Azərbaycan Kənd İnvestisiya Layihəsi uğurla icra olunur

 

Son illər Azərbaycanda həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində bölgələr sürətlə inkişaf edir, regionlarda müxtəlif istiqamətləri əhatə edən nəhəng infrastruktur layihələri uğurla reallaşdırılır. Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramlarında nəzərdə tutulmuş tədbirlərin icrası regionların inkişafında keyfiyyətcə yeni mərhələnin başlandığını göstərir.

 

Hazırda regionların mövcud potensialından daha səmərəli istifadə etməklə yerlərdə sənaye sahələrinin və kənd təsərrüfatının inkişafını sürətləndirmək, əhalinin yaşayış səviyyəsini yaxşılaşdırmaqla yoxsulluq probleminin həllinə nail olmaq və ölkəni iqtisadi cəhətdən hərtərəfli inkişaf etdirmək istiqamətində tədbirlərin reallaşdırılması davam etdirilir. Bu mühüm vəzifənin yerinə yetirilməsində respublika Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi tərəfindən icra olunan Azərbaycan Kənd İnvestisiya Layihəsinin (AzKSL) də öz payı vardır.

Əvvəlcə onu qeyd edim ki, əsası xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulan Azərbaycanın sosial-iqtisadi inkişafı strategiyası hazırda onun layiqli davamçısı, ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Möhtərəm Pprezidentimiz dəfələrlə qeyd etmişdir ki, hər bir vətəndaşın firavan həyat səviyyəsini təmin etmək üçün yalnız sosial müdafiə tədbirləri ilə kifayətlənmək olmaz. Hərtərəfli inkişafa nail olmaq üçün bütün sahələrdə kompleks islahatlar aparılmalı, o cümlədən infrastruktur layihələrinin gerçəkləşməsinə xüsusi diqqət yetirilməli, qlobal investisiya layihələrinin həyata keçirilməsinə nail olmalıyıq.

2000-ci ilin 18 mayında bu istiqamətdə mühüm addım atıldı. Həmin vaxt Bakı şəhərində donor ölkələrin, beynəlxalq humanitar təşkilatların nümayəndələrinin iştirakı ilə keçirilən "İnkişaf Problemləri və Strateji İstiqamətlər" mövzusunda beynəlxalq konfransda ulu öndərimiz Heydər Əliyev tərəfindən "Humanitar yardımdan inkişafa doğru" strategiyası açıqlandı, ölkəmizin inkişaf perspektivinin geniş təhlili verildi. 2004-cü ilin 23 sentyabrında isə bu strategiyanın tərkib hissəsi kimi Dünya Bankı ilə Azərbaycan hökuməti arasında ümumi dəyəri 21,1 milyon ABŞ dolları həcmində saziş imzalandı. Həmin sazişə əsasən Azərbaycan Kənd İnvestisiya Layihəsi ilkin olaraq respublikanın 3 zonasında - Naxçıvan (Şərur, Ordubad, Culfa, Kəngərli, Babək, Şahbuz, Sədərək), Muğan-Salyan (Cəlilabad, Neftçala, Saylan, Saatlı, İmişli, Biləsuvar, Sabirabad), Düzən Şirvan (Hacıqubal, Kürdəmir, Zərdab, Ucar, Göyçay, Ağdaş, Yevlax) zonalarında həyata keçirilərək 2005-2008-ci illəri əhatə etməli idi.

Bu illər ərzində 3 zonada 340 layihə həyata keçirildi və təqribən bir milyona qədər kənd əhalisinin yaşayış səviyyəsinin daha da yaxşılaşmasına səbəb oldu. Bu, sadəcə rəqəm yox, hər üç zonada onlarca kəndin içməli susuvarma suyu ilə təmin edilməsi, kənd yollarının əsaslı təmiri və bərpası, məktəb tikintisi və təmiri, elektrik enerjisi sisteminin bərpası və genişləndirilməsi, kəndlərdə drenaj kanallarının təmiri və çəkilməsi və s. deməkdir. Dəfələrlə Dünya Bankının nəzarət missiyası layihələrin texniki icrası və onun keyfiyyətinin monitorinqini keçirmiş, nəticə etibarı ilə Dünya Bankı və Azərbaycan hökuməti layihələrin yüksək keyfiyyətini qeyd etmişlər.

Azərbaycan Kənd İnvestisiya Layihəsi (AzKİL) sosial infrastrukturu yaxşılaşdırmaq məqsədilə həyata keçirilir. Təəssüf ki, bəzən bu layihələrin əsl mahiyyəti düzgün başa düşülmür. Kənd investisiya layihələri icma inkişafı və infrastrukturu yaxşılaşdırmaq layihələridir. Onlar icma üzvlərinin maariflənməsi və təşkilatlanması işində mühüm rol oynayır. Yeri gəlmişkən, onu da deyim ki, AzKİL digər dövlət layihələrindən əsaslı şəkildə fərqlənir. İcma üzvləri layihələrin icrası zamanı bütün mərhələlərdə (ehtiyacların öyrənilməsi, smetanın tutulması, podratçı təşkilatların seçilməsi və s.) fəal iştirak edirlər. Onlar yığıncaq keçirərək mövcud problemlərin həlli yollarını müzakirə edir, məhz bundan sonra öz ümumi qərarlarını verirlər. Bu müzakirələrin əsas məqsədi icma üzvlərinin layihənin icrasına öz töhfələrini (maliyyə dəstəklərini) verməyə razı olduqlarını bildirmələridir. Ümumi təlimata görə, icma töhfəsi layihənin dəyərinin 10 faizini 2 faiz nağd pul, 8 faiz əmək töhfəsi formasında qəbul edilir.

Bütün bunlar layihənin icrasına birgə cavabdehlik hissini artırır. İcma Layihə Komitəsi üzvlərinin şəffaf seçkisi isə icmalarda ictimai məsuliyyəti və fəallığı gücləndirir. Elə AzKİL-in səfərbəreidici üstünlüyü də bundadır. Təsadüfi deyil ki, icma layihələri "İcmalarda özünə inaminkişafa investisiya!" şuarı altında həyata keçirilir.

Azərbaycan Kənd İnvestisiya Layihəsinin əsas komponentlərindən biri də təlim və seminarların keçirilməsidir. Məhz bu təlim və seminarlar vasitəsilə icma üzvlərinə lazımi bilik və bacarıqlar aşılanır. İcmalarda vaxtaşırı səfərbərlik təlimləri, o cümlədən layihələrin hazırlanması və həyata keçirilməsi üzrə icma üzvlərinin bacarıqlarını artırmaq məqsədilə təşkilati-idarəetmə, layihə təkliflərinin hazırlanması, standartlaricma müqavilələri, ətraf mühitin qorunması və digər mövzularda təlimlər keçirilir.

Bu deyilənlərin nəticəsidir ki, icma layihələri böyük uğurla icra olunur və kənd sakinlərinin ümidlərini doğruldur. Təsadüfi deyildir ki, AzKİL-in əhatə dairəsinə daxil olmayan rayon rəhbərlərindən, kənd sakinlərindən və bələdiyyələrdən Azərbaycan hökumətinin, Kənd Təsərrüfatı Nazirliyinin və nəhayət, layihə rəhbərliyinin ünvanına bu layihənin həmin rayon və kəndlərdə də həyata keçirilməsi barədə çoxlu sayda məktublar daxil olmağa başladı. Məhz AzKİL-in uğurlu fəaliyyəti və əldə etdiyi nəticələr Azərbaycan hökuməti və Dünya Bankını 2009-cu ilin 20 aprelində onun fəaliyyətinin uzadılması və yeni zonaların cəlb olunması barədə AzKİL üçün ümumi dəyəri 25,48 ABŞ dolları həcmində "Əlavə maliyyələşdirmə sazişi" bağlamağa sövq etdi. Layihənin fəaliyyət zonası Naxçıvan da daxil olmaqla şimal (İsmayıllı, Ağsu, Şamaxı, Qobustan, Qəbələ, Oğuz, Şəki, Zaqatala, Qax, Balakən, Quba, Qusar, Xaçmaz) və şimal-qərb (Bərdə, Tərtər, Goranboy, Samux, Göygöl, Tovuz, Qazax, Ağstafa, Şəmkir, Daşkəsən, Gədəbəy) zonalarına qədər genişləndi. Hazırda bu zonalarda da kənd sakinlərinin özləri tərəfindən qəbul olunan 100-dən çox layihə yüksək keyfiyyətlə həyata keçirilir və əsasən bələdiyyələrin, eləcə də dövlət qurumlarının balanslarına təhvil verilir.

Bu yaxınlarda AzKİL-in ünvanına sevindirici bir xəbər gəlmişdir. Dünya Bankının Şərqi Avropa və Mərkəzi Asiya regionları ərazisində həyata keçirilən yüzdən artıq layihənin ən layiqli 47 layihəsi seçilmiş və "İnsanların həyatının yaxşılaşdırılması" müsabiqəsində qalib gələn 12 layihədən biri seçilmişdir. 2010-cu ildə keçirilən bu müsabiqənin məqsədi qaliblər arasında Dünya Bankından alınmış kreditlə həyata keçirilən müxtəlif layihələrin Analitik Məsləhət Tədbirlərinin təmsil və özlərinin inkişaf məqsədləri, buya digər göstəricilər, öyrənilmiş mühüm dərslərə müvafiq uğurlu nəticələr əldə edən namizədlərin seçilməsi idi. Münsiflər heyəti üzvlərinin yekdil qərarı ilə AzKİL də müsabiqənin qalibi olmuş 12 layihə sırasında yer almışdır. Bu ilin sentyabırnda Dünya Bankının vitse-prezidenti Azərbaycana səfəri zamanı "İnsanların həyatının yaxşılaşdırılması" müsabiqəsində qalib gələn AzKİL-in rəhbərliyinə bu geniş miqyaslı yarışmanın mükafatını təqdim etmişdir.

Əlbəttə, bütün bunlar ölkəmizdə siyasi sabitliyiniqtisadi inkişafın qarantı olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin məqsədyönlü, qətiyyətli və reallığa söykənən fəaliyyətinin nəticəsidir. Bundan sonra da Azərbaycan hökumətinin və Dünya Bankının bizə göstərdiyi etimadı layiqincə doğrultmağa, ölkəmizin icma təsərrüfatlarında nəzərdə tutulmuş layihələri uğurla yerinə yetirməyə çalışacağıq.

 

Sübhan ƏSGƏROV, Azərbaycan Kənd İnvestisiya Layihəsinin direktoru

 

Xalq qəzeti.- 2010.- 4 dekabr.- S. 5.