Türkiyədən daha bir sevgi ərməğanı...
Bu günlərdə Dövlət Opera və Balet Teatrında
Azərbaycan milli rəqslərindən ibarət
möhtəşəm konsert
proqramı sənətsevərlərə
təqdim edildi. "Ortaq miras"adlanan bu təntənəli
gecənin təşəbbüskarları
da, bir-birindən gözəl milli rəqslərimizi peşəkarlıqla
ifa edənlər də Türkiyəli qardaşlarımız idi.
İstanbul Teknik Universiteti tərəfindən
dəstəklənən və
Türk Musiqisi Dövlət Konservatoriyasının Türk Xalq Oyunları bölümü
tərəfindən hazırlanan
layihə ilə çıxış edən
türkiyəli qonaqların
da dediyi kimi, əsrlərlə ömrü olan bu möhtəşəm mədəni irsi qorumaq,yaşatmaq, yeni nəsillərə ötürmək
kimi müqəddəs
missiyanı yerinə yetirirdi.
Azərbaycanın və Türkiyənin
dövlət himninin səslənməsiylə yekunlaşan
rəsmi hissədən
sonra Azərbaycan milli rəqslərinin tarixini əks etdirən videoçarx salona toplaşan həm yerli, həm də Turkiyədən gəlmiş
qonaqlar tərəfindən
alqışlarla qarşılandı.
Sonra isə konsert başladı. Canlı orkestr dirijor Oğuzxan Balçının
rəhbərliyi ilə
öncə Hammamzadə
İsmail Dədə Əfəndidən həzin
bir melodiya daha sonra isə
Azərbaycan rəqs musiqilərini tamaşaçılara
təqdim etdi. "Süzən qızlar",
"Şəki rəqsi",
"Qarabağ yallısı'',
"Bu Leyli",
"Çobanlar'', "İğidlər",
"Nağaraçılar" kimi rəqslərimiz türk rəqqasların ifasında böyük heyranlıqla izlənildi.
Əslində, peşəkar yox,
həvəskar olan, aralarında yaşı əllini keçən insanların da olduğu bu rəqqaslar milli rəqslərimizi peşəkarlardan
heç də pis ifa etmədilər.
Ən maraqlısı
isə bu idi ki, o
insanların əksəriyyəti
Türkiyədə sayılıb
seçilən iş
adamları idi. Layihənin Bakı koordinatoru, əslən azərbaycanlı olan tanınmış iş adamı Kamil Salduz da rəqqasların
arasında idi.
Konsert proqramı başa çatdıqdan sonra türkiyəli qonaqlar ömrünü milli rəqslərimizi yaşatmağa həsr etmiş qocaman Azərbaycan rəqqaslarına
mükafatlar təqdim
etdilər. Yüksək
əhval-ruhiyyə, möhtəşəm
alqışlarla bitən
tədbir Türkiyə-Azərbaycan
dostluğunun sarsılmaz
olduğunu və hər zaman yaşayaçağını bir
daha sübut etdi.
Aida AYSA
Xalq qəzeti.-2010.-16 dekabr.-S.7.