"Şahinlər"in
yay istirahəti başa çatmışdır
Səbail Rayon İcra Hakimiyyəti,
DİN Daxili Qoşunların
və Quba Rayon İcra Hakimiyyətinin birgə layihəsi əsasında Qubada təşkil olunan "Şahinlər" hərbi-vətənpərvərlik
təmayüllü düşərgədə
yeniyetmələrin yay
istirahəti başa çatmışdır. Səbail rayonunda
yeniyetmələrin yay
istirahətinin səmərəli
və yaddaqalan təşkili istiqamətində
keçirilən növbəti
tədbirin təntənli
bağlanış mərasimi
keçirilmişdir.
Qarabağ müharibəsi veteranları
və əlillərinin
övladları, rayonun
aztəminatlı ailələrindən
olan və əsas etibarı ilə Bayıl və 20-ci sahə ərazisində, Badamdar qəsəbəsində yaşayan
və bu ərazidəki orta məktəblərdə təhsil
alan şagirdlər, həmçinin "SOS-Azərbaycan"
uşaq kəndində,
3 saylı uşaq evində və Quba rayonu Zərdabi
adına xüsusi internat məktəbdə tərbiyə alan 170 nəfər uşaq üçün Quba şəhərinin ən mənzərəli yerində
yerləşən Bakı
Türk Liseyinin Quba filialının ərazisində təşkil
olunmuş hərbi-vətənpərvərlik
təmayüllü ödənişsiz
"Şahinlər" yay
istirahət düşərgəsində
15 günlük mənalı
istirahət xatirələrdə
silinməz izlər buraxmışdır.
Səbail RİH-in şöbə müdiri İsrafil Kərimov bildirdi ki, düşərgədə
şagirdləri gələcək
hərbi xidmətə
layiqincə hazırlamaq
məqsədi ilə hərbi çadır qurulmuş, səhra mətbəxi yerləşdirilmişdi. Həyətdə
ümummilli lider Heydər Əliyevə, Silahlı Qüvvələrin
Ali Baş Komandanı,
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevə, ölkədəki
ordu quruculuğuna, Azərbaycanın Milli Qəhrəmanlarına, sonuncu
Milli Qəhrəman Mübariz İbrahimova, Daxili Qoşunların fəaliyyətinə, bu il 5-ci dəfə təşkil olunan "Şahinlər" düşərgəsinin
tarixinə həsr olunmuş stendlər asılmışdı. Düşərgədə məşğələlərin hərbi nizamnaməyə uyğun keçirilməsi
uşaqların istirahətini
daha da maraqlı
və yaddaqalan etmişdi.
Uşaqların Qubanın görməli yerlərinə, meşələrə,
rayonun tarixi guşələrinə gəzintiləri
təşkil olunmuşdu. İstirahətin 1 günü Daxili Qoşunlar tərəfindən
hərbi-səhra məşğələləri
keçirilmiş, şəxsi
heyətin yeməyi hərbi-səhra mətbəxi
ilə verilmişdi.
Məktəblilərin təlimləri Daxili
Qoşunların Quba şəhərindəki hərbi
hissəsində keçirdi.
Onlar hərbi hissədə xidmət, yaşayış şəraiti,
silah və texnika ilə yaxından tanış
oldular, xüsusi təyinatlı bölüyün
məşqlərinə qatıldılar.
Məktəblilərə Vətənimizin,
xalqımızın tarixindən
bəhs edən dərslər, müxtəlif
mövzularda məşğələlər,
maraqlı görüşlər
də keçirilmiş,
filmlər nümayiş
etdirilmişdir. Yeniyetmələrin
hərbi vətənpərvərlik
tərbiyəsi istiqamətində
"Azərbaycan Ordusu:
nizam-intizam hərbçilərə
xas olan vacib xüsusiyyətdir",
"Dağlıq Qarabağ
problemi və müasir dünya" mövzularında məşğələlər,
Füzuli və Qubadlı rayonlarının
işğalının ildönümü
günlərində döyüşlərdə
həlak olmuş soydaşlarımızın anma
mərasimləri keçirilmişdir.
Hərbçilərin bilavasitə iştirakı
ilə ibtidai hərbi hazırlıq, mülki müdafiə və ilk tibbi yardım təlimləri də təşkil olunmuşdur.
İstirahət günlərində məktəblilər
və düşərgənin
qonaqları Daxili Qoşunların Quba şəhərində yerləşən
"N" saylı hərbi
hissəsinin yaradılmasının
18-ci ildönümü ilə
bağlı keçirilən
təntənəli tədbirdə
və hərbiçilərlə
yanaşı, nümunəvi
çıxışlarda və
hərbi keçiddə
iştirak etmiş, bayram süfrəsinin qonağı olmuşlar.
Düşərgənin bağlanışı
ilə əlaqədar
tədbirdə Səbail
Rayon İcra Hakimiyyətinin
başçısı Asif
Əsgərov, Quba
Rayon İcra Hakimiyyətinin
başçısı Rauf
Həbibov, DİN Daxili
Qoşunların nümayəndələri
və digər qonaqlar uşaqların istirahəti, burada onlar üçün yaradılmış şəraitlə
yaxından tanış
olmuşlar. İdman yarışlarında qalib gəlmiş bir qrup şagirdə
xatirə medalları,
dəstə rəhbərlərinə
və hərbiçilərə
qiymətli hədiyyələr
təqdim olunmuşdur.
Yeniyetmələr qonaqlar qarşısında
hərbi keçid və fəndlər nümayiş etdirmişlər. Daxili Qoşunların
xüsusi təyinatlı
dəstəsinin çıxışı
isə böyük maraqla qarşılanmışdır.
Respublikamızın tanınmış incəsənət xadimləri
və Daxili Qoşunların hərbi orkestrinin iştirakı ilə keçirilən konsertdə düşərgədə
istirahət edən uşaqlar da öz məharətlərini
göstərmişlər.
Yarımaylıq istirahətdən sonra Bakıya qayıdan yeniyetmələr, onların
valideynləri təşkilatçılara
öz minnətdarlıqlarını
bildirmişlər.
R.TAHİR
Xalq qəzeti.- 2010.- 31 avqust.- S. 4.