Onun filmlərində tənhalığa,

 biganəliyə qarşı əsl üsyan var

 

Həsən Seyidbəyli-90

 

 

Milli kinomuzun uğurlarından söhbət düşəndə bu sənətin şedevrlər yaradan rejissorlarını xatırlamamaq qeyri-mümkündür. Səməd Mərdanov, Lətif Səfərov, Həbib İsmayılov, Hüseyn Seyidzadə, Tofiq Tağızadə s. sənətkarlarımızın milli ruhda yaratdıqları filmlərimizə bu gün böyük həvəslə tamaşa edirik. Onların sırasına bir müqtədir sənətkar da daxildir. Bu, öz filmləri ilə xalqımızın ekran salnaməsini zənginləşdirən, böyük yaradıcı təfəkkürə malik olan xalq artisti Həsən Seyidbəylidir.

Həsən Seyidbəylinin yaradıcılığı çoxşaxəli olsa da onun kinematoqrafiya sahəsində xidmətləri xüsusi olaraq qeyd edilməlidir. Yaradıcılığa yazıçılıqla başlayan Həsən Seyidbəyli sonradan kino sahəsində daha çox nailiyyətlər qazana bilmişdir.

O, 1938 -1939-cu illərdə Leninqrad (Sankt-Peterburq) Kino Mühəndisləri İnstitutunda, 1943 -1951-ci illərdə Moskva Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kinorejissorluq fakültəsində təhsil almışdır. "Azərbaycanfilm" kinostudiyasında kinorejissor, 1963 - 1980-ci illərdə Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi sədri vəzifələrində işləmişdir. "İmtahan", "Qızıl axtaranlar", "Bağlı qapılar" adlı dram əsərləri Azərbaycanda xaricdə səhnəyə qoyulmuşdur. Bir neçə kitabın müəllifidir. Filmləri ümumittifaq kino festivallarında priz diplomlara layiq görülmüşdür.

Yazıçı-dramaturq, xalq artisti, ssenarist, kinorejissor, ictimai xadim Həsən Seyidbəyli özünəməxsus yaradıcılığı ilə milli kinomuza yeni nəfəs gətirmişdir. Onun romantik əsərləri uzun müddət teatrların əsas repertuarına çevrilmiş, ədəbi-bədii keyfiyyətinə görə sonradan uğurlu ekran taleləri yaşamışlar. Dramaturqun əsərlərindəki səmimilik, sadə ekran qəhrəmanları oxucu kütləsinin böyük marağına səbəb olmuşdur.

Dramatik üslubda yaradıcılıq kredosunu təsdiqləyən Həsən Seyidbəylinin "Nəsimi" filmi tariximizlə yanaşı, milli mədəniyyətimizi, mentalitetimizi, ədəbiyyatımızı, musiqimizi ümumilikdə qədim Azərbaycanın həyatını əks etdirdi. Rejissor bu filmin çətinlikləri barədə deyirdi: "Biz Nəsimi dövründən söhbət açmalı idik. Həmin mürəkkəb dövrün dili, danışığı, plastikası o qədər qabarıq verilməli idi ki, hər səhnədə, hər şeydə dərin bir gerçəklik, yüksək bədiilik olsun. Belə çətin məsələni təkcə sənətkarlıqla həll etmək mümkün deyildi. Nəsimi roluna dəvət olunan aktyorda mürəkkəb tarixilik, nəsimilik, hürufilik, şairlik kompleksi, əruz vəzninin ritmi, gözlərdə alışıb yanan Nəsimi alovunun qığılcımı vəhdət tapmalı idi". O, belə bir qəhrəmanı tapdı Rasim Balayev ona bəslənilən bütün ümidləri doğrultdu.

Onun filmlərinin süjet xətti məna baxımından kəsərli, dinamik maarifləndirici xarakter daşıyır. Aktyor seçməkdə mahir olan rejissor Həsən Seyidbəyli öz quruluşlarında zahiri təmtəraqlara üstünlük vermədən kiçik obrazları belə filmin aparıcı qüvvəsi kimi təqdim edirdi. Məsələn, "Nəsimi" filmində epizodik rolları ifa edən aktyorlar yaratdıqları obrazların fonunda (dərviş, Yusif, hürufilər, Şəms s.) personajların mövqelərini dəqiq xarakterizə etməklə həm öz istedadlarını, həm prototiplərin ideya sosial durumlarını səlis səciyyələndirir, tamaşaçının sevimlisinə çevrilirdilər. Həmin illərin aktyor nəsli sənətdə qazandıqları uğurları da Seyidbəyli yaradıcılığı ilə əlaqələndirirlər. "Mənim seçdiyim qəhrəmanlar tipaj deyildir. Həmişə haqlarında düşündüyüm, yazdığım, hər gün həyatda təsadüf etdiyim ekranda görmək istədiyim qəhrəmanlardır" - deyən Həsən Seyidbəyli bir ədib kimi müəlliflərin yaradıcılığına da həddən artıq hörmətlə yanaşaraq ədəbi materialları gözdən salmamağa çalışır, özünün rejissor təxəyyülünün sintezi ilə qüsursuz ekran əsərləri, nümunəvi qəhrəmanlar yaradırdı.

Ekrandakı qəhrəmanların gətirdikləri sitatlar, dialoqlar məzmununa görə həyat məktəbi sayılır, təlqin olunan milliliyə xas etik qaydalar cəmiyyətin estetik tərbiyəsində mühüm rol oynayır. O, müraciət etdiyi hər bir mövzudakı qəhrəmanlarının abidəsini yaradır, onların peşələrinə xüsusi rəğbət hissi oyadır, sanki həyatdakı nümunəvi mövqelərini alqışlayırdı. Məsələn, müəllimlərin ( "Bizim Cəbiş müəllim" ), rabitəçilərin ( "Telefonçu qız" ), qanun keşikçilərinin ("O qızı tapın"), neftçilərin ("Möcüzələr adası") s.

Müxtəlif peşə sahiblərinin nümunəvi təsvirləri insanlarda həyat eşqini gücləndirir, zəhmətə meyillilik yaradır, dövrünə, mühitinə qarşı sevgi hissi oyadırdı. Düzgün istiqamətləndirilmiş aktyor ifaçılığı rejissor, bəstəkar dramaturq ideyalarının tamaşaçıya dəqiq çatdırılmasına nail olurdu. Onun filmlərinə uğur qazandıran əsas səbəblərdən biri bədii kompozisiyanın təşkilindən əlavə rejissor traktovkasının qüsursuz nizamlı olmasından ibarət idi. Ümumiyyətlə, XX əsrin ortalarından 80-ci illərə qədər çəkilən filmlərin böyük əksəriyyəti aqrar sahəni, yüngül sənayeni bir sözlə ictimai-siyasi hadisələri təqdirəlayiq səviyyədə əks etdirdi.

Müharibə mövzusu bizim kinoda şablonsuz həyat həqiqətlərinə əsasən ekranlaşdırıldı, Azərbaycanın mövqeyi, insanların münasibəti çox böyük diqqətlə araşdırıldı. Məsələn, "Bizim Cəbiş müəllim" filmində bir ailənin tarixçəsi fonunda müxtəlif insanların xarakterləri dinamik kadrlarla, panoramlı çəkilişlərlə təsvir olunur. Bu filmdə kadrlar ötdükcə hadisələrin baş verdiyi həyətin divarları genişlənib, sanki bütün şəhəri əhatə edir, zavod fabrikləri, bazarı, cəbhəyə əsgər göndərilən vağzalı bizə göstərir. biz müharibə Bakısının əhval-ruhiyyəsi ilə qarşılaşırıq. Filmin epizodlarında nadir hallarda rastlaşdığımız komik dialoqlarda belə müharibənin gətirdiyi bədbəxtlikləri xatırladan dərin kədər var.

Son dəfə "Xoşbəxtlik qayğıları" filmini çəkdi. O, bu qayğı ilə yaşayırdı, insanları xoşbəxt görmək istəyirdi. Bu böyük sənətkar yaddaşlarda gözəl insan, istedadlı yazıçı, kinodramaturq rejissor kimi qalacaqdır.

 

M.MÜKƏRRƏMOĞLU,

 

Xalq qəzeti.-2010.-23 dekabr.-S.7.