"Rəşid Behbudov Azərbaycan

 bəstəkarlığı" mövzusunda konfrans

 

Dekabrın 20-də Azərbaycan Bəstəkarlar İttifaqında (ABİ) dünya şöhrətli müğənni, SSRİ xalq artisti, Sosialist Əməyi Qəhrəmanı Rəşid Behbudovun 95 illik yubileyinə həsr edilmiş "Rəşid Behbudov Azərbaycan bəstəkarlığı" mövzusunda konfrans keçirilmişdir.

ABİ-də görkəmli sənətkarın həyat yaradıcılığına həsr edilmiş fotosərgi açılmışdır.

Konfransda Bəstəkarlar İttifaqının sədri, xalq artisti, professor Firəngiz Əlizadə R.Behbudovun mənalı ömür yolundan, Azərbaycan musiqisinin təbliği istiqamətində gördüyü çoxsaylı işlərdən geniş söz açmışdır.

Bildirmişdir ki, Rəşid Behbudov təkcə öz dövrünün deyil, bütün zamanların sənətkarıdır. O, istedadını ifaçılıqla yanaşı, bəstəkarlıqda da sınamışdır. Bu gün xalq mahnısı kimi tanınan sevilən bir çox musiqi nümunələri məhz onun yaradıcılığının məhsuludur.

Tədbirdə R.Behbudova həsr edilmiş videofilm nümayiş etdirilmişdir.

Konfransda "Azərbaycan musiqisində Rəşid Behbudov fenomeni", "Rəşid Behbudov sənəti: zamanı gələcəyi", "Rəşid Behbudov Tofiq Quliyev: mükəmməl ifaçı bəstəkar tandemi işığında" "Rəşid Behbudovun şəxsi arxivindən bəzi məqamlar" mövzularında məruzələr dinlənilmişdir.

Diqqətə çatdırılmışdır ki, Rəşid Behbudov 1915-ci il dekabrın 14-də Tbilisidə xanəndə Məcid Behbudovun ailəsində dünyaya göz açmışdır. Onun anası Firuzə xanım Vəkilovlar nəslindən idi.

Uşaq yaşlarından məktəb xorunda oxuyan R.Behbudov 1933-cü ildə Dəmir Yolu Texnikumuna daxil olmuşdur. Təhsili dövründə tələbə özfəaliyyət orkestrində çalışmışdır. Hərbi xidməti zamanı ordu ansamblının solisti olan R.Behbudov əsgərlik illərindən sonra Tbilisi estrada qruplarından birində solistlik etmişdir.

Rəşid Behbudov 1943-cü ilin sonunda Bakı kinostudiyasında Üzeyir Hacıbəylinin eyniadlı operettasının motivləri əsasında çəkilən "Arşın mal alan" filmində baş rola dəvət alır. 1945-ci ildə film efirə çıxır çox tez bir zamanda nəinki Azərbaycanda, bütün keçmiş Sovet İttifaqında böyük populyarlıq qazanır. 1946-cı ildə bu filmdəki Əsgər roluna görə Rəşid Behbudov "Stalin mükafatı" ilə təltif olunur. Onun yaratdığı Əsgər obrazı, müğənninin şirin könül oxşayan səsi hər bir dinləyicini valeh etmişdir. Azərbaycan kinosunun qızıl fonduna daxil olmuş həmin film 60 ildən çoxdur ki, müvəffəqiyyətlə göstərilir. Bundan sonra sevimli müğənninin səsini eşitmək arzusunda olanların sayı gündən-günə artmışdır.

Konfransda qeyd edilmişdir ki, R.Behbudov uzun illər M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının, Azərbaycan Dövlət Akademik Opera Balet Teatrının solisti olmuş 1966-cı ildən musiqi estrada sənətinin caz, balet, pantomima kimi müxtəlif janrlarını üzvi surətdə birləşdirən Azərbaycan Dövlət Mahnı Teatrını təşkil etmiş ömrünün sonunadək onun solisti bədii rəhbəri olmuşdur. Hazırda bu teatr dahi sənətkarın adını daşıyır.

Bütün keçmiş sovet respublikaları ilə yanaşı, Argentina, Bolqarıstan, Belçika, Çili, Çin, Efiopiya, Finlandiya, Hindistan, İran, İraq, İtaliya, Misir, Türkiyə s. ölkələrdə geniş konsert proqramları ilə çıxış edən R.Behbudov Azərbaycan xalq mahnılarının Azərbaycan bəstəkarlarının vokal əsərlərinin xarici ölkələrdə populyarlaşmasında çox böyük rol oynamışdır.

1989-cu il iyunun 9-da Moskvada vəfat etmiş dahi sənətkar Bakıda Fəxri Xiyabanda torpağa tapşırılmışdır.

Qeyd edilmişdir ki, öz qüdrətli istedadını, çox böyük təcrübəsini biliyini Azərbaycan musiqi sənətinin inkişafına çiçəklənməsinə, onun sosial fəallığının beynəlmiləl əhəmiyyətinin artmasına sərf etmiş böyük sənətkar, alovlu vətənpərvər Rəşid Behbudovun əziz xatirəsi heç vaxt mənsub olduğu xalqın yaddaşından silinməyəcəkdir.

Tədbirdə gənc ifaçılar dahi sənətkarın repertuarından bəzi musiqi nömrələrini səsləndirmişlər.

 

Xalq qəzeti.-2010.-21 dekabr.-S.4.