Lənkəran Dövlət
Universitetində konfrans
Lənkəran Dövlət
Universitetində ümummilli
lider Heydər Əliyevin anım gününə həsr edilmiş "Heydər Əliyevin elm və təhsil strategiyası" mövzusunda
konfrans keçirilib.
Konfransdan əvvəl universitetin professor-müəllim
heyəti və tələbələr Heydər
Əliyev Xatirə parkında dahi rəhbərin abidəsi önünə gül-çiçək
dəstələri düzüblər.
Tədbir "Heydər Əliyev və İdarəçilik Məktəbi"ndə davam etdirilib.
Konfransı açan universitetin rektoru, fizika-riyaziyyat elmləri doktoru, professor Asəf İsgəndərov əsası
ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş
Azərbaycan elmi və təhsili konsepsiyasının zəngin
mütərəqqi ənənələrə,
milli-mənəvi və
ümumbəşəri dəyərlərə,
beynəlxalq təcrübəyə əsaslanaraq inkişaf etdyini vurğulayıb. Rektor bildirib ki, Lənkəran Dövlət
Universiteti bu gün ölkəmizin qabaqcıl ali təhsil müəssisələrindən
birinə çevrilib.
Ölkəmizin müxtəlif
müəssisə və
təşkilatlarında çalışan
məzunlarımız ümummilli
lider Heydər Əliyev kursuna sadiq olduqlarını əməli fəaliyyətləri
ilə sübut edirlər. Hazırda universitetdə
1500-dək tələbə təhsil alır, 300 nəfər gənc yeni ildə ali məktəbi bitirəcək.
Universitetin tarix və humanitar
elmlər fakültəsinin
dosenti, tarix elmləri namizədi Rakif İbadov məruzəsində bildirib
ki, ümummilli lider Heydər Əliyevin banisi olduğu müstəqil Azərbaycan Respublikası
onun siyasi kursunun davamçısı
cənab İlham Əliyev tərəfindən
regionun ən nüfuzlu və qüdrətli dövlətinə çevrilib. Elm və təhsilin
inkişafı istiqamətində
uğurlu addımlar atılıb.
Ədəbiyyat kafedrasının
dosenti, filologiya elmləri namizədi, Prezident təqaüdçüsü
Mirhaşım Talışlı
ulu öndər Heydər Əliyevlə görüşlərindən danışıb
və dahi rəhbərə həsr etdiyi şeirini söyləyib.
YAP Lənkəran Dövlət Universiteti ərazi təşkilatının
sədri, iqtisad elmlər namizədi Tofiq Paşayev, pedaqoji elmlər namizədi Afiq Əliyev respublikamızın
iqtisadi, sosial və mədəni sahələrində, o cümlədən elm və təhsildə qazanılan nailiyyətlərin
ümummilli lider Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlı olduğunu, təhsildə yeniləşmənin
bu gün də uğurla həyata keçirildiyini vurğulayıblar.
Tələbələrdən Seymur
Mustafayev, Urfanə Diyarova və başqaları ulu öndər Heydər Əliyev ideyalarına daim sadiq qalacaqlarını
bildiriblər.
Lənkəran Şəhər İcra
Hakimiyyəti başçısının
humanitar məsələlər
üzrə müavini
Səmədağa Abdullayev
ümummilli lider Heydər Əliyevin vəfatının ildönümü
ilə əlaqədar
rayonda görülən
tədbirlərdən danışıb
və qeyd edib ki, dahi
rəhbərin adı
müstəqillik tariximizdə
daim yaşayacaqdır.
Sonra konfrans iştirakçıları universitetdə
fəaliyyət göstərən
Heydər Əliyev Xatirə muzeyinin eksponatlarına baxıblar.
Tədbirdə rayon təhsil müəssisələrinin
və ictimayyətin nümayəndələri iştirak
edirdilər.
Əli NƏCƏFXANLI,
Xalq qəzeti.-2010.-15 dekabr.-S.6.