Ulu öndər Heydər Əliyevin sayəsində səhiyyəmiz
beynəlxalq standartlar
səviyyəsinə yüksəldi
Azərbaycan xalqı uzun illərdən bəri əsarətində olduğu
imperiya zəncirini qıraraq dövlət müstəqilliyini bərpa
etməklə ölkəmizin
ictimai-siyasi, sosial-iqtisadi
həyatında yeni dövrə qədəm qoydu. Tarix dəfələrlə
sübut etmişdir ki, millətin tale məsələsi olan dövlət müstəqilliyini qoruyub saxlamaq onu əldə
etmək qədər çətindir.
Azərbaycan xalqının və türk dünyasının
böyük oğlu,
XX və XXI əsrlərin
mühüm bir dövrünü əhatə
edən ən yeni tariximizin yaradıcısı, müstəqilliyimizin
qorunub saxlanılmasında,
tarix və xalq qarşısında misilsiz xidmətlər göstərmiş müdrik
şəxsiyyət Heydər
Əliyev hər bir azərbaycanlının
qəlbində həyat
durduqca yaşayacaqdır.
Ulu öndər xalqın təkidli tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə gələndə
Azərbaycan "Olum,
ya ölüm" dilemması qarşısında
qalmışdı. 1989-cu ildən
başlayaraq, Azərbaycanda
bir-birini əvəz edən rəhbərlərin
idarəetmədəki təcrübəsizliyi
və naşılığı
ucbatından respublikamızda vəziyyət
ağırlaşır, iqtisadiyyatımız
tənəzzülə uğrayır,
beynəlxalq əlaqələrimiz
getdikcə pisləşirdi.
Özbaşınalıq və
anarxiya baş alıb gedirdi. Qeyri-qanuni silahlı dəstələr açıq
şəkildə talançılıq
və qarətçiliklə
məşğul olur,
ayrı-ayrı dövlət
məmurlarının sifarişlərini
yerinə yetirirdilər.
Hakimiyyətdə olan boşluq,
qətiyyətsizlik, dövlət
məmurlarının prinsipiallıq
nümayiş etdirməmələri,
cəsarətsizliyi və
qorxaqlığı yenicə
qazanılmış müstəqilliyimizi
uçuruma aparırdı.
Ümummilli lider Heydər Əliyev bunun qarşısını
cəsarətlə aldı.
Xalqımızın böyük
oğlu görülmüş işləri sonralar belə xarakterizə edirdi. "1994-cü ilin iyunundan başlayaraq ilk növbədə hakimiyyət boşluğu
aradan qaldırıldı,
respublikanın müxtəlif
bölgələrində baş
qaldırmış separatçı
qüvvələr və
parçalanma meyilləri
sağlam düşüncəli
vətəndaşların, xalqın böyük əksəriyyətinin
fəal köməyi ilə zərərsizləşdirildi,
vətəndaş müharibəsi
təhlükəsinin qarşısı
alındı. Ayrı-ayrı
şəxslərə və
siyasi qruplaşmalara xidmət edən silahlı birləşmələr
ləğv edilməyə
başlandı. Azərbaycan
dövlətçiliyinə, müstəqilliyə,
ərazi bütövlüyünə
qəsdlər təşkil
edən cinayətkar ünsürlər cəmiyyətdən
təcrid edildi, etnik və dini
mənsubiyyətindən asılı
olmayaraq, bütün vətəndaşlarda dövlətə
və Vətənə
mənsubluq hissləri
aşılanmağa başlandı".
Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə qayıdışından
sonra həyata keçirilən quruculuq işləri Azərbaycan xalqında ruh yüksəkliyi, öz gələcəyinə inam
yaratdı. Zaman-zaman Azərbaycanın başı
üstündə dolaşan
qara buludlar dağılmağa başladı,
Azərbaycan parçalanma
təhlükəsindən
xilas oldu. Ulu öndərin polad iradəsi, qətiyyəti,
uzaqgörənliyi, zəngin
idarəçilik təcrübəsi,
Vətənin azadlığı
və müstəqilliyi
uğrunda apardığı
gərgin mübarizə
nəticəsində ölkədə
ictimai-siyasi sabitlik, əmin-amanlıq bərqərar
oldu, demokratik-hüquqi
dövlət quruculuğunda
böyük nailiyyətlər əldə edildi.
Bütün sahələrdə olduğu
kimi, səhiyyə sahəsində də ciddi problemlər yaranmışdı. 1993-cü ilin
ikinci yarısına qədər hakimiyyətdə
olanları əhalinin
sağlamlığının qorunmasından daha çox şəxsi mənafeləri maraqlandırırdı.
Səhiyyə ocaqları
dağıdılır, sovet
dövründən qalmış tibb avadanlıqları talan edilir, yoluxucu xəstəliklər baş
alıb gedirdi. Türk dünyasının lideri Heydər Əliyev
1969-1982-ci illərdə respublikamıza
rəhbərlik edərkən,
eləcə də
1982-1987-ci illərdə SSRİ-nin
rəhbərlərindən biri olarkən Azərbaycanda səhiyyənin
əsaslı bünövrəsini
qoymuş, onun misilsiz yüksəlişini,
tərəqqisini təmin
etmiş, poliklinika və xəstəxanaların müasir
avadanlıqlarla təchizatına
nail olmuşdu. Ulu öndər 1993-cü ildə yenidən hakimiyyətə qayıtdıq
sonra da bu sahədə çox böyük işlər gördü.
Xalqımızın böyük oğlu
Heydər Əliyevin səhiyyə sahəsindəki
fəaliyyətində insanların
sağlamlığının yüksək səviyyədə
qorunması və uşaqlar arasında yoluxucu xəstəliklərin
qarşısının alınması
prioritet məsələ
idi. Qüdrətli
şəxsiyyət uşaqları
böyük məhəbbətlə
sevirdi və deyirdi ki, onlar
bizim gələcəyimizdir.
Uşaqların sağlam
böyümələri, Vətənə
layiqli övlad olmaları üçün
bütün imkanlardan
istifadə edilməlidir.
Ümummilli lider səhiyyə sistemində
çalışanların yüksək ixtisas sahibi olmalarına xüsusi əhəmiyyət
verirdi. O deyirdi ki, insanların sağlamlığı ilə
məşğul olan şəxslərin səhv
etməyə haqları
yoxdur. Onların kiçik bir səhvi kimlərinsə həyatına son qoya bilər. Sağlamlığın keşiyində
duran şəxslərin
yol verdikləri kobud bir səhv
cinayətə bərabər
tutulmalıdır. O, Azərbaycan
Dövlət Tibb İnstitutunun (indi Universitetin) professor-müəllim
heyəti və tələbələri ilə
keçirdiyi görüşündə
demişdir: "Sizin zay məhsul - biliksiz həkim buraxmağınız ağır
nəticələr verir.
Cəmiyyət qarşısında
məsuliyyət hər
birinizdən tələb
edir ki, son dərəcə səmərəli işləyəsiniz
ki, hər bir məzununuz yüksək dərəcəli
mütəxəssis olsun".
Ulu öndərin bu fikri təkcə
dünən üçün
yox, elə bu gün və
sabah üçün
də qiymətlidir. Ona görə də tibbi kadrların
hazırlığı vaxtında
beynəlxalq standartlara
uyğun qurulmalıdır
ki, xalqımız gələcəkdə yol
ayrıcında qalmasın.
Ümummilli lider Heydər Əliyevin göstərişinə
uyğun olaraq ölkə səhiyyəsinin
mövcud potensialından
maksimum səmərə
ilə istifadə etməklə əhalinin sağlamlığının qorunması
işini yaxşılaşdırmaq
məqsədilə səhiyyədə
geniş islahatlar proqramı işlənib hazırlandı və böyük uğurla
həyata keçirilməyə başlandı.Heydər Əliyevin "Azərbaycan
Respublikasında səhiyyə
sahəsində islahatlar
üzrə Dövlət
Komissiyasının yaradılması
barədə" 13 mart
1998-ci il tarixli sərəncamı bu işlərin daha geniş miqyasda və sürətlə aparılması üçün
şərait yaratdı.
Səhiyyə orqanlarının
idarəetmə aparatlarında
bir-birini təkrarlayan
struktur bölmələri
ixtisar edildi, müalicə-profilaktika müəssisələri
tərəfindən əhaliyə
göstərilən xidmət
genişləndirildi, özəl,
qismən, tam təsərrüfat prinsipi
ilə fəaliyyət
göstərən tibb
müəssisələri yaradıldı.
Əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılması, səhiyyə müəssisələrinin
maddi-texniki bazasının
möhkəmləndirilməsi aparılan islahatların əsasını təşkil
edirdi.
Ulu öndərin tövsiyələrinə uyğun
olaraq Azərbaycanda müasir müayinə və müalicə üsulları tətbiq edildi. Müasir standartlara cavab
verən özəl tibb müəssisələrinin
və ulu öndərin bilavasitə
iştirakı ilə
MDB çərçivəsində ən qabaqcıl yer tutan Mərkəzi
Klinik Xəstəxananın
istifadəyə verilməsi
Azərbaycanda o vaxta qədər müalicəsi mümkün
olmayan bir sıra xəstəliklərin diaqnostikası
və müalicəsi
ilə məşğul
olmağa imkan yaratdı. Bununla yanaşı, ən müasir səviyyədə
elmi-tədqiqat işlərinin
aparılmasına və
həkimlərin ixtisasartırma
kursu keçmələrinə
şərait yaradıldı.
Həkimlərin qabaqcıl təcrübəyə
yiyələnmələri və
səhiyyə sistemindəki
son yeniliklərlə tanış olmaları üçün Azərbaycanda
elmi-praktik konfranslar, beynəlxalq əhəmiyyətli
tədbirlər səhiyyəmizin
müasir tibb elminin nailiyyətlərini
nəzərə alınmaqla
beynəlxalq aləmə
inteqrasiya etməsinə
imkan yaratdı. Ümummilli liderin
rəhbərliyi altında
müstəqil Azərbaycan
səhiyyəsində həyata
keçirilən islahatlar
nəticəsində əhaliyə
göstərilən tibbi
xidmətin kökündən
yaxşılaşdırılması, səhiyyə müəssisələrinin
maddi texniki bazasının möhkəmləndirilməsi,
kadrların ixtisaslarının artırılması, tibb müəssisələrində yenidənqurma işlərinin
aparılması, Avropa
və dünya standartlarına uyğun tibb müəssisələrinin
əhalinin istifadəsinə
verilməsi qarşıya
qoyulan vəzifələrin
uğurla həyata keçirilməsinin məntiqi
nəticəsi idi.
Ulu öndərin qarşıya qoyduğu vəzifələr bü gün onun layiqli
yetirməsi möhtərəm
Prezidentimiz İlham Əliyev tərəfindən
yerinə yetirilir. Möhtərəm Prezidentimizin
göstərişi ilə
şəhər və
rayonlarda beynəlxalq standartlara cavab verən, ən müasir tibbi avadanlıqlarla təchiz olunmuş diaqnostika mərkəzləri tikilib
istifadəyə verilmişdir.
Dövlət müəssisələrində
əhaliyə göstərilən
pullu tibbi xidmətlər ləğv
edilmişdir. Səhiyyə ocaqlarında, elə mənim çalışdığım
rayon mərkəzi xəstəxanasında da əsaslı təmir və yenidənqurma işlərinin aparılması,
səhiyyə xidmətlərinin
daha da yaxşılaşdırılması
məqsədi ilə Prezidentin Ehtiyat Fondundan xeyli vəsait ayrılmışdır.
Bütün bunlar möhtərəm Prezident
İlham Əliyevin insanların sağlamlığının
yüksək səviyyədə
qorunmasını daim diqqət mərkəzində
saxladığını göstərir.
Əhədağa SOLTANOV,
Saatlı Rayon Mərkəzi Xəstəxanasının şöbə
müdiri, ali
kateqoriyalı cərrah
Xalq qəzeti.-2010.-15 dekabr.-S.5.