ABŞ Azərbaycan "WikiLeaks"-dən sonra

 

Bu həftə ABŞ dövlət katibi Hillari Klinton ABŞ-Azərbaycan tərəfdaşlığının güclü olmasını bir daha təsdiqləmək üçün Azərbaycan Prezidenti İlham Əliyevə telefonla zəng edib. Telefon danışığı zamanı xanım Klinton "WikiLeaks" saytı vasitəsilə yayılan məlumatlarla bağlı dərin təəssüfünü bildirmişdir. Dövlət katibi Hillari Klintonun "WikiLeaks" saytının bu hərəkəti barədə qeyd etdiyi kimi: "Bu, insan həyatlarını risk altında qoyur, dövlət təhlükəsizliyimiz üçün təhlükə yaradır digər ölkələrlə müştərək problemləri həll etmək istiqamətində işləməyə mane olur".

Diplomatiya diplomatik münasibətlər etimad anlayışa əsaslanır. "WikiLeaks" saytı sənədləri məsuliyyətsiz şəkildə yaymaqla, ümumilikdə diplomatik əməkdaşlığın mahiyyətinə zərbə vurmuşdur. Biz Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyi olaraq, Amerika Birləşmiş Ştatları Azərbaycan arasındakı münasibətləri gücləndirmək üçün daim fəaliyyət göstəririk. Biz ölkələrimizin birgə həyata keçirdiyi mühüm fəaliyyəti qorumaq məqsədilə, məxfi olması fərz edilən sənədlərin yayımı ilə bağlı narahatlığımızı bildirmək üçün Azərbaycan hökuməti ilə əlaqə saxlamışıq.

Prezident Əliyev Azərbaycan xalqı bizim regiondakı dostlarımızdır biz strateji tərəfdaşlığımızı yüksək qiymətləndiririk. Biz 2011-ci ildə regionda sülh sabitlikdən tutmuş, iqtisadi inkişaf, enerji ətraf mühit üzrə yeni təşəbbüslərə qədər yeni əməkdaşlıq sahələri arzusundayıq. Biz, regionda sabitliyin bərqərar olması üçün Azərbaycanın suveren müstəqil güc kimi öz mövqeyini möhkəmlətməsində köməklik göstərmək işinə sadiq qalırıq.

Siyasi şərhçilər mətbuatda "WikiLeaks" saytındakı məlumatların ABŞ-Azərbaycan münasibətlərinə, habelə dünyada diplomatik mübadiləyə təsiri barədə fikirlər söyləmişlər. Buna görə mənim indi bu fikri bir daha bildirməyim vacibdir ki, biz, Azərbaycan onun rəhbərliyi ilə etimad, hörmət əsasında xoş niyyətlə əməkdaşlıq etmək işinə sadiqik.

ABŞ hökuməti on ildən artıqdır ki, Qərb istiqamətində addım atmaq, xüsusilə neft resurslarının istismarı Bakı-Tbilisi-Ceyhan kəməri vasitəsilə nefti qərb istiqamətində ixrac etmək üçün cəsarətli qərarlar qəbul etmiş Heydər Əliyev ideyalarını bəyənir alqışlayır. Amerika Birləşmiş Ştatları Azərbaycan bu günə kimi enerji istehsalı nəqli üzrə müştərək baxışlara malikdir.

Enerji sahəsindən əlavə, Prezident Əliyev Azərbaycan zorakı ekstremizmə qarşı mübarizədə ABŞ-ın prioritetlərinə şərik çıxır. Bizim əməkdaşlığımız bu regionu daha təhlükəsiz etmişdir biz İraq Kosovoda olduğu kimi, Əfqanıstanda sabitliyin bərqərar olması üçün birgə fəaliyyət göstəririk.

Amerika Birləşmiş Ştatları, həmişə olduğu kimi, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmasında fəal rol oynamaq işinə sadiq qalır. ATƏT-in son Astana zirvə görüşündə ABŞ dövlət katibi Hillari Klinton, Rusiya Prezidenti Medvedev, Fransanın Baş naziri Fiyon, Azərbaycan Ermənistan prezidentləri Dağlıq Qarabağ münaqişəsinin həll olunması üçün daha ciddi səylər göstərməyə çağıran birgə bəyanatla çıxış etmişlər. Amerika Birləşmiş Ştatları Minsk qrupunun həmsədri kimi münaqişə tərəflərinə Dağlıq Qarabağ münaqişəsinin həllində kömək etmək üçün böyük səylər göstərir.

Bizim əlaqələrimiz sadəcə enerji təhlükəsizlik məsələləri ilə əlaqədar deyil. Amerika Birləşmiş Ştatları hökumət vətəndaş cəmiyyəti qrupları ilə birgə fəaliyyət göstərərək, Azərbaycanın demokratik təsisatlarının gücləndirilməsi fəaliyyətini ən yüksək prioritetlərimizdən biri hesab edir. İkitərəfli biznes investisiyaları günü-gündən artır həm azərbaycanlılara, həm amerikalılara daha çox imkanlar yaradır. Bizim yardım proqramları Azərbaycanın iqtisadiyyatını gücləndirməyə, o cümlədən ölkənin Ümumdünya Ticarət Təşkilatına daxil olması üçün mühüm addımların atılmasına yönəldilmişdir. Bundan əlavə, biz tələbə elmi əməkdaşların mübadiləsinə birgə köməklik göstəririk biz bunu xalqlarımız arasında uzunmüddətli dostluq anlayış üçün güclü təməl hesab edirik.

Bir sözlə, Amerika Birləşmiş Ştatları Azərbaycan Cənubi Qafqaz bütövlükdə Avrasiya regionunda mühüm maraqları bölüşürlər. Bəzi fikir ayrılıqları var bunlar həmişə olacaq. Bu istənilən ikitərəfli münasibətlərdə labüddür. Ən yaxşı dostlar da hər şey barəsində razılığa gəlmirlər. Buna baxmayaraq, biz Azərbaycanın güclü müstəqil olmasına dərin davamlı maraq bəsləyirik.

Görüləcək işlər hələ çoxdur biz ABŞ-ın Azərbaycandakı səfirliyi olaraq, müştərək maraqlarımız üzrə irəliləyiş əldə etmək üçün Prezident Əliyev, Azərbaycan hökuməti Azərbaycan xalqı ilə əməkdaşlıq etmək istəyirik.

 

Adam STERLİNQ,

ABŞ-ın Azərbaycandakı Səfirliyinin Müvəqqəti İşlər Vəkili

 

Xalq qəzeti.-2010.-18 dekabr.-S.1.