Azərbaycanın xarici siyasətinin prioritet vəzifələri

 

Milli maraqların təmin olunması, qlobalregional mövqenin möhkəmləndirilməsi əsas məsələlərdəndir

 

Respublikamızın qarşısında duran əsas vəzifələrdən biri Azərbaycanın mənafeyini dünya miqyasında müdafiə edə bilən ağıllı, səriştəli xarici siyasətin yeridilməsidir. Qarşıda böyük vəzifələr durur. Bizim xarici siyasətimiz birinci növbədə Azərbaycanın dövlət müstəqilliyini təmin etməyə yönəldilməlidir. Vəzifə dünyanın bütün dövlətləri ilə bərabərhüquqlu, qarşılıqlı-faydalı əlaqələr yaratmaqinkişaf etdirməkdən, bu əlaqələrdən həm Azərbaycan Respublikasının beynəlxalq mövqelərini möhkəmlətmək üçün, həm də respublikanın iqtisadiyyatını, elmini, mədəniyyətini inkişaf etdirmək üçün səmərəli istifadə etməkdən ibarətdir.

Heydər ƏLİYEV Ümummilli lider

 

 

Azərbaycanın böyük oğlu, qüdrətli tarixi şəxsiyyət Heydər Əliyev 1993-cü ildə prezident seçildikdən sonra ölkənin davamlı inkişafını, müstəqilliyimizin və suverenliyimizin möhkəmləndirilməsini prioritet vəzifə kimi qarşıya qoydu. Bu vəzifələrin layiqincə yerinə yetirilməsi üçün Azərbaycanın xarici əlaqələrinin genişləndirilməsinə xüsusi diqqət yetirilməsi zəruri məsələlərdən biri hesab olunurdu. Beynəlxalq aləmdə baş verən dəyişikliklər milli dövlətçilik prinsiplərinə uyğun yeni xarici siyasət kursunun formalaşdırılmasını və həyata keçirilməsini tələb edirdi.

 

Azərbaycanın mühüm geosiyasi məkanda yerləşməsi də qarşıya qoyulan vəzifənin yerinə yetirilməsini əsas məsələ kimi ön plana çəkirdi. Ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycanın xarici siyasətini müəyyənləşdirərkən dövlətin ərazi bütövlüyünü və təhlükəsizliyini təmin etməyi, dünya birliyi ilə siyasiiqtisadi inteqrasiyaya girməyi, əlaqələri genişləndirməyi, beynəlxalq təşkilatlara üzv olmağı və digər məsələlərin həyata keçirilməsini əsas vəzifə kimi qarşıya qoymuşdu. Bütün bunların nəticəsidir ki, bu gün Azərbaycan dünya birliyində özünə layiqli yer tutur.

Azərbaycanın xarici siyasət kursu hazırda regiondakı digər ölkələr üçün nümunədir. Hazırda ölkəmiz regionda lider dövlətə çevrilib. Ölkəmizin son 16-17 il ərzində daxilixarici siyasət sahəsində nail olduğu nailiyyətlər düzgün müəyyənləşdirilmiş siyasi kursun nəticəsidir. Bu illər ərzində Azərbaycan xarici əlaqələrinin coğrafiyasını əhəmiyyətli dərəcədə genişləndirmiş, beynəlxalq aləmdə daha çox nəzərəçarpan və diqqət yetirilən ölkəyə çevrilmişdir. Möhtərəm Prezidentimiz İlham Əliyevin gərgin fəaliyyəti nəticəsində Azərbaycanın xarici siyasət kursu, məqsəd və vəzifələri daha da təkmilləşdirilmişdir. Hazırda Azərbaycanın dünyanın əksər ölkələri ilə diplomatik əlaqələri vardır. İnkişaf etmiş demokratik dövlətlərlə ikitərəfli sənədlərin imzalanması, qarşılıqlı yüksək səviyyəli rəsmi dövlət sənədləri, beynəlxalq konfranslardünya forumlarında fəal iştirak etmək Azərbaycanın gündəlik diplomatik həyatının ayrılmaz hissəsinə çevrilmişdir.

Azərbaycanın müstəqilliyinin bərpa olunmasından keçən müddət ərzində ölkəmizin xarici siyasət strategiyası sahəsində əldə etdiyi uğurlar göz önündədir. Prezident İlham Əliyevin uğurlu diplomatik fəaliyyəti Azərbaycanın beynəlxalq aləmdəki nüfuzunu xeyli artırmış, xarici siyasət sahəsindəki əlaqələrini daha da davamlı etmişdir. Azərbaycanın müstəqil dövlət kimi beynəlxalq iqtisadi münasibətlər sisteminə qoşulması ilə ölkənin sosial-iqtisadi, siyasi və təhlükəsizlik məsələlərinin tənzimlənməsində böyük nailiyyətlər əldə edilmişdir. Bakı - Tbilisi - Ceyhan əsas ixrac neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin əfsanədən reallığa çevrilməsi, Bakı-Tbilisi-Qars-Axalkalaki dəmir yolunun inşasına başlanılması, digər iri layihələrin həyata keçirilməsi Azərbaycanı beynəlxalq aləmdə diqqət mərkəzinə çevirdi. Dünyanın qüdrətli dövlətlərinin və iri şirkətlərinin də qoşulduğu bu layihələr ölkəmizin iqtisadi qüdrətini daha da artırdı. Bununla yanaşı ayrı-ayrı dövlətlərlə qarşılıqlı-faydalı əməkdaşlığa, iqtisadi, siyasi, sosial və mədəni həyatın bütün sahələrində əldə edilmiş beynəlxalq təcrübələrin mənimsənilməsinə, qarşıya çıxan problemlərin aradan qaldırılması yönündə dövlətlərin səylərinin birləşdirilməsinə güclü təkan verdi. Artıq Azərbaycan dünyada iri layihələrin həyata keçirilməsində böyük təcrübəsi olan dövlət kimi tanınır. Məhz bunun nəticəsidir ki, Azərbaycanın iştirakı və rolu olmadan regionda hər hansı bir layihənin reallaşdırılması qeyri-mümkündür.

Azərbaycanın dövlət başçısı xarici siyasətdə regional əməkdaşlığı sülhünsabitliyin qorunub saxlanılması üçün əsas vəzifələrdən biri hesab edir. Ermənistan istisna olmaqla, Azərbaycan bütün yaxın qonşuları ilə qarşılıqlı-faydalı münasibətlər qurmuşdur. Ermənistanın işğalçılıq siyasətini davam etdirməsi bu ölkəni regionda həyata keçirilən bütün iri layihələrə qoşulmaqdan kənarlaşdırıb. Dövlət başçımızın məqsədyönlü diplomatik fəaliyyəti Ermənistanı bütün dünyada işğalçı dövlət kimi tanıdıb. Möhtərəm Prezidentimiz rəsmi səfərləri zamanı keçirdiyi görüşlərdə, həmçinin nüfuzlu beynəlxalq qurumların tədbirlərində Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətinin acınacaqlı nəticələri, torpaqlarımızın 20 faizinin hələ də işğal altında saxlanılması, bir milyondan artıq soydaşımızın öz doğma yurdundan didərgin salınması və insanların vəhşicəsinə qətlə yetirilməsi barədə təkzibolunmaz faktlarla məlumat verir.

Dekabrın 1-də Qazaxıstanın paytaxtı Astanada ATƏT-in VII sammitində Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı böyük maraqla qarşılanmışdır. 56 üzv və 12 tərəfdaş dövlət və hökumət başçılarının, habelə beynəlxalq təşkilatların nümayəndələrinin iştirak etdiyi sammitdə Azərbaycan Prezidenti Ermənistanın təcavüzkar siyasətini kəskin pislədi və bu təcavüz nəticəsində azərbaycanlılara qarşı törədilmiş ağlasığmaz qəddarlıq barədə ətraflı məlumat verdi.

Möhtərəm Prezidentimiz bu mötəbər tədbirdə Ermənistanın işğalçılıq siyasətini sərt şəkildə pisləyərək dedi: "Mən diqqətinizi regionumuzdakı təhlükəsizlik məsələlərinə cəlb etmək istərdim. Ermənistan ilə Azərbaycan arasında hazırkı silahlı münaqişə beynəlxalq və regional sülh və sabitliyə əsas təhdid olaraq qalır. Ermənistan tərəfindən azərbaycanlılara qarşı aparılmış etnik təmizləmə siyasəti nəticəsində Azərbaycan ərazisinin 20 faizi işğal olunmuş, 1 milyon azərbaycanlı öz torpaqlarında qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. Ermənistan nəinki Dağlıq Qarabağı, o cümlədən Azərbaycanın digər 7 rayonunu işğal etməkdə davam edir. Ermənistan şəhər və kəndlərimizi, evlərimizi və müqəddəs yerlərimizi, ulu babalarımızın məzarlarını və məscidlərimizi dağıtmışdır. Onlar hərbi cinayətlər və Xocalıda soyqırımı törətmişlər və orada yüzlərlə mülki şəxs yalnız azərbaycanlı olduğuna görə Ermənistanın silahlı qüvvələri tərəfindən məhv edilmişdir. Xocalının günahsız qurbanları arasında yüzdən artıq uşaq olmuşdur".

Dövlət başçımız Dağlıq Qarabağ münaqişəsinə aydınlıq gətirərək demişdir ki, Dağlıq Qarabağ Azərbaycanın tarixi hissəsidir. O, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış hissəsidir. Sammit iştirakçılarının diqqətinə çatdırıldı ki, bu gün Ermənistan işğal etdiyi Azərbaycan ərazilərində nəzarəti saxlamaqla məcburi köçkünlərin öz doğma ocaqlarına qayıdışına silah gücünə mane olsa da, Azərbaycan sülh danışıqlarına daim sadiq qalmış, münaqişənin beynəlxalq hüququn norma və prinsiplərinin tələblərinə uyğun, dövlətlərin ərazi bütövlüyü çərçivəsində nizamlanmasına tərəfdar olduğunu bildirib.

Möhtərəm Prezidentimiz bir daha bəyan etmişdir ki, "Münaqişənin həlli yalnız beynəlxalq hüququn norma və prinsiplərinə hörmətlə yanaşma, BMT-nin Təhlükəsizlik Şurasının 4 qətnaməsinin, ATƏT-in qərarlarının, Avropa Parlamenti, Avropa Şurası və digər beynəlxalq təşkilatların qətnamələrinin həyata keçirilməsinə əsaslanmalıdır". Bununla da dövlətimizin başçısı yeritdiyi xarici siyasətdə Azərbaycanın sülhsevər dövlət olduğunu xüsusi olaraq diqqətə çatdırdı. Astanaya səfəri zamanı Azərbaycan Prezidenti müxtəlif dövlətlərin başçıları ilə keçirdiyi çoxsaylı görüşlərində də öz mövqeyini açıq şəkildə bildirmiş, Azərbaycanın son illərdə qazandığı bütün sahələrdəki inkişafı barədə ətraflı məlumat vermiş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasında ölkəmizin mövqeyini birmənalı şəkildə bəyan etmişdir.

ATƏT-in Astana sammitində ATƏT-in həmsədrləri olan ölkələrin nümayəndə heyətlərinin başçılarının, Azərbaycan və Ermənistan prezidentlərinin qəbul etdikləri birgə bəyanatda, həmçinin ATƏT-in fəaliyyətdə olan sədri, Qazaxıstanın xarici işlər naziri Kanat Saudabayev tərəfindən verilmiş xüsusi bəyanatda Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında Helsinki Yekun Aktına, eləcə də 2009-cu il iyulun 10-da Akvilldə və 2010-cu il iyunun 26-da Muskokda verilmiş bəyanatlara istinad etmələri də Azərbaycan diplomatiyasının uğurları kimi dəyərləndirilir. Çünki Muskokda qəbul edilmiş bəyanatda Dağlıq Qarabağ ətrafındakı rayonlar Ermənistan tərəfindən işğal edilmiş rayon kimi göstərilib. Bu fakt Ermənistanın işğalçı dövlət olduğunu bir daha təsdiqləyir. Xatırladaq ki, 2010-cu il iyunun 26-da Muskokda imzalanmış bəyanatı ABŞ Prezidenti Barak Obama, Fransa Prezidenti Nikola Sarkozi, Rusiya Prezidenti Dmitri Medvedev, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Prezidenti Serj Sarkisyan da imzalayıblar.

Azərbaycanın xarici siyasətinin uğurlarında sivilizasiyalararası dialoqun da böyük rolu var. Təqdirəlayiq hal kimi qeyd etmək lazımdır ki, ölkəmizin bu istiqamətdəki fəaliyyəti Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərliyi ilə həyata keçirilir. Beynəlxalq səviyyədə tanınmış elmi tədqiqatçıların və mütəxəssislərin iştirakı ilə Bakıda mədəniyyətlərarası dialoqa dair 3 möhtəşəm tədbir keçirilmişdir. Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə keçirilən belə tədbirlərdə iştirakçılar Azərbaycanın mədəniyyəti, incəsənəti, adət-ənənələri ilə daha yaxından tanış olurlar.

Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş davamlı xarici siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi Azərbaycanın Avropayadünya birliyinə inteqrasiyasını daha da sürətləndirir.

 

Əliqismət BƏDƏLOV

 

Xalq qəzeti.- 2010.- 9 dekabr.- S. 1.