Akademik Ramiz Mehdiyevin "Azərbaycan - 2003-2008: Zaman haqqında düşünərkən" kitabı qazax dilində çapdan çıxmışdır

 

Azərbaycanın Aktaudakı baş konsulluğunun himayəsi və "Azərbaycanın Qazaxıstanda Biznes İnvestisiyası Assosiasiyası"nın (ABİA) maliyyə dəstəyi ilə Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin "Azərbaycan - 2003-2008: Zaman haqqında düşünərkən" kitabı qazax dilində nəfis şəkildə çap olunmuşdur.

Kitabda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən əsası qoyulmuş müasir dövlətçiliyimizin möhkəmləndirilməsi inkişafı yolunda qazanılan uğurlar, Azərbaycan Prezidenti İlham Əliyevin apardığı uğurlu daxili xarici siyasət geniş şərh edilir.

Əsərdə Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra demokratiya, bazar iqtisadiyyatına keçid, milli dövlətə çevrilmə istiqamətində atdığı addımlar təhlil edilir, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən güclü dövlətin yaradılması, iqtisadiyyatın modernləşdirilməsi azad vətəndaş cəmiyyətinin qurulması sahəsində həyata keçirilən prinsiplər əks etdirilir.

Kitabın Qazaxıstanın dövlət orqanları ictimaiyyət nümayəndələri arasında böyük maraq kəsb edəcəyini nəzərə alaraq, onun Astana Aktau şəhərlərində təqdimatının keçirilməsi nəzərdə tutulmuşdur.

Kitab Qazaxıstanın dövlət orqanlarına, ali təhsil müəssisələrinə kitabxanalara da təqdim ediləcəkdir.

 

Qulu KƏNGƏRLİ

AzərTAc-ın xüsusi müxbiri

Xalq qəzeti.- 2010.- 17 dekabr.- S.2.