Azərbaycan Universiteti ilə Azərbaycan Respublikası Auditorlar

 Palatası arasında əməkdaşlıq müqaviləsi imzalanmışdır

 

Azərbaycan Universiteti təhsilin inkişafı dövlət təşkilatları, peşəkar qurumlar biznes strukturları ilə təhsilin maraqlarının uzlaşdırılması, rəqabət qabiliyyətli milli kadrların yetişdirilməsi üçün yeni tərəfdaşlıq mühitinin formalaşdırılması, dünya elmi nailiyyətlərinin idarəetmənin sahibkarlığın inkişafına yönəldilməsi, sahibkarlıq subyektlərinin maarifləndirilməsinə kömək göstərilməsi məqsədilə Azərbaycan Respublikası Auditorlar Palatası ilə əməkdaşlığa başlayır.

Müqaviləni Azərbaycan Respublikası Auditorlar Palatası tərəfindən qurumun sədri Vahid Novruzov, Azərbaycan Universiteti tərəfindən isə ali təhsil müəssisəsinin rektoru Akif Musayev imzalamışlar.

Bundan sonra Auditorlar Palatası Azərbaycan Universiteti ölkədə auditor xidmətinin dövlət tənzimlənməsinin inkişafının təşkilini təmin etməklə sahibkarlığın rəqabət qabiliyyətliliyinin gücləndirilməsində, peşəkar milli kadrların hazırlığı sahəsində ictimai sifarişin formalaşdırılması prosesində palatanın fəallığının artırılması təkmilləşdirilməsində, Azərbaycan Universiteti timsalında isə universitetlərin himayədarlar şuralarının dəyirmi masalarının formalaşdırılması səmərəli fəaliyyətləri üçün kömək himayəsinin təmin edilməsində, universitetin "Karyera mərkəzi"nin, maliyyə, mühasibat uçotu audit sahəsində tələbə konsaltinq xidmətinə metodoloji yardım digər sahələrdə əməkdaşlıq edəcəklər.

Tərəflər həmçinin universitet tələbələrinin Auditorlar Palatası ona üzv təşkilatlarda sahə təcrübələri keçmələri üçün şəraitin yaradılmasında, tələbə müəllim heyətinin sözügedən qurum tərəfindən təşkil olunan təlim seminarlarda iştirakının təmin edilməsində, əməkdaşların təhsil təlimlə bağlı beynəlxalq layihələrdə birgə iştirak etmələrinin təmin olunmasında, universitetdə Auditorlar Palatası mütəxəssislərinin mühazirələrinin təşkilində, ikitərəfli çoxtərəfli əsasda informasiya mübadiləsi aparılmasında, məqsədli layihələrin işlənməsində, ölkədə mühasibatlığın auditin beynəlxalq standartlara cavab verən işgüzar mühitinin formalaşmasında digər məsələlərdə birgə çalışacaqları barədə razılığa gəlmişlər.

Rəsmi imzalanma mərasimindən sonra Auditorlar Palatasının sədri Vahid Novruzov Azərbaycan Universitetinin rektoru Akif Musayev mətbuat nümayəndələrinin çoxsaylı suallarını cavablandırmışlar.

 

V.BAYRAMOV,

 

Xalq qəzeti.-2010.-18 dekabr.-S.4.