"Arşın mal alan" dünyanı fəth edir

 

Dahi bəstəkar Üzeyir Hacıbəylinin "Arşın mal alan" musiqili komediyası dünyanın bir çox ölkələrinin səhnələrində uğurla tamaşaya qoyulur. Bu günlər isə Pekindəki "Tianqiao" teatrında Çin tamaşaçılari bu tamaşaya baxa biliblər. Operetta Çin Beynəlxalq Opera Festivalı çərçivəsində Azərbaycan Mədəniyyət Turizm Nazirliyinin, Opera Balet Teatrının, ölkəmizin Pekindəki səfirliyinin, Çin Mədəniyyət Nazirliyinin Milli Operasının təşkilatçılığı ilə nümayiş etdirilir.

 

Tamaşanın rejissoru Azərbaycan Opera Balet Teatrının baş rejissoru Hafiz Quliyev, rəssamı Tahir Tahirovdur. Xatırladaq ki, operetta Çində ilk dəfə 1959-cu ildə Pekindəki "Tianqiao" teatrında səhnəyə qoylmuşdur.

Bir az əvvəl isə Azərbaycanın Belarusdakı səfirliyinin təşəbbüsü ilə Üzeyir Hacıbəylinin "Arşın mal alan" musiqili komediyası Belarus Dövlət Akademik Musiqili Teatrında müvəffəqiyyətlə tamaşaya qoyulmuşdur. Premyerada iştirak etmək üçün mədəniyyət turizm nazirinin müavini Sevda Məmmədəliyevanın başçılığı ilə Azərbaycan nümayəndə heyəti Belarusa səfər etmişdi. Tamaşanın nümayişində Belarusun mədəniyyət naziri Pavel Latuşko digər rəsmilər iştirak etmişlər.Bu tamaşanın da rejissoru Opera Balet Teatrının baş rejissoru Hafiz Quliyev, baletmeysteri xalq artisti Mədinə Əliyeva, dirijoru Marina Tretyakovadır.

Premyerada əsas partiyalar olan Gülçöhrə Əsgəri Azərbaycan Dövlət Akademik Opera Balet Teatrının solistləri İnarə Babayeva Fərid Əliyev ifa ediblər. Tamaşada, həmçinin, Belarusun aktyorları Nataliya Qayda, Vasili Serdyukov, Nataliya Dementieva, Andrey Morozov digərləri iştirak ediblər.

Mədəniyyət turizm nazirinin müavini Sevda Məmmədəliyeva həmin vaxt Belarusun "Belta" agentliyinə müsahibəsində bildirib ki, Azərbaycan Belarusla mədəniyyət sahəsində əməkdaşlıq əlaqələrini genişləndirmək niyyətindədir. Bu məqsədlə Belarusla birgə kinofilmlər çəkiləcək, teatr musiqi sənəti sahəsində geniş əməkdaşlıq əlaqələri qurulacaq. Nazir müavini vurğulayıb ki, Belarus səhnəsində "Arşın mal alan" tamaşasının yerli aktyorların da iştirakı ilə böyük uğurla nümayiş olunması mədəni əməkdaşlıq baxımından təqdirəlayiq haldır: "Belarus Azərbaycanın mədəni həyatında fəal iştirak edir. Dekabrın əvvəllərində Bakıda keçiriləcək Mstislav Rostropoviç adına IV Beynəlxalq musiqi festivalında Belarus nümayəndələri iştirak edəcəklər".

 

M.MÜKƏRRƏMOĞLU

 

Xalq qəzeti.- 2010.- 4 dekabr.- S. 5.