Ağsu: gəlin, görün, sevinin...
... Yenə Ağsu aşırımlarının dumanlı,
çiskinli günləri
başlayıb. Bələd
olanlar yaxşı bilirlər: bəzən elə olur ki,
ən səriştəli
sürücü belə
çaşıb qalır.
Xüsusən günün
səhər və axşam vaxtlarında duman daha çox
olur. Amma elə ki, hava
açılır buradakı
gözəlliyə baxmaqdan
doymursan ki, doymursan. Mən bilmirəm ağsulu şair dostumuz Sabir Sarvan bu
mənzərəyə bir
şeir həsr edib, ya yox?
Amma mənə elə gəlir ki, yuxarıdan ovuc içi kimi görünən Ağsunun bugünü haqqında poetik misralar tapmaq o qədər də çətin deyil. Bir də
ki, Sabir Sarvan indi də
yazmayıb, nə vaxt yazacaqdı ki...
Məni qınamayın. Əzizxan Sultanovla rayonu gəzərkən nədənsə ürəyimdən
bu hisslər keçdi. Düşündüm
ki, az vaxt
ərzində öz simasını dəyişən,
gözəlləşən bu qədim Azərbaycan
şəhəri haqqında
danışmaq üçün
söz tapmağa nə var ki...
Yaxşısı budur söhbəti
saxlayıb, əvvəlcə
sizi Əzizxan dayı ilə tanış edim. Çünki bu yazının baş qəhrəmanı odur və onunla birlikdə nə az, nə çox,
üç saata yaxın Ağsunun küçələrini, meydanlarını
gəzmişik, neçə-neçə
adamla həmsöhbət
olmuşuq, fikirlərimizi
bölüşmüşük.
Təqdim edim, siz də
tanıyın. Əzizxan Sultanov Böyük
Vətən müharibəsinin
veteranıdır. Odlu-alovlu yollardan
keçib. Ozünün
dediyi kimi, beş illik
müharibə illərində
bir-birindən igid, qəhrəman dostlar itirib. Söz düşəndə də həmişə deyir ki, onların
yarımçıq qalmış
ömürlərini yaşayıram.
Ömrünün 89-cu ilinə qədəm
qoymuş bu nurani insan Ukraynanın
alman faşistlərindən
azad olunmasında əsl rəşadət göstərib. Yaxasını neçə-neçə orden,
medal bəzəyir. Müxtəlif tədbirlərdə görüşmüşük.
Həmişə hörmətini saxlayıblar,
başa keçiriblər.
Onunla ulu öndər Heydər Əliyevin adını daşıyan
parkda gəzirik. - Yəqin
ki, əvvəllər
də burada olmusan, oğul, - deyir, - heç ağlımıza da gəlməzdi ki, belə bir cənnət
yaratmaq olar. Yay aylarında burada iynə atsan, yerə düşməz.
Səhərə qədər qələbəlik
olur. Fəxr edirik ki, nə yaxşı ki, xalqımızın belə bir xilaskarı
var. Bəli, bu həqiqətdir. Azərbaycan dağılırdı.
Heydər Əliyev gəldi
və bu dövləti məhv olmaqdan qurtardı. Heydər Əliyev muzeyində - əli ilə yaraşıqlı binanı
göstərir, - maraqlı
eksponatlar var. Gəzib
görmüşəm. Dəstə-dəstə adamın
gəlib bu nadir materiallarla
Əzizxan dayı ilə Heydər Əliyev və Səməd Vurğun küçələrinin
kəsişdiyi yerə
gəlirik. Təkcə bu ilin son altı
ayı ərzində
2680 paqonometr səki daşı düzülüb,
hər iki küçədə 45 ədəd
işıqlanma dirəyi
quraşdırılıb, səkilərə
5050 kvadratmetr, avtomobil
yolu hissəsinə isə 16 min kvadratmetrdən
çox asfalt-beton örtük döşənib.
- Baxdıqca
baxmaq istəyirsən,
- deyə veteran dillənir,
- İndi Ağsunun bütün küçələrində
asfalt işləri görülüb. Binalar rənglənib.
Həyətlərdə uşaq idman
meydançaları salınıb,
müxtəlif qurğular
quraşdırılıb.
Əzizxan Sultanova rayon icra hakimiyyətinin başçısı
Ənvər Seyidəliyevlə
xeyirxah bir işlə bağlı olan söhbəti xatırladıram. Doğrudan da, Azərbaycan
Respublikası Prezidentinin
sərəncamına əsasən
Ağsu şəhərinə
içməli su kəmərinin çəkilişi
başa çatmaq üzrədir. Burada tamamlama
işləri görülür.
Belə ki, 3 ay ərzində rayonun Quzey kəndi yaxınlığında olan
bulaqlardan su götürülərək 20,5
kilometr məsafədən
219 millimetrlik polad borularla kəmər quraşdırılıb. 3 ədəd - hər biri 500 kvadratmetr həcmində su anbarları tikilib. Pirhəsənli və Qaraqaşlı
kəndlərinə həmin
anbarlardan su kəməri çəkilib,
digər köməkçi
qurğular quraşdırılıb.
- Ənvər müəllim
düz deyir, - Əzizxan dayı bildirir - görürsünüzmü
Dövlət başçısının
bizə göstərdiyi
diqqət, qayğı
göz önündədir. "Su həyat deməkdir".
Çox
qiymətli sözdür.
Dünyada su çəkdirməkdən,
yol saldırmaqdan müqəddəs heç
nə yoxdur. Bəlkə,
özülü 29 oktyabr
2010-cu ildə Azərbaycan
Respublikasının Prezidenti
cənab İlham Əliyev tərəfindən
qoyulmuş 300 tamaşaçı
yeri olan stadionun tikintisindən danışaq. 4 hektardan çox ərazini tutan stadionda futbol meydançası, tribuna, inzibati bina, kassa, kafe-çayxana, elektron tablo, anbar, 3 giriş qapısı, voleybol və basketbol meydançalarının tikilməsi
nəzərdə tutulub.
O gün özüm gedib baxdım. Ustalarla görüşüb xeyli
söhbət etdim.
Tikinti işləri sürətlə
davam etdirilir. Yəqin ki, gələn ilin birinci rübündə
təhvil verilər.
Görün ağsulular gələcəkdə
nə qədər maraqlı yarışların
şahidi, iştirakçısı
olacaqlar. Arzular həqiqətə çevrilir,
oğul, həqiqətə...
Şəhərin sağ sahilində yerləşən köhnə
mədəniyyət və
istirahət parkına
gəlirik. Bura sökülərək, demək olar ki, tamamilə yenidən qurulur. Müasir əsaslarla yeni layihəyə əsasən parkda 1400 kvadratmetr sahəsi olan yeni səkilər,
gəzinti zolaqları,
fəvvarə, yaşıl
teatr, uşaq əyləncə mərkəzi,
kafe və digər obyektlər inşa ediləcəkdir.
Deyəsən, təəccübləndiniz. Fikirləşdiniz ki, bir rayonda
axı nə qədər istirahət mərkəzi olar. Hələ bu harasıdır. Əvvəlki yazılarımızda Ağsu aşırımında
salınmış Heydər
seyrəngahı haqqında
çox danışmışıq.
İndi bu park da belə
deyək, gələn
yay ağsulular üçün daha bir istirahət guşəsi istifadəyə
veriləcək.
Deyəsən, ürəyimdən keçənləri
Əzizxan dayı hiss
edir. "Oğul, deyir,
- özün şahidi
olursan ki, rayonda nə
iş görülürsə,
onun sakinləri üçün, onların
xoş, mənalı yaşayışı üçün
edilir. Gəl elə Heydər
Əliyev Fondu hesabına inşa olunan uşaq-gənclər
bədii yaradıcılıq
mərkəzini götürək.
Bilirsən nə qədər adam
sevinəcək. Onun da təməlini cənab Prezidentin özü qoyub. İki mərtəbədən ibarət olan mərkəzdə uşaqlar
üçün hər
cür şərait yaradılacaq. Böyük aktyorumuz
Səməndər Rzayevin
adını daşıyacaq
bu müqəddəs yerə onlar həvəslə gələcəklər.
Əzizxan Sultanov həvəslə danışır. Ağsuluların mehribanlığından, qonaqpərvərliyindən söhbət
açır. "Tez-tez gəlin deyir, - baxın, siz də sevinin.
Sevinin ki, tək Bakıda
yox, əyalətlərdə
də böyük, möhtəşəm işlər
görülür".
Düz sözə
nə deyəsən...
İlqar HƏSƏNOV,
Xalq qəzeti.-2010.-19
dekabr.-S.4.