İctimai Televiziyanın beş yaşı tamam oldu

 

    İctimai Televiziya Radio Yayımları Şirkətinin (İTV) fəaliyyətə başlamasının beş ili tamam oldu.

 

    Bu münasibətlə avqustun 27-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında təntənəli mərasim keçirilmişdir.

    Tədbirdə dövlət hökumət rəsmiləri, Milli Məclisin deputatları, tanınmış incəsənət mədəniyyət xadimləri, ictimaiyyət nümayəndələri iştirak etmişlər.

    Telekanalın 5 illik fəaliyyətini əks etdirən videosüjet nümayiş etdirilmişdir.

    İTV-nin baş direktoru İsmayıl Ömərov iştirakçıları salamlayaraq demişdir ki, beş il tarix baxımından uzun müddət olmasa da, gərəkli bir təsisat yaratmaq istəyimizə qovuşmuşuq. Biz xalqımıza güvənərək, dövlətimizə inanaraq inamla irəliləyərək belə bir televiziya qurmuşuq. Qazandığımız uğurlarda son illər ölkəmizdə gedən quruculuq, abadlıq işlərinin öz payı vardır. Bu inkişaf beş il ərzində böyük uğurlara imza atmağımıza təkan vermişdir. Bu işdə bizə diqqət qayğı göstərmiş dövlətimizin başçısına minnətdarlığımızı bildiririk.

    Bilirik ki, xalqımız İTV-dən çox şey umur. Tamaşaçı zəngləri, apardığımız monitorinqlər bunu deməyə əsas verir ki, üzərimizə düşən vəzifənin öhdəsindən gəlirik. Bu illər ərzində maarif ocağına çevrilən İTV bu missiyasını davam etdirəcəkdir. Məlum məsələdir ki, tamaşaçılarımız hər gün bizdən yenilik gözləyir. Ötən müddətdə tərəfsiz qərəzsiz bir televiziya qurmuş kollektivimiz tamaşaçıların tələbini ödəmək üçün səylərini əsirgəməyəcək, ölkəmizdə, dünyanın istənilən nöqtəsində baş verən ictimai, siyasi, sosial yenilikləri bundan sonra da operativ surətdə onlara çatdıracaqdır.

    Azərbaycan Respublikası Prezidenti Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov İTV-nin əməkdaşlarını təbrik edərək onlara yeni-yeni uğurlar arzulamışdır.

    İTV-nin keçdiyi tarixi yola bir daha nəzər salan Əli Həsənov vurğulamışdır ki, beşillik bir zaman bu telekanalın inkişafı üçün yetərli olmuşdur. İTV artıq bir ictimai institut kimi formalaşmışdır. Bu gün bu kanal özünəməxsus verilişləri, inkişaf meyli ilə seçilib, fərqlənir.

    Prezident Administrasiyasının şöbə müdiri demişdir ki, dünya sivilizasiyasının bir hissəsi olan Azərbaycanda azad sözə, plüralizmə, əxlaqi-mənəvi maariflənməyə, ümummilli maraqların ifadəsinə olan tələbat İctimai Televiziyanın yaranması məsələsini gündəmə gətirmişdir. Cəmiyyətin demokratikləşməsi, Azərbaycanın Ümumavropa dəyərlərinə qovuşmaq istəyi İctimai Televiziyanın yaranmasını zərurətə çevirmişdir. Azərbaycan ictimaiyyətinin istəyi Avropa Şurasının tələbi ilə İctimai Televiziyanın yaradılması bu zəmində reallaşmışdır.

    Ə.Həsənov demişdir ki, televiziya hər bir millətin səsi, simasıdır. Televiziya milləti, dövləti dünyada təmsil təqdim edir. İTV sözün həqiqi mənasında Azərbaycanın dilini, dinini, mədəniyyətini, incəsənətini, ədəbiyyatını dünyada layiqincə təmsil edir. Həmin təqdimatda təkcə millətin dəyərləri, varlığı deyil, həm bu televiziyanı yaradan, onu inkişaf etdirən insanların təxəyyülü öz əksini tapır. Bütün bunlar bir daha göstərir ki, İctimai Televiziyanın beşillik fəaliyyəti diqqətəlayiqdir düşünürəm ki, bu fəaliyyət bundan sonra da bu istiqamətdə davam etdiriləcəkdir.

    Azərbaycan dövlətinin mətbuat, informasiya, o cümlədən teleradio siyasətinin əsasını ümummilli liderimiz Heydər Əliyevin qoyduğunu xüsusi vurğulayan Ə.Həsənov diqqətə çatdırmışdır ki, ulu öndərimiz televiziyanın imkanlarından dünya azərbaycanlılarının birliyi istiqamətində çox məharətlə istifadə edirdi. Bu ənənələr bu gün inkişaf edir milli televiziyalarımız xalqımızın milli-mənəvi dəyərlərinin qorunması, dövlətimizin möhkəmlənməsi istiqamətində ciddi işlər görür.

    Azərbaycan dövləti ölkəmizdə sözün həqiqi mənasında müstəqil, yaradıcı, peşəkar, əxlaqlı televiziyaların bundan sonra da yaranmasının, inkişaf etməsinin tərəfdarıdır.

    Mərasimdə çıxış edən digər natiqlər İTV-nin yaradıcı kollektivini 5 illik yubileyləri münasibətilə təbrik etmiş, onlara işlərində uğurlar arzulamışlar.

    Tədbir tanınmış musiqiçilərin maraqlı konsert proqramı ilə davam etmişdir.

 

 

    Xalq qəzeti.- 2010.- 28 avqust.- S. 2.