Alim-jurnalistin yubileyi
Dekabrın 17-də AMEA-nın
Arxeologiya və Etnoqrafiya İnstitutunda görkəmli arxeoloq, tarixçi alim, istedadlı jurnalist, tarix elmləri doktoru Qafar Cəfər
oğlu Cəbiyevin anadan olmasının 60 illiyi münasibətilə
yığıncaq keçirilmişdir.
Xatırladaq ki, Qafar Cəbiyev
1950-ci ildə İsmayıllı
rayonunun Talıstan kəndində kolxozçu
ailəsində anadan olub. 1969-cu ildə Gəncə Pedaqoji İnstitutun tarix fakültəsini fərqlənmə
diplomu ilə bitirib. 1973-1974-cü illərdə
İsmayıllı rayonu
Talıstan kənd orta məktəbində tarix müəllimi işləyib. 1974-1976-cı illərdə "Zəhmətkeş" rayon qəzetində
məktublar şöbəsinin
müdiri, 1977-1978-ci illərdə
"Bilik" Cəmiyyəti
İsmayıllı rayon
təşkilatının məsul
katibi, 1978-1980-ci illərdə
Azərbaycan KP İsmayıllı
Rayon Komitəsində
təlimatçı,1980-1981-ci illərdə "Zəhmətkeş"
qəzetində redaktor
müavini vəzifəsində
çalışıb.
1981-1990-cı illərdə Azərbaycan EA Tarix İnstitutunun Arxeologiya və Etnoqrafiya bölməsində baş
laborant, kiçik elmi işçi, baş elmi işçi
vəzifəsində işləyib.
1985-ci ildə Ukrayna Arxeologiya İnstitutunun elmi şurasında dissertasiya müdafiə edərək tarix elmləri namizədi alimlik dərəcəsi alıb. Qəbələ,
Bakı və Ağsu-İsmayıllı arxeoloji
ekspedisiyalarının apardığı
çöl tədqiqatı
işlərində iştirak
edib. Uzun müddət ərzində
Ağsu-İsmayıllı ekspedisiyası rəisinin müavini və Qəbələ arxeoloji ekspedisiyasının IV dəstəsinin
rəisi olub.
1990-2003-cü illərdə "Azərbaycan" qəzetinin
Balakən-Şəki bölgəsi
üzrə xüsusi müxbiri olub. Həmin dövrdə eyni zamanda BDU-nun
və Azərbaycan Müəllimlər İnstitutunun
Şəki filialının
dosenti kimi pedoqoji fəaliyyət göstərib. Hazırda Azərbaycan Müəllimlər
İnstitutunun professorudur.
2003-cü ildə Azərbaycan Respublikası
Prezidentinin sərəncamı
ilə 4 il müddətinə Milli Televiziya və Radio Şurasının üzvü təyin edilib. 2007-ci ildə Azərbaycan Respublikası
Prezidentinin sərəncamı
ilə 6 il müddətə yenidən
Milli Televiziya və Radio Şurasının
üzvü təyin olunub və hazırda həmin vəzifədə çalışır.
Uzun illərdir, Qəbələ, Bakı,
İsmayıllı, Ağsu
və Kürdəmir ərazisindəki arxeoloji abidələrin öyrənilməsində
bilavasitə iştirak
edir. 2007-ci ildə Girdiman tarixi mövzusunda doktorluq dissertasiyası müdafiə
edib. "Arxeologiya və romantika", "Azərbaycan keramikası",
"Can Azərbaycan",
"Bura Vətəndir",
"Girdiman tarixi",
"Ağsu şəhəri
orta əsrlərdə"
kitablarının, habelə
150-dən çox elmi,
500-dən çox elmi-publisistik
məqalənin müəllifidir.
"Qızıl qələm"
mükafatı laureatıdır.
Yubiley tədbirində AMEA-nın
Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru Maisə Rəhimova, akademik Teymur Bünyadov, AMEA-nın müxbir üzvləri Vəli Əliyev, İlyas Babayev, həmin institutun şöbə müdirləri - professor Əsədulla Cəfərov,
professor Arif Məmmədov, etnoqraf-alim
Tofiq Babayev, Həmkarlar Təşkilatının
sədri Abuzər Ələkbərov, Geologiya İnstitutunun
şöbə müdiri,
professor Hikmət Mahmudov, Azərbaycan İqtisad Universitetinin kafedra müdiri, professor Hidayət Cəfərov, "Təfəkkür"
Universitetinin professoru Cümşüd Nuriyev,
"Xalq qəzeti"-nin baş redaktoru
Həsən Həsənov,
yubilyarın qələm
dostları Xalid Niyazov, Qulu Məhərrəmli,
Araz Qurbanov,
"MİRAS" Mədəni İrsin Öyrənilməsinə
Kömək İctimai
Birliyinin sədri Fariz Xəlilli və başqaları çıxış edərək
yubilyarın elmi-pedaqoji
və jurnalist fəaliyyəti sahəsindəki
xidmətlərindən danışmışlar.
Sonda tarix elmləri doktoru Qafar Cəbiyev
çıxış edərək
son illər Azərbaycanda arxeoloji tədqiqatların genişləndirilməsinə,
tarixi-mədəni irsin
qorunmasına və təbliğinə, habelə
elm adamlarının iş və sosial-məişət şəraitinin
yaxşılaşdırılmasına göstərdiyi xüsusi qayğıya görə ölkə rəhbərliyinə minnətdarlığını
bildirmişdir.
Rafiq SALMANOV,
Xalq qəzeti.-2010.-19
dekabr.-S.6.