Sabirabadlılar qışa hazırlıqdan narahat olmaya bilərlər

 

Ekoloqlar və iqlimşünaslar belə mülahizə yürüdürlər ki, bu ilin qışı çox sərt keçəcək. Artıq Avropa ölkələri bu proqnozların nəticələrini öz üzərlərində hiss etməkdədirlər. Qoca qitənin bir çox ölkələri noyabrın axırlarından etibarən sərt və şaxtalı qışla mübarizə aparmaqdadır. Elə bu günlərin özündə də həmin ölkələri qar-boran, daşqın və digər təbii fəlakətlər ağuşuna alıb silkələməkdədir.

Ancaq Qərblə Şərqin qovuşuğunda yerləşən, iqlim şəraiti həmişə mülayim olan Azərbaycan, yerli sinoptiklərin qənaətlərinə görə, bu qış soyuqdan çox da əziyyət çəkməyəcək. Qış mövsümü nisbətən yumşaq keçəcək. Bu, əlbəttə, sinoptiklərin məlumatıdır. Təbiət isə hər cür belə proqnozdan yüksəkdədir və isti havalara öyrəşmiş Azərbaycan insanı üçün istənilən sürprizi hazırlaya bilər. Ona görə də, sadəcə olaraq, proqnozları nəzərə almaq, eyni zamanda, arxayınlaşmadan qışa yaxşı-yaxşı hazırlaşmaq lazımdır.

Bu ilin aprel-may aylarında Kürün daşması və ətraf əraziləri basması nəticəsində böyük təbii fəlakətlə qarışlaşmış aran zonası üçün bu məsələ xüsusilə aktualdır. Ona görə də qışa hazırlığın səviyyəsi ilə yaxından tanış olmaq üçün, ilk növbədə bölgənin iri rayonlardan olan Sabirabada baş çəkdik. Daşqınların nəticələrini sürətlə aradan qaldırmış, əhalinin rahatlığını təmin etmiş rayonda məsul şəxslərlə söhbətlərdən məlum oldu ki, burada qışa səylə hazırlaşırlar. İcra hakimiyyətinin yüksək səviyyəli məmurları bildirdilər ki, qışa hazırlıqla bağlı, demək olar ki, bütün tədbirlər görülüb, əlaqədar təşkilatlara müvafiq tapşırıqlar verilib.

Əlbəttə, qış gələndə ilk növbədə qaz və işıq məsələsi yada düşür. Qaz yanmırsa, işıq yoxdursa, daha qışa hazırlıqdan necə danışmaq olar?!

Qənimət Səmədov, Sabirabad Qaz İstismar Sahəsinin rəisi:

- Əvvəlcə təbii qazdan istifadə edən abonentlər haqqında məlumat verərək bildirmək istəyirəm ki, rayonda abonentlərin ümumi sayı 5038 nəfərdir. Onlardan 4429-u şəhərdə, 609-u isə kəndlərdə yaşayır. Abonentlərdən 52-si təşkilatlardır. Sabirabad Qaz İstismar Sahəsi qış mövsümündə əhalini qazla fasiləsiz və problemsiz təmin etmək üçün bütün il ərzində bir sıra işlər görüb. Şəhərdəki evlərdə 3967 sayğac həyətlərdən kənara çıxarılıb və G-4T markalı Almaniya sayğacları ilə əvəzlənib. Sabirabad şəhərində uzun illərdən bəri istismar olunan 31 ədəd qaztənzimləyici şkaf dəyişdirilərək yenisilə əvəzlənib, 41 ədəd yeni siyirtmə quraşdırılıb. Şəhərdəki Suqovuşan qazpaylayıcı stansiyasından Heydər Əliyev prospekti istiqamətində 3 kilometr uzunluğunda 315 millimetrlik polietilen daşıyıcı kəmər çəkilərək istifadəyə verilib. Şərifzadə küçəsi istiqamətində Heydər Əliyev prospekti ilə 5300 poqonometr 219 millimetrlik orta təzyiqli qaz xətti çəkilərək halqavari qaz sistemi bərpa edilmişdir. Şəhərin Füzuli küçəsindən 800 poqonometr 219 millimetrlik orta təzyiqli qaz xətti çəkilməklə Füzuli, Q.Namazəliyev, Xanlar Səfərəliyev, Vidadi küçələrinə normal qaz verilib. Bu qayda ilə Ayna Sultanova, Hüseyn Cavid, Babək, Şəhriyar, Xətai, R.Şirinov, küçələrinə də qaz verilməsi təmin edilib. Vüqar Əhmədov küçəsiylə 18 küçəyə çıxış verilməklə polietilen boru çəkilib və əhaliyə qaz verilib. Son vaxtlar rayonun Kürkəndi ərazisi tamamilə qazlaşdırılıb. Yaxın günlərdə sayğaclar quraşdırıldıqdan sonra əhalinin qazla təminatına başlanacaq. Hazırda rayonun Qalaqayın kəndinin qazlaşdırılması üçün tədbirlər görülür.

Fateh Namazov, Sabirabad Yüksək Gərginlikli Elektrik Şəbəkəsi Rayonunun rəisi:

- Qışa hazırlıq məsələləri bir-iki ay ərzində həll olunan deyil. Ona görə də şəbəkə rayonu təxminən 8 aydır ki, bu məsələlərlə məşğul olur, rayon əhalisinin fasiləsiz enerji ilə təmin olunması üçün bütün imkanlarını səfərbər edir. Artıq yaxşı nəticələr də əldə olunubbu, deməyə əsas verir ki, bu qış nə qədər sərt keçsə də, sabirabadlıların elektrik enerjisi ilə bağlı heç bir problemi olmayacaq.

Yeri gəlmişkən, qeyd etmək istəyirəm ki, 110-35-10 kilovoltluq Sabirabad, eyni tutumlu Cavad, Xəlfəli yarımstansiyalarında əsaslı təmir-bərpa işləri görülüb, trasformatorların və hava xətlərinin yağ açarları təmir olunub. Eləcə də 110 kilovoltluq Xəlfəli, İkinci İmişli və Axtaçı hava xətləri əsaslı təmir olunub, yararsız naqilizolyatorlar dəyişdirilib, digər vacib işlər həyata keçirilib. 35 kilovoltluq hava xətlərində də müvafiq təmir-bərpa işləri görülüb. Rayon ərazisində 922 ədəd "Smartkart" tipli elektrik sayğacı quraşdırılıb. Kovlar, Ulacalı, Mürsəlli, Nərimankənd, Türkədi, Cavad, Əlicanlı, Qasımbəyli, Novruzlu, Yuxarı Axtaçı, Məmişlər, Kürkəndi və digər kəndlərdə istismara yararız dayaqlar (129 ədəd) və naqillər (1940 kiloqram) yenisi ilə əvəz olunmuşdur. Şəhər və kəndlərdə ilin əvvəllərindən bəri 47-dən çox zədələnmiş transformator əsaslı təmir olunubya yenisi ilə əvəzlənib, fəaliyyətdə olan tarsformatorlar cari təmir olunaraq istifadəyə yararlı vəziyyətə gətirilib.

Bayram Bağırov, Sabirbad neft bazasının direktoru:

- Qışa hazırlıq işlərinə iyun ayından başlamışıq. Bir çox neft məhsulu çənləri təmir edilib həmin çənlərdəki neftin miqdarını məsafədən idarə etmək üçün səviyyəölçənlər quraşdırılaraq istifadəyə verilib. Bu, həm işçilərin əmək şəraitinin yaxşılaşdırılması deməkdir. Neftbazada istifadə olunan odsöndürənlərin tərkibi yeniləşdirilib, yeni yanğından mühafizə vasitələri alınıb. Enerji təchizatının yaxşılaşdırılması üçün 150 kva gücündə 3 fazalı dəyişən cərəyan generatoru quraşdırılıb. Neftbazada istifadədə olan 160 kva gücündə cərəyan tarsformatoru, elektrik avadanlıqları, kabel xətləri isitmə sistemi təmir edilərək qaydaya salınıb. Bütün bu işlər qış mövsümündə rayonda idarə, müəssisə əhalinin neft məhsulları ilə lazımınca təminatını həyata keçirmək məqsədilə görülüb. Sabirabad neft bazası, eyni zamanda, Saatlı, İmişli, Beyləqan Füzuli rayonlarına da xidmət edir. Qışa hazırlıqla bağlı bu rayonlardakı idarə müəssisələrin, eləcə təhsil səhiyyə ocaqlarının, qaçqın məcburi köçkünlərin yanacaqla vaxtında təmin olunması üçün kifayət qədər yanacaq ehtiyatı yaradılıb. Bu da haqlı olaraq bu cür düşünməyə əsas verir ki, neftbaza qış mövsümü ərzində xidmət göstərdiyi sahələri yanacaqla lazımınca təmin edəcək.

Əliqulu Babaşov, Respublika Nəqliyyat Nazirliyi "Azəryolservis" Açıq Səhmdar Cəmiyyəti Sabirabad 35 saylı Yol İstismar İdarəsinin rəisi:

- Xidmət göstərdiyimiz sahədə qışa hazırlıq işlərini Nəqliyyat Nazirliyinin "Nəqliyyat-yol kompleksində 2010-2011-ci illərin qış mövsümünə hazırlıq işləri görülməsinin təmin edilməsi haqqında" 17 sentyabr 2010-cu il tarixli əmri "Azəryolservis"ASC-nin "Nəqliyyat vasitələri maşın-mexanizmlərin 2010-2011-ci illərin payız-qış mövsümünə hazırlığı barədə" 1 noyabr 2010-cu il tarixli sərəncamı əsasında həyata keçiririk. Məlumat üçün deyim ki, 35 saylı Yol İstismar İdarəsi Sabirabad rayonunun inzibati ərazisindən keçən 35 kilometrlik respublika əhəmiyyətli 270 kilometrlik yerli əhəmiyyətli avtomobil yolunun orta cari təmiri işləri ilə məşğul olur. Yuxarıda qeyd edilən əmr sərəncamların tələblərinə uyğun edilərək idarədə tədbirlər planı hazırlanıb plana uyğun olaraq maşın-mexanizmlər, ekskovatorlar , traktorlar avtoqreyderlər təmir olunaraq işlək vəziyyətə gətirilib. Eyni zamanda, nəzərdə tutulan miqdarda yanacaq-sürtkü materialları, qum texniki duz ehtiyatı toplanıb. Sürücü mexanizatorların qrafiki tərtib olunub, onlara qarlı havalarda işləmək üçün müvafiq təlimat isti geyim verilib.

Qışa hazırlıq məsələləri rayonun təhsil, səhiyyə, mədəniyyət müəssisələrində diqqət mərkəzindədəir.

Elman Bunyadov, Sabirabad Rayon Təhsil Şöbəsinin müdiri:

- 2010-2011-ci illərin payız-qış mövsümünün müvəffəqiyyətlə başa çatdırılması üçün təhsil ocaqlarının əsaslı cari təmirinə xüsusi diqqət yetirilib. 2010-cu ilin yerli büdcəsində əsaslı təmir üçün 170 min manat vəsait nəzərdə tutulub. Həmin vəsait hesabına rayonun Həşimxanlı, Poladtoğay kənd orta, Qaratəpə kənd əsas, Ağammədli kənd ibtidai məktəbləri, şəhər 2 saylı uşaq bağçası əsas təmir edilərək istifadəyə verilib. Qaratoğay Nəsimi kənd orta məktəbləri isə Təhsil Nazirliyinin vəsaiti hesabına əsaslı təmir edilib. Bunlardan əlavə, təbii fəlakət nəticəsində su altında qalmış Mürsəlli kənd orta məktəbi Fövqəladə Hallar Nazirliyi tərəfindən əsaslı təmir edilib lazımi avadanlıqlarla təmin olunub. Ulacalı, Balahəşimxanlı, Qasımbəyli kənd orta Əjdərbəyli kənd əsas məktəbləri hazırda əsaslı təmir edilməkdədir. Yuxarı Axtaçı kəndində isə yeni məktəb binasının tikilməsi nəzərdə tutulub.

Bundan əlavə, yerli büdcədən ayrılmış vəsait hesabına rayonun, demək olar ki, bütün orta məktəblərinə məktəbəqədər tədris müəssisələrinə yeni parta, lövhə, stul, çarpayı s. alınıb. Təhsil Nazirliyi tərəfindən təbii fəlakətdən ziyan çəkmiş təhsil müəssisələrinə 386 ədəd parta, 20 ədəd yazı lövhəsi, 50 stol, 140 stul göndərilib.

Qış mövsümünə hazırlıqla əlaqədar ən vacib məsələlərdən biri binaların qızdırılmasıdır. Bu məqsədlə indiyədək 250 ədəd mazut soba 110 ədəd odun sobası alınaraq məktəblərə paylanıb. Maye odun yanacağı problemini şəhər kənd icra nümayəndəlikləri həll edir. Artıq Meşə Mühafizəsi Bərpası İdarəsindən 500 kubmetr həcmində odun limiti ayrılıb. Təhsil müəssisələrinin fasiləsiz enerji ilə təchizatı da vacib məsələlərdəndir. Buna görə nasaz naqillər yeniləri ilə əvəzlənib, Qasımbəyli, Yolçubəyli, Qaraqaşlı, Güdəcühür Əsgərbəyli kənd məktəblərinin elektrik transformatorları təmir edilib. Sabirabad şəhərindəki 6 məktəbdə isə Təhsil Nazirliyinin vəsaiti hesabına istilik sistemləri qazanxanalar əsaslı təmir edilib.

Əlifağa Nadirov, Sabirabad Rayon Mərkəzi Xəstəxanasının baş həkimi:

- Rayonumuzun səhiyyə müəssisələrində qışa hazırlıq işləri əsasən başa çatdırılıb, ancaq bəzi xırda işlərin icrası davam etdirilir. Elektrik xətləri və elektriklə işləyən qurğular yoxlamadan keçirilib, təmirə ehtiyacı olanlar təzələnərək işlək vəziyyətə gətirilib. İstilik boruları təmizlənərək saz vəziyyətə gətirilib. Eyni işlər Ağciyər Xəstəlikləri Xəstəxanasında, poliklinika şöbəsinin uşaq məsləhətxanasında da həyata keçirilib. Qışda otaqların müvafiq qaydada qızdırılması üçün lazımi tədbirlər görülüb. Kənd sahə xəstəxanalarında da müvafiq işlər yerinə yetirilib, hazırda odun tədarükü ilə məşğul olunur. Bunu tam məsuliyyət hissi ilə deyə bilərəm ki, ölkə Prezidenti möhtərəm İlham Əliyevin bu yaxınlarda rayonumuza gəlməsi və bir sıra obyektlərin açılışında iştirak etməsi, sabirabadlılarla səmimi görüşü biz səhiyyə işçilərini də ruhlandırmış, bütün işləri, o cümlədən qışa hazırlıq məsələsini vaxtında və keyfiyyətlə həll etməyə sövq etmişdir.

Əhməd Ramazanov, Rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri:

- Rayon Mədəniyyət və Turizm Şöbəsi də qışa hazırlıq məsələsi ilə ciddi şəkildə məşğul olub. Dörd kənd mədəniyyət evieyni sayda kitabxanada, Tarix-Diyarşünaslıq Muzeyində, Uşaq Musiqi Məktəbində büdcə vəsaiti hesabına əsaslı təmir işləri görülüb, 19 kənd mədəniyyət evinin, 56 kənd kitabxanasının yerləşdiyi binaların dam örtüklərində, qapı və pəncərələrində, döşəmə və tavan hissələrində müxtəlif cari tədbirlər həyata keçirilib. Uşaq Musiqi Məktəbində təbii qazelektrik enerjisi ilə işləyən istilik sistemi qurulub, Heydər Əliyev Muzeyinin daxili istilik sistemi hazır vəziyyətə gətirilib. Bütün bunlardan əlavə olaraq kənd mədəniyyət evləri və kitabxanalara sobalar və digər ləvazimatlar verilib. Lakin müəssisələrin qış mövsümündə isidilməsi ilə bağlı müəyyən problemlər qalmaqdadır. Ona görə də Sabirabad Rayon Mədəniyyət və Turizm Şöbəsi hava imkan vermişkən yarımçıq işləri tamamlamaq üçün bütün imkanlarını səfərbər edib.

Beləliklə, sabirabadlılar qış mövsümünə hazırlıq işlərini qar yağıb qapını kəsənə qədər tamamlamaq əzmi ilə çalışırlar. İndiyədək görülmüş işlər deməyə əsas verir ki, qalan işlər də vədəsində yerinə yetiriləcək və rayonun bütün idarə və müəssisələri qışı problemsiz başa vuracaq.

 

Səməd HÜSEYNOĞLU,

 

Xalq qəzeti.-2010.-16 dekabr.-S.5.