Azərbaycanın
beynəlxalq aləmə
inteqrasiyası uğurla davam edir
Bu nəticələrin təməlində ulu
öndər
Heydər Əliyevin
düşünülmüş xarici siyasət xətti
dayanır
1993-2003-cü
illər Azərbaycan tarixində sabitlik və inkişaf
illəri kimi qalacaqdır... Azərbaycan məhz o
illərdə dünya birliyinə sürətlə inteqrasiya
etməyə başlamışdır və bir sıra
beynəlxalq təşkilatların üzvü olmuşdur.
Azərbaycanın dünya miqyasında tanınması
işində o illər həlledici illər olmuşdur.
İlham
ƏLİYEV, Azərbaycan Respublikasının Prezidenti
Həm milli
tariximizin, həm də müstəqillik tariximizin xüsusi
əhəmiyyətə malik, önəmli
səhifələri vardır. Qədirbilən xalqımız
həmin səhifələrin hər birini daim böyük
ehtiram və diqqətlə yada salır,
özünəməxsus şəkildə xatırlama
tədbirləri həyata keçirir. Müstəqillik
haqqında Konstitusiya aktının qəbul edilməsi, Yeni
Azərbaycan Partiyasının yaradılması, Dünya
Azərbaycanlılarının Həmrəylik
Gününün təsis edilməsi, ulu öndər
Heydər Əliyevin xalqın israrlı təkidi ilə
Naxçıvandan Bakıya gəlməsi, böyük Qurtuluş günü, ümummilli liderin Prezident
seçilməsi və ilk dəfə dövlət
başçısı kimi and içməsi, "Əsrin
müqaviləsi"nin imzalanması, Avropa Şurasının
mənzil-qərargahı önündə Azərbaycan
bayrağının dalğalanması və sairə tariximizin
qürur doğuran səhifələrindəndir.
Bütün
bunlar ötən əsrin son onilliyinin və yeni əsrin ilk
illərinin tarixçilər tərəfindən
qələmə alınan həqiqət səhifələri
idi. Ancaq elə tarixi məqamlar var ki, onlar təkcə
tarixçilərin qələmə aldığı
səhifələrdə deyil, başqa peşə
sahiblərinin qələmə aldığı
səhifələrdə də özünəməxsus yer
tutur. Bu baxımdan indi haqqında söz
açdığımız tarixi fakt da Avrasiya
diplomatlarının qeydləri arasında xüsusi
əhəmiyyət kəsb edir:"1991-ci ilin oktyabrında
dövlət müstəqilliyi əldə etmiş
Azərbaycan Respublikasının iki prezidenti fərarilik
etdikdən sonra xalqın arzu-istəyi ilə
dövlət başçısı seçilmiş Heydər
Əliyev Prezident kimi ilk səfərini Avropaya, qitə və
dünya miqyaslı bir neçə beynəlxalq
təşkilatın iqamətgahları yerləşən
Fransaya etmişdir. Bu, müstəqil Azərbaycanın
1993-cü ilin payızından sonra götürdüyü
siyasi kursun istiqamətini dünya ictimaiyyətinə məlum
etmək üçün atılan ən mühüm addım
idi".
Azərbaycan eyni əsrdə ikinci dəfə dövlət
müstəqilliyinə qovuşandan sonra gənc
müstəqil respublikanın bədxahları ölkəmiz
üçün çoxsaylı problemlər yaratmış,
qonşu ölkənin işğalçılıq
siyasəti genişlənmiş, daxili sabitlik xaos və anarxiya
ilə əvəzlənmiş, ölkə vətəndaş
müharibəsinin bir addımlığına
qədər sürüklənmişdi. Ən pisi isə o idi
ki, bədxahlarımızın əlində oyuncağa
çevrilmiş ölkə rəhbərlərinin
diletantlığı ucbatından respublikamız beynəlxalq
aləmdən tamamilə təcrid olunmuşdu. Ən yaxın
qonşularımızdan başlayaraq ən uzaq xarici
ölkələrə qədər hamı
"Azərbaycanın düşməni" elan edilmişdi. Tarixin bizə verdiyi növbəti şans və
xalqın istəyi nəticəsində siyasi hakimiyyətə
qayıdan ulu öndər Heydər Əliyev böyük
qətiyyət və iradə nümayiş etdirərək
söylədi ki, bizim yolumuz Qərbə, üzümüz
Şərqə doğrudur. Yəni biz,
mənsub olduğumuz Şərqin müsbət
dəyərlərinin hamısını əsas
götürməklə bərabər Avropa demokratiyasına
yiyələnmək, müasir dünya
təcrübəsinə sahib olmaq üçün
Qərbə inteqrasiya yolunu tutmalıyıq. O zaman
nəinki ölkəmizdə və regionda, hətta,
dünyanın müxtəlif guşələrində bu
həqiqətə şübhə ilə yanaşanlar var idi. Onların fikrincə, uzun illər sovet
cəmiyyətində yaşamış və
işləmiş bir siyasətçi gənc müstəqil
dövlətin Avropa dəyərlərinə sahib çıxmasına
imkan verməz. Çox qısa müddətdən sonra
həmin şəxslərin hamısı etiraf etdilər ki,
Heydər Əliyev bizim proqnozlarımızı
tamamilə alt-üst etdi.
Əslində,
Heydər Əliyev onların proqnozlarını (daha çox
isə ehtimallarını) hələ 3 oktyabr 1993-cü il
prezident seçkilərinin tam ədalətli və demokratik şəkildə
keçirilməsinə şərait yaratmaqla alt-üst
eləmişdi. Ulu öndər bir
həftədən sonra - oktyabrın 10-da ilk dəfə
Prezident kimi and içəndə isə demişdi ki,
müstəqil dövlətimizin sivilizasiyalı dünya
dövlətləri arasında, dünya birliyində
ləyaqətli yer tutmasına çalışacağıma and
içirəm. Ulu öndərin prezident kimi həyata
keçirdiyi ilk tədbirlər sübut etdi ki, müstəqil
Azərbaycan dövləti sivilizasiyalı dünyaya,
demokratiyaya, Avropa dəyərlərinə doğru
qətiyyətlə gedəcək. Ulu öndər
dövlət başçısı kimi and
içəndən cəmi iki ay sonra - dekabrın 20-də
Fransaya rəsmi səfərə getməklə həmin
qətiyyəti daha da gücləndirmiş oldu. Ulu
öndər qeyd edirdi ki, Qərbi Avropa dövlətləri
beynəlxalq münasibətlərin
formalaşdırılmasında xüsusi gücə malikdir
və onlar dünya siyasətinin yönümünü
müəyyən etmək iqtidarındadırlar. Məhz bu
baxımdan həmin ölkələr beynəlxalq aləmin
müəyyən problemlərinin həllində xüsusi
çəkiyə malikdirlər. Ulu öndər
düşünürdü ki, dünya siyasətini
müəyyən edən BMT Təhlükəsizlik
Şurasının beş daimi üzvündən ikisinin -
Fransa və Böyük Britaniyanın, eləcə də
dünyanın iqtisadi potensial baxımından lider
dövlətləri sırasında qərarlaşan Almaniya
və İtaliyanın xüsusi söz sahibi olduğu Avropa
Azərbaycanın dostu, tərəfdaşı
olmalıdır. Məhz bu baxımdan Heydər Əliyev ilk
xarici səfər etdiyi Fransa Azərbaycanın dövlət
müstəqilliyini tanıyan üçüncü Avropa
ölkəsi idi (Rumıniya və Böyük Britaniyadan
sonra).
"Azərbaycan
Respublikası və Fransa Respublikası arasında dostluq,
qarşılıqlı anlaşma və
əməkdaşlıq haqqında Müqavilə"
1993-cü il dekabrın 20-də Parisdə, ulu öndərin
Fransaya səfəri zamanı imzalanmışdır. Sonra
ölkələrarası siyasi, iqtisadi və mədəni
əməkdaşlıq genişlənmiş, Birgə
İqtisadi Komissiya formalaşdırılmışdır.
Ötən il hökumətlərarası İqtisadi
Komissiyanın V iclası Bakıda keçirilmişdir. Eyni
zamanda, hər iki ölkənin parlamentində dostluq
qrupları fəaliyyət göstərir.
Azərbaycanın xarici siyasətində Fransa ilə
əməkdaşlığın yerinə gəldikdə
isə qeyd etməliyik ki, Fransa ilə Azərbaycan arasında
tərəflərin hər birini qane edəcək
səviyyədə dialoq və əməkdaşlıq
əlaqələri mövcuddur. Həm Bakı, həm
də Paris mövcud əməkdaşlığın daha
yüksək səviyyəyə qaldırılması
üçün daim maraq göstərir və yeni yollar arayırlar.
Fransa regionda baş verən hadisələrə öz
münasibətini açıq bildirir və xüsusən,
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin ədalətli şəkildə
həll edilməsi üçün səylərini
əsirgəmir. Təsadüfi deyildir ki, Fransa
ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən
biridir. Ötən dövr ərzində
ölkələrarası münasibətlərdə ciddi
irəliləyişlərə nail olunmuş, yüksək
səviyyəli qarşılıqlı səfərlər
baş tutmuş, əlaqələrin inkişaf etdirilməsi
üçün geniş hüquqi baza
yaradılmışdır. Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin həllində
rəsmi Parisin tutduğu mövqe ondan ibarətdir ki,
münaqişə Azərbaycanın ərazi
bütövlüyü çərçivəsində,
sülh və danışıqlar yolu ilə həll
edilməlidir.
Azərbaycanın
Fransa ilə əməkdaşlıq
genişləndirilməsinə verdiyi önəmi Prezident
İlham Əliyevin həyata keçirdiyi tədbirlər bir
daha sübut edir. Yuxarıda qeyd etdiyimiz kimi ulu öndər
dövlət başçısı seçildikdən iki ay
10 gün sonra Parisə səfər etmişdi. Prezident
İlham Əliyev də həmin ənənəni davam
etdirərək ilk dəfə dövlət
başçısı kimi and içəndən üç
ay sonra - 2004-cü il yanvarın 22-də Fransa Respublikasına
rəsmi səfərə getmişdi. Həmin
ilin sentyabrında isə dövləi başçımız
Parisdə işgüzar səfərdə olmuşdu. 2007-ci
ilin yanvarında Fransaya dövlət səfərinə
getmiş Prezident İlham Əliyev Parisdə Prezident Jak
Şirakın sərəncamı ilə Fransanın
"Fəxri Legionun Böyük Xaç Komandoru" ordeni
ilə təltif olunmuşdur.
Ölkələrarası
siyasi və iqtisadi əməkdaşlıqdan əlavə
humanitar və elmi-texniki sahələrdə də geniş
əlaqələr mövcuddur. Eyni zamanda, hüquq-mühafizə,
ədliyyə və digər dövlət qurumları
arasında da əməkdaşlıq əlaqələri
qurulmuş, müxtəlif sazişlər imzalanmış
və qarşılıqlı səfərlər təşkil
edilmişdir. Yeri gəlmişkən, bu
günlərdə Fransanın dünya şöhrətli
sənət adamı Jerar Depardyeni qəbul edən
Azərbaycan Prezidenti İlham Əliyev qeyd etmişdir ki, bizim
xalqlarımız və dövlətlərimiz
əməkdaşlığın indiki səviyyəsi ilə
qane ola bilməz. Biz dostluğun və
tərəfdaşlığın daha yüksək
səviyyələrinə nail olacağıq.
Ölkələrarası əməkdaşlığın
genişləndirilməsinə hər iki ölkədəki
diaspor təşkilatları da xüsusi töhfələr
verirlər. Hazırda Fransada Azərbaycan diasporunun 7 mütəşəkkil
təşkilatı fəaliyyət göstərir. Bu isə o
deməkdir ki, artıq Fransada Azərbaycan
həqiqətləri hamıya, hər kəsə məlumdur.
Ancaq ulu öndərin 1993-cü il dekabrın 21-də
Parisdə söylədiyi kimi həmin tarixə qədər
Fransada Azərbaycan haqqında məlumatlar həddən
artıq az idi. Ulu öndər Parisdə keçirilən
mətbuat konfransında demişdi: "Biz Azərbaycan ilə
Fransa arasında çoxsahəli
əməkdaşlığın inkişafı
üçün, Azərbaycanın Fransada daha yaxşı
təmsil olunması üçün indi yaradılmış
imkanlardan maksimum səmərə ilə istifadə
olunmasından ötrü gələcəkdə də hər
şey edəcəyik".
Budur,
Azərbaycan dövləti həmin gələcəyi
yaşayır. Bu gün Prezident İlham Əliyev
Azərbaycan-Fransa hərtərəfli
əməkdaşlığının ən yüksək
səviyyəyə çatdırılmasına nail
olmuşdur.
İttifaq
MİRZƏBƏYLİ,
Xalq qəzeti.-2010.-22 dekabr.-S.1.