ATƏT Ermənistan
- Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin ədalətli şəkildə həlli
üçün səylərini
artıracaq
Münaqişənin həlli yalnız beynəlxalq hüququn norma və prinsiplərinə hörmətlə yanaşı, BMT-nin Təhlükəsizlik Şurasının 4 qətnaməsinin, ATƏT-in qərarlarının, Avropa Parlamenti, Avropa Şurası və digər beynəlxalq təşkilatların qətnamələrinin həyata keçirilməsinə əsaslanmalıdır.
Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin
ATƏT-in VII sammitindəki çıxışından.
Astana şəhəri, 1 dekabr
2010-cu il.
Tarixin bütün dönəmlərində beynəlxalq
aləmdə yaranmış
qarışıqlıqdan öz
murdar niyyətlərinin
həyata keçirilməsi
üçün istifadə
etməyə çalışan
ermənilərin çirkin
siyasəti beynəlxalq
aləmə daim
problem olub. 1915-ci
ildə Türkiyədə
(Osmanlı imperiyası
zəiflədiyi dövrdə)
yaşayan yüz minlərlə erməninin
bu ölkənin dövlətinə və xalqına xəyanət edərək öz himayədarına arxadan zərbə vurması heç kəsin yadından çıxmayıb.
Həmin xəyanətdən
sonra köçürülən
və sürgün edilən ermənilərin
guya öldürüldüyü
barədə mif yaradan bədnam "məzlumlar" artıq
95 ildir ki, "soyqırım" - "soyqırım"
deyə-deyə dünyanı
bezar ediblər. 1918-ci ildə qədim
Azərbaycan torpaqlarında
- İrəvan xanlığında
Ermənistan dövlətini
yaradaraq nəinki
region üçün, hətta,
bütün dünya üçün baş ağrısına çevriliblər.
Dünyada vəziyyət üçüncü
dəfə mürəkkəbləşəndə
isə Azərbaycanın
əzəli torpaqları
olan Dağlıq Qarabağı və ətraf 7 rayonu işğal edərək beynəlxalq təşkilatlara
növbəti dəfə
başağrısı törədiblər.
Qaniçən, separatçı,
işğalçı insanların
idarə etdiyi Ermənistan sözün həqiqi mənasında dünya üçün problemə çevrilib.
SSRİ-nin dağılmaq prosesinin iyini hələ bir neçə il
əvvəldən hiss edən
erməni qəsbkarları
öz himayədarlarının
köməyi ilə Azərbaycan ərazilərini
işğal edərək
öz təcavüzkar
simalarını göstərdilər.
Ərazisinin 20 faizi işğal edilən, əhalisinin böyük hissəsi məcburi köçkünə çevrilən
Azərbaycan beynəlxalq
təşkilatlardan dəstək
almaq əvəzinə
ikili standart nəticəsində "907-ci düzəliş"
adlı bədnam sənədlə üzləşdi.
BMT Təhlükəsizlik Şurasının işğal
olunmuş Azərbaycan
ərazilərindən erməni
silahlı birləşmələrinin
tezliklə və qeyd-şərtsiz çıxarılmasını
tələb edən 4
qətnaməsinin icrasını
tələb etməli
olan qurumlar növbəti ikili stanadartla Azərbaycan rəhbərliyini güzəştə
çağırdılar və
sairə. Elə
Avropada Təhlükəsizlik
və Əməkdaşlıq
Təşkilatının bilavasitə
Ermənistan - Azərbaycan,
Dağlıq Qarabağ
münaqişəsinin həllini
təşkil etmək
üçün yaratdığı
Minsk qrupu da məhz ikili standartların mövcudluğu
üzündən 18 ildir
ki, münaqişənin
həllinə nail ola bilmir.
1996-cı
il l dekabrın
2-3-də ATƏT-in Lissabonda keçirilən növbəti
sammiti Azərbaycan tərəfi üçün
kifayət qədər
uğurlu oldu. Belə ki, həmin toplantıda qəbul edilən və münaqişənin nizama
salınmasının beynəlxalq-hüquqi
bazasını təşkil
etmiş olan sənəd Ermənistan -
Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsini
ədalətlə aradan
qaldırmaq üçün
atılan addımların
ən uğurlusu sayıla bilər.
Zirvə toplantısının gedişində
hamı Azərbaycan tərəfinin ədalətli
olduğunu söyləsə
də, bu həqiqət son sənəddə
öz əksini tapmırdı. Ona görə də
iki gün ərzində gərgin işləyən, siyasi-diplomatik
təcrübəsi ilə
avropalı siyasətçiləri
heyran edən Azərbaycan Prezidenti Heydər Əliyev xüsusi diplomatik gedişlərlə Ermənistanın
himayədarlarının planını
poza bildi. Nəticədə münaqişənin həllinin siyasi-hüquqi çərçivələrini müəyyənləşdirən xüsusi bir bəyanat qəbul edildi. Həmin sənədi Ermənistan
istisna olmaqla, dünyanın 53 dövləti
müdafiə etdi və Lissabon sammitinin yekun qərarında məhz Azərbaycan tərəfinin
tələb etdiyi müddəalar da öz əksini tapdı.
Lissabon sammitinin
nəticələrindən sonra Rusiya ilə
yanaşı ABŞ və
Fransa nümayəndələri
də Minsk qrupunun həmsədri təyin olundu. Beləliklə, 1997-ci ilin ikinci
yarısından sonra
Minsk qrupunun həmsədrləri
Lissabon prinsiplərinə
əsaslanaraq iki hissədən ibarət üç təkliflə
çıxış etmiş
və danışıqlar
bu istiqamətdə davam etdirilmişdir. Sonralar vasitəçilərin
Ermənistan - Azərbaycan
Dağlıq Qarabağ
münaqişəsinin həlli
üçün atdığı
addımlar "Praqa danışıqları" çərçivəsində
və eləcə də "Madrid prinsipləri"
əsasında davam etdirilmişdir. Daha sonralar isə
münaqişənin həlli
istiqamətində konkret
və son nəticəsi
məlum olan addımların atılmadığını
görən Azərbaycan
dövləti öz hüquqlarından istifadə
edərək ölkənin
ərazi bütövlüyünü
bərpa etmək üçün bütün
variantları məqbul
sayacağını bildirmişdir.
Bu tendensiya xüsusən
son 3 ildə daha geniş şəkildə
özünü göstərmişdir
ki, bu da
həm vasitəçilərin,
həm də Ermənistanın himayədarlarının
kifayət qədər
fəallaşmasına səbəb
olmuşdur.
Son aylar isə dünya ictimaiyyəti, xüsusən, Qafqazda marağı olan dövlətlər Ermənistan
- Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsinin
həll edilməsi üçün ATƏT-in Astana sammitində uğurlu bir nəticənin əldə ediləcəyi
barədə daha çox danışır,
Qazaxıstan paytaxtında
keçiriləcək toplantıya
böyük ümidlə
baxırdılar. Prezident
İlham Əliyevin sammitin ilk günü Qazaxıstan Prezidenti Nursultan Nazarbayev, Almaniya kansleri Angela Merkel, Ukrayna Prezidenti Viktor Yanukoviç və Tacikistan Prezidenti Emoməli Rahmonla görüşləri, eləcə
də zirvə görüşündəki çıxışı
Azərbaycan vətəndaş
- ları və ölkəmizin dostları
tərəfindən maraqla
izlənilirdi.
Dövlət başçımızın sammitin ilk toplantısından
sonra Türkiyə Prezidenti Abdullah Gül, Niderlandın Baş naziri Mark Rutte, Yunanıstanın Baş naziri George Papandreu, Avstriyanın xarici işlər naziri Kevin Radd, Gürcüstan Prezidenti Mixeil Saakaşvili, Avropa İttifaqının prezidenti
Herman Van Rompey, Sloveniya
Prezidenti Danilo Türk, Böyük Britaniya Baş nazirinin müavini Nik Kleq, Avstriya
Prezidenti Haynts Fişer və Belarus Prezidenti Aleksandr Lukaşenko ilə görüşlərində tərəfləri
maraqlandıran bütün
məsələlərlə yanaşı Ermənistan
- Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsinin
ədalətli şəkildə
həll edilməsi üçün beynəlxalq
ictimaiyyətin göstərdiyi
və göstərməli
olduğu prinsipiallıqdan,
ədalətli mövqenin
vacibliyindən də danışılmışdır.
Prezident
İlham Əliyev Astanada rəsmi Bakının mövqeyini bir daha sammit
iştirakçılarının diqqətinə çatdıraraq
demişdir: "Azərbaycan
Praqa prosesi çərçivəsində son 6 ildə Minsk qrupunun həmsədr ölkələri
tərəfindən hazırlanmış
təklifləri qiymətləndirir.
Biz danışıqları davam etdirməyə, onları mümkün qədər tez yekunlaşdırmaq və Azərbaycanın ərazi
bütövlüyü çərçivəsində
beynəlxalq hüququn
norma və
prinsiplərinə əsaslanacaq
həll variantına
nail olmağa hazırıq".
Təəssüf ki, dünya ictimaiyyətinin cidd-cəhdinə
baxmayaraq Ermənistan rəhbərliyi ATƏT-in Astana sammitinə qədər qeyri-konstruktiv yol tutaraq münaqişənin
ədalətli şəkildə
həll edilməsinə
əngəl törətmişdi. Astana sammitində ATƏT-in həmsədirləri
olan ölkələrin
nümayəndə heyətlərinin
başçılarının Azərbaycan və Ermənistan prezidentlərinin
birgə bəyanatları
qəbul olunmuşdur.
Bəyanatda Dağlıq Qarabağ
münaqişəsinin tənzimlənməsinə
yönəlmiş daha
qətiyyətli tədbirlər
görməyin vaxtının
çatması xüsusi
vurğulanır. Prezident
Administrasiyasının ictimai-siyasi
məsələlər şöbəsinin
müdiri Əli Həsənov jurnalistlərin
suallarını cavablandırarkən
Astana sammiti barədə
deyib: "Düşünürük
ki, Astana sammitindən
sonrakı prosesdə
ATƏT-in Minsk qrupu fəaliyyətini
bir az da
aktivləşdirəcək. Sammitdə qəbul olunmuş prinsiplərə müvafiq
şəkildə bu işin həllinə yenidən bir cəhd göstərəcək.
Cəhd göstərməsə, Azərbaycan
artıq açıq
şəkildə bu məsələdə sonrakı
fəaliyyətində öz
müstəqilliyini saxlayacaq".
İttifaq MİRZƏBƏYLİ
Xalq qəzeti.- 2010.- 3 dekabr. S. 1.