ARDNŞ-də ekoloji təbliğat və maarifləndirmə tədbirlərinə diqqət artırılır

 

    Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş neft strategiyasının uğurla həyata keçirilməsi neft sənayesində ekoloji problemlərin həllinə geniş imkanlar yaradır. Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevin 2010-cu ili "Ekologiya ili" elan etməsi ilə bu məsələ daha böyük aktuallıq kəsb etmişdir. Ekoloji təbliğat əhali arasında ekoloji mədəniyyətin formalaşdırılmasına yönəldilən maarifləndirmə fəaliyyəti sistemidir. Bu sistem əhalinin düşüncə tərzinin dəyişdirilməsinə, yeni davranış streotiplərinin formalaşdırılmasına yönəldilmişdir. Bu da son nəticədə əhalinin yaşayış tərzinin dəyişməsinə və ekoloji biliklərinin formalaşmasına kömək edəcəkdir.

 

    Ümummilli lider Heydər Əliyevin imzaladığı "Əhalinin ekoloji təhsili və maarifləndirilməsi haqqında" Azərbaycan Respublikasının Qanununu əldə rəhbər tutaraq ARDNŞ ekoloji maarifləndirmə və təbliğat məsələlərinə daha çox diqqət ayırır. Ölkə Prezidenti cənab İlham Əliyevin 28 sentyabr 2006-ci il tarixli sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün kompleks tədbirlər planı" ARDNŞ tərəfindən uğurla icra edilir.

    2008-ci il mayın 12-də təsdiq edilmiş ARDNŞ-in ekoloji siyasətində ekoloji maarifləndirmə məsələlərinə geniş yer ayrılmış, şirkət prezidentinin müvafiq əmri ilə ekoloji təbliğat və maarifləndirmə işlərinə start verilmişdir. Həmin əmr əsasında həm ARDNŞ, həm də şirkətin Ekologiya İdarəsi üzrə tədbirlər planı təsdiq edilmişonun icrası hazırda uğurla həyata keçirilir. Tədbirlər planına ARDNŞ-in əməkdaşları üçün ekologiya üzrə seminarların təşkili, beynəlxalq təşkilatlarla dəyirmi masaların keçirilməsi, məktəblər, məktəbdənkənar tədris müəssisələri və tədris mərkəzləri ilə əməkdaşlığın qurulması, məktəbəqədər və məktəb yaşlı uşaqlar üçün açıq dərslərin, ekskursiyaların, iməciliklərin və müsabiqələrin təşkili, həmin tədbirlərə ictimaiyyətin, QHT və KİV nümayəndələrinin cəlb olunması kimi məsələlər daxil edilmişdir.

    2008-ci ilin sonundan etibarən tədbirlər ARDNŞ-in Ekologiya İdarəsində bu istiqamətdə mühüm işlər həyata keçirilmişdir. Artıq iki ilə yaxındır ki, Dövlət Neft Şirkətinin Tədris Mərkəzində şirkətin əməkdaşları üçün ekologiya mövzusunda kusrlar keçirilir.

    2008-ci il noyabrın 29-da Azərbaycan Respublikası Təhsil Nazirliyi nəzdində fəaliyyət göstərən 46 saylı mərkəzin ekoloji tərbiyə şöbəsinin dəstəyi ilə keçirilmiş "Ekologiya və mən" mövzusunda breyn-rinq yarışının finalında ARDNŞ-in Ekologiya İdarəsinin nümayəndələri də iştirak etmişlər. Ötən il yanvarın 22-23-də ARDNŞ-in ekoloji layihələrin idarə edilməsi şöbəsinin və Ekologiya İdarəsinin əməkdaşlarının təşkilatçılığı ilə şirkətin ekoloqları üçün Statoil Hydro şirkətinin seminarı təşkil edilmişdir. Mart ayında ARDNŞ-in idarə və müəssisələrinə ətraf mühitin mühafizəsinə və yaşıllıqların qorunmasına həsr olunmuş xüsusi stendlərin quraşdırılması haqqında müraciətlər göndərilmişdir. Həmin il martın 7-si ARDNŞ-in "Ekologiya günü" elan edilmişbununla əlaqədar mart ayı ərzində "Bibiheybətneft" NQÇİ-nin ərazisində silsilə iməciliklər keçirilmişdir. Həmin müddətdə minədək ağac əkilmişdir.

    2009-cu ilin mart ayında "ARDNŞ-in ən maraqlı ekoloji personajı" mövzusunda müsabiqə elan olunmuş, aprel ayında isə elektron ekoloji kitabxananın yaradılması işlərinə başlanılmışdır. 3-4 aprel 2009-cu il tarixdə idarənin əməkdaşları "İNEPO-Avrasiya" ekoloji layihələrin Beynəlxalq Olimpiadasında iştirak etmişlər.

    ARDNŞ-in ekologiya İdarəsi "Yer günü" ilə əlaqədar "Bibiheybətneft" NQÇİ-nin ərazisində 200 nəfər şagirdin iştirakı ilə tədbir keçirmişdir. Aprel ayının əvvələrində ekoloji elektron kitabxananın yaradılması üzrə işlər başlanmışdır. İdarənin və şirkətin ekoloji layihələrin idarə edilməsi şöbəsinin təşkilatçılığı ilə 2009-cu il mayın 5-də "Park İnn" mehmanxanasında "Qlobal iqlim dəyişmələri ilə bağlı Azərbaycanda istilik effekti yaradan qazların idarə edilməsi" mövzusunda konfrans keçirilmişdir. Tədbirdə ARDNŞ-in, ölkəmizdə fəaliyyət göstərən səfirliklərin, bir sıra beynəlxalq və yerli qeyri-hökumət təşkilatlarının, özəl sektorun və kütləvi informasiya vasitələrinin 120-yə yaxın nümayəndəsi iştirak etmişdir.

    22 may 2009-cu ildə keçirilən Beynəlxalq Biomüxtəlifliklər günü ilə əlaqədar ekoloji "Breyn-Rinq"in finalında ARDNŞ-nin əməkdaşları münsiflər heyətinin üzvləri kimi iştirak etmişlər. Bundan əlavə, 5 iyun-Beynəlxalq Ekologiya Günü ARDNŞ-in Ekologiya İdarəsində geniş qeyd olunmuşdur. Bununla əlaqədar suya, kağıza və elektrik enerjisinə qənaət edilməsi çağırışları səslənmiş, Ekologiya İdarəsinin inzibati binasında saat 12:00-dan saat 14:00-dək elektrik enerjisindən istifadə edilməmişdir. Bir məsələni də qeyd edim ki, "Bibiheybətneft" NQÇİ-nin ərazisində Ekologiya İdarəsinin işçiləri tərəfindən yaşıllıq sahələrinə könüllü qulluq aksiyasının keçirilməsi nəzərdə tutulur.

    Ekologiya İdarəsinin gənc ekoloqları ötən il avqustun 12-də keçirilmiş Azərbaycan - Almaniya futbol matçından öncə T. Bəhramov adına respublika stadionunda bir neçə tədbir keçirmişlər. Onların arasında ARDNŞ-in ekoloji sahədə fəaliyyəti ilə bağlı olan iki dəqiqəlik video-rolik stadionda təqdim olunmuşböyük təəssürat yaratmışdır. Bundan başqa futbol meydançasında reklam bannerlərdə "Təbiət bizsiz keçinə bilər, biz isə təbiətsiz yox!" şüarı quraşdırılmışdır. Həmçinin futbol yarışmasının bukletlərində ekoloji maarifləndirmə barəsində şəkillər və şüarlar da yerləşdirilmişdir.

    25 sentyabr 2009-cu il tarixdə ARDNŞ-nin Ekologiya İdarəsi "Planetimizi zibillikdən təmizləyək" beynəlxalq aksiyaya qoşularaq məktəblilərin, ali məktəb tələbələrinin, rayon icra hakimiyyəti nümayəndələrinin iştirakı ilə, Ramanı qalasının ətrafında böyük tədbir keçirmişdir. Neft mədən ərazilərinin yaxınlığında yerləşən Ramanı qalası ətrafında həyata keçirilən tədbirdə tullantılardan hazırlanmış paltarlar həmçinin komandalar tərəfindən çəkilmiş rəsmlər nümayiş etdirilmiş, qalaətrafı ərazi məişət tullantılarından təmizlənmişdir.Tədbirdə ən fəal iştirak edən məktəbli komandalar müxtəlif hədiyyələrlə mükafatlandırılmışlar.

    Bundan əlavə, oktyabrın 4-də "Heyvanların Mühafizəsi günü"ilə əlaqədar ARDNŞ-in Ekologiya idarəsi və "EkoSfera" QHT-nin təşkilatçılığı ilə Şirvan Milli Parkına təşkil olunmuş ekskursiyada 120 nəfər iştirak edirdi. Onların arasında ARDNŞ-in əməkdaşları, Ekologiya İdarəsinin işçiləri, 46 saylı məktəbdənkənar Tərbiyə İşi Mərkəzi,Nizami rayonunun 201 və 70 saylı orta məktəbləri, həmçinin Nəsimi rayonunun 23 saylı orta məktəbin şagirdləri də olmuşlar. Ekskursiya zamanı məktəblilər və əməkdaşlar ceyranlaranadir suda-quruda yaşayan quşlara təbiət şəraitində baxmaq imkanı əldə etmiş, bələdçilərdən bütün bunlar haqqında maraqlı məlumat almışlar.

    Ötən ilin noyabr ayından Ekologiya İdarəsi Azərbaycan Respublikasının Təhsil Nazirliyinin Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzi ilə birlikdə 2009-2010-cu tədris ilində məktəblilər arasında "Ekoerudit" breyn-rinq yarışmasının keçirilməsinə başlamış və 2010-cu ilin aprel ayının sonunda bu yarışa yekun vurmuşdur. Bundan başqa, ARDNŞ-in Ekologiya idarəsi və Azərbaycan Respublikasının Təhsil Nazirliyinin Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzi tərəfindən məktəblilərin Yanar dağa, Mərdəkan Dendroloji Parkına, Zooparka, Zoologiya muzeyinə və s. məkanlara ekskursiyaları təşkil olunmuşdur.

    ARDNŞ-in Ekologiya İdarəsi bir sıra məktəblərin şagirdləri bp-nin Səngəçal terminalında yerləşən Xəzər Enerji mərkəzinə ekskursiyasını təşkil etmiş orada məktəblilərə neft yataqlarında neftin istehsal tarixi haqqında film göstərilmişdir. Sonra uşaqlar komandalara bölünmüş, onlara müxtəlif suallar verilmişdir. Şagirdlər sualları mərkəzdə olan məlumat monitorları, çoxsaylı maketlər və cihazlar vasitəsilə cavablandırmışlar. Sonda hər komanda öz kiçik təqdimatı ilə çıxış etmişdir.

    2009 cu il dekabrın 22-də ARDNŞ-in akt zalında Ekologiya İdarəsi tərəfindən "Abşeron yarımadasında ARDNŞ-in istifadəsində olan neft-qaz mədən ərazilərində yerləşən tarixi abidələr haqqında" toplanmış məlumatların təqdimatı keçirilmişdir. Xatırladaq ki, təqdimatın məqsədi, tarixi abidələrin aşkara çıxarılması və mühafizə edilməsi ilə bağlı problemlərin həllinə ictimaiyyətin diqqətini cəlb etmək üçün müzakirələrin aparılmasından ibarət idi.

    Məlum olduğu kimi, hazırda Dövlət Neft Şirkətində mühüm ekoloji layihələr həyata keçirilir. ARDNŞ-in prezidenti Rövnəq Abdullayevin 28 dekabr 2009-cu il tarixli əmri ilə şirkətin ekoloji emblemi təsdiq edilmişdir. Hazırda ARDNŞ üzrə həyata keçirilən müvafiq tədbirlərdə həmin emblemdən istifadə olunur.

    Ekoloji maarifləndirmə tədbirlərində ekoloji problemlərin aradan qaldırmasına həsr olunmuş bir sıra video-çarxlar çəkilmiş və müxtəlif kütləvi tədbirlərdə bunlardan geniş istifadə edilir.

    2010-cu il aprelin 7-11-də Bakı şəhərində ekologiyaqlobal fəlakətlərdən çıxış yollarından bəhs edən "INEPO-AVRASİYA" ətraf mühitin mühafizəsi beynəlxalq layihə olimpiadası keçirilmişdir. Bu olimpiadada ARDNŞ-in Ekoilogiya İdarəsi ən yaxşı ekoloji layihəyə öz xüsusi prizini təqdim etmişdir.

    Yeri gəlmişkən, bütün bu vaxt ərzində ekoloji təbliğat və maarifləndirmə işlərinin aparılması sahəsində gələcək planların müzakirə edilməsi məqsədilə digər neft şirkətlərinin nümayəndələri ilə görüşlər keçirilmiş, Ekologiya İdarəsinin nümayəndələri arasında dəyirmi masalar təşkil edilmişdir. Belə tədbirlərin həyata keçirilməsində məqsəd ARDNŞ-in əməkdaşlarını və ictimiyyəti neft qazçıxarma və neft emalı müəssisələrində meydana çıxan ekoloji problemlərin aradan qaldırılmasına cəlb etmək, həmçinin uşaqlara sadə təmizlik normalarına riayət etməyi və ətraf mühitlə ehtiyatla davranmağı öyrətməkdir.

 

 

    Füzuli HACIYEV,

   ARDNŞ-in Ekologiya İdarəsinin

   ekoloji təbliğat sosial məsələlər

   şöbəsinin rəisi, tarix elmləri namizədi

 

   Xalq qəzeti.- 2010.- 29 avqust.- S. 4.