Azərbaycanda investisiya qoyuluşunun davamlılığı daxili mənbələr hesabına təmin edilir

 

Qeyri-neft sahələrinin inkişafı, neft sektorundan əldə edilən gəlirlərin səmərəli istifadəsi diqqət mərkəzində saxlanılan ən mühüm məsələlərdən biridir. Ölkə Prezidentinin fərmanı ilə təsdiq olunmuş ikinci "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrası məqsədilə idarəetmə orqanlarının, yerlixarici investorların diqqəti regionların inkişafına yönəldilmiş, regional problemlərin həlli ön plana çəkilmişdir. Məhz elə buna görə də hazırda yerlərdə infrastruktur təminatının yaxşılaşdırılması, sosial obyektlərin inşasının sürətləndirilməsi ilə əlaqədar nəzərdə tutulan layihələr uğurla reallaşdırılır.

 

Azərbaycanda regionların inkişafı ilə bağlı maliyyə bazarının təkmilləşdirilməsi uğurla davam etdirilir. Burada əsas diqqət maddi resursların adamlarının əlində cəmləşməsinə yönəldilir. Bu isə özünü daha çox özəl bölmənin, qeyri-neft sektorunun sürətli inkişafını təmin etmək üçün bir sıra mühüm tədbirlərin həyata keçirilməsində göstərir. Prezident İlham Əliyev bununla əlaqədar demişdir: "...Məqsəd ondan ibarətdir ki, bir neçə ildən sonra iqtisadi imkanlarımızın neft amilindən asılılığını tamamilə aradan qaldıraq. Belə imkanlar var və əminəm ki, qeyri-neft sektorunun inkişafı həm dövlət tərəfindən verilən dəstək hesabına, həm də özəl sektorun fəaliyyəti nəticəsində daha da genişlənəcəkdir... Biz bir neçə il ərzində sahibkarlara kreditlər veririk, bu kreditlər də yaxşı işləyir. Bu kreditlərin hesabına yeni müəssisələr - fabriklər, emal müəssisələri yaradılır, özəl biznes inkişaf edir. İqtisadiyyatımızın ümumi çəkisində özəl biznesin kifayət qədər böyük yeri var. Azərbaycan iqtisadiyyatı 80 faizdən yuxarı özəl sektorun əsasında qurulubdur".

Maddi resursların investisiya layihələrinə istiqamətləndirilməsi baxımından Azərbaycan dünyada və MDB məkanında üstün mövqeyə malikdir. Belə ki, bu, son illər dövlət büdcə xərclərinin bir neçə dəfə artması hesabına iqtisadiyyata sərmayələrin qoyulmasına diqqətin artırılmasında özünü qabarıq büruzə verir. Bunun nəticəsində ölkəmizin prioritet sosial yönümlü infrastrukturunun yaradılması və yenidən qurulması ilə bərabər, fiziki infrastruktur, mədəniyyət, idman təyinatlı layihələrin maliyyələşdirilməsi mümkün olmuşdur.

İqtisadiyyata investisiya qoyuluşu həcminin artması ilə bağlı Prezident İlham Əliyev demişdir: "Azərbaycan 2020-ci ildə investisiyaların cəlb edilməsi sahəsində öz uğurlu siyasətini davam etdirmişdir. Baxmayaraq ki, demək olar ki, bütün maliyyə qurumları, beynəlxalq səviyyəli şirkətlər və ölkələr öz xərclərini kəskin şəkildə azaldırlar, Azərbaycana xaricdən gələn investisiyaların həcmi prosesi davam edirbu ilbiz bunu müşahidə etmişik. Bütövlükdə, ölkə iqtisadiyyatına altı ayda 3,8 milyard dollar sərmayə qoyulmuşdurbunun müəyyən hissəsi xarici sərmayələrdir. Biz əvvəlki illərdə daha çox xarici investisiyalardan asılı idik. Azərbaycanda yaradılmış gözəl investisiya iqlimi ölkəmizə investisiyaların gətirilməsinə kömək göstərmişdir. Azərbaycan adambaşına düşən birbaşa xarici sərmayənin həcminə görə bütün dövrlərdə bu bölgədə ən qabaqcıl yerlərdə idi".

Ölkəmizdə sahibkarlığın təkmilləşdirilməsi əmtəə və xidmətlərin səviyyəsinə müsbət təsir göstərir. Bu da öz növbəsində məhsuldarlığın, ölkənin rəqabətə davamlılığının artmasına təsir edir. Sahibkarlığın təkmilləşdirilməsi ölkədə sahibkarlar şəbəkəsinin güclənməsinə, ayrı-ayrı sahibkarların səmərəli fəaliyyət göstərməsinə əlverişli şərait yaradır. Məhz bu amilə görə də Azərbaycan dünya ölkələri arasında öncül yer tutur.

Son illər Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə həyata keçirilən radikal iqtisadi islahatların əsas istiqaməti olan bazar iqtisadiyyatının formalaşmasının əsasında da sahibkarlıq bölməsinin inkişafı əsas amil kimi durur. Buna görə də Azərbaycan Respublikası XXI əsrə bazar iqtisadiyyatının formalaşdırılması və sahibkarlığın inkişafı sahəsində böyük irəliləyişlərlə qədəm qoymuşdur.

İqtisadi və dövlət idarəetmə aparatında aparılan islahatlar ölkədə iqtisadiyyatın bütün sahələrinin, o cümlədən bazar iqtisadiyyatı mexanizmlərinin bərqərar olmasına şərait yaratmış, yerlixarici investisiyalar, müasir texnologiyalar və idarəetmə təcrübəsi cəlb etməklə rəqabət qabiliyyətli məhsul istehsal edən müəssisələrin yaradılmasına, mövcud müəssisələrin yenidən qurulmasına, yeni yerlərinin və nəticə etibarilə xalqın maddi rifahının yüksəldilməsinə yönəldilmişdir.

Yeni Azərbaycan Partiyasının mərkəzi qərargahında keçirilən mətbuat konfransında Azərbaycan Respublikası Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri Rüfət Aslanlı ölkənin qiymətli kağızlar bazarındakı mövcud vəziyyətdən və hesabat dövrü ərzində bazarın inkişafına dair həyata keçirilən tədbirlərdən danışarkən bildirmişdir ki, bu ilin ötən ayları Azərbaycan iqtisadiyyatı üçün bir sıra xüsusiyyətlərlə yadda qalmışdır. Dünyanın aparıcı iqtisadiyyatlarında böhrandan sonrakı bərpa proseslərindən söz açan R.Aslanlı inkişaf etmiş ölkələrdə iqtisadi artımın fiskal konsolidasiya tədbirlərinin tətbiqi ilə əlaqədar olaraq, daha konservativ artım nümayiş etdirdiyini mətbuat nümayəndələrinin diqqətinə çatdırmışdır:

"İqtisadi böhranın dünya maliyyə bazarlarına və bütövlükdə qlobal iqtisadiyyata vurduğu təsirin miqyasını təsvir etmək üçün bir neçə misala diqqət yetirək. 2009-cu ildə dünya iqtisadiyyatı 0,6 faiz daralıb. Müqayisə üçün qeyd edək ki, son 30 ildə ayrı-ayrı ölkələrdə və regionlarda baş vermiş böhranlara baxmayaraq dünya iqtisadiyyatı orta illik 3,3 faiz templə artırdı. İqtisadi böhran daha çox inkişaf etmiş ölkələrin iqtisadiyyatına təsir göstərmişdir. Bu ölkələrdə iqtisadiyyatın artımı 2009-cu il ərzində neqativ olmuşdur. İqtisadi artım 3,2 faiz daralmışdır. İnkişaf etməkdə olan ölkələrə də təsir olmuşdur. İqtisadi artım templəri 3 dəfədən çox aşağı düşərək, 2,5 faizə enmişdir ki, bu da son 30 il ərzində müşahidə olunan orta illik artımın təxminən üçdə ikisi deməkdir."

Natiq qeyd etmişdir ki, bunlara baxmayaraq, 2010-cu ildə iqtisadi bərpa prosesləri davam etmişdir: "İnkişaf etmiş ölkələrdə rast gəlinən problemlər inkişaf etməkdə olan ölkələrdən fərqlidir. Birinci qrup ölkələrdə daha çox işsizlik mövcuddur. Bununla əlaqədar olaraq daxili tələbatın və istehlakın azalması, büdcə kəsirləri və onların örtülməsi üçün suveren borcların tarixi maksimumlara çatması kimi çağırışlar və problemlər iqtisadi bərpa proseslərinin sürətinə təsir göstərir. Beynəlxalq Valyuta Fondunun proqnozuna görə 2010-cu il ərzində dünya iqtisadiyyatının 4,8 faiz artımı proqnozlaşdırılır. İnkişaf etmiş ölkələrdə iqtisadi artım təxminən 2,7 faiz səviyyəsində olacaq. İnkişaf etməkdə olan ölkələrdə iqtisadi inkişaf daha yüksk templərlə davam edir. Bu ölkələrdə Beynəlxalq Valyuta Fondunun proqnozlarına görə 2010-cu ildə iqtisadi artım 7,1 faiz, 2011-ci ildə isə 6,4 faiz səviyyəsində gözlənilir."

O da bildirilmişdir ki, son dövrlər müşahidə olunan valyuta məzənnələri ilə bağlı debatlar inkişaf etməkdə olan ölkələrin ixrac imkanlarına təsir göstərməkdədir. Bu mənzərə 2010-cu ildə qlobal iqtisadiyyatın mənzərəsidir. Dünya və Azərbaycan maliyyə bazarları beynəlxalq makromikroiqtisadi proseslərin təsirindən heçtam təcrid olunmayıb. Bütövlükdə bu proseslər dünya maliyyə bazarlarına da çox ciddi təsir edir. Bir faktı qeyd etmək istərdim ki, böhran nəticəsində dünya fond bazarlarında korporasiyaların kapital itkiləri 2009-cu il ərzində 14,5 trilyon dollar təşkil etmişdir. Bu rəqəmin təsir dərəcəsini təsəvvür etmək üçün isə müqayisə gətirək. 2009-cu ildə dünya iqtisadiyyatının həcmi 53 trilyon dollar olmuşdur. Beləliklə, bu itkilərin məbləği dünya iqtisadiyyatının 25 faizindən çox olmuşdur. 2009-cu ildə böyük iqtisadiyyatı olan ABŞ iqtisadiyyatı 14 trilyon dollardan az olmuşdur. Yəni qısa dövr ərzində dünya maliyyə bazarları ABŞ iqtisadiyyatı həcmində itkiyə məruz qalmışdır.

İnkişaf etmişinkişaf etməkdə olan ölkələr qarşılıqlı əlaqələndirilmiş və fərdi iqtisadi dirçəlmə proseslərinə yardım kampaniyaları həyata keçirirlər. Qısa dövr ərzində təxminən 13 trilyon dollar həcmində yardım paketləri həm maliyyə sektoruna, həm də iqtisadiyyata meyilləndirilməyə başlanılıb. Bunun nəticəsində maliyyə bazarlarında müəyyən canlanma və bərpa prosesləri müşahidə olunmağa başlandı. Nəticə etibarilə bu gün inkişaf etmiş bazarlarla inkişaf etməkdə olan bazarlar arasında mühüm fərq olmasına baxmayaraq bütövlükdə qlobal maliyyə bazarlarında bərpa prosesləri iqtisadiyyatdan daha sürətli templərlə davam edir. Bu günə olan məlumatlara əsasən deyə bilərik ki, artıq inkişaf etmiş bazarlar öz itkilərinin təxminən 50-60 faizini bərpa ediblər. İnkişaf etməkdə olan bazarlarda, məsələn Türkiyədə, Hindistanda, Braziliyada böhran dövründə məruz qalmış itkilər tam həcmdə bərpa olunub.

Xatırladaq ki, bu ilin ötən aylarında dövlət başçısı İlham Əliyevin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində ölkədə sosial-iqtisadi inkişaf davam etmişbu dövr ərzində makroiqtisadi vəziyyət stabil qalmışdır. Hesabat dövründə iqtisadiyyatda 4,1 faiz, neft sektorunda 2,7 faiz, qeyri-neft sektorunda isə 5,2 faiz artım qeydə alınmışdır.

QKDK-nın sədri neft qiymətləri və hasilatın sabitləşdiyi dövrdə əldə edilən iqtisadi artımın əsasən qeyri-neft sektorunun inkişafı hesabına baş verməsini və bunun da iqtisadiyyatın şaxələndirilməsinin uğurlu nəticəsinin olduğunu diqqətə çatdırmışdır. O, ölkədə investisiya qoyuluşlarının öz yüksək səviyyəsini saxladığını bildirmişdir. İnvestisiya qoyuluşlarının həcmi 14,8 faiz artaraq 7 milyard manatdan çox təşkil etmişdir. Burda iki mühüm amil önə çəkilir. Birincisi, sərmayələrin üçdən ikisi daxili mənbələr hesabına qoyulur, ikincisi isə bu sərmayələrin 68 faizi qeyri-neft sektoruna yatırılır. Yəni sərmayə qoyuluşlarının davamlılığı daxili mənbələr hesabına təmin edilir, ikincisi, iqtisadi şaxələndirmə üçün əlavə zəminlər yaradılır. İl ərzində neft qiymətləri müəyyən zamanlarda sabitləşsə də ölkənin xarici ticarət balansının mövqeyi möhkəmlənməkdədir. Ölkəmizin valyuta ehtiyatları 28 milyard dollara çatıb.

Bütövlükdə bu dövr ərzində iqtisadi proseslər sosial siyasətə də dəstək vermişdir. Bu il ərzində əhalinin pul gəlirləri, orta aylıq əmək haqqının artım templəri inflyasiya səviyyəsini təxminən 2 dəfədən çox üstələmişdir. Bu isə maliyyə vəsaitlərinin sərmayələrə transformasiya olunması üçün imkan yaratmışdır.

Ölkənin qiymətli kağızlar bazarı belə bir iqtisadi şəraitdə fəaliyyət göstərmişdir. Xüsusi qeyd olunmalıdır ki, 2010-cu ildə qiymətli kağızlar bazarında əsas strategiya özəl sektorun bu bazardan sərmayələr cəlb etməsidir. Bu istiqamətdə ötən dövr ərzində görülən işlər və onların nəticələri ürəkaçandır.

 

Vaqif BAYRAMOV

 

Xalq qəzeti.- 2010.- 5 dekabr.- S. 1.