Qaçqın və məcburi köçkün
soydaşlarımızın
problemlərinin həlli daim
dövlətin diqqət mərkəzindədir
Son iki əsr
ərzində azərbaycanlılar
ermənilərin etnik
təmizləmə siyasətinə
məruz qalaraq öz doğma yurdlarından, ata-baba torpaqlarından didərgin
salınmış, qaçqın
və məcburi köçkün vəziyyətinə
düşmüşlər.
Erməni separatçılarının "Böyük Ermənistan"
dövləti yaratmaq iddiası nəticəsində
XX əsrin 80-90-cı illərində
azərbaycanlılara qarşı
yenidən etnik təmizləmə siyasəti
həyata keçirilmiş,
250 min nəfər soydaşımız öz
ev-eşiklərindən zorla
köçürülmüş və qaçqına çevrilmişdir.
Azərbaycan torpaqları hesabına zaman-zaman Ermənistan dövləti yaratmaq istəyən erməni şovinistləri beynəlxalq
hüququn norma və prinsiplərinə məhəl qoymayaraq öz təcavüzkar siyasətlərini davam etdirərək bu dəfə Dağlıq Qarabağ və ona bitişik rayonlara diş qıcadılar. Azərbaycanın
ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağın
Ermənistana birləşdirilməsi
ideyasından əl çəkməyən işğalçı
dövlət 1988-ci ildə
yenidən azərbaycanlılara
qarşı hərbi təcavüzə başladı.
1988-1993-cü illərdə Ermənistan silahlı qüvvələrinin ölkəmizə
hərbi təcavüzü
nəticəsində Azərbaycan
ərazisinin 20 faizi - Dağlıq Qarabağ və ona bitişik
yeddi rayon işğal olundu, 1 milyona yaxın soydaşımız qaçqın
və məcburi köçkün vəziyyətinə
düşdü. Öz
doğma ev-eşiklərindən,
yurd-yuvalarından didərgin
salınmış soydaşlarımızın
bütün problemləri
ümummilli lider Heydər Əliyevin daim diqqət mərkəzində olub. Ulu öndər qaçqın
və məcburi köçkünlərin problemlərini
öz problemi hesab edərək demişdir: "...İşğal
olunmuş bütün
rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində,
köçkün vəziyyətində
yaşayan vətəndaşların
problemləri bizim üçün və şəxsən mənim
üçün bir nömrəli problemdir".
Qüdrətli şəxsiyyət, Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı
möhtərəm Prezidentimiz
İlham Əliyev də öz doğma yurdlarından didərgin salınmış
soydaşlarımızın problemlərinin aradan qaldırılmasını, sosial
müdafiəsinin gücləndirilməsini
daim diqqət mərkəzində saxlayır.
Hələ
2003-cü ildə keçirilən
seçkilər ərəfəsində
prezidentliyə namizəd
cənab İlham Əliyev öz platformasını açıqlayarkən
ölkəmizin vacib problemləri ilə bərabər qaçqın
və məcburi köçkünlərin də
problemlərinin aradan qaldırılmasını prioritet
məsələ kimi qarşıya qoymuşdu.
Bu sahədə zəruri məsələlərdən biri
məcburi köçkünlərin
məskunlaşdıqları çadır şəhərciklərinin
ləğv edilməsi,
onlarda yaşayan insanların bütün infrastrukturla təmin olunmuş yeni qəsəbələrdə məskunlaşdırılması
idi. Seçkilər ərəfəsində prezidentliyə namizəd kimi ilk görüşünü
2003-cü il oktyabrın
1-də Biləsuvar rayonu
ərazisində məcburi
köçkünlər üçün
salınmış yeni
qəsəbələrdə keçirən cənab İlham Əliyev o vaxt bildirmişdi
ki, əgər o, prezident seçilərsə,
ölkədə bir
dənə də çadır düşərgəsi
qalmayacaqdır.
Möhtərəm Prezidentimiz 2003-cü ildən başlayaraq qaçqın və məcburi köçkünlərin
problemlərinin aradan qaldırılması istiqamətində
bir-birinin ardınca fərman və sərəncamlar imzaladı,
mühüm əhəmiyyətli
tədbirlərin həyata
keçirilməsinə nail
oldu.
Azərbaycan Prezidenti İlham Əliyev qaçqın və məcburi köçkünlərin sosial
müdafiəsinin gücləndirilməsi,
həyat səviyyəsinin
yüksəldilməsi və
məşğulluğunun artırılması
ilə əlaqədar
2003-2008-ci illərdə 19 fərman
və sərəncam imzalamışdır. Bu
istiqamətdə hüquqi
bazanın daha da təkmilləşdirilməsi
məqsədiylə mühüm
əhəmiyyətli qanunvericilik
aktları hazırlanmışdır.
Möhtərəm Prezidentimiz Dövlət
Proqramı və əlavələri təsdiq
etməklə qaçqın
və məcburi köçkünlərin həyat
səviyyəsinin yüksəldilməsi
yönündə qətiyyətli
addımlar atdı. Dövlət Proqramının
icrası ilə əlaqədar Nazirlər Kabineti tərəfindən 65 qərar və sərəncamı verilmiş, Milli Məclisdə bir qanun qəbul edilmiş, Azərbaycan Prezidentinin iştirakı ilə qaçqın və məcburi köçkünlərin probleminə
həsr olunmuş beynəlxalq konfrans və geniş müşavirələr keçirilmişdir.
Dövlətimizin başçısı
doğma torpaqlarından
didərgin salınmış
soydaşlarımızla mütəmadi
görüşmüş, onların problemləri ilə yerində tanış olmuş və problemlərin aradan qaldırılması
üçün müvafiq
təşkilatlara tapşırıqlar
vermişdir.
Ümumiyyətlə, Prezident İlham
Əliyev Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ
münaqişəsinin nizamlanması
ilə əlaqədar
Ermənistan prezidenti ilə, ATƏT-in həmsədrləri və
xarici ölkələrə
səfərləri zamanı
müxtəlif dövlətlərin
rəhbərləri ilə
keçirdiyi çoxsaylı
görüşlər zamanı
Azərbaycanın
mövqeyini birmənalı
şəkildə bildirərək
münaqişənin beynəlxalq
hüquq normaları və prinsipləri çərçivəsində, ölkələrin ərazi
bütövlüyü pozulmadan
həllinin mümkün
variant olduğunu bəyan etmişdir. Ermənistan prezidentinin qeyri-konstruktiv münasibəti, dövlət
başçısına xas
olmayan qeyri-ciddi hərəkətləri münaqişənin
nizama salınmasını,
qaçqın və məcburi köçkünlərin
isti ocaqlarına qayıtmalarını ləngidir.
Əgər Ermənistan
prezidenti öz mövqeyini davam etdirərsə, işğal
altında olan torpaqlarımızın
azad edilməsi üçün mümkün
variantlardan istifadə
olunacaq.
Azərbaycan Prezidenti qaçqın və məcburi köçkünlərlə
keçirdiyi görüşlərdə
bu məsələni diqqətə çatdıraraq
deyib: "Yəni, sadəcə olaraq, Ermənistan rəhbərliyi
öz vəziyyətini
dərindən təhlil
edərək, cəsarətli
və müdrik addım atmalıdır. Bu da ondan ibarətdir
ki, Ermənistan silahlı qüvvələri
işğal olunmuş
bütün torpaqlardan
qeyd-şərtsiz çıxarılmalı,
bizim soydaşlarımız
o torpaqlara qayıtmalıdırlar, bölgənin
təhlükəsizliyinin təmin
olunması üçün
tədbirlər görülməlidir".
Ermənistan tərəfinin qeyri-konstruktivliyinə,
beynəlxalq hüququn
norma və prinsiplərinə hörmətsizlik
etməsinə baxmayaraq,
Azərbaycan dövləti
prinsipial siyasət yürüdür, iqtisadi,
siyasi və hərbi gücünün
artırılması istiqamətində
bütün imkanlardan
səmərəli istifadə
edir. Bu da işğal altında olan torpaqlarımızın azad
olunması istiqamətində
ciddi tədbirlər görülməsinə imkan
verəcək.
Azərbaycan torpaqlarının işğalı
nəticəsində doğma
ev-eşiklərindən, yurd-yuvalarından
didərgin düşərək
qaçqın və məcburi köçkün
həyatı yaşayan
soydaşlarımızın sosial müdafiəsinin daha da gücləndirilməsi
istiqamətində möhtərəm
Prezidentimiz İlham Əliyevin həyata keçirdiyi mühüm əhəmiyyətli tədbirlər
bu kateqoriyadan olan insanların gələcəyə olan
inamını xeyli artırıb. Qaçqın və məcburi
köçkünlərin sosial
həyatında baş
verən müsbət
dəyişikliklər, yaşayış
səviyyəsinin getdikcə
yüksəlməsi onları
dövlət başçımızın
ətrafında daha da sıx birləşdirib.
Öz ata-baba torpaqlarından didərgin
salınmış soydaşlarımız inanırlar ki, Prezident İlham Əliyevin rəhbərliyi
ilə böyük müvəffəqiyyətlə davam etdirilən Heydər Əliyev siyasi kursu Azərbaycanın
ərazi bütövlüyünü
təmin edəcək,
qaçqın və məcburi köçkünlərin
doğma yurdlarına qayıtmalarını, orada
rahat yaşamalarını
yaxın zamanlarda reallaşdıracaq.
Zəmanəmizin əvəzolunmaz
şəxsiyyəti, ulu
öndər Heydər
Əliyevin öz yurdlarından didərgin salınmış soydaşlarımıza
dövlət qayğısı
və himayədarlıq
siyasəti bu gün də layiqincə davam etdirilir.
Əliqismət BƏDƏLOV,
Xalq qəzeti.-2010.-19 dekabr.-S.1.