Əhməd DAVUDOĞLU: Ermənistanla sərhədlərimizin müvəqqəti olsa belə, açılması mümkünsüzdür

 

    Azərbaycan ictimaiyyəti Türkiyənin qəti və prinsipial mövqeyini dəyişməməsini Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə mühüm töhfə kimi dəyərləndirir

 

    Zaman-zaman şahidi olmuşuq ki, Türkiyə - Azərbaycan dostluğuna, birliyinə xələl gətirmək üçün bəzi dövlətlər, həmçinin beynəlxalq təşkilatlar min hiylə və oyundan çıxıblar. Son illər bu dostluğa zərbə vurmaq üçün daha çox erməni kartından istifadə edirlər. Lakin bu "siyasi oyunlar" yenə heç bir fayda vermir. ABŞ Konqresinin Xarici Əlaqələr Komitəsində qondarma "erməni soyqırımı" ilə bağlı qərar qəbul ediləndə ilk etiraz səsini qaldıran məhz Azərbaycan oldu. Tarixi faktlarla diqqətə çatdırıldı ki, ermənilər həmişə türklərə qarşı terror aktları dəhşətli soyqırımı törətmişlər. Yaxın vaxtlarda Quba rayonunda aşkarlanmış kütləvi qəbiristanlıq da ermənilərin türklərə qarşı törətdikləri vandal aktlarının bariz nümunəsi idi. Bütün dünyaya bir daha bəyan oldu ki, ermənilərin türklərə qarşı soyqırımı iddiaları yalan cəfəngiyatdan ibarətdir. Əslində, onlar özləri terrorçu zalımdırlar.

 

    Azərbaycanın, Türkiyənin ümumilikdə türkdilli dövlətlərin ictimai-siyasi xadimlərinin, ziyalıların, siyasi partiya nümayəndələrinin kəskin etiraz səsləri tarixin saxtalaşdırılmasının - qondarma "erməni soyqırımı"nın tanınmasının qarşısında səddə çevrildi. ABŞ Konqresi Xarici Əlaqələr Komitəsinin qərarını səsverməyə çıxarmadı beləliklə, ermənilərin arzuları ürəklərində qaldı.

    2009-cu ildə buna oxşar hadisə baş verəndə Azərbaycan xalqı, xüsusi olaraq dövlətimizin başçısı müdriklik nümayiş etdirdi. Yenə Türkiyə - Azərbaycan dostluq qardaşlığı, birliyi şər qüvvələrə qalib gəldi. Həmin vaxt Türkiyəyə Ermənistan ilə sərhədlərin açılması, diplomatik əlaqələrin bərpası üçün güclü təzyiqlər göstərilirdi. Hətta bu məsələnin reallaşdırılması üçün Rusiya ABŞ-ın vasitəçiliyi ilə Sürixdə protokol da imzalandı. Lakin Türkiyə yenə əyilmədi, sınmadı. Azərbaycanla dostluq əməkdaşlıqda sadiqliyini açıq şəkildə nümayiş etdirdi. Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan, Prezident Abdullah Gül xarici işlər naziri Əhməd Davudoğlu bildirdilər ki, Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarını azad etməyənədək, Dağlıq Qarabağ problemi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmayana qədər Türkiyə - Ermənistan sərhədləri açılmayacaq iki ölkə arasında hər hansı bir əməkdaşlıq olmayacaq. Axı bu sərhədlər 1993-cü ildə Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsindən sonra bağlanmışdı. Hazırda münaqişənin həllində heç bir müsbət irəliləyiş qeydə alınmayıb. Sərhədlərin açılması isə onsuz da qeyri-konstruktiv mövqedən çıxış edən Ermənistanın əlini-qolunu açacaq beləliklə, münaqişənin yoluna qoyulmasını daha da çətinləşdirəcəkdir. Bu isə Azərbaycanın milli maraqlarının zərbə altında qalması deməkdir. Türkiyə rəsmiləri həmişə qətiyyətlə bildiriblər ki, "Azərbaycan bizim strateji ortağımızdır qardaş ölkənin milli maraqlarına zidd olacaq hər hansı bir addım atılmayacaq". Bütün bu açıqlamalar fonunda rəsmi Ankaranın qətiyyət nümayiş etdirməsi fitnəkar erməniləri onların tərəfdarlarını növbəti dəfə məyus etdi. Ermənistan rəhbərliyi Türkiyəyə hər hansı bir təzyiqin səmərəsiz qaldığını açıq şəkildə gördü sərhədlərin açılmasını, diplomatik əlaqələrin qurulmasını nəzərdə tutan Sürix protokollarının müzakirəsinin dondurulması haqqında qərar qəbul etdi.

    Son vaxtlar Türkiyənin Ermənistan ilə sərhədlərinin açılması məsələsi yenidən gündəmə gəlmişdi. Türkiyə - Azərbaycan qardaşlığından narahat olan qüvvələr bu dəfə daha bir "oyuna" əl atdılar. Bu il sentyabrın 11-17-də NATO-nun təlimləri Ermənistanda keçiriləcək bu müddətdə Türkiyə - Ermənistan sərhədləri müvəqqəti olaraq açılacaqdı, lazım olan avadanlıqlar bu ərazidən keçiriləcəkdi. Türkiyə NATO dövləti olduğundan bu tapşırığı icra etməli idi. Lakin Türkiyə rəsmiləri Azərbaycanın maraqlarına zidd addım atmamağı vəd edib. Hər hansı bir səbəb Türkiyə rəhbərliyinin öz vədlərini pozmasına presedent ola bilməzdi. Böyük bir ölkənin dövlət rəsmilərinin öz mövqelərini tez-tez dəyişməsi yolverilməzdir. Azərbaycan xalqı israr edirdi ki, Türkiyə işğalçı Ermənistanla sərhədlərini açmamalıdır. Çünki Ermənistan bundan istifadə edib batmaqda olan iqtisadiyyatını dirçəltmək, yenidən həm Türkiyəyə, həm Azərbaycana qarşı iddialarla çıxış etmək imkanı qazanardı. Üstəlik, Ermənistan prezidenti Serj Sarkisyan "Yevronyus" televiziya kanalına müsahibə verərkən demişdi ki, Türkiyə Ermənistan ilə sərhədləri açarkən heç bir şərt irəli sürməyəcək. Onun sözlərindən belə çıxırdı ki, Ermənistan Türkiyənin heç bir şərtini qəbul etməyəcək bu şərtləri eşitmək belə istəmir. Guya, Türkiyə sərhədləri açmaq Ermənistana yardım göstərməyə borcludur. Axı Ermənistan yardımlar ianələr hesabına dolanan ölkədir. Türkiyə bu dəfə təzyiqlər qarşısında əyilmədi. Hətta NATO dövləti olmasına baxmayaraq müvəqqəti olsa belə razılıq vermədi. Bu məsələdə qətiyyətli mövqe nümayiş etdirdi. Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlunun dünən yayılan bəyanatında Türkiyənin mövqeyi hamıya bəlli oldu. Ə. Davudoğlu Konya şəhərində jurnalistlərin suallarına cavab verərkən deyib ki, NATO-nun Ermənistanda keçiriləcək hərbi təlimləri humanitar xarakter daşıyır təbii fəlakətlərlə bağlıdır. Türkiyə NATO-nun üzvü kimi bu təlimlərdə iştirak edəcəkdir. Lakin sərhədlərimizin müvəqqəti olaraq açılması gündəlikdə deyildir. Türkiyənin xarici işlər naziri əlavə olaraq bildirib ki, hərbi təlimlər zamanı sərhədlərin açılacağı barədə mətbuatda gedən xəbərlər həqiqətə uyğun deyildir.

    Göründüyü kimi, bədxahlar bu dəfə Türkiyə-Azərbaycan dostluğunu, qardaşlığını sarsıda bilmədilər. Türkiyə - Ermənistan sərhədlərinin açılması məsələsini yenidən gündəmə gətirən qüvvələr Türkiyə Prezidenti Abdullah Gülün yaxın günlərdə Azərbaycana rəsmi səfəri zamanı ölkəmizin Prezidenti İlham Əliyev ilə "Azərbaycan Respublikası Türkiyə Respublikası arasında strateji tərəfdaşlıq qarşılıqlı yardım haqqında müqavilə" imzalamasından ciddi narahatlıq keçirirlər. Ona görə təhlükəli bir "oyuna" başlamaq istəyirdilər. Türkiyənin xarici işlər naziri Ə. Davudoğlunun bu günlərdə ANS televiziya kanalına verdiyi müsahibəsi həmin "siyasi oyunun" oyunçularına tutarlı cavab oldu. Ə. Davudoğlu müsahibəsində deyib: "Türkiyə Azərbaycanın müdafiəsini öz müdafiəsi kimi bilir. Azərbaycan getdikcə inkişaf edir. Ermənistan isə kasıblayır, insanlar oranı tərk edir. Qarabağ məsələsində bir azərbaycanlı qədər üzülərsə, bir türkün ürəyi o qədər yanar... Bir yerdə Azərbaycan bayrağını yüksəldiyini görsək, beynəlxalq forumda Azərbaycanın sədrliyini görsək, bu, bizim üçün ən böyük qürurdur."

    Türkiyə ilə Azərbaycan arasındakı əlaqələr gündən-günə daha da möhkəmlənir. Hətta dünyanın fövqəldövlətləri hər hansı vasitələrlə qardaş ölkəyə təsir göstərsələr belə, bu, Türkiyə - Azərbaycan birliyini sarsıda bilməz. Dövlətimizin başçısı da dəfələrlə bəyan edib ki, "Türkiyə ilə Azərbaycan arasındakı əlaqələr xüsusi xarakter daşıyır. Bu, iki dost, qardaş xalq arasında olan münasibətlərdir. Əsrlər boyu xalqlarımız bir yerdə yaşamışlar, yaratmışlar, həmişə bir-birinə dəstək, dayaq olmuşlar. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra bizi müstəqil ölkə kimi tanıyan Türkiyə olmuşdur. O gündən bu günə qədər Türkiyə ilə Azərbaycan arasındakı əlaqələr çox sürətlə inkişaf etmiş, demək olar ki, bütün sahələri əhatə etmiş bu gün strateji müttəfiqlik səviyyəsinə qalxmışdır.

 

 

    Əliqismət BƏDƏLOV

 

    Xalq qəzeti.- 2010.- 28 avqust.- S. 3.