Ermənistan prezidenti Serj Sarkisyanın "Gorus teatrındakı" benefisibu şouya dair bəzi xatırlatmalar

 

Azərbaycanın Dağlıq Qarabağona bitişik ərazilərinin işğalının, burada yerli əhaliyə - azərbaycanlılara qarşı etnik təmizləmələrin əsas ideoloqlarından və təşkilatçılarından biri olan Ermənistanın hazırkı prezidenti Serj Sarkisyanın bu il oktyabrın 16-da Gorus şəhərində erməni diasporunun nümayəndələri və jurnalistləri qarşısındakı cəfəng çıxışı, əslində, bir artistin monoloqu kimi gündəmdə qalmışdır. Əli on minlərlə günahsız azərbaycanlının qanına batmış, əsrin ən müdhiş faciələrindən birinin - Xocalı soyqırımının fəal iştirakçılarından olan S.Sarkisyan öz sərsəm bəyanatında bildirmişdir ki, guya, "türk-müsəlman" köçəri tayfaları olan azərbaycanlılar Dağlıq Qarabağa, ümumiyyətlə Cənubi Qafqaza gəlmə xalqdır və bu ərazilərə XVIII əsrin ikinci yarısında köçmüşburada yaşayan əhalinin cəmi 5 faizini təşkil etmişlər. Guya, burada yerli əhali yalnız yekcins ermənilərdən ibarət olmuşdursair və ilaxır... ?!

 

Belə yerdə deyirlər ki, adımı sənə qoyum, səni yana-yana qoyum. Ermənistan prezidentinin bu məsuliyyətsiz və gülünc bəyanatına ilk tutarlı cavab Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev tərəfindən verildi. Ramiz müəllim "Gorus - 2010: Absurd teatrı mövsümü" sərlövhəli məqaləsində danılmaz tarixi faktlar, mötəbər arxiv materialları, tarixçi alimlərin, eləcə də erməni əsilli tarixçilərin elmi əsərləri əsasında S.Sarkisyanın yalanböhtan dolu bəyanatını təkzibolunmaz arqumentlərlə ifşa etdi.

Ümumiyyətlə, ermənilərdən hər şey gözləmək olar. İstər rəhbərləri, istərsə də alimləri utanıb-qızarmaqdan hər cür yalanı həqiqət qiyafəsində təqdim etməkdən çəkinmirlər. Məsələn, onlar iddia edirlər ki, guya, dünyanın yaranışı ermənilərin adı ilə bağlıdır. Bu iddianın tərəfdarları tarixi həqiqətlərdən daha çox rəvayətlərə üstünlük verirlər. Ermənilərlə bağlı yazılan həqiqətlər isə başqa şey deyir. "Tarixin atası" Herodot yazır: "Fərat çayının yuxarı axarlarındakı ərazilərdə köçəri erməni tayfaları yaşayırdı". Görkəmli tarixçi Tatsit isə qeyd edir: "Xəzərsahili xalqlar-hunlar, albanlar, kadusilər və başqalarının aralarında erməni adına rast gəlmədim". Rus tarixçisi Dyakonov bildirir: "Erməni etnosu Qafqazın hüdudlarından kənarda formalaşıb". Erməni tarixçisi Pastermasyan isə yazır: "Ermənilər eramızdan əvvəl VII-VI əsrlərdə Qərbdən Şərqə gəlmişlər" və sair.

Ermənilərin qədim tarixi ilə bağlı dəqiq mənbələr yoxdur. Məlum olan odur ki, uzun əsrlər boyu ermənilər Roma, İran-SasaniBizans imperiyalarının vassallığında olmuşlar. Bir sözlə, erməni tarixçilərinin ermənilərin yaranışı və formalaşması ilə bağlı yazdıqları uydurmalar o qədər çoxdur ki, onların təhlilinə heç bir lüzum görülmür.

Ermənilərin tarixən Cənubi Qafqaz torpaqlarında yaşaması ilə bağlı iddiaların da elmi əsası yoxdur. Fakthüquqi sənəd kimi 1805-ci il mayın 14-də Rusiya dövləti ilə Qarabağ xanlığı arasındakı bağlanmış Kürəkçay müqaviləsinə nəzər yetirmək kifayətdir. 11 maddədən ibarət olan müqavilədə ermənilərlə bağlı bir cümlə belə yazılmayıb. Əgər bu torpaqlar ermənilərə məxsus idisə, ermənilərin himayəçisi olan Rusiya dövləti nə üçün onların adını bir dəfə də olsun bu müqavilədə xatırlatmır? Əksinə, müqavilənin birinci bəndində birmənalı olaraq qeyd olunur: "Biz, yəni Şuşalı və Qarabağlı İbrahim xanbütün Rusiya qoşunlarının infanteriya generalı, Qafqaz müfəttişliyinin infanteriya müfəttişi knyaz Pavel Sisianov, olduqca mərhəmətli böyük imperator Əlahəzrət Aleksandr Pavloviçin verdiyi tam səlahiyyət və ixtiyarla Allahın köməyi ilə Şuşalı və Qarabağlı İbrahim xanın bütün ailəsi, nəsli və ölkəsi ilə bütün Rusiya imperiyasının və indi bəxtiyarlıqla hökmranlıq edən böyük Aleksandr Pavloviçonun yüksək varislərinin əbədi təbəəliyini qəbul etməsi məsələsinə başlayaraq aşağıdakı şərtləri bağladıq, qərara aldıq və imzaladıq". Müqavilədən göründüyü kimi, bu sənəd Azərbaycanın Qarabağ xanı İbrahimxəlil xanla bağlanmış və müqavilənin bütün maddələrində bu torpaqların Azərbaycana məxsus olması təsdiq olunur.

Çar Rusiyası Kürəkçay müqaviləsinə görə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədi. 1806-cı ilin yayında İran qoşunlarının Şuşaya yaxınlaşdığını eşidən İbrahimxəlil xan bütün ailə üzvləri ilə birlikdə (oğlu Mehdiqulu xandan başqa-A.İ.) Xankəndinə köçdü. Ermənilər, guya, xanın İrana qaçmaq istədiyini mayor Lisaneviçə inandıra bildilər. Ermənilərin məlumatına inanan mayor Lisaneviç İbrahimxəlil xan başda olmaqla onun bütün ailə üzvlərini qətlə yetirdi. 1806-cı il sentyabrın 10-da imperator I Aleksandrın fərmanı ilə İbrahimxəlil xanın oğlu Mehdiqulu ağa Qarabağ xanı təyin olundu. Fərmanda deyilirdi: "İbrahimxəlil xana məxsus onun bütün hüquqlar Mehdiqulu xana keçir. Bütün əhali ona tabe olmalı, onun göstərişlərini yerinə yetirməli, xanın hakimiyyətini uca tutmalıdır". Fərmanda ermənilərlə bağlı heç bir fikir yoxdur. İmperator I Aleksandrın 10 sentyabr 1806-cı il fərmanı Qarabağın kimə məxsus olmasını sübut etmək üçün çox vacib sənəddir.

TRAKTATIN LAYİHƏSİ QADİR ALLAH NAMİNƏ

Biz, yəni Şuşalı və Qarabağlı İbrahim xanbütün Rusiya qoşunlarının infanteriya generalı, Qafqaz müfəttişliyinin infanteriya müfəttişi general Pavel Sisianov, olduqca mərhəmətli böyük İ.Ə. (İmperator əlahəzrəti - A.İ.)Aleksandr Pavloviçin verdiyi tam səlahiyyət və ixtiyarla Allahın köməyi ilə Şuşalı və Qarabağlı İbrahim xanın bütün ailəsi, nəsli və ölkəsi ilə bütün Rusiya imperiyasının və indi bəxtiyarlıqla hökmranlıq edən böyük imperator əlahəzrət Aleksandr Pavloviçonun yüksək varislərinin əbədi təbəəliyini qəbul etməsi məsələsinə başlayaraq aşağıdakı şərtləri bağladıq, qərara aldıq və imzaladıq:

BİRİNCİ MADDƏ

Mən, Şuşalı və Qarabağlı İbrahim xan öz adımdan, varislərim və vəliəhdlərim adından İranya hər hansı bir dövlətin hər cür vassallığından və ya hər hansı ad altında olsa da, hər cür asılılığından təntənəli surətdə həmişəlik imtina edirəm və bütün dünya qarşısında bununla bildirirəm ki, mən özüm və varislərim üzərində bütün Rusiyanın böyük imperator əlahəzrətinin və onun yüksək varislərinin və vəliəhdlərinin ali hakimiyyətindən başqa heç bir dövlətin hakimiyyətini tanımıram, həmin taxt-taca sədaqət vəd edirəm, çünki onun sadiq quluyambu haqda, adətə görə, müqəddəs Qurana and içməliyəm.

İKİNCİ MADDƏ

İ.Ə.zati-aliləri (xan) həzrətlərinin belə səmimi söz verməsini qəbul edərək, özünün və vəliəhdlərinin adından İmperator sözü ilə vəd edirsöz verir ki, onlar zati-aliləri Şuşalı və Qarabağlı İbrahim xandanonun varislərindən öz sadiq təbəələri kimi mərhəmət və nəcib havadarlığını heç vaxt əsirgəməyəcəklər, buna sübut olaraq İ.Ə. zati-alilərinin (xanın) və onun varislərinin ölkəsinin bütövlüyünün saxlanılmasına öz imperator zəmanətini verir.

ÜÇÜNCÜ MADDƏ

Zati-aliləri Şuşalı və Qarabağlı İbrahim xanın bütün Rusiya imperatorlarının və onların vəliəhdlərinin öz üzərində ali və yeganə hakimiyyətini belə səmimiyyətlə qəbul etməsi müqabilində qərara alınır ki, adı çəkilən xan, ondan sonra isə böyük oğlunun bu qayda ilə nəslin yaşca sonrakı böyüyü irsən xanlığa keçərkən Gürcüstan baş hakimi tərəfindən xanlıqda bərqərar olmaq haqqında dövlət möhürü ilə təsdiq edilmiş imperator fərmanından ibarət investitura aldıqdan sonra bütün Rusiya imperiyasının təbəəliyinə sadiq olmasına, özü və varisləri üzərində bütün Rusiya imperatorlarının ali və yeganə hakimiyyətinin tanınmasına təntənəli surətdə and içməlidirlər. Andın forması traktata əlavə olunur ki, indi hakim olan Şuşalı və Qarabağlı İbrahim xan bu mərasimi Gürcüstan baş hakimininbu qətnaməni başa çatdıran infanteriya generalı, knyaz Sisianovun iştirakı ilə yerinə yetirsin.

DÖRDÜNCÜ MADDƏ

Mən, Şuşalı və Qarabağlı İbrahim xan, mənim və varislərimin bütün Rusiya imperiyasına sadiq təbəəliyimiz və həmin imperiyanın işıqlı ali və yeganə hakimiyyətini qəbul etməyimiz haqda mənim mövqeyimin təmizliyini göstərmək üçün Gürcüstan baş hakimi ilə qabaqcadan qarşılıqlı razılıq olmadan qonşu hakimlərlə əlaqə saxlamağa, onlardan məzmunca tutarlı olanları baş hakimə göndərməyə və ondan icazə istəməyə, dəyəri az olanlar haqda isə məlumat verməyə və Gürcüstan baş hakimi tərəfindən təyin edilmiş şəxsə məlumat verməyə və onunla məsləhətləşməyə söz verirəm.

BEŞİNCİ MADDƏ

İ.Ə. Şuşalı və Qarabağlı İbrahim xanın ölkəsi üzərində ali və yeganə hakimiyyətinin tanınmasını razılıqla qəbul edərək, özünün və varislərinin adından söz verir: 1. Həmin ölkənin xalqlarını böyük Rusiya imperiyasının sakinlərindən az da olsa ayırmayaraq öz təbəələri sayacaqdır. 2. İbrahim xan zati-alilərinin və onun ocağından olan varislərin və arxasının Qarabağ xanlığı üzərində hakimiyyəti dəyişilməz saxlanılacaqdır. 3. Daxili idarəetmə ilə bağlı hakimiyyət işləri, məhkəmə və divanxana işləri, bununla yanaşı, ölkədən yığılan gəlir zati-alilərin (xanın) səlahiyyətində qalacaqdır. 4. Zati-alilərinin və onun sülaləsinin, eləcə də onun ölkəsinin qorunması üçün Şuşa qalasına 500 nəfərlik Rusiya qoşunu qərərgah və baş zabitləri ilə, (habelə) toplarla birlikdə yeridiləcək, ciddi müdafiə üçün isə Gürcüstan baş hakimi şərait və ehtiyaca görə bu dəstəni gücləndirəcək və zati-alilərinin ölkəsini bütün Rusiya imperiyasına məxsus olan bir ölkə kimi hərbi qüvvə ilə müdafiə edəcəkdir.

ALTINCI MADDƏ

Mən, Şuşalı və Qarabağlı İbrahim xan, mənim sadiq təbəəlik istəyimin əlaməti olaraq söz verirəm: 1. İstər indi, istərsə də sonralar yuxarıda adı çəkilən qoşuna lazım olan buğda və darı yarmasını (Gürcüstan) baş hakiminin müəyyən etdiyi qiymətlə tədarük edəcəyəm, çünki onların Yelizavetpoldan gətirilməsi ya çox çətindir, ya da tamamilə qeyri-mümkündür. 2. Qoşunların Şuşa qalasında yerləşməsi üçün qoşun rəisinin bəyəndiyi evləri ayıracaq və lazımi qədər odunla təmin edəcəyəm. 3.Şuşa qalasına Yelizavetpol tərəfdən yoxuşu sahmana salacaqyolu arabaların gedişi üçün yararlı edəcəyəm. 4.Hökumət Şuşa qalasından Cavada gedən yolu qaydaya salmaq istəsə, onda bu üçün lazımi olan işçilər hökumətin müəyyən etdiyi məzənnə ilə mənə verilməlidir.

YEDDİNCİ MADDƏ

İ.Ə-nin zati-aliləri Şuşalı və Qarabağlı İbrahim xanaonun varislərinə böyük ehtiram və mərhəmət əlaməti olaraq onu və varislərini üzərində bütün Rusiya imperiyasının gerbi olan bayraqla təltif edir, bayraq onun yanında saxlanmalı və bu, ölkə üzərində əlahəzrət tərəfindən bəxş edilmiş xanlıq və hakimiyyət rəmzi kimi müharibəyə gedəndə özü ilə aparılmalıdır.

SƏKKİZİNCİ MADDƏ

Mən, Şuşalı və Qarabağlı İbrahim xan İ.Ə-nin yüksək razılığı ilə özümün gəlirimdən həmişəki kimi istifadə etməyə icazə olunduğundan İ.Ə-nin Tiflisdə yerləşən xəzinəsinə ildə 8000 çervon bac verməyi öhdəmə alıram, bac iki müddətə, yəni bir hissəsi fevralın 1-də, o biri hissəsi isə sentyabrın 1-də, özübu traktatın İ.Ə. tərəfindən təsdiqi zamanı birinci hissəsinin, yəni 4000 çervonun ödənişi ilə başlanır. Bundan başqa, Asiya qayda-qanunu ilə and içməklə yanaşı, mən böyük oğlum Məmmədhəsən Ağanın ikinci oğlu Şükürallahı həmişəlik Tiflisdə yaşamaq üçün girov verməliyəm.

DOQQUZUNCU MADDƏ

İ.Ə. özünün xüsusi mərhəməti ilə, Tiflisdə sədaqət bildirmək üçün saxlanılmalı olan zati-aliləri (xanın) nəvəsinin dolanışığı üçün Rusiya pul vahidi ilə gündə 10 gümüş manat iltifatla bəxş edir.

ONUNCU MADDƏ

Bu müqavilə əbədi müddətə bağlanır və bundan belə həmişəlik heç bir dəyişikliyə uğramamalıdır.

ON BİRİNCİ MADDƏ

Bu traktatın İ.Ə. tərəfindən onun dövlət möhürü vurulmuş ali fərmanı ilə təsdiqi bu sənədin imzalanmasından 6 ay keçənədək və ya mümkün olsa, daha tez olmalıdır.

Yuxarıdakıların həqiqətə uyğun olduğunu (bildirmək) üçün aşağıda imza edənlər Yelizavetpol dairəsinin düşərgəsində, Kürək çayı yaxınlığında, miladın 1805-ci ilinin yayında, mayın 14-də (müsəlman təqvimi ilə 1220-ci il səfər ayında) bu maddələrə qol çəkərək öz möhürlərini vurdular.

II Rus-İran müharibəsi 1828-ci il fevralın 10-da Türkmənçay müqaviləsinin imzalanması ilə başa çatdı. İşğal olunmuş İrəvan və Naxçıvan xanlıqlarının Rusiyaya birləşdirilməsi rəsmiləşdirildi. Martın 21-də Rusiyaya ilhaq edilmiş iki Azərbaycan xanlığı-İrəvan və Naxçıvan xanlıqlarının "erməni vilayəti" adlandırılması haqqında çar fərmanı verildi. Gürcü knyazı, general-mayor Çavçavadze bu vilayətə rəis təyin olundu. Çavçavadzenin qızı Rusiyanın İrandakı səfiri və ermənilərin Cənubi Qafqaza köçürülməsi planının əsas müəlliflərindən biri olan A. Qriboyedovun həyat yoldaşı idi.

Qafqaz Arxeoqrafiya Komissiyasının sənədlərində birmənalı olaraq qeyd olunur ki, Türkmənçay sülh müqaviləsinə qədər Qarabağ xanlığında 12 min ailənin 2,5 min nəfəri erməni, Şamaxı xanlığında 24 min ailənin 1,5 min nəfəri erməni, Şəki xanlığında isə 15 min ailənin üçdə biri erməni idi. Katolikos Nerses Aştaraketsi, polkovnik Lazarevknyaz Arqutinski ermənilərin Cənubi Qafqaza, o cümlədən İrəvan, Naxçıvan və Qarabağa köçürülməsi üçün dəridən qabıqdan çıxırdılar. Onu da qeyd etmək lazımdır ki, 1828-ci ildə erməni vilayəti adlandırılan bu qurum 1840-cı ildə ləğv olunmuş və 1849-cu ildə keçmiş İrəvan və Naxçıvan torpaqları əsasında İrəvan quberniyası təşkil olundu.

Türkmənçay müqaviləsinin XV maddəsi İranda yaşayan ermənilərin köçürülməsinə həsr olunmuşdu. Düzdür, müqavilədə ermənilərin adı çəkilmir, lakin rusİran nümayəndə heyəti arasında aparılan danışıqlarda bu məsələ tam razılaşdırılmışdı.

Türkmənçay müqaviləsindən ən çox qazanan ermənilər oldu. Türkmənçay sülhünə qədər vətənsiz olan və müxtəlif ölkələrə səpələnmiş ermənilər bu müqavilədən sonra rus çarizminin köməyi ilə özlərinə vətən tapdılar. I Pyotrun 1724-cü il noyabrın 10-da verdiyi fərman ermənilərin Azərbaycan torpaqlarında yerləşdirilməsinin əsasını qoymuş, 1828-ci il Türkmənçay müqaviləsi isə bu tarixi faciəni rəsmiləşdirdi.

XVII əsrin sonunda Avropadan dəstək ala bilməyən ermənilər Rusiyaya pənah gətirdilər. 1701-ci ildə İsrail Oriarximandrit Minas Avropanın dövlət başçılarına təqdim edə bilmədikləri 36 maddəlik proqramı I Pyotra çatdıra bildilər. İsrail Orinin təqdim etdiyi bu xəritədə İrəvan və Zəngəzur torpaqlarının strateji əhəmiyyəti qabarıq şəkildə təsvir edilmişdi. İsrail Ori I Pyotra yazırdı: "20-30 minlik imperator qoşunu tezliklə Şamaxıya çatmasa, biz batıb-qırılarıq, türklər İrəvanı tutarlar. İrəvan müsəlman torpaqlarının açarıdır. Məqsədimiz İrəvana sahib olmaqdır. İrəvanı ələ keçirə bilsək, türklər və iranlılar bizə heç nə edə bilməzlər".

1655-ci ildə İrəvana gəlmiş fransız Jan Batist Tavernyenin əsərində qeyd olunur ki, İrəvan şəhər qalasında yalnız müsəlmanlar yaşayırdı. On səkkiz il sonra burada olmuş fransız səyyahı Jan Şardenin oncildliyinin birinci cildində göstərilir ki, İrəvan qalasını kiçik bir şəhər hesab etmək olar. Qalada 800 ev var. Burada yaşayanlar yalnız türklərdir.

Türkmənçay müqaviləsinə qədər erməni ideoloqları I Pyotrun fərmanını əsas götürərək Azərbaycan torpaqları hesabına öz dövlətlərini yaratmaq üçün müxtəlif planlar cızırdılar. Bir layihəyə görə, gürcü çarı II İraklinin başçılığı ilə erməni-gürcü dövləti yaradılmalı və Rusiyanın tam himayəsinə verilməli idi. Digər bir layihəyə görə, Azərbaycan torpaqlarında knyaz Potyomkinin başçılığı ilə erməni dövlətinin yaradılması nəzərdə tutulurdu. Rus çariçası II Yekaterina Azərbaycan torpaqları hesabına xristian Alban dövlətinin yaradılmasına böyük önəm verirdi. O, Azərbaycan torpaqlarının işğalını həyata keçirən general Zubova yazırdı: "Muğanı ələ keçirorada bir qala tikdir. Adını Yekaterinasert (Yekaterinanın ürəyi-A.İ.) qoy. Orada 2 min rus əsgərini məskunlaşdır. Onları geniş torpaq sahəsi, silahla təmin et, erməni və gürcü qızları ilə evləndir". Lakin 1796-cı ildə II Yekaterinanın qəfil ölümü bu planın gerçəkləşməsinə imkan vermədi.

Erməni tarixçisi V.Parsamyan yazır: "Bu, bir inkaredilməz faktdır ki, Cənubi Qafqazın Rusiya imperiyasına birləşdirildiyi dövrə kimi ermənilər bu ərazidə cəm halında yaşamamışlar. Rusiyaya birləşəndən sonra Ermənistan adlandırılan ərazidə əhalinin 33,8 faizini ermənilər, 49,7 faizini isə müsəlmanlar (azərbaycanlılar) təşkil edirdi".

Beləliklə, ermənilər köçürüldükləri Şimali Azərbaycan torpaqlarında bir millət kimi formalaşaraq, imkanları və havadarları artdıqca Azərbaycana və Osmanlı dövlətinə qarşı ərazi iddiaları ilə çıxış etməyə başladılar.

Türkmənçay müqaviləsinədək İrəvan xanlığında 22500, Naxçıvan xanlığında 2150, Ordubad mahalında isə 1880 nəfər erməni yaşadığı halda, 1916-cı ildə bu ərazidə ermənilərin sayı 669871 nəfərə çatdırıldı. Azərbaycanlıların sayı isə 1897-ci ildə 313176 nəfər, 1916-cı ildə isə 373582 nəfər olmuşdur. Halbuki, 1828-ci il məlumatına görə İrəvan xanlığı ərazisində torpaqların 96,63 faizi azərbaycanlılara, cəmi 3,37 faizi ermənilərə məxsus idi. 1826-1828-ci illər Rusiya-İran müharibəsində təkcə İrəvan xanlığı ərazisində yaşayan azərbaycanlıların 420 kəndi yerlə-yeksan edilmişdir. 1828-1871-ci illər arasında ermənilər azərbaycanlı əhali yaşayan 146 kəndi zəbt edərək özününküləşdirmişdilər. Rus tarixçisi Şavrov yazır: "1828-1830-cu illərdə İran ərazisindən 40 min, Osmanlı ərazisindən isə 84 min erməni ailəsini Yelizavetpol (indiki Gəncə şəhəri - A.İ.) və İrəvan quberniyasının ən münbit torpaqlarına köçürtdük". N.Şavrova görə, rəsmi köçən əhali ilə yanaşı, 10 minlərlə erməni ailəsi qeyri-rəsmi Yelizavetpol quberniyasının dağlıq hissəsinə və Göyçə gölünün sahillərinə köçürüldü. XX əsrin əvvəllərində Cənubi Qafqazda 1 milyon 300 min erməni yaşayırdı, onun 1 milyonu bu əraziyə gəlmə idi.

Çarizminonunla əlbir olan ermənilərin Azərbaycan torpaqları olan İrəvan və Naxçıvan bölgələrini "Erməni vilayəti" kimi qələmə verməsini təkzibedilməz faktlar sübut edir. Çünki çar Rusiyasının erməniləri İran və Türkiyədən Azərbaycan ərazilərinə kütləvi surətdə köçürməsindən əvvəl, sonradan "Erməni vilayəti" adlandırılan ərazinin əhalisi 107224 nəfər idi. Əhalinin 76,24 faizini azərbaycanlılar, 23,45 faizini ermənilər təşkil edirdi. Azərbaycanlıların əhalinin etnik tərkibində böyük üstünlüyə malik olması həmin torpaqların tarixi Azərbaycan ərazisi olduğunu təsdiq edən inkaredilməz faktdır. 1826-1828-ci illər Rusiya-İran müharibəsi dövründə və müharibədən sonra İran və Türkiyədən ermənilərin kütləvi surətdə bu yerlərə köçürülməsi nəticəsində əhalinin etnik tərkibi dəyişdi. Fransız mənşəli rus tədqiqatçısı İ. İ. Şopenin 1829-1832-ci illərdə rəsmən həyata keçirdiyi kameral təsvirin nəticələrinə görə, artıq burada 31201 ailə, 164450 nəfər əhali qeydə alınmışdı. Onlardan 16078 ailə (51,53 %), 81749 nəfər (49,71%) müsəlmanlar (azərbaycanlılar); 4428 ailə (14,19%) 25151 nəfər (15,29%) köçürməyə qədər burada yaşayan ermənilər; 6949 ailə (22,27%), 35560 nəfər (21,62%) İrandan köçürülmüş ermənilər; 3682 ailə (11,80%), 21666 nəfər (13,17%) Türkiyədən köçürülmüş ermənilər idi. Bu faktlardan aydın olduğu kimi, vilayətə İran və Türkiyədən birgə 10631 ailə (bütün ailələrin 34,07%), 57226 nəfər (34,79%) erməni köçürülmüşdü. Belə bir vəziyyət İrəvan şəhərində də müşahidə edilirdi. Rusiyanın İrəvanı işğal etdiyi dövrdə burada 1807 azərbaycanlı ailəsi, yaxud 7331 nəfər (3749 kişi, 3582 qadın), 567 erməni ailəsi, yaxud 2369 nəfər (1220 kişi, 1149 qadın) qeydə alınmışdı. O zaman İrəvanın 9700 nəfərlik əhalisinin 75,6 faizi azərbaycanlı, 24,4 faizi erməni idi. Çarizmin erməniləri İran və Türkiyədən kütləvi şəkildə Şimali Azərbaycan torpaqlarına köçürməsi nəticəsində ermənilərin sayı İrəvan şəhərində də artdı. 1829-1832-ci illərdə həyata keçirilən kameral təsvirə görə İrəvan şəhərinə İrandan 366 erməni ailəsi, yaxud 1715 nəfər (903 qadın, 812 kişi), Türkiyədən 11 ailə, yaxud 48 nəfər (25 kişi, 23 qadın) köçürülmüşdü. Bu köçürmə nəticəsində İrəvan şəhərində əhalinin sayı ermənilərin hesabına artaraq 11463 nəfərə çatmışdı. Nəticədə, azərbaycanlıların sayı 64 faizə enmiş, ermənilərin sayı isə 36 faizə qalxmışdı.

Əhalinin etnik tərkibində baş verən dəyişikliklər sonrakı dövrlərdə daha ardıcıl və məqsədyönlü xarakter almağa başladı. Çar I Nikolayın fərmanı ilə 1849-cu il iyunun 9-da keçmiş "Erməni vilayəti" və Aleksandropol (Gümrü) qəzası əsasında İrəvan quberniyası yaradıldı. İrəvan quberniyasının ərazisi 23194, 79 kv. verst idi (1 verst=1,0668 km) idi. 1917-ci il Qafqaz təqviminin məlumatına görə, quberniyada 1.120.242 nəfər əhali yaşayırdı. Hər kv.verstə 48,3 nəfər düşürdü. Quberniya əhalisinin 589125 nəfəri (52,6%) kişi, 531117 nəfəri (47,4%) qadın, 1.014868 nəfəri (90,6%) yerli sakinlər, 105374 nəfəri (9,4%) müvəqqəti yaşayanlar idi. Qafqaz təqviminin məlumatlarına əsasən 100 ildən çox davam edən soyqırım və deportasiyaya baxmayaraq, azərbaycanlıların sayı 373582 nəfər (33,35%) idi. Ermənilərin sayı isə qeyd olunan köçürmələr nəticəsində 669871 nəfərə (59,8%) çatdırılmışdı. Ermənilərin Cənubi Qafqaz ərazisində məskunlaşmasına toxunan erməni tarixçisi B.İşxanyan yazır: "Ermənilər Qafqazın müxtəlif ərazilərində yalnız son əsrlərdə yaşamışlar".

1939-cu ildə fransız dilindən rus dilinə tərcümə olunmuş "XIX əsrin tarixi" əsərində professorlar LavissRambo yazır:"XIX əsrin ortalarında ermənilər Qafqaza gəlmələr hesab olunurdu"

 

(ardı var)

 

 

Anar İSGƏNDƏROV, Bakı Dövlət Universitetinin kafedra müdiri, tarix elmləri doktoru, professor

 

Xalq qəzeti.- 2010.- 1 dekabr.- S. 3.