Ordumuz yüksək döyüş
hazırlığına yiyələnib
Əsası ümummilli liderimiz Heydər Əliyev
tərəfindən qoyulan Silahlı Qüvvələrimiz
üçün 2010-cu il bir sıra mühüm
hadisələrlə yadda qaldı. Ölkə Prezidenti
tərəfindən cari ilin 18 may tarixində təsdiq olunmaq
üçün Milli Məclisə təqdim olunan və iyunun
8-də ölkə parlamentinin təsdiq etdiyi müstəqil
Azərbaycanın ilk Hərbi doktrinası təkcə
Silahlı Qüvvələrimizin həyatında deyil,
ümumiyyətlə, Azərbaycan Respublikasının
həyatında tarixi bir hadisəyə çevrildi. Bu
sənəd ulu öndər Heydər Əliyev
tərəfindən bünövrəsi qoyulan milli
təhlükəziyliyimizin təminatı strategiyasının
tərkib hissəsi kimi ölkəmizin hərbi
təhlükəsizlik sisteminin konseptual əsasını
müəyyənləşdirdi. Həyata
keçirilən dövlət əhəmiyyətli digər
çoxsaylı tədbirlər, qərar və
sərəncamlar, geniştərkibli təlimlər Silahlı
Qüvvələrimizin bütün xidmət
sahələrində əldə etdiyi ciddi
irəliləyişlərlə müşaiyət olundu.
Hərbi
təhsil
Ordu
quruculuğu işinin ən mühüm sahələrindən
biri də kadr məsələləri ilə
bağlıdır. Ali hərbi
məktəblərimizdə, o cümlədən, hərbi
təhsil ocaqlarımızın flaqmanı sayılan Heydər
Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində
təlim-tədris işi müdafiə nazirinin 15 iyun 1998-ci il
tarixli əmri ilə qüvvədə olan "Ali hərbi
məktəblər haqqında əsasnamə"nin
və Bakalavr ixtisası təhsili standartlarının
tələblərinə uyğun təşkil edilir.
Məktəbdə doqquz hərbi ixtisas üzrə
peşəkar mütəxəssislər hazırlanır.
Burada 7 elmlər doktoru, 52 elmlər namizədi gənclərə
hərbin sirlərini öyrədir. Adı çəkilən
təhsil ocağında 1997-ci ildən müasir standartlara
uyğun yeni təhsil sistemi tətbiq olunur. Tədrisin
yüksək keyfiyyətlə təşkili MDB
ölkələrində ali hərbi təhsil
ocaqlarımıza marağı daha da
artırmışdır. Hazırda burada bir sıra xarici
ölkə gənclərinin təhsil alması ordumuzun
gündən-günə artan imicindən xəbər verir.
Bu il hərbi
təhsillə bağlı ölkəmizdə bir sıra
beynəlxalq təşkilatların iştirakı ilə
müxtəlif tədbirlər keçirilmişdir. Silahlı
Qüvvələrdə hərbi təlim və təhsil
sahəsinə yardım mövzusunda taktiki və
əməliyyat səviyyəsində NATO-nun beynəlxalq
qərargahı tərəfindən təşkil olunan
işçi görüşləri xüsusi qeyd
olunmalıdır. Bundan əlavə,
çavuş məktəbinin NATO standartlarına
uyğunlaşdırılması ilə bağlı
məktəbin müəllim heyətinə ABŞ,
Türkiyə, Almaniya və Latviyanın müvafiq
çavuş hazırlığı
mərkəzlərində çavuş heyətinin
hazırlığı üzrə treninqlər
keçirilmişdir. NATO Məktəbinin Mobil Təlim
Qrupunun ölkəmizə səfəri də
təcrübə mübadiləsi baxımından kifayət
qədər məhsuldar olmuşdur. Bu gün Müdafiə
Nazirliyinin bütün tədris ocaqlarında tədrisin
günün tələbləri səviyyəsində
qurulması ordumuz üçün peşəkar kadrların
hazırlanmasına tam zəmanət verir.
Beynəlxalq
əlaqələr
Beynəlxalq
əməkdaşlıq ordumuzun əsas inkişaf
istiqamətlərindən biridir. Bu sırada ən ümdə
yeri dünyanın ən böyük hərbi strukturu
sayılan NATO ilə əməkdaşlıq
münasibətləri tutur. Hazırda Azərbaycan NATO ilə
iki böyük proqram üzrə hərbi əlaqələr
qurur: Fərdi Tərəfdaşlıq üzrə
Əməliyyat planı (FTƏP), Planlaşdırma və
Analiz prosesi (PAP).
2010-cu il
ərzində Müdafiə Nazirliyinin xarici
dövlətlər və beynəlxalq təşkilatlarla
ikitərəfli və çoxtərəfli
əməkdaşlığı daha da inkişaf etmiş
və genişlənmişdir. Bu il ABŞ və
Tacikistanın müdafiə qurumları ilə hərbi
sahədə iki əsas sənəd imzalanmışdır.
İkitərəfli əməkdaşlıq üzrə il
ərzində Azərbaycanda və xarici
ölkələrdə 276 müxtəlif dil və ixtisas
kursları, işçi görüşləri, seminarlar,
konfranslar, tanışlıq səfərləri,
qərargah danışıqları,
məsləhətləşmələr və digər
tədbirlər planlaşdırılaraq həyata
keçirilmişdir. Bu tədbirlərdə Silahlı
Qüvvələrin 1300-dək nümayəndəsinin
iştirakı təmin edilmişdir.
NATO-nvn Sülh Naminə Əməkdaşlıq (SNT)
proqramı , eləcə də, digər beynəlxalq
təşkilatlarla əməkdaşlıq
çərçivəsində keçirilmiş 150-dək
tədbirdə Silahlı Qüvvələrimizin 1000-dək
nümayəndəsi iştirak etmişdir. 2010-cu ildə 128
azərbaycanlı hərbi qulluqçu xarici dil və ixtisas
kurslarına qatılmaq üçün xarici
ölkələrə ezam edilmişdir. Silahlı
Qüvvələrin Təlim və Tədris
Mərkəzində təşkil edilən ingilis dili kurslarına
isə 100-ə yaxın hərbi qulluqçumuz cəlb
olunmuşdur.
Bu il NATO nümayəndələrinin iştirakı
ilə FTƏP və PAP üzrə geniş
müzakirələr aparılmış, NATO-nun Neapolda,
İzmirdə və Madriddəki müxtəlif qoşun
növlərini təmsil edən Qüvvə Komandanlığı
Qərargahı, Lissabonda, Brunsunda və İzmirdəki
Birləşmiş NATO Qərargahının Mobil Təlim
Qrupları, Standartlaşma Agentliyi üzrə ekspertləri, o
cümlədən NATO Baş Katibinin Orta Asiya və Cənubi
Qafqaz ölkələri üzrə əlaqələndirici
zabiti ölkəmizə səfər etmişdir. Neft kəmərlərinin mühafizəsi
üzrə Azərbaycan, Türkiyə və
Gürcüstanın iştirakı ilə hər il
təşkil olunan "ETERNİTY" təlimi də plan
üzrə ölkəmizdə keçirilmişdir. İl
ərzində Vyana-99 sənədi üzrə Azərbaycana 8
inspeksiya qrupu gəlmişdir. Ölkəmizdə ordu
quruculuğu sahəsində aparılan islahatlar
beynəlxalq ekspertlər tərəfindən yüksək
qiymətləndirilmişdir.
Maddi-texniki
təminat
Son yeddi il ərzində dövlət
büdcəsindən hərbiyə ayrılan xərclər 14
dəfəyədək artırılmışdır. 18 iyun
2010-cu il tarixdə Milli Məclisin növbədənkənar
sessiyasında müdafiə və təhlükəsizlik
xərclərinin daha 400 milyon manat artırılması
müvafiq sahəyə göstərilən diqqətin bundan
sonra da sistemli və ardıcıl xarakter
daşıyacağına əsaslı sübutdur. Bununla da
cari ilin bütün hərbi xərcləri 2 milyard 150 milyon
dollaradək artırılmış, təcavüzkar
Ermənistan Respublikasının dövlət büdcəsini
belə arxada qoymuşdur. Milli Məclisin
məlum sessiyasından sonra, 23 iyun 2010-cu il tarixdə
"Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin
həqiqi hərbi xidmət hərbi qulluqçularının
sosial müdafiəsinin gücləndirilməsi
barədə" ölkə başçısının
imzaladığı sərəncama əsasən xidməti
mənzilə və mənzil şəraitinin
yaxşılaşdırılmasına ehtiyacı olan hərbi
qulluqçular üçün xidməti yaşayış
evlərinin tikintisinə 5 milyon manat vəsait ayrılmışdır.
Bu sırada ölkə
başçısının şəxsi
tapşırığı ilə müxtəlif hərbi
qarnizonlarda bir sıra sosial, mədəni və məişət
obyektləri ilə birlikdə inşa olunan beş hərbi
şəhərcik kompleksi də hərbi
qulluqçularımız üçün kifayət
qədər ciddi etimad və qayğının
təzahürüdür.
Tikintisi yaxın vaxtlarda başa
çatdırılacaq, ümumilikdə 627 mənzilə malik
yaşayış binaları da ömrünü hərb sənətinə
həsr edən gizir və zabitlərimiz üçün
dövlətin növbəti hədiyyəsidir. 20 sentyabr
2010-cu il tarixdə ölkə başçısının
imzaladıfğı növbəti sərəncama əsasən, Müdafiə Nazirliyi, o
cümlədən, digər güc strukturlarının
dövlət büdcəsindən
maliyyələşdirilən qurumlarında
çalışan hərbi qulluqçuların və
mülki işçilərin aylıq vəzifə
maaşları sentyabrın 1-dən orta hesabla 10 faiz artırılmışdır
. Hərbi qulluqçularımız bu sərəncamı
böyük minnətdarlıq hissi ilə
qarşılamışlar.
Döyüş
hazırlığı
2009-cu ilin
sonuna Silahlı Qüvvələrin döyüş
hazırlığını artırmaq məqsədilə
təxminən 1 milyard ABŞ dollarından artıq
dəyərdə modern silah və texnika hərbçilərimizin
ixtiyarına verilmişdir. Bu il aprelin 23-də
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş
Komandanı İlham Əliyevin rəhbərliyi ilə
Müdafiə Nazirliyində keçirilən
müşavirədə ordumuzun yüksək döyüş
hazırlığına malik olduğunu və hərbi qulluqçularımızın
ruh yüksəkliyini xüsusi vurğulayan dövlət başçısı ölkənin öz
müdafiə qüdrətini daim artırmasını
xalqımızın təbii haqqı kimi
dəyərləndirmiş, Azərbaycan ordusunu bütün
cəhətlərdən Ermənistan ordusundan daha güclü
və peşəkar bir silahlı qurum kimi xarakterizə
etmişdir. Onu da xüsusi vurğulamışdır ki,
Silahlı Qüvvələr quruculuğuna aid xərclər
bundan sonra da sistemli şəkildə artırılacaqdır.
Bu il Silahlı Qüvvələr günü
ərəfəsində- iyunun 24-də keçirilən
Müdafiə Nazirliyinin, Dövlət Sərhəd
Xidmətinin və Daxili İşlər Nazirliyi Daxili
Qoşunlarının birləşmə və
hissələrinin irimiqyaslı birgə əməliyyat-taktiki
təlimi yuxarıda deyilənlərin arxasında konkret
faktların dayandığını bir daha
göstərdi. Bu təlimi izləyən Ali
Baş Komandan birgə səylərlə doğma
torpaqlarımızın işğalçılardan
təmizlənməsinin əsas məqsəd olduğunu
xüsusi vurğuladı və təlim zamanı
qarşıya qoyulan bütün vəzifələrin icra
edildiyini, Silahlı Qüvvələrimizin yüksək
peşəkarlıq nümayiş etdirdiyini bildirdi.
Cari tədris ilində birlik və
birləşmələrdə keçirilən onlarla
müxtəlif komanda-qərargah təlimlərində hərbi
qulluqçularımız əsl peşəkarlıq
nümayiş etdirmişlər. İstismarda olan silahların
müasir tipli optik gündüz və gecəgörmə
nişangahları, müşahidə cihazları ilə
komplektləşdirilməsi, müasir tipli cihazların
alınması və hərbi hissələrə təhvil
verilməsi Silahlı Qüvvələrimizin döyüş
imkanlarını ikiqat artırmışdır. Atəşin
və döyüşün müasir tipli idarəetmə
sistemlərinin fəaliyyəti nəzarət altında
saxlanılmış, birləşmələrin zirehli
texnikası üzərində modernləşdirmə
işləri davamlı şəkildə
reallaşdırılmışdır. Tankəleyhinə
raket sistemlərinin döyüşə
hazırlığı və radiolokasiya stansiyalarının
fasiləsiz fəaliyyəti tam təmin edilmişdir.
İdarəetmə sistemlərinin
təkmilləşdirilməsi, 1-ci əməliyyat eşalonu
birliklərində dayanıqlı müdafiənin təmin
olunması, müdafiə sisteminin
təkmilləşdirilməsi, vahid idarəetmə,
nəzarət, rabitə və
avtomatlaşdırılmış rabitə sisteminin tətbiqi
üzrə işlərin artan sürətlə davam
etdirilməsi cari ildə qoşunlarımızın
döyüş hazırlığı sahəsində yeni
keyfiyyət göstəricilərinə yiyələnməsi
ilə nəticələnmişdir.
Mənəvi-psixoloji
hazırlıq
Silahlı Qüvvələrimizin şəxsi
heyəti ilə ictimai-siyasi hazırlıq sistemində
davamlı şəkildə keçirilən və
həyatımız üçün xüsusi
əhəmiyyət daşıyan müxtəlif dərslər
hərbi qulluqçuların vətənpərvərlik
tərbiyəsində önəmli rol oynamış,
onların döyüş ruhunu ikiqat
artırmışdır. Azərbaycanın Milli
Qəhrəmanı gizir Mübariz İbrahimovun və baş
leytenant Fərid Əhmədovun cəbhə
bölgəsində erməni silahlılarının
təcavüzünün qarşısını alarkən
torpaqlarımızın müdafiəsi zamanı
göstərdikləri rəşadət nəinki
hərbçilərimizin, bütövlükdə
ölkə gənclərinin mübarizə əzmini
alovlandırmış, Azərbaycan ictimaiyyətini ayağa
qaldırmışdır. Bu mənada ordumuzun
ümumilikdə hərbi vətənpərvərlik
tərbiyəsi ilə bağlı mühüm və vacib bir
məsələdə respublikamız üçün əsl
dayaq və istinad nöqtəsinə çevrilməsi
cünümüzün reallığı kimi Silahlı
Qüvvələrimizin hazırkı siması və
döyüş hazırlıvğı haqqında
konkret və dolğun təsəvvür yaradır. Bu gün
sıralarımızda Mübarizin, Fəridin
qəhrəmanlığını təkrarlamağa hər an
hazır olan on minlərlə gənc xidmət edir.
İbrahim
RÜSTƏMOV,
əməkdar jurnalist
Xalq qazeti.-2010.-26 dekabr.-S.4.