Mədəniyyət və incəsənət ixtisasları
üzrə
mütəxəssis
hazırlanmasına diqqət
artırılır
Təhsil Nazirliyində keçirilən
iclasda bu məsələ müzakirə
obyekti olmuşdur. İclasda təhsil naziri Misir Mərdanov,
Azərbaycan Rəssamlıq
Akademiyasının rektoru
Ömər Eldarov, Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli,
Azərbaycan Dövlət
Mədəniyyət və
İncəsənət
Universitetinin rektoru Timuçin Əfəndiyev,
Azərbaycan Memarlıq
və İnşaat Universitetinin prorektoru Fərhad Cəfərov, Azərbaycan Milli Konservatoriyasının prorektoru
Akif Quliyev iştirak ediblər. Məlumatı Təhsil Nazirliyinin mətbuat xidməti yaymışdır.
Tədbiri giriş sözü ilə açan təhsil naziri Misir Mərdanov mədəniyyət və
incəsənət ixtisasları
üzrə mütəxəssis
hazırlayan ali məktəblərdən verilmiş
bir sıra təkliflərə Təhsil
Nazirliyində baxıldığını
bildirib. Təhsil
naziri müzakirəyə
çıxarılan təklifləri
nəzərə çatdırıb.
Bununla bağlı ali məktəb rəhbərləri ilə
birgə müzakirələrin
əhəmiyyətli olacağına
əminliyini ifadə edən nazir müəyyən məsələlərlə
bağlı fikir və mülahizələrini
söyləyib.
Sonra kulturologiya ixtisasının
ixtisas təsnifatına
daxil edilməsi, qabiliyyət tələb edən ixtisaslar üzrə bakalavr təhsili almış məzunlara ali məktəbdə pedaqoji fəaliyyət hüququ verəcək müvafiq peşəyönümlü kursun
açılması, qabiliyyət
tələb edən ixtisaslara qəbul zamanı elanlarda ixtisaslaşmaların adlarının
da qeyd olunması,
ehtiyac olan ali məktəblərə
əlavə tyutor ştatlarının verilməsi,
təhsil üzrə dövlət standartlarında
ixtisaslaşma peşə
hazırlığı və
ixtisaslaşmalar üzrə
seçmə fənlərə
ayrılmış saatların
miqdarının artırılması,
ixtisasların özünəməxsusluğu nəzərə
alınaraq ixtisas imtahanlarının müxtəlif
formalarda təşkili
və digər təkliflər ətraflı
müzakirə edilib.
Sonda Təhsil Nazirliyinin səlahiyyətləri
çərçivəsində olan bir sıra
məsələlərin müsbət
həlli, digərləri
ilə bağlı isə aidiyyatı qurumlar qarşısında
məsələ qaldırılması
qərara alınıb.
M.MÜKƏRRƏMOĞLU,
Xalq qəzeti.-2010.-19 dekabr.-S.3.