ABŞ Konqresində Azərbaycan icma təşkilatlarının fəalları üçün seminar keçirilmişdir

 

ABŞ Azərbaycanlıları Şəbəkəsi (USAN) Azərbaycan icma təşkilatlarının başçıları və fəalları üçün növbəti seminarını təşkil etmişdir. Seminar çərçivəsində müzakirələr bu dəfə ABŞ Konqresində aparılmışdır.

ABŞ Azərbaycanlıları Şəbəkəsinin direktoru Adil Bağırov, Milli Məclisin deputatı Asim Mollazadə, "Qarabağ" Fondunun direktoru Diana Koen Altman, ötən ABŞ seçkilərində respublikaçı partiyanın qanunverici orqana namizədi Con Əmirəl, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Cavanşir Vəliyev Azərbaycan mənşəli amerikalıların Konqreslə təmasları qurduqları əməkdaşlıq, diaspor üzvlərinin ABŞ-Azərbaycan münasibətlərinə təsiri, həmvətənlərimizin daha səmərəli təşkilatlanması, eləcə Azərbaycanın beynəlxalq aləmdə artan rolu mövzularında məruzələrlə çıxış etmişlər.

Seminarı giriş sözü ilə açan USAN-ın direktoru Adil Bağırov qeyd etmişdir ki, bu səpkidə müzakirələr son il ərzində Amerika azərbaycanlılarının sıx məskunlaşdığı digər şəhərlərdə, o cümlədən Los-Anceles, Hyuston, Mayami Çikaqoda da keçirilmişdir.

2008-ci ilin əvvəlindən fəaliyyət göstərən USAN az vaxtda Amerika azərbaycanlılarını səfərbər edərək diasporumuzun mühüm hesab etdiyi məsələləri ABŞ-da ictimai diskussiyanın bir hissəsinə çevirə bilmişdir. A.Bağırov demişdir ki, şəbəkənin üzvləri konqresmenlər, senatorlar, ev, Dövlət Departamenti, eləcə yerli icra qanunverici orqanlarına iki yüz mindən çox məktub göndərərək onların diqqətini Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Azərbaycanın ABŞ üçün strateji əhəmiyyəti, Azərbaycan mənşəli amerikalıların Birləşmiş Ştatlarda bütün sahələrə verdiyi töhfələr məsələlərinə cəlb etməyə müvəffəq olmuşdular. Bu məktublar mütəmadi olaraq yerli ştatların qəzetlərində çap edilir. USAN-ın səyləri nəticəsində ABŞ-da 2010-cu il əhalinin siyahıya alınması zamanı ölkədə yaşayan azərbaycanlılar etnik mənşələrini əvvəlki kimi "türk" yaxud "iranlı" kimi deyil, məhz "azərbaycanlı" göstərmişlər ki, bu da azərbaycanlıların rəsmi statistikasını dəyişdirmişdir. Adil Bağırov diasporun hər bir üzvünü bacardığı qədər fəal olmağa, seçkilərdə səs verməyə, USAN-ın keçirdiyi tədbirlərə qoşulmağa, digər türkdilli etnik təşkilatlarla sıx əlaqələr yaratmağa, yaşadıqları icmalara fayda verməyə çağırmışdır.

Azərbaycan Respublikası Milli Məclisinin beynəlxalq münasibətlər parlamentlərarası əlaqələr komitəsinin üzvü Asim Mollazadə isə çıxışında ölkəmiz müstəqilliyini bərpa etdikdən bəri Azərbaycan-ABŞ münasibətlərinin dinamikasını təhlil etmişdir. O bildirmişdir ki, respublikamızın müstəqilliyinin qorunub saxlanılmasında ABŞ-ın dəstəyi rol oynamışdır. Xəzər hövzəsinin enerji ehtiyatlarını Qərb bazarlarına daşıyan Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum layihələrinin reallaşmasına Vaşinqtonun dəstəyi strateji əməkdaşlığımızın əsasını qoymağa kömək etmişdir. Azərbaycanın Avropa Asiyanın kəsişməsində yerləşməsi ölkəmizin ABŞ üçün vacibliyini müəyyənləşdirir. ABŞ-ın başçılığı ilə antiterror koalisiyasında silahlı qüvvələri ilə iştirak edən Azərbaycan, müttəfiq qüvvələrə qeyri-hərbi təchizatının çatdırılmasında əsas tranzit nöqtələrindən biridir. O demişdir: "Mənim ABŞ qanunvericiləri ilə bir çox görüşlərimdə onlardan bəziləri, erməni mənşəli seçicilərinin istəklərini yerinə yetirməli olduqlarını açıq etiraf edirlər. Soruşanda ki, biz Azərbaycana necə kömək edə bilərik, mən deyirəm ki, öz ölkənizin milli maraqlarına xidmət etsəniz bizim üçün bu, kifayətdir". Azərbaycanın inkişaf perspektivlərindən danışan deputat bildirmişdir ki, neft gəlirlərinin gənc nəslin təhsili mədəni inkişafı, eləcə yüksək texnologiyalara yatırılması Azərbaycanı yaxın gələcəkdə daha qüdrətli dövlətə çevirəcəkdir. O vurğulamışdır ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə iqtidar qüvvələri məhz belə siyasət yürüdür. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin bütün Qafqaz bölgəsinin inkişafı üçün maneə olduğunu bildirən deputat demişdir ki, Azərbaycan münaqişənin dinc yolla həllinin tərəfdarıdır beynəlxalq təşkilatların bu istiqamətdə çıxardığı strateji sənədləri əsas tutur.

Seminarın sonunda iştirakçıların sualları cavablandırılmışdır.

 

Şəfəq AKİFQIZI

AzərTAc-ın xüsusi müxbiri

Vaşinqton

Xalq qəzeti.- 2010.- 17 dekabr.- S.2.