakin o hələ də bütövlükdə öyrənilməmişdir. Qənaətimə görə, cinayətin hər bir subyekti dövlətin vətəndaşı, ailə başçısı, cəmiyyətin, icmanın, kollektivin üzvü və fərd kimi öyrənilməli, onunüçün cinayət törətməsi niyyətinə aydınlıq gətirilməlidir. Bu, prosessual işçilərin əsas vəzifələrindən biridir.

    DİN xalqına, dövlətinə xidmət etməkdən yorulmur, çox- minli şəxsi heyət öz həyatını bu nəcib işə həsr etdiyinə görə qürur hissləri keçirir. Onların işi olduqca ağır və məsuliyyətli, bir qədər də minnətdarlıqla qiymətləndirilməyən fəaliyyət növüdür. Bu vəzifənin öhdəsindən gəlmək üçün ruhən xüsusi iradə tələb olunur. Ölkəmizin tərəqqi yolu ilə irəlilədiyi bir vaxtda onun daxilindəki təhlükəsizliyi və asayişi qorumaq sahəsindəki vəzifələrə dair tələblər hər gün artmaqda davam edir. Polis orqanları dövlətə və xalqa olan xidmətini ona göstərilən etimadaetibara vəsilə sayır.

    Cinayət cəza bir budaqda boy atır. Cəmiyyət gövdəsi möhkəm, kökü dərinə getmiş dövlət deyilən bir ağacın budaqlarıdır. Cinayət xarakterli budaqlar həmin ağacda şaxələndikcə cəmiyyətdə sabitliyin qorunması, dövlətin isə belə halda hamının marağına uyğun xidmət etməsi çətinləşir. Ona görə , bu sosial yönümlü xəstəliklə təkcə dövlət yox, hamı mübarizə aparmalıdır.

 

 

    Şəmsəddin ƏLİYEV,

    "Polisə Dəstək" İB-nin sədri

 

    Xalq qəzeti.- 2010.- 27 avqust.- S. 4.