Erməni mərəzi
sağalan xəstəlik deyil
Yerevanın
Stepan Şaumyan adına meydanda bir qrup erməni
"ziyalısı" Rusiya Federasiyasının
mətbəəsində çap olunmuş dərslik
vəsaitində Azərbaycanın ərazisinin dünya birliyi
tərəfindən tanınan kimi düzgün
göstərilməsinə etiraz əlaməti olaraq piket
keçirmişdir. Onlar bunu tarixi həqiqətlərin,
guya, saxtalaşdırılması kimi qələmə
verərək Böyük Britaniyanın və Rusiya
Federasiyasının Ermənistandakı səfirliklərinə
öz etirazlarını bildirmək üçün
ediblər. Məsələ burasındadır ki, hələ
bir il bundan əvvəl İngiltərədə çap
edilmiş coğrafiya ensiklopediyasında da Azərbaycanın
həqiqi ərazisi olduğu kimi göstərilmişdir.
Həmin ensiklopediyanın Ermənistana aid bölməsində
ölkədə danışıq dilinin Azərbaycan və
erməni dilləri olması barədəki məlumat, əsas
dinlərin isə pravoslav və islam olduğunun qeyd
edilməsi "ziyalı"ların yuxusunu ərşə
çəkmişdir.
Bu
məlumatları oxuyanda hələ 25 il bundan əvvəl
bütün dünya ermənilərinin dini məbədi
sayılan Eçmiədzində üzləşdiyim bir
hadisə yadıma düşdü. "İzvestiya"
qəzetinin Azərbaycan üzrə xüsusi müxbiri
Şamil Məcidovla Ermənistana getmişdik. Həmin qəzetin bu ölkədəki xüsusi
müxbiri Sergey Bablumyan bizi Eçmiədzinə apardı.
Dini məbəd haqqında üç dildə - rus, ingilis
və erməni dillərində nəfis poliqrafik üslubda
çap olunmuş rəngli açıqlamada əvvəllər
eşitdiyim, lakin o vaxtadək heç yerdə rast
gəlmədiyim "Dənizdən Dənizə -
Böyük Ermənistan" xəritəsini
görəndə həm təəccübləndik, həm
də hiddətləndik. Etiraz əlaməti olaraq
Eçmiədzinlə tanışlıqdan imtina etdik.
Sergey Bablumyan dedi ki,
belə şeylərə fikir verməyin, bunlar tarixi
saxtalaşdırmağa adət etmiş bəzi adamların
xəyalından keçən əlçatmaz arzulardır.
Ancaq bu belə deyildi. Sovet İttifaqının
tərkibində "əzəldən qardaşdır
ellərimiz" ideyası ilə bəslənən
ermənilər Qorbaçovun yenidənqurmasından ruhlanaraq
öz məkrli niyyətlərini reallaşdırmaq
istiqamətində məqsədyönlü addımlar
atmağa başlamışdılar. Onların ən
çox qorxub, ehtiyat etdikləri bir maneə vardısa, o da
nəinki keçmiş İttifaqda, hətta bütün
dünyada böyük hörmət və nüfuz sahibi olan ümummilli
liderimiz Heydər Əliyev idi. Ona görə də bu dahi
şəxsiyyəti Kremldən uzaqlaşdırmaq planı
işə salındı.
Sov. İKP
MK-nın Baş katibi M.S.Qorbaçovun ətrafındakı
erməni lobbisi bu məsələdə xüsusi
canfəşanlıq göstərərək 1987-ci ilin noyabr
ayında Heydər Əliyevin SSRİ Nazirlər Soveti
sədrinin birinci müavini vəzifəsindən və Sov.
İKP MK Siyasi Bürosu üzvlüyündən istefa
verməsinə nail oldu. Bax, həmin vaxtdan da
ermənilərin həm dilləri, həm də
əl-qolları açıldı. Hadisələrin
sonrakı xronoloji gedişinə nəzər salsaq
görərik ki, məhz Heydər Əliyevin istefasından bir
az sonra Azərbaycanın tarixi torpağı olan Dağlıq
Qarabağın Ermənistan Respublikasına birləşdirilməsi
ideyası dilə gətirildi. Özü də harada və kim
tərəfindən ermənilərin ən çox
sığınacaq tapdığı Fransanın paytaxtı
Paris şəhərində, sovet akademiki A.Aqanbekyan bu
məsələni ortaya atdı. Həmin vaxtdan da
azərbaycanlıların rahatlığı pozuldu.
Ermənilərin
xəyanətkar hərəkətlərindən
hiddətlənən Azərbaycan xalqı
bütünlüklə ayağa qalxdı, milli azadlıq
hərəkatı başlandı. Fitnəkarları
cəzalandırmaq əvəzinə Mixail Qorbaçov yenə
də ətrafındakı ermənilərin fitvası ilə
1990-cı ilin yanvar ayının 19-dan 20-nə
keçən gecə Azərbaycanın paytaxtı Bakı
şəhərinə hərbi qüvvələr
yeridərək əliyalın dinc əhaliyə divan tutdu.
Tarixə qanlı "20 Yanvar" faciəsi kimi
düşən o müdhiş gecədə
yüzlərlə insan vəhşicəsinə qətlə
yetirildi, böyük dağıntılar törədildi, xeyli
miqdarda adam şil-küt edilərək əlil oldu.
Haqsızlıq,
ədalətsizliklə barışmayan Azərbaycan xalqı
milli azadlıq hərəkatını daha da genişləndirdi.
Artıq digər müttəfiq respublikalarda da
Kremlə etimadsızlıq nidaları səslənməyə
başlamışdı. Hadisələrin gedişi yaxın
zamanlarda Sovet İttifaqının dağılacağından
xəbər verirdi. Ölkədə özbaşınalıq
hökm sürürdü, qanunlar işləmirdi.
Belə mürəkkəb bir vaxtda Moskvada toplaşmış
SSRİ xalq deputatları vəziyyətdən
çıxış yolları axtarırdılar. SSRİ Ali
Sovetinin dördüncü sessiyası məzhəkəli bir
səhnəyə çevrilmişdi. Heç nədən
və heç kimdən çəkinməyən erməni
deputatları sessiyanın tribunasında lətifə
danışaraq Qorbaçovu ələ salırdılar.
Moskvada
dəfələrlə olmuşdum. Lakin vaxtilə
dünyanı lərzəyə gətirən nəhəng bir
ölkənin paytaxtını 1990-cı ilin sentyabr
ayındakı kimi miskin, sönük görməmişdim.
Yenidənqurma prosesi adamları düşündürən,
narahat edən problemlərin hamısını
hərəkətə gətirmişdi.
Küçələrdə, meydanlarda, parklarda izdihamlı
mitinqlər keçirilirdi. Bu və ya digər
hadisələrə etiraz əlaməti olaraq aclıq
edənlərin sayı gündən-günə
artırdı. Kremlin qulağının dibində,
"Rossiya" mehmanxanasının qarşısında
belələrinin qurduqları çadırlar hamının
diqqətini cəlb edirdi. Onların
sakinlərinin tərkibi vaxtaşırı dəyişirdi.
İndikilərin çoxu ictimaiyyətin diqqətini Oş
vilayətində milli zəmində baş vermiş qanlı
toqquşmaların əsl mahiyyətinə çəkirdi.
Ölkə rəhbərindən tutmuş xalq deputatlarına
qədər təhqiredici sözlərlə dolu olan plakat
və şüarlar belələrinin əyani
təşviqat vasitələrinə çevrilmişdi.
Aclıq edənlərin
arasında ermənilər də vardı. Onların
tələblərinə qulaq asanlar başlarını
bulayır, haqsız olduqlarını üzlərinə deyirdilər.
Paytaxt sakini, yaşlı bir qadın, necə deyərlər,
ermənilərin abrını ətəklərinə
bükərək dilləndi:
- Ölkəni
qarışdıran sizin kimi nadürüstlərdir. Rahatca
yaşayırdıq, heç nədən aləmə
vəlvələ saldınız. İndi də utanmaz-utanmaz
heç bir əndazəyə sığmayan haqsız iddialar
irəli sürürsünüz. Sizin kimilər Moskvanın da
rahatlığını pozub, günümüzü qara
etmisiniz.
Kor tutduğunu buraxmaz,
deyiblər. Ermənilər də dəridən-qabıqdan
çıxır, müxtəlif fırıldaqlara əl
atır, Ali Sovetə, xalq deputatlarına təzyiq göstərməyə
çalışırdılar. Taleyin qisməti ilə
"Moskva" mehmanxanasında da ermənilərlə
qonşuyduq. Hər gün 1583 nəfər gecələyən
mehmanxanada SSRİ xalq deputatlarından çox erməni
gözə dəyirdi. SSRİ Ali Soveti
sessiyasının iştirakçılarına xidmət
edən bu möhtəşəm binada bədnam
qonşularımızın sayının həddən
artıq olması heç kimi maraqlandırmırdı. Onlar
nömrələrdə, dəhlizlərdə
dəstə-dəstə toplaşaraq xosunlaşır,
başqa regionlardan olan deputatları ələ almağa
çalışır, cürbəcür məkrli planlar
cızırdılar.
Günlərin birində
mehmanxananın əsas korpusundakı 1013 nömrəli
otağın qapısına aşağıdakı məzmunda
elan vuruldu: "Burada SSRİ xalq deputatları Z.Balayan və
akademik V.Ambarsumyan DQMB-də sovet orqanlarının
fəaliyyətinin dayandırılmasına etiraz
əlaməti olaraq aclıq elan edirlər". DQMB-dən
SSRİ xalq deputatı seçilmiş B.Qriqoryan,
ermənistanlı deputat, SSRİ xalq artisti S.Sarkisyan və
ölkə rəhbərliyi tərəfindən ləğv
edilmiş Dağlıq Qarabağ Muxtar Vilayəti Xalq
Deputatları Sovetinin sədri S.Babayan da onlara
qoşulmuşdular. Aclıq edənlər M.S.Qorbaçova
Dağlıq Qarabağda SSRİ Konstitusiyası
tələblərinin, guya, kobud şəkildə pozulduğu
barədə məktub göndərmişdilər. Eyni
məzmunlu məktub ölkə başçısına
bütün ermənilərin Katalikosu ikinci Vazgen
tərəfindən də ünvanlanmışdı.
"Moskovskoye pravda"
qəzetinin yazdığına görə Zori Balayan enerjisini
saxlamaq üçün sutka ərzində yalnız iki litr
yarım mineral və ya qaynadılmış sudan istifadə
edir. Aclığın nə qədər davam edəcəyi
barədə qəzetin müxbirinin sualına Z.Balayan belə
cavab vermişdir: "Bu bizdən yox, Qorbaçovdan
asılıdır". Daha sonra qəzet xəbər verirdi
ki, xalq deputatlarının bu tədbiri Ermənistanda
böyük əks-səda yaratmışdı.
Ermənilərin bu siyasi
hoqqabazlığını təbliğ etmək
üçün xarici agentliklərin, televiziya
şirkətlərinin əməkdaşları xüsusi
fəallıq göstərirdilər. Onların
sırasında ermənipərəsət mövqeyi ilə
seçilən Frans-pres agentliyinin, Bi-bi-si telekanalının
jurnalistləri daha çox canfəşanlıq edirdilər.
Mehmanxanada məskunlaşmış deputat olmayan
ermənilər isə xarici müxbirlərə və bəzi
şübhəli şəxslərə restoranda
təm-təraqlı ziyafətlər düzəldir, onları
pay-puşla yola salırdılar.
Deyilənə görə,
siyasətdə, fəndgirlikdə yəhudilər usta adam
sayılırlar. Yəhudilərin özləri isə
səmimi etiraf edirlər ki, erməni olan yerdə biz heç
nəyik. Həqiqətən də, ermənilər
dünyanı barmaqlarına sarımaqda ustadırlar. Bir
əsrə yaxındır ki, onlar türklər
tərəfindən soyqırımına məruz qalmaları
barədə yalandan haray-həşir qoparırlar.
Dünyanın bütün qitələrinə
səpələnən ermənilər harada normal,
yaxşı yaşayış şəraiti tapırlarsa
oranı özününkiləşdirmək
istəyirlər. Azərbaycanda Dağlıq Qarabağ Muxtar
Vilayətinə, Gürcüstanda Cavaxetiyaya, Rusiya
Federasiyasında Krasnodar, Stavropol şəhərlərinə
və başqa-başqa bu kimi yerlərə iddialı olan
ermənilərin niyyəti hamıya bəllidir. Hələlik
bunların heç birinə yiyələnməsələr
də çirkin əməllərindən əl
çəkmirlər, Naxçıvan Muxtar
Respublikasını da gözaltı ediblər.
Ancaq 25 il bundan əvvəl
ermənilər başqa cür danışırdılar.
Naxçıvan Muxtar Respublikasının 60 illik yubiley
təntənəsini xatırlayıram. Tribunaya qalxan
Dağlıq Qarabağ Muxtar Vilayət Partiya Komitəsinin
birinci katibi Boris Gevorkov deyirdi:
- Tarixin yaşı müqabilində 60 il
qısa bir andır. Lakin bu müddətdə
Naxçıvan zəhmətkeşləri Azərbaycanın
tərkibində ölkə xalqlarının vahid
qardaşlıq ailəsində əsrlərə
bərabər bir yol keçmişlər. Naxçıvan
Muxtar Respublikasının bugünkü simasını
texnikanın son nailiyyətləri əsasında qurulmuş
çoxlu sənaye müəssisəsi, sənaye
təməli üzərinə keçirilən yüksək
dərəcədə inkişaf etmiş kənd
təsərrüfatı olmadan təsəvvür etmək
mümkün deyildir. Azərbaycan
mədəniyyətinin Əcəmi, Cəlil
Məmmədquluzadə, Hüseyn Cavid, Məmməd Səid
Ordubadi kimi görkəmli şəxsiyyətlərini
yetirmiş xalqın qürurlanmağa haqqı vardır.
Sovet Azərbaycanının tərkibində iki muxtar
qurumu - Naxçıvan MR ilə DQMB-nı
sarsılmaz qardaşlıq və dostluq telləri
birləşdirir. Bu əlaqələr həm
ata-babalarımızın qədim
ənənələrindən, həm də kommunizm uğrunda
mübarizədə vəzifələrimizin, mənafeyimizin
və məqsədlərimizin birliyindən irəli gəlir.
Dağlıq Qarabağın zəhmətkeşləri
Naxçıvan Muxtar Respublikasının 60 illiyini öz
böyük fərəhli bayramı kimi
qarşılayırlar. Onlar
naxçıvanlıların nailiyyətlərinə
qəlbən sevinir, qarşıda duran şərəfli
vəzifələrin yerinə yetirilməsində yarış
dostlarına yeni müvəffəqiyyətlər
arzulayırlar.
Dağlıq Qarabağın rəhbərindən sonra
mikrafon qarşısına çıxan Ermənistan
Respublikası Ararat Rayon Partiya Komitəsinin birinci katibi
H.Minasyan dedi:
- Nümayəndə heyətimizin üzvlərinə
böyük bir şərəf - Sovet Ermənistanının
zəhmətkeşləri adından Naxçıvan əməkçilərini
əlamətdar yubiley - Muxtar Respublikanın
yaradılmasının 60 illiyi münasibətilə təbrik
etmək şərəfi nəsib olmuşdur. Bu
böyük bayram günündə sizin sevincinizə
qardaşcasına şərik oluruq. Erməni
və Azərbaycan xalqları əsrlər boyu
həmişə bir yerdə olmuş, bir-birinə
arxalanmış, kömək əli uzatmışlar. Onlar işıqlı gələcək uğrunda
çiyin-çiyinə mübarizə aparmışlar.
Babalarımızın münbit torpağa
səpdiyi qardaşlıq toxumları qüdrətli
cücərtilər vermişdir, hər cür sınaqlar
və fırtınalar onlar üçün qorxulu deyildir.
Ermənilərin
riyakarlığına, ikiüzlülüyünə,
xəyanətkarlığına dair söylədiyim bu faktlar
son dövrlərin reallıqlarıdır. Dünən
dediyini bu gün danan ermənilər sağalmaz
xəstəliyə tutulublar. İş o yerə
çatıb ki, Ermənistanın indiki rəhbəri paytaxt
Yerevanda deyil, əyalət şəhəri olan Gorusda
gülünc bir "şou" çıxarmaqla
özünün siyasi savadsızlığını
bütün dünyaya bir daha faş etmişdir. Əlqərəz, başabəla
qonşularımızı sağlam həyata qaytarmaq
üçün əməlli-başlı "cərrahi
əməliyyata" ehtiyac duyulur.
Telman ƏLİYEV,
Xalq qəzeti.-2010.-23 dekabr.-S.5.