Tarixin qara
səhifəsi: səlib yürüşləri
Ermənilər
səlibçilərin onları himayə etdiklərini
bildirirlər
Son illər Ermənistan mətbuatında və
erməni diaspor təşkilatlarına xidmət edən
nəşrlərdə xəstə təxəyyüllü
erməni "alimləri"nin XI-XIII əsrlərdə
baş vermiş səlib yürüşlərində
avropalı-erməni həmrəyliyini sübuta
yetirməyə cəhd edən "elmi" cızmaqaraları
tez-tez yer almağa başlayıb. Məqsəd bəllidir:
ermənilər avropalılarla qədim tarixi
bağlılıqları barədə uydurduqları
növbəti yalanları dünya ictimaiyyətinə
həqiqət kimi təlqin etmək niyyətinə
düşüblər.
Səlib
yürüşlərinin tarixinə nəzər salaq. XI əsrdə türklər Kiçik Asiyada
biri-birinin ardınca yeni ərazilər fəth edirdilər.
İtaliyanın şəhər dövlətləri
Asiyadakı mülklərini itirə biləcəklərini
hiss edərək türklərin amansız
vəhşiliklər törətdikləri barədə qorxulu
şayiələr yaymağa başladılar. Roma
kilsəsi fürsət düşən kimi Məhəmməd
(s.ə.s) peyğəmbərin tərəfdarlarını
xaçpərəstlərə qarşı
zorakılıqlarda suçlayır, dini nifrət və
təfriqə yayırdı.
Bu elə bir
dövr idi ki, Avropa səfalət içində idi.
Əmək alətləri o qədər primitiv idi ki, tarladan
toplanan məhsul heç əkinçilərin
ailələrini doyuzdura bilmirdi. Xristian
ölkələrində tez-tez kütləvi aclıqlar
baş verir, səfil və narazı dəstələr yollarda
quldurluq edir, başıpozuqluq yaradırdılar. Belə bir
vaxtda avropalılar günəşin səxavətlə
qızdırdığı Asiyanın bərəkətli
zəmilərini ələ keçirib ləziz
nemətlərindən dadmaq həsrərtində idilər. Bu
əhval-ruhiyyəni hamıdan yaxşı Roma kilsəsinin
rəhbərləri duymuşdular. Papa II Urban hesab etdi ki,
artıq Asiyaya yürüş etməyin vaxtı yetişib.
Bu niyyətlə papa 1095-ci ildə Fransanın Klermonte
şəhərində iclas çağırıb alovlu nitq
söylədi. "Kafirlər"in
Müqəddəs torpağı, guya,
murdarladıqlarını özünəməxsus boyalarla
təsvir edib axırda ac və qəzəbli
kütləyə dedi ki, hələ Musa peyğəmbərin
dövründən qədim Fələstində çaylardan
süd və bal axırdı. Papa həmin an xəyallarında
Asiyanı "diz üstə çökdürməyə
hazır olan" cəngavərlərə təklif etdi ki, qoy
onlar arvad və uşaqlarını evlərində qoyub
İsa peyğəmbərin qəbrini
"kafirlər"dən azad etmək üçün
yürüşə çıxsınlar. Elə
həmin gündən bütün qitəni dini isterika
bürüdü. Hamı Müqəddəs torpağa can
atırdı. Salnaməçilər yazırlar ki, adamlar
ağıllarını itirmişdilər, əmək
alətlərini emalatxanalarda ataraq əllərinə silah
alır, türklərlə haqq-hesab çəkmək
üçün yola düşməyə hazır
olduqlarını deyirdi.
Lakin bu
adamların heç onundan biri Fələstin
torpaqlarını bir dəfə də olsun görə
bilmədi. Onların çoxunun yola düşməyə
heç pulu da yox idi. İlk səlibçi
dəstələri yollarda oğurluq və quldurluqla
məşğul idilər, hətta dilənçilik
etməyi özlərinə ar bilmirdilər. Onlar
hansı kənddən, məmləkətdən
keçirdilərsə, ora qorxu və dağıntılar
gətirirdilər.Bu özbaşınalıqlara
dözməyən yerli sakinlər bəzən öz xaç
qardaşlarını öz əlləri ilə boğub
öldürürdülər.
Bəli,
Birinci səlib yürüşünün
iştirakçıları vəhşi, başıpozuq quldur
dəstəsinə çevrilmişdilər. Onların
başında ağıldan kəm olduğu şübhə
doğurmayan keşiş Pyotr Pustınnı və
cəngavər Valter Qolyak dururdu. Səlibçilər yolda
rast gəldikləri bütün yəhudiləri
amansızcasına döyür, var-dövlətlərini
əllərindən alır və çox vaxt da qətlə
yetirirdilər. Lakin Birinci səlib yürüşünün
iştirakçıları Macarıstandan bu yana gələ
bilmədilər. Minlərlə adam yollarda itib batdı. Birinci
cəhdin acı nəticələri Roma kilsəsi
üçün əməlli-başlı dərs oldu.
Başa düşdülər ki, təkcə quru eyforiya
hesabına "Müqəddəs torpağı "azad
etmək" mümkün olmayacaq. Buna görə də
düz bir il İkinci səlib yürüşü
üçün 200 min nəfərdən ibarət ordu
toplamaqla məşğul oldular. Silahla davranmaq
təcrübəsi olmayanlara təlimlər keçdilər.
Ordunun başına kifayət qədər döyüş
təcrübəsi olan Normandiya hersoqu Robert gətirildi.
1996-cı
ildə İkinci səlib yürüşünün
iştirakçıları Roma papasının
"xeyir-duası" ilə yola çıxdılar.
Bizansın paytaxtı Konstantinopala çatanda
cəngavərlər onlara təntənəli qəbul
düzəldən Şərqi Roma imperatoruna sədaqət
andı içdilər. Sonra səlibçilər Asiyaya daxil
oldular və yolda əllərinə keçən bütün
müsəlman kəndlilərini öldürdülər. Vaxt
itirmədən özlərini Fələstinə
yetirdilər, şəhərin müdafiəsini yararaq
qabaqlarına çıxan bir kimsəyə - uşaq və
qadınlara, qocalara rəhm etməyərək onları
amansızcasına qılıncdan keçirdilər.
İndi
kəskin təzada diqqət yetirin. Səlibçilər
bu qədər vəhşiliklər törədəndən
sonra arzularına çatdıqları üçün
gözlərindəki sevinc yaşlarını silə-silə
şənlənirdilər. Lakin onların
sevincinin ömrü qısa oldu. Bir
neçə gündən sonra türklər əlavə
qüvvələrlə hücuma keçərək
yenidən Yerusəlimə sahib oldular və
deyilənlərə görə, bu dəfə artıq onlar
səlibçilərə rəhm etmədilər.
Roma papaları
sonrakı iki əsr yarım ərzində daha 7 səlib
yürüşü təşkil etdilər. Səlibçilər
getdikcə səyahət texnikasını da
təkmilləşdirmişdilər. Belə
ki, o dönəmlərdə quru yolla Şərqə doğru
hərəkət etmək yorucu olduğu qədər də
təhlükəli idi. Səlibçilər
vaxta qənaət etmək üçün Alp
dağlarını aşaraq özlərini Genuya və Venesiya
şəhərlərinə çatdırır və buradan
gəmilərə minib yola düşürdülər.
Genuya və
venesiyalı gəmi sahibləri çox acgöz idilər. Onlar
səlibçilərin hesabına çoxlu var-dövlət
qazanmaq fürsətini əldən verə bilməzdilər.
Aralıq dənizi boyunca gəmi marşrutu
yaradaraq yaxşı pul qazanırdılar. Pulu
olmayan səlibçiləri gediş haqqını
ödəmələri üçün aylarla
özlərinə müftə işləməyə
məcbur edirdilər. Venesiya
şəhər dövləti daha da varlanaraq Aralıq
dənizi boyunca yeni ərazilər ələ keçirdi.
Bir vaxtlar Yunanıstana məxsus olan Kipr, Krit,
Rodos adalarındakı koloniyalar da Venesiyanın
nəzarətinə keçdi.
Tacirlər pul
qırır, yeni ərazilər ələ
keçirirdilər. Bütün bunların səlibçilərin
məqsədlərinə çatması üçün
faydası az olurdu. Əslində
səlibçilər özləri də Müqəddəs
torpağa dini təəssübkeşlikdən daha çox
var-dövlət dalınca gedirdilər. Əvvəlki
ruh yüksəkliyi isə azalırdı. Şərqi
Roma imperiyasına ehtiramla və qatı düşmən
qismində təsəvvür etdikləri müsəlmanlara,
ilk növbədə, türklərə nifrətlə
yürüşə çıxan səlibçilərin
zaman keçdikcə həyata baxışları
dəyişirdi. Onları hər addımda
aldadan və xaça xəyanət etməyi belə
özlərinə rəva görən bizanslı yunanlara
nifrət edirdilər. Rumlu
ağalarının qılığına girib özlərini
məzlum kimi aparan ermənilərin tülkü
xislətləri də yürüş
iştirakçılarının hiddətinə səbəb
olmuşdu. Səlib
yürüşünün iştirakçları
türklərin mərd, nəcib və xeyirxah
əməllərinə heyran qalmışdılar. Onlar görürdülər ki, türklər
ədalətli insanlardır, pislik etmək niyyətləri
yoxdur. Türklərlə
düşmənçilik yox, dostluq etməyin daha
faydalıdır. Əlbəttə, bu
barədə aşkarda danışmırdılar. Lakin səlibçilər evlərinə qayıdanda
türklərin həyat tərzini istər-istəməz
təqlid edirdilər. Şərqli
döyüşçülərlə müqayisədə
avropalı cəngavərlər çox geri
qalmışdılar, silahları da kobud və yöndəmsiz
idi. Qərbli
döyüşçülər varvar həyat tərzinin
rəmzinə çevrilmiş ağır silahları
gəzdirməkdən tədricən imtina etdilər. Onlar artıq türk və ərəblərdə
olduğu kimi geniş ipək paltarlar geyinirdilər. Avropalılar türklərdən şalvar
geyinməyi də öyrəndilər. Bəli,
cəza məqsədləri ilə başlanan səlib
yürüşləri on minlərlə avropalı
üçün ümumi savad və mədəni
tərbiyə məktəbinə çevrildi.
Hərbi və
siyasi nöqteyi-nəzərdən səlib
yürüşləri müvəffəqqiyyətsizliyə
düçar oldu. Xristianlar üç səmavi dinin müqəddəs
yeri sayılan "Əbədi şəhər" -
Yerusəlimi bir neçə dəfə qəsb etməyə
nail olsalar da, türklər hər dəfə tezliklə
şəhəri geri alırdılar. Səlib
yürüşlərinin davam etdiyi iki yüz əlli il
ərzində Suriya,Fələstin və
Kiçik Asiyada onlarla kiçik krallıqlar təşkil
olunmuşdu. Bunlar da çox
keçmədən yenidən türklərin
nəzarətinə keçmişdi.
Nəhayət,
1244-cü ildə sonuncu - Altıncı səlib
yürüşü tam uğursuzluqla nəticələndi. Yerusəlim
bundan sonra uzun əsrlər boyu türklərin
nəzarətində qaldı. Xristianlardan
fərqli olaraq türklər dini təfriqələrə son
qoydular, Fələstində hər üç dinin
nümayəndələri uzun əsrlər boyu
əmin-amanlıq şəraitində yaşadılar.
Yaxşı bir misal var:
hər zərərdə bir xeyir gizlənib. Bəşəriyyət
tarixinə utanc gətirən səlib yürüşləri
sonralar Avropada müsbət dəyişikliklərə yol
açdı. Qərb xalqları
Şərq təbiətinin gözəlliyini, parlaq günəşini
ilk dəfə seyr etdilər. Genişlik
və daha firavan həyat arzusuna düşdülər. Nə kilsə, nə dövlət bunu onlara verə
bilirdi. Onlar bu rahatlığı artıq
orta əsrlərdə təşəkkül tapmağa
başlayan şəhərlərdə tapdılar. Orta əsrlərin birinci yarısı yeni
şəhərlərdə məskunlaşma əsri idi.
Qədim Misir, Babilistan, Assuriya şəhərlərin
dünyası idi. Yunanıstan şəhər
dövlətləri ölkəsi idi. Finikiyanın
tarixi iki şəhərin - Tir və Sidonun tarixindən
ibarətdir. Roma imperiyası da öz
yüksəlişi üçün ana şəhər
dövlətə - Romaya borclu idi. Yazı,
incəsənət, astronomiya, arxitektura, ədəbiyyat, teatr
- bütün bunlar şəhərlərdə
təşəkkül taparaq intişar
etmişdi. Səlib yürüşləri
çox şeyi dəyişdirdi. Arxasında
korobeynik (çərçi qutusu) olan avropalı orta
əsrlər taciri at arabası və yaxşı atlar
aldı, səlib yürüşlərinin köhnə
iştirakçılarına pul verib onlara onu
yolkəsənlərdən qorumağı tapşırdı.
Beləcə, Qərbdə həyat inkişaf
etməyə başladı. Elə
sürətlə inkişaf etdi ki, 16-18-ci əsrlərdə
baş verən sənaye inqilabları Qərbi güclü bir
təkanla irəli atdı.
Bu, artıq
başqa yazının mövzusudur. Bu yazının məğzi budur ki,
Roma kilsəsinə əbədi xəcalət gətirən
səlib yürüşlərini Qərb dünyası
unutmağa və unutdurmata çalışdığı bir
vaxtda bədnam ermənilər dünyaya car
çəkirlər ki, səlibçilər, guya, o zaman erməniləri
qəddar türklərin əlindən xilas etmək niyyəti
ilə Şərqə gəlirdilər. Bunun
cəfəngiyat olduğunu salnamələr heç bir
şübhə yeri qoymadan sübut edir.
Məsaim ABDULLAYEV,
Xalq qəzeti.-2010.-19
dekabr.-S.6.