Milli Məclisin iclasında

 

Oqtay Əsədovun sədrliyi ilə Milli Məclisin dünən keçirilən iclasında əvvəlcə gündəlik səsə qoyularaq təsdiq edildi. Gündəlikdə nəzərdə tutulmuş məsələlərin müzakirəsinə keçməzdən əvvəl O.Əsədov Avropa Parlamentinin Ermənistan üzrə məruzəçisi Tomaş Porebanın Azərbaycanın ərazi bütövlüyünə etinasız yanaşmasına münasibət bildirdi.

Məlum olduğu kimi, Avropa Parlamentinin nümayəndəsi T.Poreba Ermənistandan Dağlıq Qarabağa getmiş, orada separatçı qüvvələrin nümayəndələri ilə görüşmüşdür. O.Əsədov qeyd etdi ki, Tomaş Poreba bu hərəkəti ilə Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik etmiş, beynəlxalq hüquq normalara məhəl qoymamışdır. Milli Məclisin sədri bu səfərə etiraz əlaməti olaraq Avropa Parlamentinin rəhbəri Yerji Buzekin ünvanına məktub hazırlamaq barədə tapşırıq verdiyini özü bu məsələ ilə əlaqədar Avropa Parlamentindəki həmkarlarına məlumat çatdıracağını bildirdi.

Milli Məclisin beynəlxalq münasibətlər parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov çıxış edərək qeyd etdi ki, rəhbərlik etdiyi komitə Avropa Parlamentinin bütün strukturlarına Porebanın fəaliyyətinə qiymət verilməsi tələbi ilə məktub ünvanlayacaq: "Biz göstərəcəyik ki, öz fəaliyyəti ilə Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik nümayiş etdirən bu şəxsin hesabatı obyektiv ola bilməz. Biz Avropa Parlamentindən onun fəaliyyətinin pislənilməsini bu hərəkətin Avropa Parlamentinin prinsiplərinə zidd olan addım kimi qiymətləndirilməsini tələb edəcəyik". Deputatlardan Əli Əhmədov, Qənirə Paşayeva, Qüdrət Həsənquliyev digərləri Avropa Parlamentinin deputatı, Cənubi Qafqaz ölkələri üzrə məruzəçi Tomaş Porebanın Dağlıq Qarabağa səfərini kəskin şəkildə pislədilər.

Sonra Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmənin keçmiş sədri İnqilab Nəsirovun Ali Məhkəmənin hakimi təyin olunması ilə bağlı məsələ müzakirə olundu.

Milli Məclisin hüquq siyasəti dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynov bildirdi ki, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən parlamentə təklif daxil olub. Təklif səsə qoyuldu İnqilab Nəsirovun Ali Məhkəmənin hakimi təyin olunması təsdiqləndi.

Ə.Hüseynov "İnsan hüquqları üzrə müvəkkil (ombudsman) haqqında" Konstitusiya qanununa əlavə dəyişikliklər layihəsini təqdim etdi. Bildirdi ki, ombudsman BMT-nin "İşgəncə digər qəddar, qeyri-insani rəftar ya cəza əleyhinə Konvensiya"sının Fakültativ protokolunda nəzərdə tutulan milli preventiv mexanizmin funksiyalarını yerinə yetirməli, bu məqsədlə Ombudsman Aparatında Milli preventiv qrup yaradılmalıdır. Qrup istənilən vaxt, maneəsiz əvvəlcədən xəbərdarlıq etmədən cəzaçəkmə müəssisələrinə, müvəqqəti saxlama yerlərinə, istintaq təcridxanalarına saxlanılan şəxsin öz iradəsi ilə tərk edə bilmədiyi yerlərə daxil olmaq, həmin yerlərdə saxlanılan şəxslərlə görüşmək digər hüquqlara malik olmalıdır. Ə.Hüseynov qeyd edib ki, milli preventiv qrupun üzvü öz funksiyalarının yerinə yetirilməsi ilə əlaqədar ona məlum olan faktlar barədə ifadə verməyə məcbur edilə bilməz.

Qeyd olundu ki, layihədə başqa bir əlavə isə müvəkkilə informasiya sahibi olan dövlət orqanları ya vəzifəli şəxslərin "İnformasiya əldə etmək haqqında" Qanundan irəli gələn vəzifələri yerinə yetirmələri üzərində nəzarəti həyata keçirmək səlahiyyəti verir.

Sonra layihə ilə bağlı müzakirələr başlandı. Milli Məclisin insan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova bildirdi ki, bu əlavə dəyişikliklərin edilməsi zərurətdən irəli gəlir. O, ayrı-ayrı sahələr üzrə müvəkkilin yaradılmasının məqsədəuyğun olmadığını vurğuladı.

Deputat Siyavuş Novruzov öz çıxışında qeyd etdi ki, informasiya əldə etmək bütün vətəndaşlara aid olunmalıdır: Bütün sahələr üzrə müvəkkil yaradılsa, Azərbaycanda çoxlu sayda müvəkkil olacaq. İndiki şəraitdə buna ehtiyac yoxdur". Deputat E.Axundova təklif etdi ki, bu səlahiyyətlər Ombudsmana verilirsə, o zaman müvəkkil Aparatında informasiya ilə məşğul olan qrup yaxud əlavə ştat yaradılmalıdır.

Layihə səsə qoyuldu 111 nəfər lehinə, 1 nəfər əleyhinə olmaqla qəbul edildi.

Qeyd edək ki, 2005-ci ildə qəbul edilmiş "İnformasiya əldə etmək haqqında" Qanunda mətbuat ombudsmanı institutunun yaradılması nəzərdə tutulub. Əlavə dəyişikliklər qüvvəyə mindikdən sonra "İnformasiya əldə etmək haqqında" Qanunun mətbuat üzrə ayrıca müvəkkil yaradılması barədə müddəası qüvvədən düşəcək həmin səlahiyyət insan hüquqları üzrə müvəkkilə keçəcək.

Komitə sədri S.Seyidov "Türkdilli Ölkələrin Dövlət Başçılarının X Zirvə Toplantısının Bəyannaməsinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının qanun layihəsini təqdim etdi. Sənəd müzakirəsiz qəbul edildi. Daha sonra S.Seyidov "Azərbaycan Respublikası Türkiyə Respublikası arasında strateji tərəfdaşlıq qarşılıqlı yardım haqqında müqavilə"ni təqdim etdi. Komitə sədri bildirdi ki, bu sənəd həm müxtəlif illərdə dövlətlər arasında imzalanmış sazişlərə, həm 1921-ci il Qars müqaviləsinə əsaslanır. Onun sözlərinə görə, sənəddə göstərilir ki, tərəflərdən biri üçüncü dövlət, yaxud bir qrup dövlət tərəfindən silahlı basqına məruz qaldıqda bir-birinə qarşılıqlı yardım göstərəcəklər: "Burada hərbi-texniki əməkdaşlıq məsələlərinə xüsusi yer verilib. Məsələn, birgə hərbi əməliyyatlar aparılması məqsədi ilə infrastrukturun yaradılması, silahlı qüvvələrin lazımi avadanlıqlarla təchiz edilməsi s. Bu, münasibətlərimizin yeni müstəviyə qalxması deməkdir". Sənəddə hərbi-siyasi məsələlərlə yanaşı, iqtisadi, hümanitar elmi məsələlər nəzərdə tutulmuşdur. Müqavilə bu il avqustun 16-da Bakıda Azərbaycan Türkiyə Prezidentləri İlham Əliyev Abdullah Gül arasında imzalanmışdır.

Fasilədən sonra Milli Məclis öz işini davam etdirdi. Azərbaycan Respublikası Rusiya Federasiyası arasında dövlət sərhədi haqqında" müqavilənin təsdiq edilməsi barədə qanun layihəsi, həmçinin gündəlikdə nəzərdə tutulmuş digər qanun layihələrinin müzakirəsi ətrafında çıxış edən deputatlar bildirdilər ki, bu sənədlər Azərbaycanın əlaqələrini daha da möhkəmləndirir, iqtisadi qüdrətini artırır beynəlxalq aləmə inteqrasiyasını sürətləndirir.

Müzakirə olunan məsələlərlə bağlı müvafiq qərarlar qəbul olundu.

 

Əliqismət BƏDƏLOV,

 

Xalq qəzeti.-2010.-22 dekabr.-S.2.