Gözəl insan, vicdanlı ziyalı

 

Dünyada elə insanlar var ki, həyatdan gedəndən sonra da adı hörmətlə yad edilir. Xalqın yaddaşında qalmaq hər kəsə nəsib olmur. Millətin sevgisini qazanmaq üçün dar gündə insanların yanında olmalısan, xalqın ürəyindən keçənləri deməlisən. Adı xatirələrdə daim yaşayacaq insanlardan biri gözəl insan, dəyərli ziyalı, istedadlı alim Zakir Həsən oğlu Sərdarovdur.

Tarix boyu Azərbaycan olduqca ağır sınaqlarla üz-üzə qalıb. Ötən əsrin 80-ci illərinin sonu, 90-cı illərin əvvəllərində Azərbaycan olduqca mürəkkəb vəziyyətlə üzləşmişdi. O zaman Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Moskvada yaşayırdı. Siyasi fəalliyyətinə yasaq qoyulmuş böyük öndər belə bir çətin vəziyyətdə Azərbaycana dönmək, Vətəninə kömək etmək istəyirdi. Lakin Qorbaçov rejiminin əlaltısı olan Mütəllibov hakimiyyəti buna imkan vermirdi. Heydər Əliyevi özünün tikib-qurduğu Bakıya buraxmaq istəmirdilər. Lakin oyuncaq rejim xalqın istəyinə qarşı dayana, ümummilli liderin Bakıya, oradan da Naxçvana getməsinə əngəl ola bilmədi. Tezliklə Bakıda hakimiyyət dəyişdi. Lakin AXC - Müsavat hakimiyyəti Mütəllibov rejiminin buraxdığı xətaları təkrarlayır, ümummilli liderin tarixi missiyasını dəyərləndirə bilmirdi. Lakin görkəmli dövlət xadimi Heydər Əliyevin tarixi rolunu dərk edən Azərbaycan ziyalıları vardı. Onlar bilirdilər ki, hakimiyyətdən yağlı tikə kimi yapışmış Mütəllibov, səriştəsiz meydan qəhrəmanları Azərbaycanın tarixi şansını dəyərləndirib, müstəqil dövlət kimi yaşada bilməyəcəklər. Onlar bilirdilər ki, Azərbaycan yalnz Heydər Əliyev kimi dəmir iradəli, müdrik rəhbərin ağıllı siyasəti ilə bu vəziyyətdən çıxa, müstəqil dövlət kimi inkişaf edə, dünya birliyində öz layiqli yerini tuta bilər. Heydər Əliyevin tarixi missiyasını dərk edən ziyalılarımızdan biri Zakir Sərdarov idi. Heydər Əliyev ideyalarını yaymaq, ulu öndəri təbliğatını aparmaq xeyli riskli bir idi. Bunu edən elm xadiminin, jurnalistin ziyalılığına baxmır, döydürür, həbsə atdırır, sui-qəsdə məruz qoyurdular.

Amma tarixin hər dövründə olduğu kimi, bu dəfə Azərbaycan xalqı mərd oğullar meydana çıxarmağı bacardı. Azərbaycanın əbədi qurtuluşunu istəyən Azərbaycan ziyalıları hər cür basqı təpkilərə baxmayaraq, Heydər Əliyev ideyaları ətrafında birləşməyi bacardılar. Tezliklə Heydər Əliyevi dəstəkləyən siyasi partiyanın-Yeni Azərbaycan Partyasının təməlləri atıldı. Bu partiyanı elan edənlər sonradan Heydər Əliyevin "YAP-ın qızıl fondu" adlandırdığı məşhur "91-lər" hərəkatının üzvləri idi. Heydər Əliyev tərəfdarlarının təqib olunduğu bir vaxtda onun ideyalarını qorxmadan təbliğ edən ziyalılardan biri Zakir müəllim idi. Dövrün hadisələrini düzgün qiymətləndirən Zakir Sərdarov bilirdi ki, Heydər Əliyev Azərbaycanın siyasi olimpinə yüksəlməsə ölkə əyalətlərə bölünmək təhlükəsindən qurtula bilməyəcək.

Zakir müəllim qədim-qayım türk yurdu Qərbi Azəbaycanın Qaraqoyunlu mahalının Yanıqtəpə kəndinin təmiz havasını udmuş, saf suyunu içmiş, atası Həsən müəllimdən düzlüyü, doğruçuluğu öyrənmişdi. Tanınmış Əfəndilər nəslinin qızı olan anası Züleyxa xanım isə ona halal zəhmətlə dolanmağı, daim haqqın, ədalətin yanında olmağı nəsihət etmişdi. Aldığı tərbiyə mükəmməl təhsil Zakir müəllimi bütöv şəxsiyyət kimi fomalaşdırmışdı. İxtisasını, sənətini özü seçmişdi Zakir müəllim. 1962-ci ildə Azərbaycan Pedagoji İnstitutunun tarix-filologiya fakultəsinə daxil olmuşdu. Yaradıcılıq həvəsi gənc Zakiri "Xəzər dənizçisi" qəzetinə gətirmişdi. Əmək fəaliyyətinə Zakir müəllim elə həmin qəzetdə başlamışdı.

Universitet illərini xatırlayanlar Zakir müəllimi pinsipial, çalışqan, əqidəli, sözübütöv insan kimi xarakterizə edirlər. Zakir müəllim daim ciddiyyətini qoruyan, məsuliyyətli bir ziyalı olmuşdu. İstedadlı alim olmaqla yanaşı fəal ictmaiyyətçi, vətənpərvər ziyalı idi. Azərbaycan Pedaqoji İnstitutunu fərqlənmə diplomu ilə bitirmiş Zakir müəllim bir il Salyan rayonunda işlədi. Gözəl pedaqoq gənc yaşlarında olmasına baxmayaraq, işlədiyi kollektivin hörmətini qazandı. Lakin Zakir müəllimdə yazıb-yaratmaq həvəsi günü-gündən artırdı. Bu həvəs onu yenidən Bakıya gətirdi. 1969-1971-ci illərdə Azərbaycan Jurnalistlər İttifaqında ədəbi işçi, eyni zamanda, Bakı Bədən Tərbiyəsi Texnikumunda müəllim işlədi. 1971-1984-cü illərdə "Gənc müəllim" qəzetinin redaktoru vəzifəsində yazıb-yaradıb, daim ictimai problemləri vicdanlı sözlə qələmə alıb, haqqı əzilənin tərəfini verməyib.

Zakir müəllim 1971-ci ildən məzunu olduğu Azərbaycan Dövlət Pedaqoji İnsititutunda işləməyə başlayır. 1982-ci ildə elmi axtarışlarını uğurla tamamlayaraq namizədlik elmi işini tamamlamışdı. Elmi işini əzmlə davam etdirən Zakir müəllim müxtəlif arxivlərdə milli tariximiz üçün son dərəcə dəyərli fatkları, sənədləri üzə çıxarıb. Bunların əsasında 3 kitab, 150-dən artıq elmi məqalə qələmə alıb. Məqalələrində erməni separatizminin üzünü açan Zakir müəllim kimi vətənsevər bir insan vətənin dar günündə biganə qala bilməzdi.

Zakir müəllim dərk edirdi ki, vətənin qurtuluşu, Azərbaycanın müstəqiliyinin qorunub saxlanması böyük siyasət adamı Heydər Əlirza oğlu Əliyevin hakimiyyətətə gəlməsindən keçir. Zakir Sərdarov hələ 80-ci illərdən məkrli erməni yalanlarına qarşı çıxan, əsərləri ilə erməni yalanlarını təkzib edən alimlərdən idi. Vətənpərvər alim ermənilərin qədim türk yurdu İrəvana Qarabağa köçürülmə xalq olduğunu yazır, imperiya ideoloqlarının siyasətini ifşa edirdi.

Ölümündən sonra çap edilmiş "Heydər Əliyev milli mübarizə tariximiz" kitabında Zakir müəllim xalqımızın parçalanmasının əsasını qoyan "Gülüstan" "Türkmənçay" müqavilələrindən ağrı ilə bəhs edir, ermənilərin Qafqaza-türk torpaqlarına rus imperiyası tərəfindən köçürüldüyünü yazır.

Zakir müəllim ulu öndərin başladığı dövlət quruculuğu işində kənarda qalmadı. 1995-ci ildə Heydər Əliyevin siyasi iradəsi ilə ölkənin Konstitusiyası qəbul edildi, ümumxalq səsverməsi ilə seçilmiş müstəqillik dövründə Milli Məclisin ilk tərkibi seçildi. Zakir müəllim birinci cağırış parlamentə 24 saylı Nəsimi dairəsindən üzv seçildi. Azərbaycan elminə fədakarlıqla xidmət etmiş, ictimai-siyasi həyatda fəal olmuş Zakir müəllim millət vəkili kimi fəal oldu. Millət vəkili adının məsuliyyətini dərk edən Zakir müəllim üzərinə düşən vəzifələrin öhdəsindən bacarıqla gəlirdi. Seçicilərinin problemlərinə daim yardımçı olurdu. Zakir Sərdarov Milli Məclisin tribunasından, deputat mandatının verdiyi imkanlardan yalnız dövlətçiliyin güclənməsi, Heydər Əliyev ideyalarının yayılması üçün istifadə edir, şəxsi problemlərini heç zaman qabartmırdı. Deputat həmkarlarının, Milli Məclis Aparatı işçilərinin, parlamentin fəaliyyətini işıqlandıran jurnalistlərin yaddaşında Zakir müəllim mədəni, olduqca təvazökar, sadə qəlbli, fərdi maraqlarını deyil, xalqın maraqlarını öndə tutan yaxşı insan kimi qalıb. Zakir müəllim həm gözəl ailə başçısı idi. Övladlarını vətənsevərlik, azərbaycançılıq ruhunda tərbiyə edirdi. Böyük qızı Xatirə xanım müəllimə, kiçik qızı Züleyxa isə həkimdir. Oğlanları Vüsal Vüqar Sərdarovlar hüquq-mühafizə orqanlarında çalışırlar, ictimai asayişin, sabitliyin keşiyində dayanırlar. Zakir müəllim Azərbaycanı daim firavan, güclü görmək istəyirdi. Təəssüf ki, gözəl ziyalımız həyatının qaynar çağında, yazıb-yaratmaq eşqilə çırpınan vaxtında - 58 yaşında dünyasını dəyişdi. Amansız ölüm bu işıqlı ziyalını aramızdan apardı. Bu gün Azərbaycan Zakir müəllimin arzu etdiyi səviyyədə inkişaf edib, güclənib, dünya birliyində söz sahibinə çevrilib. Dövlətimiz güclü olsa da, onun güclü olmasını istəməyən daxili xarici bədxahlar hələ qalır, öz çirkin əməllərini davam etdirirlər.

 

Nizami CƏFƏROV,

Atatürk Mərkəzinin rəhbəri,

Milli Məclisin komitə sədri,

AMEA-nın müxbir üzvü

 

Xalq qəzeti.-2010.-14 dekabr.-S.6.