Tarixi şəxsiyyətə
möhtəşəm ehtiram
Azərbaycan Televiziyasının
Heydər Əliyevin anım günlərindəki
verilişləri haqqında
düşüncələr
Milyon illərdir tarix öz gərdişindədir. Ancaq bu tarix o zaman əbədiyyət
qazanır ki, zaman ötdükcə onun ictimai-siyasi, mənəvi-əxlaqi dəyərləri
yeni-yeni möhtəşəmlik
zirvəsi qazanır.
Heydər Əlirza oğlu Əliyev belə bir tarix
yaratmış insandır!
Tarixi şəxsiyyətin qeyri-adiliyini
ehtiva edən ölməzlik abidəsi illər keçdikcə daha əzəmətli, daha vüqarlı görünür. Heydər Əlirza
oğlu Əliyevin kamil şəxsiyyət abidəsi barmaqla saylıan dünya dahiləri arasında öz füsunkarlığı
və qüdrəti ilə seçilir. Tarixi şəxsiyyət onu anan insanların xatirələrində əbədi
yaşayır, bu zirvədə millətə
qürur örnəyi
olur. Heydər Əlirza oğlu
Əliyev bu gün təkcə Azərbaycan vətəndaşları,
xaricdə yaşayan milyonlarla soydaşımız
tərəfindən deyil,
dünyanın bütün
tərəqqipərvər insanları
tərəfindən ehtiramla
yad edilən, xatirəsi uca tutulan kamil siyasi-ictimai
xadimdir.
Ötən həftə bütün Azərbaycan ulu öndərin anım gününü ehtiramla yad etdi. Ölkəmizin paytaxtında milyonlarla insan Heydər Əliyevin məzarı önündə baş əyib, onun dağ əzəmətli abidəsinə təzə
gül-çiçək dəstələrindən
naxışlar vurdu.
Milyonlarla soydaşımız rayon mərkəzlərində, xarici
ölkələrin yarlı-yaraşıqlı
meydanlarında, parklarında
Heydər Əliyevin tuncdan tökülmüş,
qranitdən yonulmuş,
mərmərdən naxışlanmış
abidəsini ehtiram və məhəbbətlə
ziyarət etdi.
Təbii ki, bütün bunlar yurdunu, xalqını, dövlətini
sevən hər bir azərbaycanlıda fərəh, iftixar və qürur hissləri oyadır. Bu baxımdan mən "Azərbaycan Televiziya və Radio Verilişləri"
Qapalı Səhmdar Cəmiyyətinin ulu öndərə, ümumilli
liderə həsr etdiyi silsilə verilişlər barədə
ürək sözlərimi
deməyə mənəvi
ehtiyac duydum. Bəri başdan onu deyim ki,
el arasında AzTV kimi tanınıb sevilən televiziyanın müxtəlif xarakterli verilişləri həmişə
ideya aydınlığı,
siyasi kamilliyi, mənəvi dəyərlərə
ehtiramı, mövzunun
fəlsəfi-psixoloji dərinliyinə
müdaxiləsi, təsvirlərin
əlvanlığı, seçilən
formaların orijinallığı
ilə göz oxşayır. Bütün bu dediklərim
və demədiyim digər yaradıcılıq
göstəriciləri AzTV-nin
Heydər Əliyevə
həsr olunmuş verilişlərində özünün
parlaq ideya-bədii, fəlsəfi-estetik təcəssümünü
tapmışdı.
Haqqında söhbət gedən verilişlərin mövzusu
ümumi olsa da, onların təqdimat formaları, janrları bir-birindən cazibədar təsir bağışlayırdı. Verilişlər informatik yükünün
sanbalına, Heydər
Əliyev şəxsiyyətinə,
Heydər Əliyev dühasının zəngin
irsinə yanaşma tərzlərinə görə
fərqli, bitkin və dərin mənalı idi.
Həftənin hər günündə
"Əbədiyyət" telesalnamə silsiləsinin
bir verilişi göstərilirdi. "Heydər Əliyev və Azərbaycan ədəbiyyatı",
"Heydər Əliyev
və milli-mənəvi
dəyərlər", "Heydər Əliyev və xarici siyasət", "Heydər
Əliyev və neft strategiyası",
"Heydər Əliyev
və Azərbaycan mədəniyyəti","Heydər Əliyev və tarix" verilişləri,
göründüyü kimi,
tamamilə fərqli mövzulara həsr olunub. Ancaq yaradici heyət
Heydər Əliyevin zəngin və hərtərəfli fəaliyyətinə
yüksək ehtiramla yanaşması, mövzuya
bələdlik, hər
silsiləyə aid yüzlərlə
kadrın arasından
son dərəcə dəyərlilərini
seçməsi, yüksək
montaj mədəniyyəti
ilə əsl peşəkarlıq və
yüksək zövq nümayiş etdirib.
Bunlar silsilə kimi verildikcə tamaşaçılar Heydər
Əliyev şəxsiyyətinin
müxtəlif əbədiyyət
səhifələri ilə
daha dərindən
Ümummilli liderə həsr olunmuş verilişlərdən
biri "Liderlik missiyası" adlanır. Hər bir
dövrdə bütün
ölkələrin rəhbərləri,
başçıları olub
və əsrlər boyu da olacaq.
Bu, tarixi qanunauyğunluqdur.
Lakin lider titulunu yüzlərlə rəhbərin
arasından bir-iki şəxsiyyət ancaq qazana bilir. Heydər Əliyev məhz liderlik missiyası üçün doğulmuş
və o missiyanı ilahi fəhmi, coşqun enerjisi, nadir düşüncə tərzi,
dönməz qətiyyətlə
reallaşdırmış dühadır.
Tamaşaçılar bunu bir-birindən
maraqlı kadrlarla və aparıcı mətnin dolğunluğu ilə görür, eşidir, və ehtiramla qavrayırdılar.
Bax, budur sənətdə əsl peşəkarlığının təntənəsi!
Bax, budur televiziyanın milyonlara açdığı idrak
pəncərəsi!
Bax, budur xalqın övlad-lider qədirbilənliyini bütün
dünyaya bir daha çatdırmaq!
Vaxtilə Cəfər Cabbarlı adına "Azərbaycanfilm"də istehsal olunmuş kino lentlərinin çəkilmə tarixlərini
izlədikcə insanın
qəlbi fərəhdən
qanad açır. Necə qürur duymayasan ki, "Nəsimi", "Dədə
Qorqud", "İstintaq",
"Nizami" kimi bədii filmlərimiz məhz Heydər Əliyevin Azərbaycana rəhbərliyi illərində
çəkilib.
Bədii-publisist kamilliyi, məzmun
dərinliyi ilə seçilən "Heydər
Əliyev və Naxçıvan", "Vətənə,
xalqa həsr edilən ömür",
"XXI əsrin nur qapısı", "Böyük
ömrün anları"
filmləri və müxtəlif mövzulu digər verilişlər bir neçə cəhətdən son dərəcə maraqlıdır.
Birincisi, filmlər və verilişlər yüksək sənət nümunələridir, həm
bədii, həm bədii-sənədli, həm
də xronika janr səciyyələrinin
ahəngdarlığı ilə
seçilirlər.
İkincisi, filmlərin və verilişlərin yaradıcı heyətlərinin
- ssenari müəlliflərinin,
redaktorların, rejissorların,
operatorların, musiqi tərtibatçılarının məram və məqsədləri monumental-fundamental
şəkildə, monolit
ideya halında bir qayə ətrafında
birləşib.
Üçüncüsü, filmlərdə
və verilişlərdə
Heydər Əliyevin müxtəlif yaş dövrlərindəki fəaliyyətinin
ən mühüm məqamlari, ön plana çəkilib. Bu, filmlərin yaradıcılarına min
ömrə sığmayan
nəhəng işlərin
bir şəxsiyyət
tərəfindən görüldüyünü
heyrət və qürurla səsləndirməyə
imkan vermişdir.
Dördüncüsü, filmlərin və
verilişlərin ana xəttində Heydər Əliyev şəxsiyyətinin
bəşəri əzəməti,
siyasi xadim kimi dünyəvi dəyəri, mərdliyi, ləyaqəti, şərəfi,
cəsurluğu, haqqa çıraq tutması, millətinə sevgisi, xalqına inam və ehtiramı yüksək bədii təcəssümünü
tapmışdır.
Beşincisi, filmlərdə
və verilişlərdə
Heydər Əliyev fenomeni dönə-dönə
təsdiqlənir. Şəxsən
mən heyran qaldım. Bir insan həm siyasəti və dövlətçiliyi, həm
teatrı və kinonu, həm memarlığı və rəssamlığı, həm
heykəltaraşlığı və ədəbiyyatı,
həm də musiqini nə qədər dərindən
bilərmiş!
Bax, budur lider
qüdrəti!
Bax, budur dühanın
parlaq nuru!
Bax, budur xalq
tarixinin salnaməsinə
qoyulan əbədiyyət
imzası!
Ulu öndərimizin ölməz ruhu qarşısında bir daha ehtiramla baş əyirəm. Elə bu ehtiramla,
bu məhəbbətlə,
bu könül xoşluğu ilə də Azərbaycan Televiziyasının əməkdaşlarına
minnətdarlığımı bildirmək istəyirəm.
Onu da demək
istəyirəm ki, Azərbaycan Televiziyası
digər telekanallardan fərqli olaraq, bir həftə əsas verilişlərini
məhz sistemli şəkildə qüdrətli
sima Heydər Əliyevin zəngin həyatına, misilsiz ictimai-siyasi fəaliyyətinə
həsr etmişdi. Verilişlərin təqdimatında
məntiqi ardıcıllıq,
ahəngdarlıq və
poetik-publistik təravət
vardı. Bu bir daha onu
göstərir ki, Azərbaycan Televiziyasının
yaradıcı kollektivi
və texniki heyəti yüksək peşəkarlardan ibarətdir.
Bütün bunlar dövlətçiliyə sadiqliyin,
onun qorunması uğrunda mübarizliyin bariz nümunəsidir.
Azərbaycan Respublikasının,
onun müasir dövrünün qurucusu olan Heydər Əliyevin gördüyü
əzəmətli və
möhtəşəm işlərin
yeni-yeni tarixi salnamələrini yaratmaqda
Azərbaycan Televiziyasının
kollektivinə uğurlar
diləyirəm!
Bəkir NƏBİYEV,
Akademik
Xalq qəzeti.-2010.-19 dekabr.-S.4.