Milli təhsil quruculuğunun uğurları
Ulu öndər Heydər Əliyevin təhsilə qayğısı,
apardığı məqsədyönlü
siyasət nəticəsində
Azərbaycanda müəllimin,
məktəbin nüfuzu
artmışdır. O deyirdi:
"Təhsil həyatımızın
ən gərəkli və mühüm sahəsidir. O, milli məqsədlər, mənafeler
əsasında qurulmalıdır".
Bu, o vaxt
idi ki, dövrün
tələbindən meydana
gəlmiş humanistləşdirmə
təhsilin forma və məzmunca yeniləşməsini, gənc
nəslin yüksək
səviyyədə formalaşdırılmasını
tələb edirdi.
Ölkəmiz müstəqillik əldə etdikdən sonra təhsil sahəsində bir çox köklü islahatların aparılması
zərurəti yaranmışdı.
Bu zərurət ölkənin yeni siyasi oriyentasiyası, istehsal-mülkiyyət münasibətlərinə
baxışın dəyişməsi,
təlimin məzmunca müasirləşməsi və
sair amillərilə şərtlənirdi.
1993-cü ildə Heydər
Əliyevin hakimiyyətə
qayıdışı, əslində,
milli təhsilimizi də dağılmaq təhlükəsindən xilas
etdi. AXC - Müsavat
cütlüyünün hakimiyyəti
dövründə təhsilimizə
elə bir zərbə vurulmuşdu ki, artıq bu sistem bərbad
vəziyyətə düşmüşdü.
Ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətə qayıdışı
və təhsilin problemlərini nəzarətə
götürməsi bu
mühüm sahəni yeni inkişaf yoluna çıxardı. Müəllimlərimizdə, bütövlükdə
təhsil işçilərində
gələcəyə inam
gücləndi, öz
iş yerlərini tərk edib başqa sahələrə
üz tutan pedaqoqlarımız yenidən
məktəbə qayıtdılar.
Təhsil sistemində
yeniləşmə başladı,
mütərəqqi ənənələr
bərpa olundu.
Ölkə təhsilində islahatların
dinamik və sistemli aparılması üçün Prezident Heydər Əliyevin sərəncamı ilə
dövlət komissiyası
yaradıldı. Az bir zamanda bu
komissiya Azərbaycan respublikasının təhsil
sistemində islahat proqramını hazırladı
və həmin sənəd ölkə başçısının 15 iyun 1999-cu il tarixli fərmanı ilə təsdiq edildi. Tarixi əhəmiyyətli
"Azərbaycan respublikasının
təhsil sahəsində
islahat proqramı"
gənc nəslin təlim-tərbiyəsində, cəmiyyətin
sivil inkişafında
strateji istiqamətləri
açıqlamış, cari
və perspektiv işləri müəyyənləşdirmişdir.
Proqramda ölkə təhsilinin qarşısında demokratikləşdirmə,
inteqrasiya, differensiallaşdırma,
fərdiləşdirmə kimi
mühüm vəzifələr
qoyulmuşdur. Əsas
məqsəd isə milli zəmində və ümumbəşəri
dəyərlərə əsaslanan,
beynəlxalq standartlara
uyğun milli təhsil sisteminin yaradılması olmuşdur.
Ulu öndər Heydər Əliyev sonralar cəmiyyətin inkişafında təhsilin
rolundan danışarkən
demişdi: "Bu təhsil sisteminin nə qədər dəyərli
olduğunu ondan görmək olar ki, Azərbaycanda yüksək savada, biliyə, ixtisasa, elmə malik insanlar var və
onlar cəmiyyətin çox hissəsini təşkil edirlər. Əgər bunlar olmasaydı, Azərbaycanın
iqtisadiyyatı belə
güclü inkişaf
edə bilməzdi.
Bunlar olmasaydı, Azərbaycan elmi inkişaf edə bilməzdi. Bunlar olmasaydı, biz indi ölkəmizi müstəqil şəkildə
idarə edə bilməzdik. Onları qiymətləndirmək lazımdır
və on illərlə əldə etdiyimiz nailiyyəti heç vaxt unutmamalıyıq".
Ümummilli lider müstəqil Azərbaycanda
milli təhsil quruculuğunun da memarı olmuşdur. Onun hakimiyyətə xilaskar qayıdışı Azərbaycanın
sosial-iqtisadi, siyasi və mədəni həyatının bütün
sahələrində olduğu
kimi, təhsildə də tənəzzülün
qarşısını almışdı.
Tezliklə təlim-tərbiyə
müəssisələrinin ahəngdar işi bərpa olunmuş, təhsil sisteminin müstəqil dövlətçilik prinsipləri
əsasında qurulması
həyata keçirilmişdir.
Hazırda xalqımızın
hərtərəfli təhsilə
marağı durmadan artmaqdadır. Bu isə, hər şeydən əvvəl,
ötən yüzillikdə
Azərbaycan xalqının
intellektual potensialının,
maariflənməsinin əsas
göstəricilərindən biri sayılmalıdır.
Respublikamızda təhsilin,
elmin, mədəniyyətin,
intellektual potensialın
keyfiyyətcə beynəlxalq
standartlara uyğunlaşdırılması
XXI əsr milli təhsil quruculuğunun strateji xəttidir. Belə bir məqamı
da xatırlmaq yerinə düşər ki, XXI əsr YUNESKO tərəfindən "Təhsil
əsri" elan olunmuşdur. Bu o deməkdir ki, yeni əsrdə
bəşər sivilizasiyasını
ən çox maraqlandıran məsələ
təhsilin inkişafı
və keyfiyyətcə
yeniləşməsi, cəmiyyətin
tərəqqisində onun
rolunun daha da yüksəlməsi olacaqdır.
Memarı ulu öndərimiz Heydər Əliyev olan müasir Azərbaycan təhsili özünün
zəngin təcrübəsindən
bəhrələnərək qarşıya qoyulmuş tarixi vəzifələri inamla, ardıcıl yerinə yetirməkdədir.
Bu, bizim başlıca amalımız,
təhsil sahəsində
strateji xəttimizdir. Dövlət müstəqilliyimiz,
milli mənafeyimiz məktəbi ağıl,
intellekt məorkəzinə,
Azərbaycanı isə
intellekt ölkəsinə
çevirməyi tələb
edir və bu proses sürətlə
davam edir.
Ümummilli lider Heydər Əliyevin milli təhsilimizə qayğı və diqqəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla
davam etdirilir. Təbii ki, bu məsələdə Heydər Əliyev Fondunun prezidenti, millət vəkili, YUNESKO-nun xoşməramlı
səfiri Mehriban xanım Əliyevanın da xidmətləri danılmazdır. Sevindirici
haldır ki, son dövrdə Bakı şəhərində
və eləcə də respublikamızın
ayrı-ayrı regionlarında
dünya standartlarına
cavab verən yeni məktəb binaları tikilib istifadəyə verilmişdir.
Məktəblər yeni
və müasir avadanlıqlarla təchiz olunmuş, təlim-tərbiyənin
səviyyəsi yüksəldilmiş,
müəllimlərin əmək
haqqı artırılmışdır.
Azərbaycan təhsilinin unudulmaz himayəçisi Heydər Əliyev xalqımızın son minillik tarixi ərzində yetirdiyi ən böyük siyasi xadimdir. Onun şəxsiyyətində
ən yüksək dövlət xadiminə xas keyfiyyətlər birləşirdi. O, həm
xilaskar, həm qurucu, həm rəhbər, həm müəllim, həm də tələbkar bir lider idi.
Bu bənzərsiz insanın həyatı bütövlükdə Azərbaycan
xalqına və dövlətinə xidmətdə
keçmişdir. Heydər
Əliyev ömrü bir qəhrəmanlıq dastanı, insanlığa
sədaqətlə xidmət
nümunəsidir.
Biz təhsil işçiləri, cəmiyyətin
önündə gedən
ziyalılar ulu öndər Heydər Əliyevin arzu və əməllərini
daim dəstəkləmişik.
Həmin əməllər
bu gün də xalqımızın
inkişafı və tərəqqisi yolunda məşəl və yeni nəsillər üçün örnəkdir.
Biz bundan sonra da təhsilimizin
inkişafı yolunda əlimizdən gələni
əsirgəməyəcək, qarşımızda duran vəzifələrin öhdəsindən
layiqincə gəlməyə
çalışacağıq.
Sevinc ƏLİYEVA,
Xırdalan şəhər 1 saylı orta
məktəbin direktoru,
YAP Abşeron rayon təşkilatı
qadınlar şurasının sədri
Xalq qəzeti.-2010.-23
dekabr.-S.7.