Alternativ turizmin inkişafı

 müzakirə edilmişdir

 

Ölkəmizdə son illərdə turizmin inkişafına daha önəmli diqqət yetirilir. Bu sahədə çalışacaq kadrların hazırlığı, yetişdirilməsi yönümündə Azərbaycan Turizm İnstitutunun üzərinə haha böyük vəzifələr düşür. İnstitut da öz növbəsində bu məsələlərin həlli sahəsində ardıcıl işlər aparır. Bu günlərdə təhsil ocağında "Alternativ turizmin inkişafı" mövzusuna həsr olunmuş konfrans keçirilmişdir.

Konfransı giriş sözü ilə ATİ-nin rektoru, tarix elmləri doktoru, professor Cəfər Cəfərov açaraq toplantıya dəvət olunanları tədbir iştirakçılarını salamladı. Sonra ölkəmizdə mövcud turizm potensialının perspektivləri prizmasından rəhbərlik etdiyi ali təhsil ocağının strateji məqsədlərini tezis şəklində incələdi. Kütləvi turizmdən fərqli olaraq alternativ turizmin insanları bir-birinə yaxınlaşdıran, dostlaşdıran istirahət növü olduğunu xüsusi olaraq vurğuladı. Alternativ turizmə əsasən kiçik orta sahibkarlıq müstəvisində fəaliyyət göstərən müəssisələrə, eləcə , ailə dostların təşəbbüsünə əsaslanan kənd turizmi, ekoturizm, macəra digər növlərin daxil olduğunu bildirdi. Bu səyahətin ətraf mühitin qorunması, yerli milli adət- ənənələrin tanınması, xüsusilə, təbiətlə daha çox təmasda olmaq imkanını ehtiva etdiyini tədbir iştirakçılarının nəzərinə çatdırdı. Sonra o, toplantıda dinləniləcək məruzə çıxışlarda bu şərtlərin icra mexanizmi ilə bağlı təkliflərin səslənəcəyinə əminliyini bildirdi.

Konfrans iştirakçılarından Kristina Kazakova "Sağlamlaşdırma turizmində palçıq müalicəsinin rolu"na eyniadlı məruzəsində aydınlıq gətirdi. O, dünyadakı palçıq vulkanlarının təxminən yarısının Azərbaycanın payına düşdüyünü bildirdi. Palçıq vulkanlarının milli sərvətimiz kimi mühafizə olunmasının təsadüfi olmadığını xüsusi olaraq vurğuladı. Digər məruzəçi Aleksey Pankov isə "Tarixi dini abidələrin mühafizəsi" həsr olunmuş məruzəsində bu sahədə görülən tədbirlərdən danışdı. O, öz müşahidələrini belə yekunlaşdırdı ki, son vaxtlar dini-tarixi abidələrə turist axını güclənib. A. Pankov çıxışında həmçinin tövsiyə etdi ki, bu işin düzgün təşkili həmin abidələrə maraq göstərən turistlərə daha yaxşı xidmət göstərmək məqsədilə yol göstəricilərinin, buklet kitabçaların çap edilməsi zəruridir.

Nərgiz Quliyeva çıxış edərək muğam sənəti, onun nəsildən nəslə ötürülməsi inkişafında YUNESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyevanın xidmətini bir daha tədbir iştirakçılarının nəzərinə çatdırdı. Günay Məmmədli "Azərbaycanda xalçaçılıq sənəti xalçaçılıq məktəbi" mövzusuna həsr etdiyi çıxışında maraqlı fikirlər səsləndirdi. O, qədim Azərbaycan xalçalarının Avropa rəssamlıq məktəbinə təsirini tutarlı faktlarla əsaslandırdı. Aida Bayramovanın çıxışı Azərbaycan ərazisində memarlıq abidələrinin mühafizəsinə həsr olunmuşdu. O, maraqla dinlənilən çıxışının sonunda belə bir təklif etdi: "Memarlıq abidələrinin yerləşdiyi ərazilərdə infrastrukturun yaradılması vacibdir, həmin ərazilərdə bələdçilik fəaliyyətinin təşkili, memarlıq abidələrinin yerləşdiyi ərazilərə turizm marşrutlarının daxil edilməsi daha məqsədəuyğundur".

Azərbaycan Turizm İnstitutunda "Alternativ turizmin inkişafı" mövzusunda keçirilən konfransda məruzələr çıxışlar Azərbaycan, ingilis, alman, fransız, rus dillərində dinlənildi.

 

Zərifə BƏŞİRQIZI,

 

Xalq qəzeti.-2010.-22 dekabr.-S.4.