Xalq qəhrəmanı Sultan
bəy
Tarixi keçmişimizdən
Xalq qəhrəmanı,
Zəngəzur mahalının igid oğlu, anadan
olmasının 140 illiyi tamam olan Sultan bəyin soy-kюkü Zəngəzur qəzasının
Qurdqajı (Kürdhacı) kəndi ilə bağlıdır.
Pənahəli xanın XVIII əsrin ortalarıda
yaratdığı Qarabağ xanlığında 24 mahaldan
biri Qaraçorlu adlanırdı. Pənahəli xan
Sarıcalı-Cavanşir boş bir sahə olan
Qurdqajını Hacısamlı camaatının
Qasımuşağı tayfasına verib. Xan onları Həmzə
Sultan Qaraçorlunun dюrdüncü
oğlu Nəbi bəyə bağışlayıb.
Qaraçorlu mahalının naibi vəzifəsinə isə
Hacısamlı icmasından olan Həmzə Sultanı
təyin edib. O, bir müddət mahala başçılıq
edib. Vəfat etdikdən sonra oğlanları mahal
başçıları olublar. Həmzə Sultanın dюrd oğlu vardı: Fətəlixan,
Fərzalı Sultan, Əsəd Sultan və Nəbi bəy.
Həmzə Sultanın
kiçik oğlu Nəbi bəy Qasımuşağı obasının
rəhbəri idi. Oğlu Xanmurad bəy
Qasımuşağı obasında doğulmuşdu. Yetkinlik
yaşına çatanda gюrüb ki,
Qarabağın azadlığı əldən gedib.
Pənahəli xanın yurdu ruslar tərəfindən talan
edilib, ermənilər fəallıq edirlər. Məcbur olub
dağlara çəkilir.
Xanmurad
bəyin Əlipaşa bəy, Mehralı bəy, Şahmurad
bəy, Əmirmurad bəy adlı oğulları və
Mehribanu xanım adlı qızı vardı. Əlipaşa
bəy 1837-ci ildə Qasımuşağı obasında
dünyaya gюz açmışdı. Mədrəsə
təhsili alıb maldarlıqla məşğul olmuşdu.
Zərif, zarafatcıl kişi imiş. Ən yaxın dostu
Biçənisli Aşıq Abbas imiş. Əlipaşa
bəy Qarabağın Pərioğlular bəyliyindən
Bəyim xanımla evlənmişdi. Sultan bəy, Rüstəm
bəy, Xosrov bəy, İsgəndər bəy adlı
oğulları və Aftab xanım adlı qızı
vardı.
Zəngəzurda
vətənpərvərliyi, səxavəti və mərdanəliyi
ilə hюrmət və şюhrət sahibi olmuş, Sultan
bəy Əlipaşa bəy oğlu 1871-ci ildə
Zəngəzur qəzasının Qasımuşağı
obasında (Kürdhacı kəndində) anadan olmuşdu.
Əlipaşa bəy uşağa юzünün
ana babası Əsəd Sultanın adını qoyub.
Get-gedə uşağın adındakı Əsəd unudulub,
Sultan qalıb. Hamı onu Sultan bəy
çağırırmış. O, bюyüyəndə
anasına oxumaq istəyini bildirib. Bəyim xanım oğlunun
istəyini atasına çatdırıb. Əlipaşa
bəy obalarının savadlı adamı Molla Xudaverdi
Tanrıverdi oğluna balaca Sultana dərs verməyi
tapşırıb. Bir neçə ildən sonra
Əlipaşa bəy oğlunu Şuşa qəza
məktəbinə gюndərib. Sonra o,
Gəncə şəhərində gimnaziyada təhsilini davam
etdirib. Orta təhsilini tamamlayıb Sankt-Peterburq
şəhərinə gedib. Orada hərbi akademiyaya daxil olub.
Lakin o, təhsilini yarımçıq qoyub geri, doğma
Laçınına qayıdıb.
Sultan bəy bюyük mülk sahibi olmuş, Teymur bəyin
qızı Dilrüba xanımla ailə qurmuşdu. Onun
Ənvər bəy, Çingiz bəy, Yusifkamal bəy adlı
oğulları və Bəyimxanım adlı qızı olub.
Sultan bəy юz obasında
əvvəlcə maldarlıqla məşğul olub. Yerli
və xarici cinsdən olan çoxlu inək alıb,
dağlarda bəsləyib. Ata-baba peşələri olan
qoyunçuluğu daha da inkişaf etdirən Sultan bəy
yağ-pendir zavodu tikdirib. O, maldarlıqla yanaşı,
meşəçiliklə də məşğul olub.
Hacısamlı meşələrində taxta istehsal edib, xarici
bazarlarda satıb. Sovet dюvlət xadimi
Nəzər Heydərov "Zəngəzur
dağlarında" əsərində Sultan bəyin
meşəçiliklə bağlı fəaliyyətindən
də bəhs edib.
Onun təsərrüfatla
məşğul olduğu vaxtlardan - 1905-ci ildən erməni
vəhşilikləri başlamışdı.
Türklərə potensial düşmən olan
ermənilər çar məmurlarının dəstəyi
ilə qanlı qırğınlar tюrətmişdilər.
Qoca, qarı, xəstə və uşaq
olmasının fərqinə varmadan, yalnız türk
olduqlarına gюrə əllərinə keçənə
işgəncə verən ermənilərə qarşı
mübarizəyə başlayan Sultanovlara Əlipaşa bəy
başçılıq etmişdi. Əlipaşa bəy
nəinki Zəngəzur qəzasının,
hətta Qarabağın və Şuşa şəhərinin
də müdafiəsinə qalxmışdı. Onun ən
yaxın kюməkçisi isə bюyük oğlu Sultan
olmuşdu. 1905-1907-ci illərdə erməni
vəhşiliyinə qarşı apardığı qorxmaz
mübarizə onu el qəhrəmanına çevirmişdi.
Əlipaşa bəyin
ikinci oğlu Rüstəm bəy neft sahəsində
çalışırdı. Əlipaşa bəyin
üçüncü oğlu Xosrov bəy ali təhsilli
həkim idi. AXC dюvründə Azərbaycanın
ilk hərbi naziri, sonra ikinci hюkümətdə
əkinçilik naziri və 1919-cu ilin 15 yanvarından isə
Qarabağın general-qubernatoru olmuşdu. Əlipaşa
bəyin dюrdüncü oğlu İsgəndər bəy юz
obalarında yaşamış, maldarlıqla məşğul olmuşdu.
Mir Mюhsün
Nəvvabın "1905-1906-cı illərdə
erməni-müsəlman davası" adlı
əsərində Əlipaşa bəy Xanmurad bəy oğlunun
və dəstəsinin erməni quldurlarına qarşı
apardıqları mübarizədən geniş bəhs edilib. Erməni hücumlarının
qarşısını almaq üçün biçənis
müsəlman kəndindən və başqa
kəndlərdən 300 nəfərə qədər igid və
qeyrətli cavan toplayan Əli paşa bəy o vaxt
erməniləri yerində oturtmuşdu.
1914-cü ildə
başlanan I dünya müharibəsi və 1917-ci il
inqilabları ermənilərin "Bюyük
Ermənistan" yaratmaq iddiaları üçün
əlverişli şərait yaratmış oldu. 1918-ci ilin
martında erməni quldurlar Bakıda misilsiz soyqırım
tюrətdi. Aprel-may aylarında erməni-bolşevik
quldurları qəzalara hücum etdilər. Onlar
Şamaxıda, Qubada, Lənkəranda və başqa bюlgələrdə daha kütləvi
qırğınlar tюrətdilər. Bu zaman
Sultan bəy yenidən Zəngəzur bюlgəsində
azğınlaşmış erməni quldurlarına
qarşı mübarizə meydanına atıldı. Sultan
bəyin torpaqlarımızın qorunması uğrunda
gюstərdiyi qəhrəmanlığın nюvbəti
hissəsi 1918-ci il hadisələri ilə bağlıdır.
Ulu юndər Heydər Əliyev 1996-cı il
mayın 6-da Laçın və Şuşa ictimaiyyəti
ilə gюrüşu zamanı demişdi: "Burda Sultan
bəyin adı çəkildi. O, cəsur bir qəhrəman
olub".
Erməni
ordusunun komandanı Andranik, nə yolla olursa-olsun, юz silahlı
qüvvələri ilə Gorus, Laçın, Şuşa
istiqamətindən Qarabağa daxil olmaq, oranın erməni
əhalisini Azərbaycan hюkümətinə qarşı
qaldırmaq, təxribatlar tюrətmək və itaətsizlik
yaratmaq istəyirdi. Xosrov bəyin Qarabağın
general-qubernatoru təyin edilməsini eşidən Andranik Sultan
bəyin qorxusundan Qarabağa keçə
bilməyəcəyini yəqin edir. Buna gюrə
də hiyləyə əl atır. Sultan bəyin kirvəsi
Saşa adlı ermənini bir neçə nəfərlə
Sultan bəyin yanına danışığa gюndərir
ki, bəy bizdən nə qədər qızıl
istəyirsə verməyə hazırıq, Qarabağa
keçməyə icazə versin. Ordakı ermənilərin
təsərrüfat işlərinə kюmək
etmək istəyirik.
Sultan bəyin isə gizli
planlardan xəbəri var imiş. Qardaşı Xosrov bəy
də onu Andranikin Qarabağa keçmək cəhdindən
xəbərdar etmişdi. Sultan bəy Saşanı aldadaraq
cavab verir ki, biz bir-birimizi neçə illərdir tanıyırıq,
kirvəlik edirik. Bizim aramızda heç bir qızıl
və yaxud da alver sюzü ola bilməz.
Mən Andranikin çoxminli qoşununu silahla burdan buraxsam
camaat mənə nə deyər. Xosrov qardaşım olsa da hюkümət adamıdır. Dəliqanlı
cavanlardan ehtiyat edirəm, bilsələr
qarışıqlıq salarlar. Gərək mən təyin
etdiyim adamların iştirakı ilə bütün silah
və sursat sюkülüb atlara,
qatırlara və arabalara yüklənsin. Səhər
alaqaranlıq buralardan elə keçəsiniz ki, heç kimin
xəbəri olmaya. Bizim adamlar Qala dərəsinə
qədər bələdçilik edərlər.
Andranik isə gizli yolla
Şuşa erməniləri ilə
danışmışdı ki, o, gecə vaxtı
Şuşaya çatacaq, qala qapısını
açsınlar, sakitcə Şuşaya daxil ola bilsin.
Sultan bəy Zabux
çayından Qaladərəsinə qədər on
beşə qədər silahlı dəstədən ibarət
pusqular düzəldir. Beləliklə, Andranikin əliyalın
qoşunu soyuq qış gecəsində qəflətən
hər tərəfdən hücuma məruz qalır. Yoldan
kənarda qərarlaşmış dюyüşçülər
iri qayaları hellədərək onların üstünə
tюkür və yolu bağlayırlar. Bir günlük qanlı
dюyüşdə Andranikin 30 minlik
qoşunu məhv edilir. Silah yüklü arabalar və
qatırlar ələ keçirilir. Dюyüşlər
zamanı Andranik, demək olar ki, bütün qoşununu
itirərək bir neçə nəfərlə güclə
qaçmağa imkan tapır. Dюyüş
gedən dərə bundan sonra xalq arasında "Qanlı
dərə" adlandırılmışdı.
Sultan
bəyin igidliyi sayəsində Qaragюl ətrafında toplanan
çoxsaylı erməni silahlıları məğlub
edilmiş və onlardan 600 nəfər əsir
alınmışdı. İrana keçmək istəyən
yüzlərlə erməni silahlısı Araz çayı
yaxınlığında məhv edilmişdi.
Zəngəzurda onlarla kənd erməni silahlılarından
təmizlənmişdi. Bu
məğlubiyyətdən sonra daha da azğınlaşan
Andranik Azərbaycanın bu bюlgəsində daim sabitliyi pozmaq,
Zəngəzur və Qarabağ torpaqlarını işğal
etmək üçün bolşevik Rusiyasının
dəstəyi ilə yeni silahlı qruplar yaratmışdı.
Bütün bunlara baxmayaraq, Andranikin юz daşnak ordusu ilə
Laçının Zabux
dərəsində Sultan bəy tərəfindən sarsıdıcı
zərbə alaraq məğlubiyyətə uğraması
ilə onun Qarabağı, sonra isə Gəncəni tutmaq,
S.Şaumyanın bolşevik-daşnak hərbi hissələri
ilə birləşərək Şimali Azərbaycanda
erməni hakimiyyətini qurmaq planı məhv olmuşdu.
Sultan bəyin və qardaşı Qarabağ general-qubernatoru
Xosrov bəyin xalqımız qarşısında
xidmətləri misilsizdir. Onlar yalnız Zəngəzur və
Qarabağın deyil, Kəlbəcərin, Basarkeçərin
və digər ərazilərimizin də erməni
quldurlarından qorunmasında hünər və qeyrət gюstərmişlər.
1920-ci ildə
Azərbaycanda sovet imperiyası юz
hakimiyyətini qurdu. Bu vaxtdan etibarən Azərbaycan
bəyləri юz vətənlərində
qaçaq vəziyyətində yaşamağa
başladılar. Sultan bəy sovet hakimiyyətindən
qaçaq vəziyyətdə Kürdhacı kəndində
"Gorgahat"ın meşəsində gizlənirdi.
Ermənilərin hiylələri ilə bolşeviklər Sultan
bəyə yeni sui-qəsd hazırlayırdılar.
Yaranmış vəziyyətin mürəkkəbliyini dərk
edən Sultan bəy Azərbaycan İnqlab Komitəsinə
müraciət edib. Buradan ümidverici cavab
almadığına gюrə o, İran
şahına üz tutur. İranda Rusiyanın və erməni
cəsuslarının çox və qüvvətli olmasına
baxmayaraq Şah Sultan bəyin müraciətini qəbul edib.
Sultan bəy qardaşları Xosrov bəy və
İsgəndər bəyilə düşmənlərdən
qoruduğu vətəndən mühacirət etməli olub.
Sovet imperiyasının gюndərdiyi xüsusi cəsuslar İranda da at oynadırdılar.
Tez-tez qətllər tюrədirdilər. Gюndərilmiş xüsusi cəsuslar Sultan bəyin
qardaşı İsgəndər bəyi юldürdükdən
sonra vəziyyətin pis olduğunu gюrən İran
şahı təhlükəsiz həyat şəraitini
təmin edə bilmədiyi üçün Sultan bəyə
Türküyə dюvlətinə müraciət etməyi
məsləhət gюrüb. Türk dюvləti 1923-cü ildə Sultan bəyi və
Xosrov bəyi rəsmi keçidlə qarşılayıb.
Mustafa Kamal Atatürkün Sultan bəyə bюyük
hюrməti olub. Ona Qars vilayətinin Kюçqoy
kəndində mülk və malikanə verilərək
təhlükəsiz həyat şəraiti
yaradılmışdı.
Sultan bəy 1955-ci ildə Kюçqoy kəndində vəfat etmişdir.
Bu barədə Türkiyə radiosu belə bir xəbər
yayıb ki, "Tacirlər-taciri Sultan bəy 1955-ci ildə 79
yaşında vəfat etdi. Tanrı ona rəhmət etsin".
Sultan bəy
mühacirətdə olarkən onun ailəsi olmazın
müsibətlər çəkib. 1923-cü ildə onlar
bəyin Ağdamda olan mülklərinin birində qohumların
himayəsində yaşayıblar. 1930-cu ildə qardaşı
Rüstəm bəy ailəni Bakıya gətirib. Otuzuncu illərin həyacanlı gecələrinin
birində qapı dюyülür, NKVD-dən gələnlər
onlara bildirirlər ki, evdən heç nə gюturmədən
həbs olunursunuz. 1937-ci il noyabrın 2-dən 3-nə
keçən gecə Sultan bəyin ailə üzvləri,
Leninqraddan yenicə qonaq gəlmiş qızı Bəyim
xanım və hələ bir yaşı tamam
olmamış uşağı həbs olunurlar.
Əvvəlcə Bayıl türməsinə, oradan Gəncə
türməsinə və bir ay sonra isə Qazaxıstana
sürgün olunurlar. Onlar yalnız evdən yatacaq, bir də
Sultan bəydən yadigar qalan Quranı və balaca xurcunu gюtürə bilmişlər. Sultan bəyin
arvadı, üç oğlu və bir qızı 1956-cı
ilə qədər Qazaxıstanda sürgün həyatı keçirdikdən
sonra Azərbaycana gələ bilmişlər.
İndiyə qədər
Sultan bəy və qardaşı Xosrov bəy haqqında
geniş tədqiqat işi və araşdırma
aparılmamışdır. Azərbaycan
Dюvlət Arxivində və yazılı ədəbiyyatda
məlum səbəblərdən Sultan bəy haqqında
geniş materiala rast gəlinmir. Əldə olunan materiallar daha
çox yaşlı nəslin nümayəndələrinin
sюhbətləri və qeydləri əsasında
toplanmışdır.
Şikar
QASIMOV,
Azərbaycan Texniki Universiteti tarix
kafedrasının müdiri, professor
Xalq qəzeti.-2010.-18 dekabr.-S.6.